Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə22/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   106

Torpaq   ilə   atmosfer   arasında   qaz   mübadiləsinə

təsir   göstərən   əsas   amillər   yağıntılar,   gün   ərzində

temperaturun   və   barometrik   təzyiqin   dəyişməsidir.

Yağıntılarla birlikdə torpağa xeyli miqdarda oksigen daxil

olur.   Torpaq   isinib   və   soyuyanda   qazlar   atmosferdən

torpağa və əksinə diffuziya edir.

Atmosfer   təzyiqi   azaldıqda   torpaq   havasının   bir

hissəsi   atmosferə,   təzyiq   artanda   isə   atmosfer   havası

torpağa keçir.

Diffuziya   dərəcəsi  torpağın   hava  xassələrindən  –

hava tutumu və  hava keçirməsi  qabiliyyətindən,  küləyin

sürətindən,   qrunt   sularının   səviyyəsindən   və   s-dən

asılıdır. Aqronomiyada qaz mübadiləsinə təsir edən əsas

amil,   torpağın   becərilməsi   sayəsində   onda   yaranan

torpağın fiziki xassəsi hesab edilir.

Torpaqda   hava   əsasən   üç   vəziyyətdə   olur:   1)

sərbəst   hava;   2)   adsorbsiya   olunan   hava;   3)   suda   həll

olmuş hava.



1)   Sərbəst   torpaq   havası  torpağın   kapillyar   və

qeyri   -   kapillyar   məsamələrində   yerləşir,   özünün

mütəhərrikliyi, torpaqda tamamilə sərbəst hərəkət etməsi

və atmosferlə mübadilə qabiliyyətinə malikdir.



2) Adsorbsiya olunan torpaq havası  – torpağın

bərk   fazasının   səthi   ilə   sorbsiya   olunan   (udulan)

qazlardan   ibarətdir.   Qazların   adsorbsiyası   ən   güclü

şəkildə ağır mexaniki tərkibli və üzvi maddələrdən zəngin

olan torpaqlarda baş verir. Adsorbsiya havasının ən çox

miqdarı quru torpaqlar üçün səciyyəvidir. Çünki torpağın

bərk (quru) hissəcikləri su buxarlarını qazlardan fəal udur.

Torpağın   rütubətliyi   maksimal   rütubətlikdən   yüksək

olduqda, su udulmuş qazları sıxışdırıb çıxarır və bu da

sərbəst   torpaq   havası   tərkibinin   dəyişməsində   özünü

göstərir.

78



3)   Həll   olmuş   torpaq   havası  –  torpaq   suyunda

həll olmuş qazlardan ibarətdir. Qazların torpaq suyundan

həll olması onların sərbəst  torpaq  havasında qatılığının

yüksəlməsi ilə artır. Ammonyak, hidrogen sulfid, karbon

qazı   suda   yaxşı   həll   olurlar,   oksigenin   həll   olması   isə

nisbətən zəifdir.

Torpaqda qida elementləri su, hava, kifayət qədər

olduqda bitkilər yaxşı böyüyüb inkişaf edir. Maye və qaz

fazaları arasındakı nisbətən torpaqda müəyyən su – hava

rejimi   yaradır.   Su   və   havanın   əlaqələnməsindən   asılı

olaraq bu nisbət müxtəlif ola bilər. Rütubət çox olub, hava

çatışmayanda anaerob şərait yaranır və torpaq bataqlaşır.

Beləliklə   torpağın   hava   rejimi   onun   su   xassələri   ilə

bilavasitə   sıx   əlaqədardır.   Həm   də   bu   əlaqə   bitkilərin

normal  inkişafı  üçün  antoqanist  vəziyyətdə  olmamalıdır.

Deməli, torpaqda qaz mübadiləsi nə qədər yaxşı inkişaf

etmişsə, atmosferin torpağa yaxın təbəqəsi karbon qazı

ilə   nə   qədər   çox   doyursa,   kənd   təsərrüfatı   bitkilərinin

böyüməsi və məhsuldarlığının artırılması üçün bir o qədər

əlverişli   şərait   yaranır.   Ümumiyyətlə,   torpaqda   qaz

mübadiləsinə   təsir   edən   amilləri   aşağıdakı   kimi

qruplaşdırmaq olar:

1.   Torpaq   temperaturunun   dəyişməsi   nəticəsində

torpaq   havası   genişlənir   və   ya   sıxılır   ki,   bu   prosesdə

atmosfer havası ilə mübadilə gedir.

2.   Torpağın   üst   hissəsində   küləyin   sürətinin

dəyişməsi

3. Barometrik təzyiqin dəyişilməsi

4. Yağmurlar və buxarlanmanın təsiri

5.   Diffuziya   prosesi   (qazların   çox   sıx   toplanmış

sahədən az toplanmış sahəyə hərəkəti).

Yuxarıda   göstərilən   bu   amillər   kompleksi   qaz

mübadiləsini   torpaqda   tənzim   edir.  Bu   amillər   arasında

əsas   təsir   edəni   diffuziyadır.   Diffuziyanın   sürəti   –

79



molekulların istilik hərəkəti sürətindən asılıdır, bu isə çox

yüksəkdir.

Diffuziya   əmsalının   ölçü   vahidi   1   sm

3

  qazın   1



saniyədə 1 sm

2

 torpağın 1sm qalınlığından keçməsidir ki,



bu   da   vahidə   bərabərdir.   Buna  diffuziya   qradiyenti

deyilir.   Diffuziya   prosesinə   qazların   qatılıq   (kəsafət)

qradiyenti və aerasiya məsaməsi əsas təsir göstərir.

Torpağın   mədəniləşdirilməsi   onun   hava   rejimini

normallaşdırır.   Torpağın   mühit   reaksiyasının

tənzimlənməsi,   üzvi   və   mineral   gübrələrin   tətbiqi,

suvarma,   torpaqda   bioloji   prosesləri   aktivləşdirir,   onun

tənəffüsünü gücləndirir.

Əlverişli rütubət şəraitində ağır mexaniki tərkibli, az

humuslu   torpaqların   hava   rejimini   tənzimləməyin   əsas

şərtlərindən biri də dərin şum qatı yaratmaq, əkinaltı qatın

yumşaldılması,   mülayim   suvarma   və   torpaq   qaysağının

ləğv edilməsidir.

5.5. Torpaq məhlulu

Torpaq  məhlulu torpağın maye fazası olub, özünə

torpaq   suyunu,   üzvi   mineral   və   üzvi   birləşmələrin   həll

olmuş duzlarını, qazları və incə kalloid zollarını birləşdirən

məhluldan ibarətdir.

Torpaq   məhlullarının   ayrılma   üsulları,   tərkibi   və

dinamikasının

 

öyrənilməsində



 

K.K.Hedroys,

A.Q.Doyarenko və A.A.Şmuk, S.A.Zaxarov, A.A.Rode və

b.–nın mühüm xidmətləri olmuşdur. Görkəmli alimlərdən

V.İ.Vernadski   torpaq   məhlulunu   çox   yüksək

qiymətləndirərək   onu   torpağın   “əsas   həyat   substratı”,

N.Q.Vısotski isə “Torpağın qanı” adlandırmışdır.

Torpaq   məhlulunun   əsas   mənbəi   atmosfer

yağıntılarıdır.  Torpağın   su   rejimi   tiplərindən   asılı   olaraq

torpaq məhlulunun əmələ gəlməsində və təşkilində qrunt

80



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə