Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə4/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   106

böyük   alman   alimi   Romannanın,torpaqların   mənşəi   və

xəritələşdirilməsində   Ştremme   (Almaniya),   Murqoçi

(Rumıniya),   Novak   (Çexoslovakiya),   Ziqmond

(Macarıstan), Marbut və Kelloq (ABŞ), Robinzon (İgiltərə),

Preskott (Avstraliya) və bir çox başqalarının xidmətlərini

xüsusi qeyd etmək lazımdır. 



Həsən   bəy   Zərdabi   (Məlikov)  (1842-1907)   -

Dokuçayevin   həmyaşıdı   olub   Azərbaycanda

təbiətşünaslıq elmlərinin inkişafında çox böyük xidmətləri

olmuşdur.   Onun   yaradıcılığında   kənd   təsərrüfatı   ilə

əlaqədar   olan   elmlər,   o   cümlədən   torpaqşünaslıq   və

aqrokimya əsas yer tutur.

H.Zərdabi   torpaqşunaslıgın   mühüm   nailiyyətlərini

1875-77-ci illərdə özünün şəxsi təşəbbüsü ilə  buraxılan

“Əkinçi”   qəzetində  “əkin   və   zirayət   xəbərləri”       başlıgı

altında dərc etdirmişdir. H.Zərdabinin torpaqşünaslıq elmi

haqda   fikirləri   əsasən   dag   süxurlarının   aşınması

prosesində,   torpaqəmələgətirən   amillərin   rolundan,

torpagın əmələ gəlməsindən, fiziki-

kimyəvi


 

xüsusiyyətlərindən,



Həsən bəy Zərdabi

Şəkil 1.2. Canlı,  cansız və biokos maddə

13



münbitliyindən,   torpaq   analizlərinin   əhəmiyyətindən,

yararsız,   torpaqları   yaxşılaşdırmaq   tədbirlərindən,

torpaqəmələgəlmə   prosesində   insanın   təsərrüfat

fəaliyyətindən və s. ibarət olmuşdur.

H.Zərdabi   ilk   dəfə   torpaq     təsnifatı   haqda   fikir

söyləyərək,torpaqları   mexaniki   tərkibcə   üc   qrupa

bölmüşdür:gil,qum,əhəngli   (karbonatlı)   torpaqlar.   Onun

torpaq   meliorasiyası,   eroziyası,   münbitliyi,   becərmə

sistemi  və  eləcədə də  torpaqda suyun   formalarına  dair

söylədiyi qiymətli elmi nəzəriyyələr böyük əhəmiyyət kəsb

edir və indi də öz aktullıgını itirməmişdir.

Bütün   bu   məsələlər   H.Zərdabinin   1899-1903-cu

illərdə   yazdıgı   “Torpaq,su   və   hava”   adlı   monoqrafik

əsərində özünün geniş elmi şərhini tapmışdır.

Yeri   gəlmişkən   qeyd   edək   ki,   H.Zərdabini

Azərbaycanda torpaqşünaslıq elminin ilk yaradıcısı hesab

etmək   olar.Onun   torpagın   törəməsi,   münbitliyi   mexaniki

tərkibi,   eroziyası,   mühafizəsi   və   s.   məsələlər   haqqında

söylədiyi   qiymətli   fikirlər   əksər   məhşur   rus   alimlərindən

(V.Dokuçayev,   V.Vilyams,   N.Kaçinski   və   s.)   əvvəl

söylənmişdir.

Azərbaycan torpaq cografiyası elminin inkişafında

İ.Y.Kovalevski   (Eldar   düzü,Samuxda),   P.S.Kossoviç

(Muganda), S.A.Zaxarov, V.Romanov, Y.A.Kamenski (Mil-

Şirvan   düzlərində),   S.A.Zaxarov,   V.A.Akimtsev,

S.İ.Tyuremnev,   Z.İ.İmşenetski,   V.P.Smirenov-Loginov,

V.P.Volobuyev   və   başqalarının     böyük   xidmətləri

olmuşdur.Bu   cəhətdən   prof.   S.A.   Zaxarovun   1925-26-ci

illərdə rəhbərliyi altında təşkil edilmiş Azərbaycan torpaq

ekspediyasının tədqiqatlarını xüsusi qeyd etmək lazımdır.

Bu   ekspedisiyanın   ayrı-ayrı   regionlarda   apardıgı

tədqiqatlar   nəticəsində   bir   neçə   hissədən   ibarət

materiallar   dərc   edilmiş,Azərbaycan   torpaqlarının

14



rayonlaşması   aparılmış   və   ilk   torpaq   xəritəsi   tərtib

edilmişdir.

1920-ci   ildə   Azərbaycan   Politexnik     İnstitutu

nəznində   Kənd Təsərrüfat fakültəsi və onun tərkibində

torpaqşünaslıq   kafedrası   təşkil   olunur.   Azərbaycanın

torpaq     örtüyünü     öyrənən     ilk   tətqiqat     özəkləri

torpaqşünaslıq     kafedrasında,   Muğan     təcrübə

stansiyasında     (Cəfərxan   )   və   respublikanın   təbii

sərvətlərini  öyrənən  cəmiyyətin  tərkibində  isə  başlayır

(1920-1924) . Kafedranın  rəhbəri   Smirnov – Loginovun

rəhbərliyi     və   bilavasitə     iştirakı     ilə   Abşeron

yarımadasının   ,   Kiçik   Qafqaz   dağlarının     cənub-şərq

ətəklərinin  torpaqları tətqiq  edilərək xəritələşdirilir.

1932   -   ci   ildə     Azərbaycan     Elmi     Tətqiqat

Pambıqçılıq  

  İnstitutunda   təşkil   olunan

aqrotorpaqşunaslıq     şöbəsi     respublika     torpaqlarını

öyrənməyə     başlayır.  Bu   işlərə   dəvət   edilmiş   professor

V.Akimtsev,   N.Bekareviç   və   Qorodetskidən   başqa

torpaqşünaslıq   kafedrasının   işçiləri   M.Əsgərbəyli,

Ə.Qasımov,  M.Ağamirov,  Ə.Zeynalov,  M.Rəhimov   və   b.

cəlb edilir.

SSRİ   Elmlər   Akademiyası   Zaqafqaziya   filialının

Azərbaycan şöbəsi geologiya bölməsi nəzdində, 1933 –

cü ildə Torpaqşünaslıq bölməsinin təşkili torpaqşünaslıq

elminin Azərbaycanda inkişafı üçün təşkilat bazası olur.

Bölmənin   içində   Lənkəran   vilayəti   torpaqlarının

öyrənilməsi   R.V.Kavalyev   çay   əkini   üçün   yeni   torpaq

sahələrinin aşkara çıxarılması xüsusi yer tutmuşdur. 

1937 – ci ildən başlayaraq bölmə quru subtropik

iqlim   rayonları   torpaqlarını   tədqiq   etmək   üçün   xüsusi

ekspedisiya təşkil edir. Bu ekspedisiya Şirvan düzünün,

Pirsaat hövzəsinin və Böyük Qafqazın bu hövzəyə yaxın

torpaqlarının,   burada   torpaqların   şorlaşmasında   palçıq

15



vulkanlarının   roluna   aydınlıq   gətirir

(H.Əliyev, B.Klopotovski). 

1930-1940-cı

 

illərdən



başlayaraq   Azərbaycanda   milli

torpaqşunaslar   nəsli   yetişməyə

başlamışdır.   Bunlardan   M.Əsgərbəyli,

M.A.   Şəfiyev,   H.Ə.   Əliyev,

M.E.Salayev,

 

K.A.Ələkbərov,

Ə.Q.Zeynalov,

 

B.M.Agayev,

E.F.Şərifov,   Ə.B.Şəfibəyov,   M.Ə.Agamirov 

b.göstərmək olar.



Bir   qədər   sonra,   təxminən

1950-ci   il   dən   başlayaraq

Azərbaycanda   torpaqşünasların   ikinci

böyük   nəsli   yetişmiş   və   fəaliyyətə

başlamışdır.Bunlardan

  torpaqların

cografi

 

tədqiqi,



 

mənşəi,


xəritələşdirilməsi,   aqroekologiyası   və

keyfiyyətcə

 

qiymətləndirilməsi



(bonitirovkası) işində Ş.G. Həsənovun,

torpagın fiziki və aqrofiziki xassələrinin

öyrənilməsində   böyük  

 

  elmi-



tədqiqatların müəllifi R.H.Məmmədovun, şoran və şorakət

torpaqların   tətqiqi   və   meliorativ   yaxşılaşdırılmasında

qiymətli   tədqiqatlar   aparan     M.P.Abduyevin,    “Torpagın

mineroloji xassələrinin  öyrənilməsində İ.Ş.İsgəndərovun ,

suvarılan   əkincilik   zonası   torpaqlarının   öyrənilməsində

M.P.Babayevin,   rütubətli   subtropik   zona   torpaqları

B.İ.Həsənovun, subasar rejim torpaqları V.H.Həsənovun,

torpagın   stasionar   tədqiqatları   X.Həsənovun,   eroziyaya

ugramış   torpaqların   tətqiqində   K.A.Ələkbərovun,

X.M.Mustafayevin,   B.Q.Şəkuri,   F.Hacıyev   və   b.   ,

torpaqlarda   üzvi   maddələrin.   xüsusilə   humusun

biokimyəvi xüsusiyyətlərinin öyrənilməsində S.Ə.Əliyevin,



Həsən Əliyev

Məmməd Emin

Salayev

16



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə