Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə16/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   12   13   14   15   16   17   18   19   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

48 



— mətnin müəyyən epizodlarını, fabulasını, onlara yaxm olan-

ları ilə əvəz etməklə nağıl etdirilməsi

—  dialoqlu  mətnlərin  mimik  və  jelistikulyasitik  hərəkətlərlə 

(improviziya üzrə) nağıl etdirilməsi; 

— təsvir olunan hadisənin, süjetin dinamik inkişafına uyğun şə-

kil və sözlərlə bir neçə kadrın tərtibi, yaxud ekranlaşdırılması; 

— oxunmuş mətnin məntiqi cəhətdən bitkin hissələrə ayrılması, 

onlara başlıqların verilməsi, başqa sözlə, plan tərtib etdirilməsi

— mətnin məzmununa uyğun şifahi hekayələrin qurdurulması; 

— hekayənin sonunda verilmiş atalar sözlərinin həmin hekayə-

nin məzmun və ideyasına nə dərəcədə uyğunlaşdırılması, aydınlaş-

dırılması və məzmunu ilə bağlı atalar sözlərinin tapdırılması. 

I-IV sinif şagirdlərinin mətn üzərində iş prosesində bu priyom-

lardan bir və  ya bir neçəsini  tətbiq etməklə işlədilməsinə, məzmu-

nun tam açılmasına, ayrı-ayrı personajların xarakterinin başa düşül-

məsinə,  onlar  arasındakı  münasibətlərin  meydana  çıxarılmasına, 

hər  birinin  əhvali-ruhiyyəsinin  öyrənilməsinə,  ədalətli  və  ədalətsiz 

hərəkətlərinin  qiymətləndirilməsinə  imkan  verir.  Məzmunun  emo-

sional-ekspressiv təsir gücünün, yazıçının öz qəhrəmanına münasi-

bətini  aydınlaşdırmağa  kömək  göstərir.  Oxunmuş  materialın  məz-

munu  ilə  real  varlıq,  təlimlə  həyat  arasında  vəhdət  yaratmağa  im-

kan  verir.  Şagirdlərdə  təşəbbüskarlıq  və  yaradıcılıq  qabiliyyətləri, 

müstəqil fıkir söyləmək, fakt və hadisələrə düzgün qiymət vermək 

bacarıqları formalaşdırır. 

 

3. Oxu vərdişlərinin təkmilləşdirilməsi 

 

I-IV siniflərdə oxu təliminin əsas vəzifələrindən biri şagirdlərin 



oxu vərdişlərinin təkmilləşdirilməsidir. Məlumdur ki, oxu texnika-

sının  dörd  komponenti  (düzgünlük,  sürət,  ifadəlilik  və  şüurluluq) 

mövcuddur. Oxunun bu komponentləri bir-biri ilə qarşılıqlı əlaqədə 

və dialektik vəhdətdədir. Bunlardan birinin inkişafı üzərində aparı-

lan  işlər  digərlərinin  inkişafına  kömək  göstərsə  də,  şüurlu  oxu  bu 

sahədə  aparılan  işlərin  son  nəticəsidir.  Şüurlu  oxunmayan  mətnin 




Ağarəhim                                                                                                     Əsərlər 

 

49 



məzmun və ideyasını başa düşmək, öyrəndiklərini təcrübəyə tətbiq 

etmək, onu müasir həyatla əlaqələndirmək bacarıqları formalaşdır-

maq mümkün deyildir. 

Təcrübə  göstərir  ki,  oxu  vərdişlərinin  birinci  komponenti  onun 

düzgünlüyüdür. Şagird mətndəki sözləri düzgün oxumadıqda, onla-

rın mənasını da anlamır, onda səhv, yanlış təsəvvürlər yaranır: mə-

sələn,  şagird  “qabil  idi‖,  “sürət”,  “əsir”,  “allam”,  “gəlləm”  və  s. 

kimi işlədir. I-II siniflərdə səs və hecaların artırılması (maşın,  ra-



yon,  stansiya  əvəzinə  maşının,  irayon,  istansiya  və  s.),  cümlədə 

sözlərin təkrarı, dialekt və şivə xüsusiyyətlərinə yol verilməsi, ədə-

bi tələffüz qaydalarının gözlənilməməsi və s. kimi müxtəlif xarak-

terli nöqsanlara yol verilir. Fəhmlə söz demə halları özünü göstərir. 

Bunlar şagirdin oxunan mətnin məzmununu şüurlu şəkildə mənim-

səmələrinə, müstəqil və yaradıcı düşünmələrinə və məzmunu şüur-

lu  şəkildə  nağıl  etmələrinə  mane  olur.  Ona  görə  də  şagirdlər  belə 

səhvə  yol verdikdə müəllim onları təkrar oxutdurmalıdır. Əgər sö-

zün mənası şagirdlərə aydın deyildirsə, onun hərf tərkibini ilk dəfə 

görürlərsə, onda yaxşı olar ki, müəllim sözləri oxu prosesindən əv-

vəl yazı taxtasına yazsın, onun mənasının açılması, səs-hərf tərkibi-

nin müəyyənləşdirilməsi üzərində iş aparsın. 

Oxunun  şüurluluğunda  ikinci  əsas  məsələ  sürətdir.  III  sinifdə 

tədris ilinin ortalarında oxunun sürəti təqribən danışıq sürətinə  ya-

xınlaşmalıdır. Normal oxu sürəti olmadan məzmunu dərk etmək çə-

tin  olur.  Beləliklə,  lazımi  oxu  sürətinə  yiyələnməyən  şagird  bütün 

diqqətini  ayrı-ayrı  sözlərin,  cümlələrin  düzgün  oxunmasına  yönəl-

dir.  Təsvir  olunan  fakt  və  hadisələri,  obrazları,  onların  hərəkətini 

yadlarında saxlaya bilmir, xarakterlərini müəyyənləşdirməyi bacar-

mırlar. Beləliklə də, mətnin məzmunu gizli qalır, açılmır. Əks təq-

dirdə  şüurlu  oxunan  mətndə  sürət  dəyişir.  Əsas  diqqət  məzmunu 

mənimsəməyə  yönəlir.  Şagird  hər  bir  söz,  ifadə  və  cümlənin,  bü-

tövlükdə mətnin məzmununu öyrənməyə çalışır, sürətli oxuya bil-

mir.  Odur  ki,  oxunun  sürəti  ilə  şüurluğu  arasındakı  əlaqələr  təlim 

prosesində mütləq nəzərə alınmalıdır. 

Oxunun şüurluğu ilə ifadəliliyi arasındakı qarşılıqlı əlaqələrə də 




Ağarəhim                                                                                                     Əsərlər 

 

50 



diqqət  yetirilməlidir.  Məlumdur  ki,  ifadəli  oxu  prosesində  mətnin 

məzmunu, yazıçının məqsədi, qəhrəmanların hərəkəti və s. məsələ-

lər şifahi nitqin müxtəlif ifadə vasitələri ilə (mimika, jest, intonasi-

ya, vurğu, fasilə və s.) canlı şəkildə verilir. Beləliklə, oxunun şüur-

luğu ifadəlilik üzrə aparılan işlərin nəticəsi kimi meydana çıxır. Bu-

rada ən maraqlı cəhətlər ondan ibarətdir ki, şüurlu oxunmayan mət-

ni mənimsəmək mümkün olmadığı kimi, onu ifadəli oxumaq da çə-

tindir.  İfadəliliyə  əməl  etmək,  mətndəki  personajların  hərəkətini, 

onların  psixologiyasını,  xarakterini,  fərdi  xüsusiyyətlərini,  müəlli-

fin məqsədini başa düşmək şüurlu oxumaq deməkdir. Ona görə də 

oxu materialındakı söz və obrazlı ifadələrin, hətta, cümlələrin mə-

nasının açılmasına, onların konteks daxilində və kənarda məna ça-

larlığına, müəllifın məhz bu sözü nə üçün işlətməsinə, başqa sözlə, 

obraz və anlayışların kəsb etdiyi mənaların öyrədilməsinə çalışma-

lıdır. 

Ümumiyyətlə, oxu təlimi prosesində şagirdlərdə düzgün, sürətli, 



ifadəli  oxumaq  bacarıqlarının  formalaşdırılması  məzmunun  şüurlu 

mənimsənilməsinə əsaslı təsir göstərməklə, onların real varlıq haq-

qındakı təsəvvürlərini zənginləşdirir, nitq və təfəkkürlərinin inkişa-

fına güclü təkan verir. 



 

4. Oxu sürətinin artırılması 

 

Oxunun sürəti şüurlu mənimsəmənin əsasıdır. Bu sahədə prak-

tik iş getdikcə, şagirdlər müəyyən vərdişlər qazandıqca oxunun sü-

rəti də sinifdən-sinfə  tədricən artır, onlarda avtomatlaşmış  bir pro-

sesə çevrilir. Deməli, sürətli oxu vərdişlərinə şəxsin özünün müntə-

zəm qiraəti nəticəsində nail olmaq mümkündür. Proqramın tələbinə 

əsasən, tədris ilinin sonunda bir dəqiqədə şagirdlər I sinifdə 20-30, 

II  sinifdə 40-50,  III  sinifdə 60-70,  IV sinifdə  isə  80-90 sözlə oxu-

mağı bacarmalıdırlar. 

Təcrübə  göstərir  ki,  I-IV  siniflərdə  aşağı  sürətlə,  hətta,  hərf  və 

hecalarla  oxuyan  şagirdlər  də  vardır.  Onlar  öz  diqqətlərini  yalnız 

ayrı-ayrı sözlərin, bəzən də cümlələrin mənasının başa düşülməsinə 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə