Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə11/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   7   8   9   10   11   12   13   14   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

33 



təsəvvürlərində bir daha yenidən canlandırır, götür-qoy edir, tutuş-

durur,  sonra  dəftərlərinə  yazmalı  olurlar.  İlk  günlər  bu  proses  çox 

ləng gedir, məktəblilər hərfin ayrı-ayrı elementlərini görməkdə, on-

ları birləşdirməkdə çətinlik çəkirlər. 

Yazılışı sadə hərflərdən mürəkkəb hərflərə doğru olan belə ge-

diş  (didaktikanın  sadədən  mürəkkəbə  prinsipi)  hərflərin  yazılışını 

sürətləndirir, şagirdlərdə tədricən vərdiş halına keçir. Məlumdur ki, 

məktəblilərlə hər bir oxu məşğələsində kəsmə əlifba ilə düzüm löv-

həsində sözlərin yazılması, onların heca və hərflərə ayrılması, sonra 

da tərkib halında birləşdirilməsi üzrə iş gedir. Bu iş bir tərəfdən şa-

girdlərdə oxu vərdişlərinin inkişafına, digər tərəfdən də  yazı  baca-

rıqlarıınn yaranmasına kömək göstərir. Düzdür, bu prosesdə uşaq-

lar hərflərin əl yazısı ilə tanış olurlar. Lakin bu iş sonralar sözlərin 

düzgün yazılışı üçün bir növ dayağa çevrilir. 

İlk  yazıya başlayan uşaq üçün hər bir hərf sirli bir aləmdir. O, 

burada bütün diqqətini, iradəsini, bacarığını səfərbərliyə alır, hərfin 

ayrı-ayrı  elementiərini  yazmağa,  onları  birləşdirməyə,  dəftərlərin 

damalarında  düzgün  yerləşdirməyə  çalışır.  Təcrübə  göstərir  ki, 

məktəblilərdə  keyfıyyətli,  səliqəli,  sürətli  yazı  vərdişləri  yaratmaq 

üçün, ən əvvəl, onları bu işə yaxşı hazırlamaq lazımdır. Düzgün əy-

ləşmək,  qələmi  düzgün  saxlamaq,  dəftəri  tələb  olunan  qaydada 

qoymaq, onu tədricən irəli itələmək və s. məlumata yiyələnməlidir. 

I sinifdə savad təliminin beş həftəsi əlifba təliminə hazırlıq üçün 

nəzərdə tutulur. Bu dövrdə uşaqlar şəkil və naxışlar, müxtəlif hən-

dəsi fiqurlar çəkir, sadə elementlər, düz xətt (1), aşağı hissəsi dairə-

lənən  xətt  (5),  aşağı  və  yuxarı  hissəsi  dairələnən  xətt  (ğ),  yuxarı 

hissəsi dairələnən xətt (.?), bir-birinə nazik millərlə bərkidilmiş xət-

lər (M), ovallar (00) və s. üzrə məşq edirlər. 

Hazırlıq məqsədilə meyvə, alət, oyuncaq şəklinin (armud, hey-

va,  balta,  mişar,  top)  və  s.  çəkilməsi  şagirdləri  çox  maraqlandırır. 

Beləlliklə,  onlar  biləyi,  barmaqları  möhkəmlətmək  və  əli  düzgün 

hərəkət etdirmək üzrə fəaliyyət göstərirlər. 

Əlifba  təlimi  dövründə  uşaqlar  artıq  hərfləri  yazmalı  olurlar. 

Onlar hərflərin ifadə etdikləri səsləri eşidir, onun çap hərfıni götü-




Ağarəhim                                                                                                     Əsərlər 

 

34 



rür, onları kəsmə əlifbanın köməyi ilə müxtəlif hecalarda birləşdi-

rirlər.  Beləliklə,  məktəblilər  yeni  keçilmiş  hərfı  bütövlükdə  dərk 

edirlər.  Yazı  məşğələsində  isə  onlar  öyrəndikləri  hərflərin  yazılış 

forması ilə tanış olurlar. Bu zaman müəllim yeni keçilmiş hərfı bü-

tövlükdə yazı taxtasına yazır. Şagirdlər onu diqqətlə müşahidə edir-

lər. Sonra həmin hərfin ayrı-ayrı elementlərini uşaqlara göstərir və 

yazı lövhəsində həmin elementləri qeyd edir, izahını verirlər. Hər-

fın  digər  elementləri  üzərində  də  belə  iş  gedir.  Nəhayət,  yenidən 

hərf bütöv  bir varlıq kimi  yazı  taxtasında izah oluna-oluna  yazılır. 

İşin  gedişində başa salınır ki,  hər bir hərf müəyyən elementlərdən 

ibarətdir. 

Uşaq  yeni  öyrəndiyi  hərfdən  bir  neçəsini  yazdıqdan  sonra  onu 

müxtəlif  sözlərin  tərkibində  işlədir,  digər  hərflərlə  birləşdirməyə 

çalışır.  Əlifba  təliminin  ilkin  mərhələsində  şagirdlərə  təqdim  olu-

nan  sadə  hərf  və  sözlər  ikinci,  üçüncü  mərhələdə  getdikcə  mürək-

kəbləşdirilir.  Onlar  tədricən  üzündən  köçürmədən  yaradıcı  köçür-

məyə  gedirlər.  Müəllim  sözlərdə  müəyyən  hərfi  buraxır,  əvəzində 

nöqtələr qoyur, məktəblilər sözü köçürür və buraxılmış hərfi nöqtə-

lərin yerinə artırırlar. Yaxud müəllim müəyyən sözləri lövhəyə ya-

zır, müvafiq hərflərin altından xətt çəkir və şagirdlərə həmin hərflə-

rin  əvəzinə  başqasını  yazmağı  tapşırır.  Bu  prosesdə  məktəblilər 

həm  nəzərdə  tutulmuş  hərfləri  yaddaşa  əsasən  yazmağı  öyrənir, 

həm də hər bir hərfı dəyişməklə yeni bir sözün əmələ gəlməsini an-

layırlar.  Əlifba  təliminin  əvvəllərində  işin  belə  təşkili  mexaniki 

üzündən köçürmənin qarşısını alır, uşaqları şüurlu fəaliyyət göstər-

məyə alışdırır. Onlar ilkin vərdişlərə yiyələndikcə işin xarakteri də 

bir  qədər  mürəkkəbləşir.  Üzündən  köçürmədən,  tədricən  yaddaşa 

əsasən, imla yazmağa doğru gedirlər. 

Yaddaşa  əsasən  yazının  müxtəlif  variantlarda  tətbiqi  şagirdləri 

sözün  səs-hərf,  heca  tərkibini  düzgün  müəyyənləşdirməyə  genış 

imkanlar açır. Sözlərdə hərfburaxma, hərfartırma, bir hərfı başqası 

ilə əvəzetmə  və s. kimi nöqsanların  qarşısı alınır. Yaddaşa  əsasən, 

uşaqlar  hərfi,  onun  obrazını  yalnız  təsəvvürdə  canlandırmaqla  və 

dəftərdə  yazmaqla kifayətlənmir, eyni zamanda sözü, hecanı, ayrı-




Ağarəhim                                                                                                     Əsərlər 

 

35 



ayrı səsləri dodaqaltı (səssiz) tələffüz edir, hər bir səs və hərfin ye-

rini müəyyənləşdirirlər. Sonra onu dəftərdə yazırlar. ―Sözün həqiqi 

səs təhlili uşağın xüsusi fəal fəaliyyəti prosesində eşitdiyini dəqiq-

ləşdirmə ilə başlayır‖ (A.Abdullayev). 

“Əgər şagird yazı zamanı sözü dodaqaltı necə demək üzrə məşq 

etməzsə, o, sözləri hərf-hərf deyəcəkdir. Bu isə adətən yazıda ciddi 

səhvlərə yol açır, hərfburaxma, xüsusilə saitləri buraxma halları ilə 

nəticələnir. Bu vərdiş uzun müddət davam edir‖ (L.K.Nazarova). 

Ola bilər ki, müəllim şagirdlərə növbə ilə müxtəlif əşya şəkilləri 

təqdim etsin. Yazı lövhəsində isə şəkillərin adlarındakı hərflərin sa-

yı qədər damalar çəksin, onlara aydınlaşdırılsın ki, yazı taxtasında-

kı damaların hər biri şəklin altındakı hərfləri göstərir. Müəllim sin-

fə müraciətlə deyir: ―Siz damalar əsasında dəftərinizdə şəklin adını 

yazın‖. Məktəblilər şəkillərin adlarını dodaqaltı bir neçə dəfə tələf-

füz edə-edə səs və hərfləri, onların ardıcıllığını, yerini müəyyənləş-

dirir,  sonra  dəftərlərinə  yazırlar.  Onlar  bu  sahədə  məşq  etdikdən 

sonra müəllim əşya şəkillərinin adlarnıdakı hecaların sayı qədər da-

malar verə bilər. Beləliklə, şagirdlər yalnız yazılışına əsasən sözləri 

deyil, eyni zamanda tələffüzü ilə yazılışı arasında fərq olan sözləri 

də  yazmağı  öyrənirlər.  Lakin  burada  sözlərin  və  cümlələrin  seçil-

məsində  ehtiyatlı  hərəkət  etmək  lazımdır.  Aparılan  müşahidələr 

göstərir ki, uşaqlar üç-dörd, bəzən də iki hecalı sözləri görüş dairə-

lərində  yerləşdirməyi  bacarmırlar.  Çox  zaman  yazarkən  bu  səbəb-

dən də səhvə yol verirlər. Ona görə də müəllim ola bilər ki, çoxhe-

calı  sözlərin  şəklini  göstərməklə  yazı  lövhəsində  onların  adlarını 

əks etdirən hərflərin sayı qədər dama ayırsın. Məsələn, ördək şəkli 

uşaqlara göstərilir, yazı taxtasında damalar çəkilir. Məktəblilər ör-

dəyin şəklinə baxıb  onun adını bir neçə  dəfə dodaqaltı  təkrarlayır, 

səs-hərf  tərkibini  müəyyənləşdirir,  hər  damanın  əvəzində  bir  hərf 

yazır.  Bu prosesdə şagirdlər sözün səs-hərf tərkibini, onların  ardı-

cıllığını müstəqil müəyyənləşdirirlərsə də, damalar sözdəki hərflə-

rin sayını onlara diqtə edir, hər bir hərfin tapılması üçün müəyyən 

fraza  yaradır.  Məktəblilər  əməliyyatı  düzgün  yerinə  yetirmədikdə 

qüvvətlilərdən bir neçəsi həmin sözü düzüm lövhəsində kəsmə əlif-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə