Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə17/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   106

Mexaniki udma təbiətdə geniş yayılmış və bir çox

hallarda   texnikada   da   istifadə   olunur.   Məsələn,   su

təmizlənən   stansiyalarda   su   kəmərlərinə   gətirilən   suyu

bulantıdan   (lehmədən)   təmizləmək   üçün   işlədilən   qum

filtrlərinin (süzgəclərinin) əsasını mexaniki udma prinsipi

təşkil edir. Çirkab sularını torpaq vasitəsi ilə təmizləmək

üsulları   sanitariya   işlərində   geniş   tətbiq   olunur;   su

hövzələri və kanalların diblərində, zaman keçdikcə suyun

sızmasının   azalması,   əksər   hallarda,   məhz   lillənmə   ilə,

yəni torpaq   - qruntun   mexaniki udması ilə əlaqədardır.

Torpaqda   olan   qida   elementlərinin   saxlanmasında   da

mexaniki udma qabiliyyətinin böyük əhəmiyyəti vardır.



2.   Bioloji   udma   qabiliyyəti.   Torpaqda   yaşayan

bitki,   heyvan   və   mikroorqanizmlərin   fəaliyyətləri   ilə

əlaqədardır. Akad. V.R.Vilyamsın qeyd etdiyi kimi, bitki və

heyvan orqanizmləri, o cümlədən mikroorqanizmlər asan

həll olunan birləşmələri  torpaqdan mənimsəyərək  onları

öz bədən toxumalarına köçürür, yəni suda həll olunmayan

birləşmələrə çevirirlər.

Özünün   həyat   sikli   prosesində   bitki   və   heyvan

orqanizmləri   torpaqdakı   qida   elementlərinin   udulub

toplanması işində də böyük rol oynayır və      əvəzsiz  iş

görürlər.   Burada   mikroorqanizmlər   tərəfindən   atmosfer

azotunun   mənimsənilməsini   xüsusilə   qeyd   etmək

lazımdır.   Bütün   bunlarla   yanaşı   bitki   və   heyvan

orqanizmləri tələf olduqdan sonra onların mənimsədikləri

elementlər qismən torpaqda saxlanılır.

Bioloji udma prosesində torpaq tədricən müəyyən

elementlərlə (məs. karbon, azot, fosfor, kalium və s.) və

həm də bir sıra mikroelementlərlə zənginləşir.



3.   Fiziki   udma   yaxud   molekulyar   adsorbsiya.

Belə   udma   dedikdə   məhlulda   olan   müxtəlif   maddələrin

kolloidlərinin   səthində   molekulların   qatılığının

(konsentrasiyasının) artması başa düşülür. Başqa sözlə,

62



bu hadisənin mahiyyəti hissəciklərinin səth energiyası çox

olan torpağın, həm də suda həll olmuş   maddələri udub

saxlaması   qabiliyyətindən   ibarətdir.   Torpağın   müxtəlif

qazları udma hadisəsini, torpağın bərk tərkib hissələrinin

buxar halında olan su ilə qarşılıqlı təsiri misalı üzərində

asan   təsəvvür   etmək   olar.   Məlumdur   ki,   havada   quru

torpağı, əlləyən zaman  nə qədər quru  kimi görünsə də,

onda həmişə   müəyyən   miqdarda hiqroskopik   rütubət

olur.

Bu   onunla   izah   edilir   ki,   torpaq   hissəcikləri,



molekulyar   cazibə   qüvvəsi   sayəsində   öz   səthinə   su

buxarlarını   çəkmək   və   saxlamağa   qabil   olur.   Buxar

halında olan rütubət  molekulları torpağın bərk hissələrini

başdan-başa   təbəqə   ilə   bürüyərək     onların     səthində

böyük     qüvvə   təsiri   ilə   saxlanılır.  Məlum   olduğu     kimi,

hiqroskopik  rütubət  adlanan  bu suyu kənar etmək üçün

torpağı   uzun   müddət   (3-5   saat)   105

0

C   temperaturda



qurutmaq lazımdır. Əks halda onu  torpaqdan  çaxarmaq

mümkün  deyil, əsasını  molekulyar  cazibə təşkil edən bu

cür möhkəm rabitəyə  adsorbsiya deyilir.

Bu   zaman   torpaq   bütöv   molekulları     fiziki   udub,

onlarda heç bir keyfiyyət dəyişkənliyinə səbəb olmadığı

üçün, hadisənin özünə də molekulyar adsorbsiya deyilir.

Molekulyar   adsorbsiyada   udulan   maddə   torpağın   bərk

fazasının  içinə keçmir və onunla reaksiyaya girmir, yalnız

məhlulda, kolloidlərə toxunduğu  sərhəddə toplaşır və ya

qatılaşır.

Torpağın   qaz   halında   və   məhlullarda     olan

maddələri udmaq qabiliyyətinin böyük praktiki əhəmiyyəti

vardır. Məhz bu xassə sayəsində, bir tərəfdən   bitkilərin

qidalanması üçün son dərəcə   mühüm olan maddələrin

bir hissəsi torpaqdan tez yuyulub aparılmaqdan  qorunur,

atmosfer azotu   fiksasiya olunur, o biri tərəfdən   torpaq

məhlulunun     bir   cinsli     olmaması     nəticəsində     bitkilər

63



üçün   torpaq     mühitində,   öz   tələblərinə   ən   çox   müvafiq

olan konsepsiya tapmaq  imkanı yaranır.



4.   Kimyəvi   udma   qabiliyyəti.   Məhlulda   olan

maddələr bir-birinə  və ya torpağın həll olmayan hissəsinə

toxunduqda kimyəvi reaksiyaya girib həll olmayan  və ya

çətin   həll   olan   birləşmələr   əmələ   gətirir   ki,   bu   prosesə

kimyəvi   udma   qabiliyyəti   deyilir.   Belə   qarşılıqlı   təsir

nəticəsində   əmələ   gələn   həll   olmayan   birləşmələr

torpaqdan   yuyulub   aparılmaqdan   qorunur,   orada   qalır.

Məsələn, mühiti neytral, yaxud zəif qələvi olan karbonatlı

torpaqlara   (qaratorpaq, şabalıdı, boz və s. ) superfosfat

(fosforlu   turş   kübrə)   verilsə,   onun   müəyyən   hissəsi

aşağıdakı tənlik üzrə kalsium fosfata, yəni, çətin həll olan

şəklə  çevrilə  bilər:

       2 CaCO

3

+ Ca (H



3

PO

4



)

2

→ Ca



3

 (PO


4

)

2



+ 4CO

2

 + 2H



2

O

                    superfosfat        kalsium fosfat

Yaxud   torpaq   məhlulunda   Na

3

PO



4

 

ilə   yanaşı



olaraq, həmişə bu və ya başqa miqdarda müxtəlif duzlar,

məsələn,   CaCI

2

-də   ola     bilər   ki,   bunlar   Na



3

PO

4



  ilə

mübadilə   reaksiyasına   girərək   həll   olmayan     maddələr

(məs, kalsium fosfat) verir:

3 CaCl


2

+ 2Na


3

 PO


4

= Ca


3

( PO


4

)

2



+ 6NaCl

                           kalsium fosfat

5.   Fiziki-kimyəvi   və   ya   mübadiləli   adsorbsiya.

Həll olan duzların kationlarının torpaq tərəfindən udulub,

əvəzində məhlula başqa kationların keçməsi hadisəsinə

torpağın    fiziki-kimyəvi  və   ya  mübadiləli   udma

qabiliyyəti deyilir. Bu prosesə ikiqat ad verilməsinin səbəbi

odur   ki,   onun   əsasını     bir   tərəfdən     fiziki   hadisə-

adsorbsiya,   o   biri   tərəfdən   kimyəvi   qarşılıqlı     mübadilə

reaksiyası təşkil edir. Elə bu səbəbə görə torpağın həmin

udma  növünə həm də mübadiləli adsorbsiya deyilir.

K.K   Hedroysa   görə   burada   -   “udma   qabiliyyəti”

sözün əsl mənasında torpağın kolloid kütləsinin ionları ilə

torpaq   məhlulundakı   ionların   dəyişilməsilə   əlaqədardır.

64



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə