Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə10/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   106

təsir güstərir. Süxurun quruluşu və strukturası özlüyündə

torpağın   mexaniki,   su-fiziki   xassələri   və   başqa

xüsusiyyətlərini də müəyyən edir. Torpaqların müxtəlifliyi

demək olar ki, ana süxurun təsiri   ilə əlaqədardır  (şəkil



2.5 ).    

Torpaqəmələgətirən   süxurlar   və   onların     yer

qabığını təşkil edən əsas böyük qrupları aşağıdakılardan

ibarətdir. 



Elüvial  törəmələr, yaxud elüvi - dağ süxurlarının

aşınıb törədiyi yerdə qalan aşınma məhsullarıdır. Ən çox 

dağlıq   vilayətlərində,   peneplenvari   sahələrdə   və   düzən

yaylalarda əmələ gəlir.

Xarakter əlaməti üzərində yerləşdiyi   ana süxurla

eyni     litoloji     tərkibə   malik   olması   və     ona   tədrici

keçməsidir. Bu hal elüvial törəmələrin həm rəngində,həm

də mineroloji tərkibində  özünü aydın biruzə verir.



Delüvial   çöküntülər  -   dağ     və   təpələrin

yamaclarından   yağış   və   qar   suları   vasitəsi   ilə   ətək

hissələrə   gətirilib   çökdürülən  

  nisbətən   narın

materiallardır.

Delüvial çöküntülər yamacların ətək hissələrinə və

çökəkliklərə   doğru   gətirilərək   xeyli   çeşidlənir,   yamaca

paralel   olan   aydın   çəpəki   təbəqələrin   olması   ilə   nəzəri

cəlb     edir.   Delüvi   tərkibcə   müxtəlifdir   və   dağətəyi

rayonlarda yayılmış əksər torpaqların ana süxurunu təşkil

edir.

Prolüvial   çöküntülər.   Dağlıq   ölkələrdə   və   onun

ətəklərində müvəqqəti güclü leysan yağışlı dağ sellərinin

əmələ gətirdiyi çeşidlənməmiş (sortlaşmamış)   iri qırıntılı

buzlaq daşlı–çay, daşlı–çınqıllı çöküntülərdir. Ən çox dağ

ətəklərində   və   dərələrin   çıxarında   çıxıntı   (gətirmə)

“konuslar”   yaxud   yelpikvari   formalar   əmələ   gətirir.

Prolüvial çöküntülər öz mexaniki tərkibinə görə   bir cinsli

deyildir.   Dağ   ətəyindən   uzaqlaşdıqca     çınqıllı-daşlı

35



hissələr   xırdalanır   və   tədricən   qumlara   və   qumlucalara

çevrilir   ki,   bu   da   çox   vaxt   görünüşcə   lössəbənzər

çöküntüləri xatırladır.

Prolüvial   çöküntülər   Azərbaycanın     ərazisində,

xüsusilə   Böyük   Qafqazın   cənub   və   şimal–şərq

yamaclarında daha geniş  yayılmışdır.



Allüvial   çöküntülər.   Allüvial   çöküntülər   (aluvies

çay daşqını sözündən   götürülmüşdür) əksərən çayların

yaz   daşqını   zamanı   vadilərdə     və   subasar   (çaybasar)

terraslarda   dövrü   çökdürülən   üzvi   və   mineral   mənşəli

materiallardan   ibarətdir.   Bu   çöküntülərin   xarakter

xüsusiyyəti quruluşun  üfüqi, yaxud çəpinə aydın qatılılığı,

mineral   hissəciklərinin   cilalılığı   və   üzvi   qalıqların

olmasıdır. Yataqyanı allüvilər adətən müxtəlif qumlardan,

subasar allüvi isə gillicəli və gilli hissəciklərdən   zəngin

olur.


Allüvial   çöküntülər   yer   kürəsində,   o   cümlədən

respublikamızda   böyük   çayların   subasarında   geniş

yayılmış   və   özünün   yüksək   münbitliyə   malik   olması   ilə

fərqlənir.



Göl çöküntüləri. Qədim relyef çökəkliklərində, göl

hövzələrində   əmələ   gələn   və   özünün   gilliliyi   və   laylılığı

(təbəqəliliyi)   ilə   fərqlənən   çöküntülərdir.   Bunlara   misal

olaraq Avropanın şimal-qərb hissələrində, Qərbi Sibir və

b.   ərazilərdə   yayılmış   buzlaq   göllərinin   (göl-buzlaq

çöküntüləri)   çöküntülərini   göstərmək   olar.   Göl

çöküntülərinin   xarakteri   onların   yerləşdiyi   fiziki-coğrafi

şəraitlə əlaqədar olaraq üzvi maddələr, lil hissəcikləri və

duz zərrəciklərindən zəngin ola bilir.

Buzlaq   yaxud   moren   çöküntüləri.   Buzlaqlarla

gətirilib   çökdürülmüş   müxtəlif     süxurların   aşınma

materiallarıdır. Buraya buzlaqların   gətirdiyi əsas ya dib

morenlər, kənarlarında toplanmış son morenlər və buzlaq

36



dilinin   yanlarında əmələ gələn yan morenlər, drumlinlər

daxildir. Adətən yüksək suayrıcı  sahələrdə  yayılmışdır.

Morenlər   üçün   ümumi   və   səciyyəvi   olan   əlamət

onların çeşidləşməmiş, eyni mexaniki tərkibli  olmaması,

tərkibində   buzlaq   daşlarının   (valunların)   olması,   qum

fraksiyasından zənginliyi, qırmızı–qonuru, bəzən sarımtıl–

qonuru   və   b.   rənglərin   olmasıdır.   Rəng   buzlaq   altında

yerləşən   ana   süxurun   xarakterindən,   aşınma     və

torpaqəmələgəlmə şəraitindən asılıdır. Qleyləşmə zamanı

morenlər bozumtul-göy rəng ala bilir.

Mexaniki   tərkibinə   görə   morenlər   müxtəlifdir,

əksərən qumsal gillicəlidir. Kimyəvi tərkibcə karbonatsız

və karbonatlı morenlər fərqləndirilir.

Belə   çöküntülər   ən   çox   şimal   rayonlarında   –

buzlaşma gedən rayonlarda yayılmışdır.

Flüvioqlyasial,   yaxud   su–buzlaq   çöküntüləri

(fluvios  - sel,  glacilis  - buzlaq sözündən götürülmüşdür).

Buzlağın   əriməsi   nəticəsində   əmələ     gələn     sellərin

akkumulyativ    fəaliyyətinin  məhsuludur. Buzlağın  kənarı

qarşısında   çökərək,   adətən   son   və   dib   morenlərin

yayıldığı vilayətləri qurşaq kimi əhatə edir. Bu çöküntülər

özünün   çeşidləşmiş,   laylı   (təbəqəli)   olması,

karbonatsızlığı,   valunların   olmaması   və   əsasən   qumlu,

qumlu–çaydaşlı olması ilə səciyyələnir.

Flüvioqlyasial   çöküntülər   üzərində   törəyən

torpaqlar az münbitliyi, alçaq sahələrdə bataqlaşması ilə

nəzəri cəlb edir.



Löss   çöküntüləri   və   lössəbənzər   gillicələr.

Müxtəlif   mənşəlidir.   Ümumi   nişanələri:   küləşi,   yaxud

qonurumtul küləşi rəngi, karbonatlılığı, iri tozvari fraksiya

(0,05-0,01mm)   təşkil   etməklə   tozvari-gillicəli   mexaniki

tərkibi,   unabənzərliyi,   məsaməliliyi,   yumşaq   kipliyi,

mikroaqreqatlılığı və su keçirməkliliyidir.

37



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə