Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə5/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   106

otlaq   torpaqlarının   aqroekologiyası   və   bonitirovkası,

torpaq   münbitliyinin   qroekoloji     modelinin   işlənməsi

Q.Ş.Məmmədovun   və   onlarla   başqa   mütəxəssislərin

adlarını çəkmək olar

Respublikamızda   60   –   cı

illərin   sonu   və   70   –   ci   illərin

əvvəllərində   kənd   təsərrüfatında

regional   ixtisaslaşmaya   (üzümçülük,

pambıqçılıq)   torpaqlardan   intensiv

üsullarına   keçidlə   əlaqədar   olaraq

torpaqların   bonitirovkası   və   iqtisadi

qiymətləndirilməsi

 

məsələlərinə



böyük   ehtiyac   yaranır.   Bununla

əlaqədar   olaraq   1969   –   cu   ildə

Azərbaycan

 

SSRİ



 

Nazirlər


Kabinetinin qərarı və Azərbaycan E.A.Rəyasət Heyətinin

sərəncamı   ilə   Torpaqşünaslıq   və   Aqrokimya   Intitunda

Ş.G.Həsənovun   rəhbərliyi   altında   torpaqların

aqroekologiyası   və   bonitirovkası   laboratoriyası   təşkil

edilir.

İlk   günlər   laboratoriya   qarşısında   çox   mühüm



problemlər dururdu. Bunlar aşağıdakılar idi:

respublika   ərazisində   torpaqların   münbitliyinə   və

kənd   təsərrüfat   bitkilərinin   məhsuldarlığına   təsir   edən

agroekoloji amillərin tədqiq edilməsi;

respublika torpaq fondunun  tərkibi  və ayrı – ayrı

kənd   təsərrüfat   bitkiləri   altındakı   vəziyyətinin

səciyyələndirilməsi

torpaq   kadastrı   üçün   kənd   təsərrüfatı   və   müşə

torpaqlarının   bonitirovkasının   aparılması,   bu   məqsədlə

bitkilərin   bioloji   tələblərinə   uyğun   olaraq   qiymət

meyarlarının və təshih əmsallarının müəyyən edilməsi

kənd   təsərrüfatı   torpaqlarının   aqroistehsalat

qruplaşdırılmasının və rayonlaşdırılmasının aparılması

Şahalı Gülmalı oğlu

Həsənov

17



respublikanın təbii – iqtisadi və inzibati rayonları,

landşaft zonaları üzrə torpaq sahələrinin bonitet ballarının

və müqayisəli dəyərlilik əmsallarının müəyyən edilməsi;

ayrı – ayrı təsərrüfat, inzibati rayon və respublika

üzrə   torpaq   –   bonitet   xəritələrinin   və   kartoqramlarının

tərtib edilməsi və s. 

Respublikamızda   torpaqların   bonitirovkası   üzrə

tədqiqatların   vahid   metodika   əsasında   səmərəli   təşkili

üçün 1973 – cü ildə müəlliflər kollektivi - V.R.Volobuyev,

M.E.Salayev,   Ş.G.Həsənov,   Y.İ.Kostyusen   tərəfindən

“Azərbaycanda torpaqların bonitirovkasının keçirilməsinə

dair metodiki göstəriş”  hazırlanıb çap olunur. Elə həmin il

Azərbaycan  torpaqlarının  1:500  min  miqyasında  bonitet

kartoqramı   Ş.G.Həsənov,   R.Ə.Əliyeva   tərəfindən   tərtib

edilir. 

Son   illər   ayrı   –ayrı   regionlarda   həmin

laboratoriyada   akademik   Q.Ş.Məmmədov,   D.Əsədov,

A.Vəliyev,   F.Əliyev,   S.Z.Məmmədova,   M.M.Əsgərova,

A.B.Cəfərov, Y.İsmayılov və b. Ş.G.Həsənovun rəhbərliyi

altında   torpağın   bonitirovkası   və   ekologiyasına   aid

namizədlik   dissertasiyası   müdafiə

etmişlər. 



Qərib

 

Şamil

 

oğlu

Məmmədov  ölkəmizdə   ekologiya

ixtisası üzrə biologiya elmləri doktoru

elmi   dərəcəsinə   layiq   görülmüş   ilk

professordur.   1994-cü   ildən

Azərbaycan   EA   Torpaqşünaslıq   və

Aqrokimya   İnstitutunun   direktoru

vəzifəsində

 

çalışmışdır.



Q.Ş.Məmmədov   torpaq   kadastrı,

torpaqların ekoloji münbitlik modeli,

torpaqların   ekoloji   qiymətləndirilməsi,   torpaqların

bonitirovkası, torpaqların ekoloji keyfiyyətinin monitorinqi



Qərib Şamil oğlu

Məmmədov

18



ilə bağlı çoxsaylı, sanballı elmi araşdırmaların müəllifi, o

cümlədən Azərbaycan Respublikası ekoloji problemlərinin

sistem halında öyrənilməsi konsepsiyasının yaradıcısıdır.

Torpaq   islahatının   həyata   keçirilməsində   böyük

əhəmiyyəti   olan,   torpaqların   iqtisadi   (pulla)

qiymətləndirilməsi məsələlərinin elmi cəhətdən həlli məhz

Q.Ş.Məmmədova

 

məxsusdur.



 

Azərbaycan

Torpaqşünaslar   Cəmiyyətinin   prezidentidir.   Q.   Ş.

Məmmədov 2001-ci ildən Azərbaycan Respublikası MEA-

nın   müxbir   üzvü,   Beynəlxalq   Ekologiya   və   Energetika

Akademiyasının   akademiki,   eyni   zamanda   Ekologiya

bölməsinin   akademik-katibi,   Rusiya   Ekologiya

Akademiyasının   üzvü,   Beynəlxalq   “Noosfer”

Akademiyasının   həqiqi   üzvü,   Rusiya   Təbiətşünaslıq

Akademiyasının   həqiqi   üzvü,   10   may   2002-ci   ildən

Beynəlxalq Elmlər Akademiyasının akademikidir. 1997-ci

il   iyunun   25-də   Azərbaycan   Respublikasının   Prezidenti

Heydər Əliyevin sərəncamı ilə Dövlət Torpaq Komitəsinin,

18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin,   23   oktyabr   2004-cü   il   tarixində   isə

Azərbaycan   Respublikasının   Prezidenti   İlham   Əliyevin

sərəncamı   ilə   yenidən   Dövlət   Torpaq   və   Xəritəçəkmə

Komitəsinin   sədri   təyin   olunmuşdur.   Q.Ş.Məmmədov

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin (1-ci

çağırış)   üzvü   seçilmişdir.   Hazırda   respublikamızın

torpaqşünaslıq, coğrafiya və ekoloji problemləri ilə bağlı

elmi   araşdırmalar   aparır   və   bu   sahədə   elmi   iş   aparan

gənc alimlərin bir qrupuna rəhbərlik edir.

Artıq   XXI   əsrin   əvvəllərində   kompyuter

texnologiyasından   istifadə   etməklə   torpaq   –   ekoloji

sistemlərin   əsas   informatik   göstəricilərinə   əsaslanan

məlumatların təsvir dili tərtib edilmiş və torpaq təsnifatının

informasiya   bazarı   A.İsmayılov   tərəfindən   təklif

19



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə