Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə18/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   14   15   16   17   18   19   20   21   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

54 



imkan verir. Nəticədə, K.D.Uşinskinin təbirincə desək, hər cür an-

lama, hər cür dərketmə prosesi başlanır. Tutaq ki, II sinifdə “Yay-

da”  hekayəsində  “babasıgilin”,  “maraqlanırdı”,  “nəğmələrinə”, 

“kəpənəklərinə”,  “Sağlamlığın  şərtləri‖  mətnində  ”Sağlamlığın”, 

“qulaqlarınızın‖,  “dırnaqlarınızı”  və  s.,  III  sinifdə  İ.Qasımov  və 

H.Seyidbəylinin  “Ələkeçməz  partizan‖  hekayəsində  “qoltuqların-

dakı”,  “Triyest”,  “partlayıcıların”,  “ikimərtəbəli‖,  M.Cəlalın  “Öl-

məz  qəhrəman”  hekayəsində  “patrondaşını”,  “qumbaraları”  “du-

manlanmış”,  “çatmayacağını”  və  s.,  IV  sinifdə  isə  N.Babayevin 

“Sevastopolçuların”,  “Sinetskinin”,  “cinahından”,  “susdurulmalı-

dırlar”, “təhlükəlidirlər və s. kimi sözləri hecalarla oxuyurlar. Gö-

ründüyü kimi, bu sözlərin hamısı çoxhecalıdır. Şagirdlərin bir qru-

pu hələ kifayət dərəcədə oxu vərdişlərinə yiyələnmədiklərindən hə-

min sözlərdəki  hecaların hamısı onların  qavrayış dairəsinə sığmır. 

Bunun  nəticəsində  müxtəlif  hecaları  vahid  tərkibdə  birləşdirə  bil-

mirlər. Beləliklə, oxunun sürəti aşağı düşür, məzmunun şüurlu mə-

nimsənilməsinə yönəlmiş diqqət azalır. Belə oxuyan şagirdlər yaxşı 

oxuyan yoldaşlarının hər sözü, cümləni necə deməsinə, tələffüzünə 

fikir verirlər. Müqayisənin köməyi ilə kimin  yaxşı, kimin pis oxu-

masını, onların səbəblərini müəllimin köməyi ilə öyrənirlər. Bu mə-

sələ, əlbəttə I-II sinif şagirdləri üçün bir qədər çətindir. Lakin III-IV 

sinif şagirdlərində yoldaşlarının oxusunu normal sürətli oxu ilə mü-

qayisə etmək bacarığı aşılanmalıdır. Hər dəfə növbələnmiş oxudan 

sonra  belə  sualların  qoyuluşu  bir  tərəfdən  şagirdi  diqqətli  olmağa 

səfərbər  edir,  digər  tərəfdən  müəllimin  istiqamətverici  suallarının 

köməyi ilə normal oxunun qayda və qanunlarını, tələblərini öyrənir

yeri  gəldikcə  şagirdlərə  öz  oxularında  onlardan  istifadə  etmək  im-

kanı verir. Tədricən şagirdlərin oxu sürəti artır, mətnin məzmunu-

nun şüurlu mənimsənilməsi təmin olunur. 

Şagirdlərin oxu sürətinin artırılmasında səssiz oxunun müstəsna 

əhəmiyyəti vardır. Səssiz oxu prosesində şagirdlər sözün səs tərki-

bini  gözlə  müəyyənləşdirirlər.  Hər  bir  hərf,  heca  onların  qavrayış 

dairəsində  tərkib  halında  birləşir,  mənalanır,  II  sinifdə  şagirdlərin 

əksəriyyəti dodaqaltı tələffuzə yol verirlər. Lakin müəllimin vəzifə-




Ağarəhim                                                                                                     Əsərlər 

 

55 



si şagirdlərə səssiz, gözlə oxumaq vərdişləri aşılamaqdan ibarətdir. 

Çünki  səssiz  oxu  onun  sürətinin  üç-dörd  dəfə  artırılmasını  təmin 

edir.  Onların  yorğunluqlarının  qarşısını  alır.  Oxunun  məhsuldarlı-

ğını artırır, mətnin şüurlu mənimsənilməsinə əsaslı təsir göstərir. 



 

5. Oxunun düzgünlüyü 

 

Oxunun  düzgünlüyü  oxu  vərdişlərinin  aşılanması  üçün  başlıca 

şərtdir. I-II siniflərdə şagirdlərdən bəziləri oxuda müxtəlif xarakter-

li nöqsanlara yol verirlər. Belə ki, onlar sözləri bütöv oxumaqda çə-

tinlik  çəkirlər.  Çoxhecalı  sözləri  höccələməklə,  yaxud  hərflərlə 

oxuduqlarından sözlərin axırına çatmamış əvvəlki hecaları unudur-

lar.  Nəticədə  ya  çaşıb  qalır,  yaxud  da  ki  özlərinə  bir  növ  yaxın 

olanları (nitqlərində çox işlətdikləri) ilə əvəz edirlər. Bəzən də tə-

ləskənliyə  yol  verərək  sözlərə  heca  artırır  (dəftər(in),  kitab(a),  kü-

çə(də), və s.), heca buraxır (tərəvəz(lik)də, kənd(li)lər, gör(üş)lər və 

s.), sözlərin əvvəlinə səs əlavə edir (i)radio, i(radə), bir səsi başqası 

ilə əvəzləyirlər (gəliləm, arı-ayı və s.) Bundan əlavə, şagirdlər oxu-

duqları sözləri yerli dialekt və şivənin təsiri altında tələffuz edirlər, 

heç şübhəsiz ki, belə nöqsanlar anlaşılmazlıq yaradır, mətnin dərk 

olunmasını çətinləşdirir. Oxunun normal sürətinə mane olur. 

Bütün bunlar oxu prosesində aşağıdakı tələblərin nəzərə alınma-

sı zərurətini irəli sürür. 

1. Sözləri səlist, aydın, sərbəst və bütöv oxumaq. 

2.  Rabitəli  mətnləri  cümlələrlə  oxumaq,  fasiləni  (qrammatik, 

məntiqi və psixoloji), məntiqi vurğunu gözləmək. 

3. Ədəbi tələffüz qaydalarına riayət etmək. 

4. Oxu prosesində buraxılan səhvləri dərhal şagirdlərin nəzrinə 

çatdırmaq  və  nöqsanların  aradan  qaldırılması  uğrunda  müntəzəm 

mübarizə aparmaq. Qabaqcıl müəllimlər oxunun düzgünlüyünü tə-

min etmək üçün ən optimal priyomlardan, iş formalarından istifadə 

edirlər: 

— yanlış oxunan sözlərin təkrarən oxudulması üzrə müntəzəm 

məşqlərin aparılması; 




Ağarəhim                                                                                                     Əsərlər 

 

56 



— mənası çətin anlaşılan və səs-hərf tərkibi şagirdə tanış olma-

yan,  söz  və  ifadələrin  oxu  dərsində  əvvəl  yazı  taxtasına  yazılması 

və oxutdurulması; 

— çətin sözlərin (xüsusilə savad təlimi dövründə) kəsmə əlifba 

ilə düzdürülməsi; 

— çətin oxunan sözlərin oxu prosesini  saxlamaqla (yerindəcə) 

təkrarən oxutdurulması; 

— müəllimin nümunəvi oxusunun izlənilməsi və s. 

Belə iş formalarının sayını xeyli artırmaq mümkündür. Müəlli-

min vəzifəsi yaranmış şəraitdən və sinfin ümumi səviyyəsindən ası-

lı olaraq, daha optimal priyomlardan istifadə etməkdən ibarətdir. 

Oxu prosesində səhvlərin düzəldilməsinə bütün sinif cəlb olun-

malıdır. Belə olduqda şagirdlər səhv ediləcəyi ehtimal olunan söz-

ləri əvvəlcədən görür, onun səs-hərf tərkibinə diqqət yetirir, həmin 

sözü dodaqaltı tələffuz edir. Mətni oxuduqda şagird görmə və eşit-

mə analizatorlarının köməyinə arxalanır. Nəticə etibarı ilə oxu pro-

sesində  yol  verilən  nöqsanlar  tədricən  aradan  qaldırılır.  Düzgün 

oxumağı öyrənir, mətnin məzmununu şüurlu başa düşür və sərbəst 

nağıl etməyi bacarırlar. 

 

6. Oxunun şüurluluğu 

 

Oxunun şüurluğu haqqında yuxarıda qeyd edilmişdir. Şüurluluq 

oxuya  verilən  başlıca  tələbdir.  Burada  əsas  məsələ  tədris  olunan 

materialın məzmununun dərk edilməsi və alınan biliklərin təcrübə-

yə, gündəlik həyata tətbiqidir. Oxu zamanı şagird bir sıra məsələlə-

ri dərk etməlidir: 

1) hadisənin cərəyan etdiyi məkan, zaman və şəraiti

2)  mənası  çətin  anlaşılan  və  məcazi  mənada  işlədilən  ayrı-ayrı 

sözlərin mənasını; 

3) hadisələr arasındakı ardıcıllığı, səbəb və nəticə əlaqələrini

4) obrazların xarakterini

5) hadisənin məzmununa, obrazların fəaliyyətinə yazıçının mü-

nasibətini; 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə