Şəkil 8.1. Torpaq profilləri .
3) İllüvial “B” qatından altda torpaqəmələgətirən
qat – ana süxur yerləşir ki, bunu “C” indeksi ilə işarə
edirlər. ”C” qatı bozqır tipi üzrə əmələ gələn torpaqlarda
ana süxur hesab olunur. Adətən bu qatda çətin həll olan
duzlar (karbonatlar, gips) toplanmış olur və C
k
, C
g
indeksləri ilə işarələnmiş olur.
4) Döşəmə süxur – “D” indeksi ilə işarə edilir və
topraqəmələgəlmə prosesinə məruz qalmır. ”D” qatı
genetik bir qat kimi o zaman ayrılır ki, burada torpağın A,
B və C qatları ümumi bir substrat (süxur) üzərində əmələ
gəlsin və ondan altda yerləşən sal süxur isə öz xassəsinə
görə fərqlənmiş olsun.
99
Qeyd etmək lazımdır ki, “D” qatı üzərində əmələ
gələn torpaqlar bir qayda olaraq qalın olmur və onlarda
genetik qatların hamısına ardıcıllıqla rast gəlinmir.
Torpaqların quruluşu üçün söylədiyimiz bu ardıcıl
sxem qrunt suyu xeyli dərin yerləşmiş avtomorf torpaqlar
üçün xasdır. Lakin qrunt suları dayazda yerləşən
ərazilərdə əmələ gəlmiş torpaqların quruluş sxemləri bir
qədər başqa tiplidir. Belə halda torpaqəmələgəlmə
prosesi qrunt sularının təsiri altında gedir və nəticədə
torpaq profili dövrü, yaxud daimi olaraq kimyəvi
elementlərlə zənginləşir, orada spesifik geokoimyəvi
vəziyyət yaranır. Lakin enən axın hərəkəti nəticəsində
çətin həll olan birləşmələr səthdə yerləşir (avtomorf
şərait), əksinə qrunt sularının qalxan hərəkəti olduqda
daha çox həll olunan birləşmələr səthdə və ona yaxın
yerləşir, hidromorf rejim yaranır.
Lakin qeyd edək ki, torpağın genetik qatları
arasında sərhəd heç də həmişə aydın olmur, bəzən orada
hər iki qonşu qatın əlamətləri nəzərə çarpır. Belə halda
həmin qat qoşa indekslə (məs. A
1
B, B
2
C və s.) ifadə
olunur. Genetik qatları hərfi işarələr əvəzinə, torpağın
məşhur adları ilə də (məs. humus qatı, podzol qatı,
şorakət qatı, qley qatı və s.) adlandırırlar.
8.2.Torpağın rəngi
Torpağın rəngi onun ən mühüm morfoloji
əlamətlərindən biridir. Torpağın rəngi profil boyu genetik
qatlar üzrə xeyli müxtəlif olub, torpaqəmələgətirən
süxurların tərkibindən, torpaqəmələgəlmənin tipindən,
xüsusilə, torpağın kimyəvi və mineraloji tərkibindən, bu
birləşmələrin kombinasiyasından asılıdır. Əksər torpaq
tipləri öz adlarını rənglərindən almışdır. Məs, qara torpaq,
qırmızı torpaq, sarı torpaq və s.
100
Təcrübəli torpaqşünas quru haldakı rənginə görə
torpaqların adını düzgün təyin edə bilir.
Torpağın və onun ayrı-ayrı genetik qatlarının
rəngini müəyyən etmək üçün S.A.Zaxarov rənglər
üçbucağı şkalasını təklif etmişdir. Bu üçbucağın
kəllələrində qara, qırmızı və ağ rənglər yerləşdirilmiş,
həmin rənglərin kombinasiyasından yaranan başqa
rənglər göstərilir. Torpağın qara, tünd boz, tünd qonur
rənglərinin əmələ gəlməsinə səbəb çürüntü maddələri,
yəni humusdur. Torpaqda humus çox olduqca rəngi bir o
qədər tünd olur (şəkil 8.2).
Şəkil 8.2. Zaxarovun rəng üçbucağı
Torpağın qırmızı rəngi onda dəmir üç hidroksid
Fe
2
O
3
∙nH
2
O birləşmələrinin (hematit, turit, limonit və s.)
olmasından asılıdır. Həm də torpaqdakı dəmirin
101
miqdarından asılı olaraq onun rəngi qırmızıdan, qırmızı–
qonur, sarı və ya narıncı rənglərə qədər dəyişir.
Torpağın ağ, yaxud açıq rənginə torpaqda olan
silisium (SiO
2
) və ya kalsium-karbonatın (CaCO
3
), yaxud
kaolin (H
2
Al
2
Si
2
O
8
∙H
2
O) və alüminium – hidroksid
birləşmələrinin xeyli çox olması səbəbdir. Belə
birləşmələrin komponentlərinə kvarsı, kaoliniti, əhəngi,
suda həll olan duzları və gipsi misal göstərmək olar.
Təbiətdə çox zaman alabəzək (göyümtül,
yaşılımtraq, paslı-qonur və s.) rənglərə də təsadüf edilir
ki, bunlara ikivalentli dəmir birləşmələri (FeO∙nH
2
O)
səbəb olur. Belə birləşmələr torpaqda izafi rütubətlənmə
şəraitində, yəni anaerob mühit olduqda əmələ gəlir.
Qeyd etmək lazımdır ki, torpağın rəngi onun
rütubətindən və aqreqatlaşma dərəcəsindən də xeyli
asılıdır. Adətən eyni torpaq quru halındakına nisbətən yaş
halda daha çox tünd görünür. Buna görə də torpağın
rəngi haqqında qəti nəticəyə onu havada quru hala
saldıqdan sonra gəlmək lazımdır.
8.3.Torpağın qranulometrik (mexaniki) tərkibi
Torpaq müxtəlif dərəcədə xırdalanmış mineral və
qismən üzvi hissələrin qarışığından ibarətdir. Müxtəlif
böyüklükdə hissəciklərin faizlə ifadə olunan nisbi miqdarı
torpağın mexaniki tərkibi adlanır (şəkil 8.3).
Mexaniki tərkibin torpaq proseslərinə və torpağın
fiziki–kimyəvi proseslərinə böyük təsiri vardır. Xüsusilə,
mexaniki tərkib torpağın məsaməliliyi və su
keçirməkliyinə, yaprıxması və şişməsinə, kapilyar
qalxmanın yüksəkliyinə, udma qabiliyyətinin böyüklüyünə,
su, hava və istilik rejimlərinə mühüm təsir göstərir. Bunları
düzgün tənzim edə bilmək üçün torpağın mexaniki
tərkibini öyrənmək lazım gəlir. Məs: qumlu torpaq
102
Dostları ilə paylaş: |