Ağarəhim Əsərlər
33
təsəvvürlərində bir daha yenidən canlandırır, götür-qoy edir, tutuş-
durur, sonra dəftərlərinə yazmalı olurlar. İlk günlər bu proses çox
ləng gedir, məktəblilər hərfin ayrı-ayrı elementlərini görməkdə, on-
ları birləşdirməkdə çətinlik çəkirlər.
Yazılışı sadə hərflərdən mürəkkəb hərflərə doğru olan belə ge-
diş (didaktikanın sadədən mürəkkəbə prinsipi) hərflərin yazılışını
sürətləndirir, şagirdlərdə tədricən vərdiş halına keçir. Məlumdur ki,
məktəblilərlə hər bir oxu məşğələsində kəsmə əlifba ilə düzüm löv-
həsində sözlərin yazılması, onların heca və hərflərə ayrılması, sonra
da tərkib halında birləşdirilməsi üzrə iş gedir. Bu iş bir tərəfdən şa-
girdlərdə oxu vərdişlərinin inkişafına, digər tərəfdən də yazı baca-
rıqlarıınn yaranmasına kömək göstərir. Düzdür, bu prosesdə uşaq-
lar hərflərin əl yazısı ilə tanış olurlar. Lakin bu iş sonralar sözlərin
düzgün yazılışı üçün bir növ dayağa çevrilir.
İlk yazıya başlayan uşaq üçün hər bir hərf sirli bir aləmdir. O,
burada bütün diqqətini, iradəsini, bacarığını səfərbərliyə alır, hərfin
ayrı-ayrı elementiərini yazmağa, onları birləşdirməyə, dəftərlərin
damalarında düzgün yerləşdirməyə çalışır. Təcrübə göstərir ki,
məktəblilərdə keyfıyyətli, səliqəli, sürətli yazı vərdişləri yaratmaq
üçün, ən əvvəl, onları bu işə yaxşı hazırlamaq lazımdır. Düzgün əy-
ləşmək, qələmi düzgün saxlamaq, dəftəri tələb olunan qaydada
qoymaq, onu tədricən irəli itələmək və s. məlumata yiyələnməlidir.
I sinifdə savad təliminin beş həftəsi əlifba təliminə hazırlıq üçün
nəzərdə tutulur. Bu dövrdə uşaqlar şəkil və naxışlar, müxtəlif hən-
dəsi fiqurlar çəkir, sadə elementlər, düz xətt (1), aşağı hissəsi dairə-
lənən xətt (5), aşağı və yuxarı hissəsi dairələnən xətt (ğ), yuxarı
hissəsi dairələnən xətt (.?), bir-birinə nazik millərlə bərkidilmiş xət-
lər (M), ovallar (00) və s. üzrə məşq edirlər.
Hazırlıq məqsədilə meyvə, alət, oyuncaq şəklinin (armud, hey-
va, balta, mişar, top) və s. çəkilməsi şagirdləri çox maraqlandırır.
Beləlliklə, onlar biləyi, barmaqları möhkəmlətmək və əli düzgün
hərəkət etdirmək üzrə fəaliyyət göstərirlər.
Əlifba təlimi dövründə uşaqlar artıq hərfləri yazmalı olurlar.
Onlar hərflərin ifadə etdikləri səsləri eşidir, onun çap hərfıni götü-
Ağarəhim Əsərlər
34
rür, onları kəsmə əlifbanın köməyi ilə müxtəlif hecalarda birləşdi-
rirlər. Beləliklə, məktəblilər yeni keçilmiş hərfı bütövlükdə dərk
edirlər. Yazı məşğələsində isə onlar öyrəndikləri hərflərin yazılış
forması ilə tanış olurlar. Bu zaman müəllim yeni keçilmiş hərfı bü-
tövlükdə yazı taxtasına yazır. Şagirdlər onu diqqətlə müşahidə edir-
lər. Sonra həmin hərfin ayrı-ayrı elementlərini uşaqlara göstərir və
yazı lövhəsində həmin elementləri qeyd edir, izahını verirlər. Hər-
fın digər elementləri üzərində də belə iş gedir. Nəhayət, yenidən
hərf bütöv bir varlıq kimi yazı taxtasında izah oluna-oluna yazılır.
İşin gedişində başa salınır ki, hər bir hərf müəyyən elementlərdən
ibarətdir.
Uşaq yeni öyrəndiyi hərfdən bir neçəsini yazdıqdan sonra onu
müxtəlif sözlərin tərkibində işlədir, digər hərflərlə birləşdirməyə
çalışır. Əlifba təliminin ilkin mərhələsində şagirdlərə təqdim olu-
nan sadə hərf və sözlər ikinci, üçüncü mərhələdə getdikcə mürək-
kəbləşdirilir. Onlar tədricən üzündən köçürmədən yaradıcı köçür-
məyə gedirlər. Müəllim sözlərdə müəyyən hərfi buraxır, əvəzində
nöqtələr qoyur, məktəblilər sözü köçürür və buraxılmış hərfi nöqtə-
lərin yerinə artırırlar. Yaxud müəllim müəyyən sözləri lövhəyə ya-
zır, müvafiq hərflərin altından xətt çəkir və şagirdlərə həmin hərflə-
rin əvəzinə başqasını yazmağı tapşırır. Bu prosesdə məktəblilər
həm nəzərdə tutulmuş hərfləri yaddaşa əsasən yazmağı öyrənir,
həm də hər bir hərfı dəyişməklə yeni bir sözün əmələ gəlməsini an-
layırlar. Əlifba təliminin əvvəllərində işin belə təşkili mexaniki
üzündən köçürmənin qarşısını alır, uşaqları şüurlu fəaliyyət göstər-
məyə alışdırır. Onlar ilkin vərdişlərə yiyələndikcə işin xarakteri də
bir qədər mürəkkəbləşir. Üzündən köçürmədən, tədricən yaddaşa
əsasən, imla yazmağa doğru gedirlər.
Yaddaşa əsasən yazının müxtəlif variantlarda tətbiqi şagirdləri
sözün səs-hərf, heca tərkibini düzgün müəyyənləşdirməyə genış
imkanlar açır. Sözlərdə hərfburaxma, hərfartırma, bir hərfı başqası
ilə əvəzetmə və s. kimi nöqsanların qarşısı alınır. Yaddaşa əsasən,
uşaqlar hərfi, onun obrazını yalnız təsəvvürdə canlandırmaqla və
dəftərdə yazmaqla kifayətlənmir, eyni zamanda sözü, hecanı, ayrı-
Ağarəhim Əsərlər
35
ayrı səsləri dodaqaltı (səssiz) tələffüz edir, hər bir səs və hərfin ye-
rini müəyyənləşdirirlər. Sonra onu dəftərdə yazırlar. ―Sözün həqiqi
səs təhlili uşağın xüsusi fəal fəaliyyəti prosesində eşitdiyini dəqiq-
ləşdirmə ilə başlayır‖ (A.Abdullayev).
“Əgər şagird yazı zamanı sözü dodaqaltı necə demək üzrə məşq
etməzsə, o, sözləri hərf-hərf deyəcəkdir. Bu isə adətən yazıda ciddi
səhvlərə yol açır, hərfburaxma, xüsusilə saitləri buraxma halları ilə
nəticələnir. Bu vərdiş uzun müddət davam edir‖ (L.K.Nazarova).
Ola bilər ki, müəllim şagirdlərə növbə ilə müxtəlif əşya şəkilləri
təqdim etsin. Yazı lövhəsində isə şəkillərin adlarındakı hərflərin sa-
yı qədər damalar çəksin, onlara aydınlaşdırılsın ki, yazı taxtasında-
kı damaların hər biri şəklin altındakı hərfləri göstərir. Müəllim sin-
fə müraciətlə deyir: ―Siz damalar əsasında dəftərinizdə şəklin adını
yazın‖. Məktəblilər şəkillərin adlarını dodaqaltı bir neçə dəfə tələf-
füz edə-edə səs və hərfləri, onların ardıcıllığını, yerini müəyyənləş-
dirir, sonra dəftərlərinə yazırlar. Onlar bu sahədə məşq etdikdən
sonra müəllim əşya şəkillərinin adlarnıdakı hecaların sayı qədər da-
malar verə bilər. Beləliklə, şagirdlər yalnız yazılışına əsasən sözləri
deyil, eyni zamanda tələffüzü ilə yazılışı arasında fərq olan sözləri
də yazmağı öyrənirlər. Lakin burada sözlərin və cümlələrin seçil-
məsində ehtiyatlı hərəkət etmək lazımdır. Aparılan müşahidələr
göstərir ki, uşaqlar üç-dörd, bəzən də iki hecalı sözləri görüş dairə-
lərində yerləşdirməyi bacarmırlar. Çox zaman yazarkən bu səbəb-
dən də səhvə yol verirlər. Ona görə də müəllim ola bilər ki, çoxhe-
calı sözlərin şəklini göstərməklə yazı lövhəsində onların adlarını
əks etdirən hərflərin sayı qədər dama ayırsın. Məsələn, ördək şəkli
uşaqlara göstərilir, yazı taxtasında damalar çəkilir. Məktəblilər ör-
dəyin şəklinə baxıb onun adını bir neçə dəfə dodaqaltı təkrarlayır,
səs-hərf tərkibini müəyyənləşdirir, hər damanın əvəzində bir hərf
yazır. Bu prosesdə şagirdlər sözün səs-hərf tərkibini, onların ardı-
cıllığını müstəqil müəyyənləşdirirlərsə də, damalar sözdəki hərflə-
rin sayını onlara diqtə edir, hər bir hərfin tapılması üçün müəyyən
fraza yaradır. Məktəblilər əməliyyatı düzgün yerinə yetirmədikdə
qüvvətlilərdən bir neçəsi həmin sözü düzüm lövhəsində kəsmə əlif-
Dostları ilə paylaş: |