Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə24/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   20   21   22   23   24   25   26   27   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

72 



Metaforalar yalnız nitqi bəzəməklə, onun təsirliliyini qüvvətlən-

dirməklə,  insanda  bədii  estetik  hisslər  yaratmaqla  qalmır,  həm  də 

mücərrəd məfhumları təfəkkürdə əyaniləşdirir, dərindən və məntiqi 

düşünmək  bacarığının  inkişafına  səbəb  olur.  Ona  görə  də  ibtidai 

siniflərdə bədii materialların tədrisi prosesində metaforalara xüsusi 

diqqət yetirilməli, sözaltı mənası müxtəlif xarakterli çalışmalar va-

sitəsilə şagirdlərə çatdırılmalıdır: 

—  metaforalar  əsasında  yaranmış  əlvan  və  poetik  mənzərənin 

şagirdlərin təsəvvüründə canlandırılması; 

— metaforaların necə və nə üçün yaradıldığının izah edilməsi

— metaforanı yaratmaqda yazıçının əsas məqsədinin açılması; 

—  yazı  taxtasına  qarışıq  yazılmış  sözlərdən  metaforaların  dü-

zəldilməsi; 

—  metaforik  ifadələr  işlənmiş  cümlələrin  bütün  sözləri  həqiqi 

mənada işlənmiş cümlələrlə müqayisə edilməsi və s. 

Bunsuz materialdakı bədiiliyi, oynaqlığı, lirizmi duymaq, məz-

munu, ideyanı şüurlu mənimsəmək mümkün deyil. 

Dilin təsvir vasitələrindən biri  də  metonimiyadır. Metonimiya 

formal  cəhətdən  metaforaya  bənzəsə  də,  onlar  arasında  müəyyən 

fərqlər mövcuddur. Belə ki, metafora bir əşya və hadisəyə aid olan 

xarakter cizgilərin (əlamətlərin) digərinə köçürülməsi ilə yaranırsa, 

metonimiya  bir  söz  və  anlayışın  sıx  əlaqədə  olduğu  başqa  söz  və 

anlayışla əvəz olunmasıdır. Məsələn, X.Rzanın ―Ana yurdum‖ şei-

rindən alınmış  

Qızıl Quba, qızıl Qusar  

Xatırladır ilk baharı...  

 

bəndində Quba  Qusar sözlərinin hər biri bütövlükdə bir rayonu



onun  əhalisini,  təsərrüfatını,  təbii  mənzərələrini  təcəssüm  etdirən 

metonimiyalardır.  Yaxud  Z.Xəlilin  ―Bizim  şəhər‖  şeirində  yaradı-

lan ―Qalxdı şəhər yuxusundan‖ metonimiyasında şəhərlə onun əha-

lisi eyniləşdirilir. Şagirdlər isə belə mürəkkəb təbiətli metonimiya-

ları çox zaman görmür, onların yaratdığı lövhələri hiss etmir, emo-

sional eksperessiv təsir gücünü duymurlar. Ona görə də müəllimlər 




Ağarəhim                                                                                                     Əsərlər 

 

73 



belə  metonimiyalar  üzərində  ciddi  dayanmalı,  onların  mənasının 

açılmasına çalışmalıdırlar. Məsələn, müəllim həmin metonimiya ilə 

əlaqədar suallar verə bilər: 

— Uşaqlar, bu misrada nədən bəhs olunur? 

— Şəhərin yuxudan qalxmasından. 

— Fikrinizcə şəhər yatıb, yuxudan qalxarmı? 

— Xeyr, şəhər yatmır və yuxudan da qalxmır. 

— Bəs nə üçün müəllif Qalxdı şəhər yuxusundan ifadəsini iş-

lədir? 

Şagirdlər cavab verə bilmədikdə müəllim əvvəlcədən yazı taxta-



sında qarşı-qarşıya yazılmış cümlələrin üstünü açır.  

Uşaq yuxudan qalxdı — Qalxdı şəhər yuxusundan. 

Şagirdlər müəllimin tələbi ilə cümlələri oxuyur, onları tutuşdu-

rurlar. 

Bundan sonra onlara başa salınmalıdır ki, şair bu misrada şəhər 

sözünü işlətməklə bütün şəhər əhalisini nəzərdə tutmuşdur. Müəllif 

demək istəyir ki, şəhərin bütün əhalisi yuxudan qalxdı. Göründüyü 

kimi, şəhərlə onun əhalisi bir-birinə bənzəməsələr də, fıkrin aydın, 

dəqiq, obrazlı, ahəngdar ifadəsi üçün bir anlığa onlar eyniləşdirilir. 

Metonimiyanın növləri müxtəlifdir. İbtidai siniflərin dərsliklərində 

onun ən çox iki növündən istifadə olunur. 

a)  Əşyanın  bir  neçə  əlamətindən  yalnız  birini  göstərənlər: 

İ.Əfəndiyevin  ―Maraqlı  hadisə‖  hekayəsində  işlənən  Vəfalı  dost 

(ayı  nəzərdə  tutulur)  da  bizimlə  arana  gəldi...  Hörmətli  qonaq 

(yenə də ayı nəzərdə tutulur) armudlardan yeyir və mehriban nə-



zərlərlə mənə baxırdı. Mamin — Sibiryakın ―Bozboyun‖ mətnin-

də  isə  Qoca  ördək  şikəst  qızcığaza  ikiqat  nəvazişlə  yanaşırdı 

cümləsində vəfalı dost, hörmətli qonaq  şikəst qızcığaza ifadə-

ləri aid olduqları əşyaların (ayının və bozboyunun) müəyyən xarak-

ter cizgilərini göstərir. 

b)  Şəxslərin və əşyaların adı əvəzinə onların xarakter əlamətlə-

rini göstərənlər: ―Hava döyüşü‖ mətnində Yırtıcı düşmənlər şəhə-

rə yaxınlaşırdılar, Ə.Məmmədxanlının ―Ananın səsi‖ hekayəsində 

Ana beş oğul dağı görmüşdü. Onun beş aslanı, beş qartalı vətən 



Ağarəhim                                                                                                     Əsərlər 

 

74 



uğrunda  düşmənlərlə  vuruşda  ölmüşdü...  El  başçılarının  sinə-

sinə  ağır  bir  duman  çökmüşdü  və  N.Tixonovun  ―İgid  partizan‖ 

mətnində  Daniel,  mən  həyatımın  qalanını  ağ  canavarlarla  vu-



ruşmağa  hazıram  cümlələrində  işlənən  yırtıcı  düşmənlər  faşist-

ləri, beş aslanı, beş qartalı ananın vuruşda həlak olan beş oğlunu, 



el başçıları sərkərdələri, ağ canavarlar ağqvardiyaçıları bildirir. 

Təcrübə göstərir ki, şagirdlərə yalnız bu metonimiyaların məna-

sını açmaqla kifayətlənmək olmaz. Eyni zamanda onlara müəllifin 

məhz bu sözdən nə üçün istifadə etməsinin səbəbi də izah olunma-

lıdır. Belə olduqda şagird sözü, onun mənasını hazır şəkildə qavra-

mır,  müxtəlif  məkan  və  məqamlarda  qazandığı  funksiyanı  şüurlu 

mənimsəyir,  yeri  gəldikcə  ondan  düzgün  və  dəqiq  istifadə  etmək 

bacarığına yiyələnir. Bu isə dilə sərbəst və yaradıcı şəkildə yiyələn-

mək,  təsvir  olunan  məzmunu  və  ideyanı  dərindən  başa  düşmək, 

dərk etmək deməkdir. 

Sinekdoxa da məcazın müxtəlif növlərindən biridir. O, bəzi cə-

hətlərinə,  xarakter  xüsusiyyətlərinə  görə  metonimiyaya  bənzəyir. 

Lakin  onunla  tam  eyniyyət  təşkil  etmir.  Burada  təsvir  olunan  hər 

hansı əşyanın küllü ilə cüzi qarşılaşdırılır. İbtidai sinif şagirdləri is-

tər şifahi, istər yazılı nitq, istərsə də oxu prosesində çox zaman təs-

vir  olunan  əşyanın  cüzinin  onun  küllünü  necə  əvəzləməsi  fərqinə 

varmırlar. Ona görə də bədii materialların tədrisi prosesində ibtidai 

sinif şagirdləri bir qədər sadə və aydın sinekdoxalar üzərində işlə-

dilməlidirlər. Şagirdlər nitqdə  işlənən cümlə  və onun tərkibini təş-

kil edən söz və ifadələrin mənasını, onların nitqdə nə üçün belə iş-

lənməsini  aydın  şəkildə  duymalı  və  yeri  gəldikcə  nitq  təcrübəsinə 

tətbiq etməyi bacarmalıdırlar. Şagirdlərə praktik şəkildə başa salın-

malıdır  ki,  nitqdə  tək  halda  işlənən  bir  söz  bəzən  toplunu  (küllü) 

bildirir. Məsələn, Şagirdin vəzifəsi əlaçı olmaqdır cümləsində şa-



gird təkcə bir uşağa aid deyil. O bütün məktəblilərə şamil olunma-

lıdır. Bu cümlədə şagirdlər  əvəzinə şagird işlənmişdir.  Lakin  biz 

yenə  də  təsəvvürümüzdə  şagirdlər  sözünü  canlandırırıq.  Məsələn, 

―İgid  partizan‖  mətnində  Düşmən  əsgərləri  irəli  getməyə  qoy-



murdu cümləsində düşmən sözü azğın faşistlərin, Ə.Məınınədxan-


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə