Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə6/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   106

olunmuşdur.   Bu   texnologiyalar   elektron   torpaq

xəritələrinin tərtib etməyədə imkan vermişdir.



1.2.Torpaq coğrafiyasının tədqiqat üsulları

Torpaqşünaslıq elmində torpağın təbii cisim kimi 

spesifik xüsusiyyətlərini öyrənməkdə bir sıra geniş 

kompleks tədqiqat üsullarından istifadə edilir ki, bunu  

torpaq coğrafiyasına da şamil  etmək olar. Bu üsullar 

aşağıdakılardan ibarətdir (

Şəkil 1.2

):

Profil üsulu. V.V.Dokuçayev tərəfindən işlənmiş və

bütün   torpaq   tədqiqatlarının   əsasını   təşkil   edir.   Həmin

üsul torpağın səthindən ana süxura   kimi bütün   genetik

qatlarını   və   onun   profil   üzrə   xüsusiyyətlərini

(parametrlərini) ciddi öyrənməyə imkan verir.

Morfoloji usul  da V.V.Dokuçayev  tərəfindən tətbiq

edilmiş, torpağın bütövlükdə quruluşunu öyrənir. Bu üsul

çöl     torpaq   tədqiqatının   bazisi   olmaqla   onun   çöl

diaqnostikasının   əsasını   təşkil   edir.Torpaqşünaslıqda   üç

növ   morfoloji   analiz   üsulundan   istifadə   olunur   :

makromorfologiya-adi   gözlə   müşahidə   olunur,   öyrənilir;

mezomorfologiya - lupa  və binokulyardan  istifadə  edilir;

mikromorfologiya-mikroskopdan

 

(hətta


 

elektron


mikroskopdan) istifadə edilir.

Torpağın morfoloji analizi bütün torpaq tətqiqatının

başlanğıc mərhələsidir.

  Müqaisəli coğrafi üsul. Tarixi inkişaf prosesində

və   coğrafi   məkan   daxilində   torpağı   müqayisəli   tərzdə

öyrənir,   onun   mənşəi   və   coğrafi   yayılma

qanunauyğunluqları   barədə   əsaslandırılmış   nəticə

çıxarılır.

Şəkil 1.2.Torpaq coğrafiyasının tədqiqat usulları.

20



Modelləşdirmə

Analiz üsulu

Radioizotop 

üsulları


Aerokosmik 

üsullar


Torpaq çəkimi 

(ekstraktı)   

üsulu  

Torpaq-rejim 



müşahidələri 

üsulu


Torpaq  

lizimetrləri   

üsulu

Müqayisəli-



tarixi üsul

Müqaisəli 

cografi üsul

Morfoloji usul  

Profil  üsulu

TORPAQ  COGRAFİYASININ   

TƏDQIQAT ÜSULLARI

Müqayisəli-tarixi   üsul,  müasir  situasiya   əsasında

keçmiş (qədim) torpaq örtüyünü, onun relikt əlamətlərini

müasir dövr torpaqları ilə müqayisəli şəkildə öyrənməyə

imkan verir.



Torpaq dayaq məntəqələri üsulu - dəqiq genetik–

coğrafi analizə əsaslanır, böyük ərazi vahidləri daxilində

xərc və vəsaitlərə qənaət  etməklə    eyni strukturlu torpaq

örtüyünü öyrənməyə imkan verir.



Torpaq monolitləri   üsulu  - quruluşu dəyişmədən

monolitləri   (torpaq   kolonkaları)   şəklində   xüsusi

götürülmüş nümunələrdə torpaq proseslərinin (rütubətin,

duzların hərəkəti) miqrasiyası, ionların  mübadiləsi və s.

fiziki modelləşdirilməsi prinsipinə əsaslanır (Şəkil 1.3.).

21



Şəkil 1.3. Torpaq monolitləri.

Torpaq lizimetrləri üsulu - təbii torpaq  profillərində

maddələrin şaquli miqrasiya proseslərini öyrənmək üçün

geniş   istifadə       edilir.   Lizimetrik   üsulun   geniş   yayılmış

variantı   axım   meydançaları   üsuludur.   Axım

meydançalarında   torpaq   səthi   və   torpaqdaxili   üfüqi

rütubət axımı və eroziyası öyrənilir.



Torpaq-rejim   müşahidələri   üsulu  -   torpağın   bu

və   ya   digər   parametrlərinin   (rütubətlik,   temperatur,

duzların miqdarı,  humus, azot, mineral  qida elementləri

və   s.)   ölçülməsi   əsasında   müasir   torpaqəmələgəlməni

tədqiq etmək məqsədi ilə istifadə olunur. 

Aerokosmik üsullar - müxtəlif yüksəklikdən kosmik

cihazlarla   yerin   (torpağın)   fotoşəklini   çəkmək   və   gözlə

müşahidə   etməyə   əsaslanır.   Bu   üsulla   təkcə   torpağın

coğrafi məsələləri deyil, həm də torpağın bir sıra  mühüm

parametrləri   (rütubətlik,  kiplik,  duzluluq,  humusluluq  və

s.) dinamiki qaydada tədqiq olunur.     



Torpaq   çəkimi   (ekstraktı)   üsulu  -   hər   hansı   bir

həlledicinin   təsiri   ilə   (məs.   su,   müxtəlif   turşular,  qələvi,

spirt və s.) nəzarət olunan şəraitdə torpaqdan müəyyən

22



qrup   birləşməni   çıxarmaq   prinsipinə   əsaslanır.   Bu   üsul

bitkilər   tərəfindən   istifadə     olunan   mütəhərrik   qida

elementlərini öyrənmək üçün daha geniş tətbiq olunur.

mühüm   parametrləri   (rütubətlilik,   bərklik   (kiplik),

duzluluq,   humusluluq   və   s.)   dinamiki   qaydada     tədqiq

olunur.


Radioizotoplar üsulu ilə torpaq və ekosistemlərdə

nişanlanmış atomların   (radioaktiv izotopların)köməyi ilə

elemetlərin və onların birləşmələrinin miqrasiya prosesləri

öyrənilir. Torpaqda   müxtəlif izotopların nisbəti ilə (məs.

12

C:  


14

C)   torpağın   yaşını   müəyyən   etməkdə   istifadə

olunur.

Torpağın   tərkibini   (qranulometrik,   mineroloji   və



kimyəvi)   öyrənmək   üçün   müasir   fiziki,   fiziki-kimyəvi,

kimyəvi və bioloji analiz üsullarından daha geniş istifadə

edilir.

1.3.Torpaqşünasliğin başqa elmlərlə əlaqəsi

Planetimizin   torpaqlarını   və   torpaq   örtüyünü   dərk

etməkdə   torpaqşünaslıq         başqa   təbii   (biologiya,

geologiya,   coğrafiya),   fundamental   (riyaziyyat,   fizika,

kimya) və tətbiqi elmlərlə  (meliorasiya, səhiyyə, əkinçilik,

aqrokimya,   meşəçilik,   təbiətin   mühafizəsi   və   s.)   sıx

əlaqəlidir   və   onların   metodik   yanaşma   üsulundan   və

nailiyyətlərindən geniş istifadə edir (Şəkil 4).

Müasir genetik torpaqşünaslıq geologiyadan  inkişaf

etmiş   və   metodoloji     cəhətdən   əlaqəlidir.  Yer     səthinin

bütöv və ayrı-ayrı regionlarının geoloji tarixini öyrənmək

torpağın   genezisini   və   məkan   daxilində   onun

differensiasiyasını   düzgün     anlamağa     imkan   verir.

Petroqrafiya,   kristalloqrafiya   torpaqşünaslara   torpağın

mineroloji   tərkibi   və   onun   əmələgəlmə

23



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə