Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.

səhifə1/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   53



Təsisçi: “Hədəf” nəşrləri
Baş redaktor: fil.ü.f.d., dos. Şəmil Sadiq
Redaktor: fil.ü.f.d. Nərgiz Cabbarlı
Məsul katib: Müşfiq XAN
Dizayn və qrafika: Teymur Fərzi
Korrektor: Elsevər Muradov
Menecer: Tamerlan İsmayılzadə
Müxbirlər: Səma Fuadqızı, Aytəkin Mirişova
Fotoqraf: Elvin Əskərov
0 1   ( 1 )   F e v r a l   /   2 0 1 6
w w w . s e n e t . a z   /   w w w . s a n a t . a z
aylıq sənət və ədəbiyyat dər gisi
İsa Həbibbəyli
“Ustadlığa doğru” ...........................02
Şəmil Sadiq 
“Bacarıqlı şagird mütləq bir gün Ustad 
olacaq” .......................................03
Nizami Cəfərov 
“Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin 
ədəbiyyatına” ................................05
Alxan Bayramoğlu 
“Dövlət himnimizin söz və mətninin 
müəllifi kimdir..................................07
Nərgiz Cabbarlı 
“Bir mahnının müəmması, yaxud naməlum 
gəncin sevgi məktubu” .....................
 
14
Şəmil Sadiq 
“Türk hökmdarlarının sözü və qılıncı” ....20
Aslan Quliyev 
“Gülümsəyən qız” ...........................26
Qan Turalı 
“Ustad” ......................................
 
33
Andre Morua 
“Yaşamaq elmi haqqında gənc dostuma 
məktub”  .....................................36  
Məmməd Arif. Şahmar Əkbərzadə 
“Səməd Vurğun haqqında dərc olunmamış 
xatirələr” .....................................
 
41
Haruki Murakami
 
“Yeddinci adam” 
............................
 
47 
Elxan Zal 
“Böyük çölün böyük oğlu” .................56 
Sabit Dosanov
“Həyatın kənarına atılmışlar” .............
 
58
Rəsmiyyə Sabir 
Şeirlər ..........................................
 
68 
Müşfiq XAN
“naŞİR” ......................................
 
70
Nərgiz Cabbarlı
“Mən sovet dövrünün yazıçısıyam!” .......74
Salvador Dali
“Rənglərin söhbəti” .........................82
Dilqəm Əhməd 
“Kəmalüddövlə tvitləri” ....................
 
85
Azad Qaradərəli
“Tanış olmayan yazı” ........................89
Cəlil Cavanşir
“Əyyubun səbri” ............................
 
92 
Fərid Hüseynli
“Cizgi roman nədir“ .........................96 
Səma Fuadqızı
İtkin düşmüş “Köpək” ......................99
Kənan Hacı
“Siçovullar üçün darıxan gəmi” ..........
 
103
Viktorin Ori
Diş ağrısı, yaxud zavallı Matoren ........
 
110
Elxan Nəcəfov
“Sufilikdən bir az”..........................115
BU SAYIMIZDA...
Dərgi üçün əsərlərinizi 
info@senet.az ünvanına göndərə 
bilərsiniz.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 
qeydiyyatdan keçmişdir.
Qeyd. 
№ 5932
Dərc edilən materialların icazəsiz 
istifadəsi qadağandır.


3
USTAD 
dərgisi \ Fevral 2016
2
USTAD 
dərgisi \ Fevral 2016
2
USTAD 
dərgisi \ Fevral 2016
USTADLIĞA DOĞRU
A
zərbaycan ədəbi mətbuatının 
zəngin ənənələri və hazırkı fəal 
mövqeyi fonunda yeni mətbu 
nəşr yaratmaq şərəfli olduğu qədər də 
məsuliyyətli işdir. Çünki meydana çıxacaq 
yeni nəşrdə mövcud ənənəni qorumaqla 
yanaşı, həm də novator, müasir olmaq 
vəzifələrini formaca da, məzmunca da 
yerinə yetirmək lazımdır. Bu isə kifayət 
qədər yüksək dünyagörüş, bədii zövq 
və mükəmməl naşirlik bacarığı tələb 
edir. “Ustad” jurnalının təsisçilərinin və 
naşirlərinin ədəbi-elmi mühitdə yeni nəsli 
məsuliyyətlə təmsil etmələri, müşahidə 
etdiyim intellektual səviyyələri bu nəşrin 
özünəlayiq yer tuta biləcəyinə inam 
yaradır.
Ustad sözü – professionallıq və 
kamillik mənalarını özündə birləşdirir. İndi 
ədəbiyyatımızın da, elmimizin də ustad 
səviyyəsində yetkin, hazırlıqlı, dünyagörüşlü 
və səriştəli qələm sahiblərinə ehtiyacı var. 
Son illərdə yeni nəsil yaradıcı simaların – 
yazıçı və şairlərin, cavan ədəbiyyatşünasların 
ədəbiyyat və elm meydanında sürətlə 
artan fəallığı hətta ən yaxın gələcəyə 
də böyük ümidlə baxmağa imkan verir. 
Ədəbiyyatımız və ədəbiyyatşünaslıq elmimiz 
yüksək professionallığa doğru hərəkatın 
içərisindədir. Düşünürəm ki, “Ustad” jurnalı 
bu şərəfli və məsuliyyətli magistralın istedadlı, 
iradəli və zəhmətkeş yolçularına yeni üfüqlər 
açacaq, dəstək olacaqdır.
Həm də “Ustad” dərgisində ədəbiyyatın, 
sənətin və mədəniyyətin bir yerdə, vahid 
sistemdə təqdim olunmasının nəzərdə 
tutulması yeni və əlamətdar hadisədir. 
Ədəbi zövq və dünyagörüşlə kulturoloji 
baxışların üzvi sintezi və vəhdəti mahiyyət 
etibarilə forma və məzmun baxımından 
yeni keyfiyyətdə ədəbiyyatın və sənətin 
formalaşmasına, daha çox isə hər iki qanadı 
özündə birləşdirən müasir yaradıcı insanın 
meydana çıxmasına təkan verə bilər. Bütün 
bunlar isə yeni nəsil azərbaycançı ziyalılığın 
inkişafı üçün zəruridir.
Bu şərəfli və məsuliyyətli yollarda 
“Ustad”a və ustadçılara uğurlar arzulayıram.
İsa Həbibbəyli 
Azərbaycan Milli Elmlər 
Akademiyasının vitse-prezidenti, 
Milli Məclisin deputatı, akademik




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə