Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə10/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   6   7   8   9   10   11   12   13   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

30 



məsi; 

— şagirdlərin psixoloji xüsusiyyətlərini, ümumi inkişaf fərqləri-

ni, onların fərdi fərqlərini nəzərə almaması; 

— savad təliminə lazım səviyyədə hazır olmaması; 

— fonetik eşitmə bacarığının məktəblilərə aşılanması sahəsində 

kifayət dərəcədə müntəzəm və sistemli şəkildə iş aparmaması; 

— şagirdlərin yol verdikləri səhvləri hesaba almaması, nöqsan-

ların aradan qaldırılması ilə bağlı müntəzəm mübarizə aparmaması; 

— savad təlimi dövründə səs təhli1-tərkib üsulundan lazımi sə-

viyyədə istifadə etməməsi

—  səslənməsinə  və  yazılışına  görə  bir-birinə  yaxın  və  oxşar 

olan səslərin (z-s, p-b, t-d, ç-c, q-ğ, v-f, k-g və s.), hərflərin (p-t, g-

k, ç-c, r-p, o-ö və s.), hecaların (an-na, ma-na, ay-ya, oy-yo, un-nu) 

və  sözlərin  (ot-od,  ayı-arı,  ayna-oyna,  aş-daş  və  s.)  müqayisəli  şə-

kildə tutuşdurmalarla öyrədilməsinə, bir səs və hərfı dəyişməklə nə 

kimi assosiasiya baş verməsinə uşaqların diqqətini cəlb etməməsi

— savad təlimi dövründə rəngarəng vasitələrdən (şəkilli kartoç-

kalardan,  kəsmə  əlifbadan,  heca  cədvəlindən,  düzüm  lövhəsindən 

və s.) istifadə etməməsi; 

— oxu dərslərində mətn və cümlələrdəki, ayrı-ayrı sütunlardakı 

çətin sözlərin mənasının açmasına və onların təhlilinə kifayət qədər 

diqqət yetirməməsi və s. 



3. Şagirdlərin fəaliyyəti ilə əlaqədar nöqsanlar: 

— oxu zamanı məktəblilərin 95-96 faizinin yerli şivə və dialek-

tik qüsurlara yol vermələri

— səslənməsinə görə oxşar ç-c, k-g, t-d, f-v, p-b və s. samitləri 

qarışdırmaları; 

— bəzi oxşar səslər arasındakı fərqi görmədiklərindən oxuduq-

ları sözlərin mənasını təhrif etmələri; 

—  sözlərdə  müəyyən  hərfləri  buraxaraq,  onları  səslənməsinə 

görə  oxşar  sözlərlə  (maşın  əvəzinə  maşınını,  gözləmək  əvəzinə 

gözdəmək və s.)  əvəz etmələri; sözlərdə bir səsi digəri ilə (kələm 

əvəzinə kəlləm və s.) əvəz etmələri; 

— çoxhecalı sözlərdə hərfburaxma (sözlərin sonunda: kitab(ı), 




Ağarəhim                                                                                                     Əsərlər 

 

31 



dəftər(i) və s., sözlərin ortasında: yaz(ı)da, əs(ir)r, fəs(i)l və s.; 

—  çoxhecalı  sözlərdə  hecaburaxma  (sözlərin  sonunda:  ma-



şın(ın), gəldi(lər) və s., sözlərin ortasında: adam(lar)ın, ata(sı)nın 

və s.); 


— hərfartırma (sözlərin əvvəlində: (i)rəng, (i)stol və s.); sözlə-

rin  ortasında:  yazı(ı)da,  pal(i)to  və  s.;  sözlərin  sonunda:  nəğmə-



lər(i), tarlada(n) və s.; 

— sözdə hecaartırma (sözlərin ortasında: diş(lər)ini,  qaç(ırıl)-



dı, sonunda: yaxşı(sı); ovçu(nu) və s.; 

—  səslənməsinə  görə  oxşar  sözləri  (dələ-tələ,  dirrik-dirək  və 

s.) qarışdırmaları; 

— tələskənliklə əlaqədar sözləri (alma-amma, sürü-sünbül və 

s.) yanlış tələffüz etmələri

— çoxhecalı sözlərin (portağal-portfel,  səliqəli-səməni və  s.) 

oxunmasında əvvəlki hecanı başqaları ilə əvəz etmələri

—  sözləri  (müəllim,  şair,  kolbasa  və  s.)  yazılış  qaydalarına 

əsasən oxumaları və s. 

Oxu  təlimi  prosesində  qarşıya  çıxan  bu  çətinliklər  və  səhvlər 

mütləq nəzərə alınmalı, nöqsanların aradan qaldırılması ilə əlaqədar 

ilk  gündən  müntəzəm  və  sistemli  şəkildə  iş  aparılmalıdır.  Bunsuz 

şagirdlərdə düzgün, sürətli, ifadəli və şüurlu oxu vərdişləri forma-

laşdırmaq qeyri-mümkündür. 



 

5. Yazı təlimi 

 

Yazının  ictimai  mahiyyəti.  Yazı  qrafik  işarələr  sistemidir.  O 

ən mühüm ünsiyyət vasitələrindəndir. Yazının əmələ gəlməsilə in-

sanlar  öz  fikirlərini  başqalarına  çatdırmaqda  ondan  geniş  istifadə 

etmişlər.  Bu  baxımdan  yazı  ən  mühüm  ictimai  alətdir.  Yazı  bəşə-

riyyət tarixinin hər bir pilləsində böyük xidmət və rola malikdir: 

a)   insanın maddi aləmlə bağlı bilik və təcrübəsini  başqalarına 

olduğu kimi  çatdırmasının  ən mühüm vasitəsi tarixən  yazı  olmuş-

dur və indi də olmaqdadır. Yazının imkanları ünsiyyətin digər vasi-

tələrinə (şifahi nitqin ifadə vasitələrinə) nisbətən daha genişdir. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

32 



b)   elm və texnikanın, mədəniyyətin və s. inkişafında yazı mi-

silsiz xidmətlərə malikdir. O, dünyada olan bütün nəsillər və eləcə 

də  millətlər  arasında  körpü  rolunu  oynamış,  onların  qarşılıqlı  ya-

xınlaşmasına, mədəniyyətinin inkişafına güclü təkan vermişdir. 

c)   xalqın savadlı olması, elm və mədəniyyəti yazı ilə bağlıdır. 

Yazısız və  yazının ümumiləşmədiyi bir xalqda fikirin inkişafı  son 

dərəcə  zəif  olur.  Onun  tarixi,  soy  kökü,  inkişafı  haqqında  düşün-

mək artıqdır. 

ç) yazı insanların dünyaya və cəmiyyətə olan baxışlarını forma-

laşdırır,  kainatı  dərk  etmələrinə  kömək  göstərir,  maddi  və  mənəvi 

dəyərlərin,  mədəni  irsinin  qorunub  saxlanılmasını,  mühafizə  olun-

masını təmin edir. O, ―insan mədəniyyətini cəmiyyətdən cəmiyyətə 

yetirən,  cəmiyyətlərin  inkişaf  tarixini  özündə  əks  etdirən  qırılmaz 

bir bağdır‖

1

.  


d)  yazı  ictimailəşdirici  xarakter  daşıyır.  O,  insanların,  eləcə  də 

millətlərin elmi və mədəni əlaqələrini sıxlaşdıran, ortaqlaşdıran va-

sitədir. Bu vasitə ilə hər bir yeni kəşf, ixtira az bir zamanda bütün 

insanların  ortaq  malına  çevrilir.  Beynəlmiləl  xarakter  daşıyan  yazı 

bütün millətləri və xalqları bir-biri ilə əlaqələndirir. 

e) yazı keçmişlə, bu günlə qapanıb qalmır, o eyni zamanda top-

lanmış maddi və mənəvi sərvətləri gələcək nəsillərə ötürməyə im-

kan verir. 

Müasir  şəraitdə  savadlı  yazıya,  gözəl  xəttə  yiyələnmək  böyük 

didaktik əhəmiyyət kəsb edir. Bu işin əsası ibtidai siniflərdə qoyu-

lur. I sinifdə hər gün dərsin 12-15 dəqiqəsi yeni hərfin düzgün yazı 

qaydasının öyrədilməsinə ayrılır. 

Yazı  hərəki  prosesdir.  Onda  müxtəlif  əməliyyatın  bütöv  bir 

kompleksi birləşir. Səslə hərf, yazının qrafık obrazı ilə onun yazılı-

şı üçün əl hərəkəti arasında müəyyən əlaqələr yaranır (L.M.Şvarts).  

Şagirdlər həm zehni, həm də oxudan fərqli fəaliyyət göstərirlər. 

Onlar ilk dəfə yazacağı səsi əvvəl eşidir, onu bir neçə dəfə dodaq-

altı təkrarlayır, onun qrafık obrazı ilə yazılı forması arasındakı fərqi 

                                                 

1

 Dəmirçizadə Ə.M. Müasir Azərbaycan dili. I hissə. Bakı, ―Maarif‖, 1984, 



səh.256. 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə