Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə18/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   106

Torpaq məhlulunda mineral duzlar və turşular kation və

anionlara   dissosiasiya   etmişdir.  Bu   zaman   dissosiasiya

etmiş   molekulların   hər   bir   ionunda   müəyyən   elektrik

yükü;   kationda   -   müsbət,   anionda   -   mənfi   yük   olur.

Məsələn, NaCl molekulları məhlulda Na

+

 və Cl



-  

ionlarına,

KCl isə K

+

 və C



ionlarına  və s. ayrılır.

Buna görə torpaq məhlulu ilə torpağın bərk hissəsi

arasında gedən qarşılıqlı   təsirdə məhluldan yalnız həll

olmuş maddənin bütöv molekulları deyil, onların hissələri,

yəni ionlar da udulur. Təcrübələrlə müəyyən edildiyi kimi,

narın torpaq hissəcikləri və ya kolloidlər mənfi yüklənmiş

olduğundan,   söz   yox   ki,   torpaq   məhlulundan   əsasən

kationları udacaqdır.

Udulmuş   kationlar   kolloid   hissələrin   səthində   çox

möhkəm   qalır   və   yalnız   başqa   kationlarla   sıxışdırılıb

məhlula keçirilə bilər. Buna görə də torpağın məhluldan

ionları   udma   prosesi   özü   mahiyyət   etibarilə   ən   xırda

torpaq   hissəciklərinin   səthində     kationların   mübadilə

olunması prosesidir.

Torpağın   özündəki   kationları   məhluldakı   başqa

kationlarla   dəyişdirməyə   qabil   olan,   narın   dispers

fraksiyasına torpağın uducu kompleksi deyilir. Torpağın

bu  hissəsinə  ona  görə  kompleks  deyilir  ki,  o  müxtəlif  -

həm mineral, həm də üzvi mənşəli kimyəvi birləşmələrdən

ibarət   olur;   ona   görə   uducu   deyilir   ki,   öz   hissəcikləri

səthinin   energiyası   sayəsində   məhluldan     maddələri

udmağa qabildir.

65



V FƏSİL

TORPAĞIN SU-İSTİLİK XASSƏLƏRİ VƏ HAVA REJİMİ

5.1. Torpağın su xassələri və su rejimi

Torpaqda   kimyəvi,   fiziki–kimyəvi   və   bioloji

proseslər   baş   verməsinin   əsas   şərtlərindən   biri   orada

suyun   olmasıdır.  Su   süxurların   aşınmasının   ən   qüvvətli

amili   və   torpaqəmələgətirən   biokimyəvi   proseslərin   ən

mühüm   şərti   olmaqdan   əlavə,   bitkilərin   qidalanması   və

inkişafı   üçün   də   zəruri   şərtdir.   Çox   haqlı   olaraq

Q.N.Visotski torpaqəmələgəlmə prosesində suyun rolunu

canlı orqanizmdəki qanın roluna bərabər tutmuşdur.

Torpaq  münbitliyi,  bitkilərin  və   mikroorqanizmlərin

normal həyatı müvafiq miqdarda sudan asılıdır. Bitkilər 1

qr   quru   maddə   yaratmaq   üçün   200   –   1000   qr   su   sərf

edirlər. Su torpaqda buxarlanma və bitkidə transpirasiya

yolu ilə temperaturu nizamlayır.

Müxtəlif torpaqların suya münasibəti də müxtəlifdir:

onlardan bəziləri suyu özünə yaxşı çəkir və yaxşı saxlayır,

başqaları   isə   sürətlə   çəkir,   lakin   özündə   uzun   müddət

saxlaya bilmir; üçüncü növ torpaqlar suyu həm pis keçirir,

həm   də   tez   itirir.   Beləliklə,   müxtəlif   torpaqlara   düşmüş

eyni miqdarda suyun müqəddəratı və əhəmiyyəti, hər bir

konkret şəraitdə müxtəlif olur.

Torpağın   suya   münasibətini   xarakterizə   edən

əlamətlərin məcmuu torpağın su xassələrini təşkil edir.

Torpaqların   su   xassələrindən   mühümləri

aşağıdakılardır:

1) torpağın rütubət tutumu

2) torpağın su sızdırması

3)   torpağın   su   qaldırma   qabiliyyəti   və   ya

kapillyarlığı

4) torpağın su buxarlandırma qabiliyyəti

66



1.   Torpağın   rütubət   tutumu.   Torpağın   rütubət

tutumu   dedikdə   bu   və   ya   başqa   miqdarda   suyu   özünə

sığışdırıb   saxlaya   bilməsi   qabiliyyəti   anlaşılır.   Rütubət

tutumunun   iki   növü:  tam  və  tarla  rütubət   tutumu

fərqləndirilir.   Torpağın   bütün   məsamələri   su   ilə   tam

doymuş vəziyyətdə olduqda, onun rütubətlik dərəcəsinə



tam yaxud maksimal rütubət tutumu deyilir.

Torpağın   yalnız   kapilyar   aralıqları   (boşluqları)

rütubətlə doymuş olduqda isə onun rütubətlik halına tarla

rütubət tutumu deyilir.

Hər bir torpağın rütubət tutumu kəmiyyəti əsasən

onun   mexaniki   tərkibindən,   strukturundan   və   çürüntü

maddələrin   (humusun)   miqdarından   asılıdır.   Məsələn,

torpaq nə qədər narın isə, onda üzvi maddələr nə qədər

çox isə  rütübət   tutumu  da  bir  o  qədər  yüksək  olur. Bu

mənada   gilli   və   gillicəli   torpaqların   rütubət   tutumu,

qumluca   və   qumsal   torpaqların   rütubət   tutumundan

yüksəkdir.   Mexaniki   tərkibləri   eyni   olduqda,   çürüntü   ilə

zəngin torpaqların rütubət tutumu yüksək olur.



2. Torpağın su sızdırması.

Torpağın  suyu   üst   qatlardan   alt  qatlara  keçirmək

qabiliyyətinə  torpağın   su  sızdırması   deyilir. Torpağın   su

sızdırması   onların   mexaniki   tərkibindən,   çürüntü

maddələrinin

 

miqdarından



 

 



torpaqların

strukturalığından asılıdır.

Torpaq nə qədər narın isə, gil hissəcikləri nə qədər

çox   isə   və   deməli,   məsamələr   nə   qədər   xırda   isə   su

sızdırması o qədər zəif olur. Əksinə qumsal və qumluca

torpaqların   mexaniki   tərkibi   kobud   olduğundan,

məsamələri iri olduğundan suyu asan sızdırır, çünki su bu

məsamələrə   düşdükdə   kapilyar   formaya   düşmür,

qravitasiya suyu formasından asanlıqla aşağıya süzülür.

Torpağın   relyefi   və   bitki   örtüyü   suyun   ona   hopmasına

böyük təsir göstərir.

67



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə