“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
Qeydiyyat № ____________________
“ ______” _______________ 2011-ci il
Qeydiyyat və notariat baş idarəsinin rəisi
İLQAR MƏMMƏDOV_____________
“Təsdiq edirəm”
Azərbaycan Respublikasının
Təhsil naziri
____________M.C.Mərdanov
“_____”___________2011-ci il
“MAŞINŞÜNASLIQ” BEYNƏLXALQ ELMI JURNALININ
NİZAMNAMƏSİ
ÜMUMİ MÜDDƏALAR
1.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Maşınşünaslıq” məcmuəsi
maşınşünaslıq istiqamətinin müxtəlif sahələrində, o cümlədən, mexanika,
maşınqayırma, neft-mədən avadanlığı, elektronika, avtomatika,
cihazqayırma, xüsusi texnika və texnologiya və s. sahələrin aktual
problemlərinə həsr edilmiş nəzəri və tətbiqi araşdırmaları əhatə edən
elmi-praktik nəşrdir. Məcmuə ilin hər rübündə bir dəfə, hər biri 4 – 6 çap
vərəqi həcmində nəşr edilir. Məcmuə Azərbaycan Respublikasında, eləcə
də respublikadan kənarda maşınşünaslıq elminin sahələrinin inkişafına
xidmət edir.
2.
Məcmuənin təsisçisi Azərbaycan Respublikası Təhsil Nazirliyidir.
Redaksiya sərbəst balansa və hesaba malikdir. Məcmuəni redaksiya və
təsisçi təmsil edir. Redaksiya heyəti öz işini təsisçi tərəfindən müəyyən
edilmiş plana müvafiq qurur.
3.
Məcmuənin redaksiya heyəti öz fəaliyyətində “Kütləvi informasiya
vasitələri haqqında Azərbaycan Respublikası qanunu”nu, “Azərbaycan
Respublikası Təhsil Qanunu”nu və bu Nizamnaməni rəhbər tutur.
4.
Məcmuədə azərbaycan, rus və ingilis dillərində elmi məqalələr nəşr
olunur.
TƏSİSÇİ
5.
Məcmuənin Nizamnaməsini, həmçinin redaksiya heyətini təsdiq edir,
onun fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
6.
Məcmuənin qeydiyyatdan keçirilməsi haqqında Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinə müraciət edir.
7.
Dövlət orqanlarında və digər təşkilatlarda redaksiyanın qanuni hüquq və
mənafeyini müdafiə edir.
8.
Redaksiyanın əməkdaşları üçün normal iş şəraiti təşkil edir.
9.
“Kütləvi informasiya vasitələri haqqında” Qanuna müvafiq olaraq
məcmuənin nəşrini dayandırmaq hüququna malikdir.
MƏCMUƏNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
10.
Məcmuənin redaksiya heyəti Azərbaycan Texniki Universitetinin
nəzdində fəaliyyət göstərir. Məcmuə həmin Universitetin mətbəəsində
nəşr edilir.
11.
Redaksiya ilə mətbəə arasında istehsalat və maliyyə münasibətləri
qanunvericilikdə və bu Nizamnamədə müəyyən olunmuş şərtlər daxilində
həyata keçirilir.
12.
Məcmuədə respublika və xarici ölkə alimlərinin aşağıdakı elmi
istiqamətlər üzrə orijinal məqalələri çap edilir:
-
Maşınqayırmada layihələndirmənin və istehsalın nəzəri əsasları, maşın və
mexanizmlərin sintezi, kinematik və dinamik analizi, konstruksiya
elementlərinin optimallaşdırılması;
-
Maşın və mexanizmlərdə tətbiq edilən en kəsiyi nazik olan elementlərin,
kompozisiya materiallarından hazırlanmış konstruksiyaların hesabatı,
elementlərin möhkəmliyə, uzunömürlüyə, elastiklik və plastiklik
nəzəriyyəsinə əsaslanaraq qeyri-xətti məsələlərin həlli;
-
Maşınqayırma, o cümlədən, neft-mədən avadanlığı istehsalında,
elektrotexnika, cihazqayırma, dəzgahqayırma və s. sahələrdə konstruktor-
layihələndirmə, yeni texnologiyaların və avadanlıqların işlənməsi,
texnoloji proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması;
-
Maşınqayırmada tətbiq edilən materialların mexaniki, fiziki-texniki,
elektrofiziki üsullarla emalının nəzəri və tətbiqi məsələləri, kəsmə
parametrlərinin tədqiqi problemləri.
REDAKSİYA HEYƏTİ
13.
Məcmuənin redaksiya heyətinə Baş redaktor, baş redaktorun müavini,
məsul katib, elmin müxtəlif sahələri üzrə respublika və xarici ölkə
alimləri daxil edilir.
14.
Redaksiya heyətinin tərkibində aparılan dəyişikliklər Təhsil Nazirliyi
tərəfindən təsdiq edilir.
15.
Redaksiya heyəti Baş redaktorun yanında məşvərətçi orqandır. O,
məcmuənin fəaliyyəti ilə bağlı olan mühüm məsələləri müzakirə edir,
çapa gedən materiallarla tanış olub rəyini bildirir. Materialların yüksək
elmi-nəzəri səviyyədə olmasına cavabdehdir.
BAŞ
REDAKTOR
16.
Baş redaktorun vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi
təsisçinin qərarı əsasında həyata keçirilir.
17.
Baş redaktor redaksiya heyətinin və redaksiyanın işinə rəhbərlik edir,
bütün təşkilatlarla münasibətə onu təmsil edir.
18.
Baş redaktor qanunvericiliyə və bu Nizamnaməyə əsasən məcmuənin
fəaliyyəti ilə bağlı bütün tələblərin yerinə yetirilməsi üçün məsuliyyət
daşıyır.
REDAKSİYANIN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ
19.
Redaksiya ilə mətbəə arasında bütün istehsalat və maliyyə münasibətləri
müqavilə əsasında mövcud qaydalara müvafiq şəkildə həyata keçirilir.
20.
Redaksiya müstəqil balansa malikdir. Redaksiyanın maliyyələşmə
mənbələri aşağıdakılardır:
-
abunə, satış və reklamdan əldə edilən gəlir, sponsor və xeyriyyəçilərin
təmənnasız ianələri, təşkilat, müəssisə, ayrı-ayrı vətəndaşların ianələri və
qanunla qadağan edilməmiş başqa mənbələr.
21.
Məcmuəni yayan təşkilatlarla münasibətlər onlarla bağlanılmış
müqavilələrlə tənzimlənir.
22.
Nizamnamə Azərbaycan Texniki Universitetinin Maşınqayırma üzrə
Koordinasiya Şurasında 01.12.2000-ci il tarixində baxılaraq, redaksiya
heyəti tərəfindən müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir.
23.
Məcmuənin redaksiya heyətinin ünvanı: AZ1073, Bakı, H.Cavid pr., 25.
Əlaqə telefonu: 012 539 12 25, 050 316 11 72