Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

yazıçı sözü
29
USTAD 
dərgisi \ Fevral 2016
28
USTAD 
dərgisi \ Fevral 2016
Bu sirrə aydınlıq gətirmək üçün dəfələrlə
həm də günün müxtəlif vaxtlarında 
qəbiristanlığa gedir, başdaşının üzərindəki 
şəklə baxır, hər dəfə də yanılmadığını 
görürdü: qız istehzalı, kinayəli  təbəssümlə 
gülümsəyirdi. Xoşbəxtlikdən bircə dəfə 
də olsa hirsli qoca ilə rastlaşmırdı. 
Qəbiristanlıqda o qədər vaxt keçirirdi ki, 
yovşanın kəsif qoxusu üst-başına, paltarlarına 
hopurdu. 
Dostu onun qəbiristanlıqdakı şəkillə 
maraqlanmasından hansı yollasa xəbər 
tutmuşdu. Bir gün işdən qayıdanda  dedi, 
– Gəl gedək qəbiristanlığa, görüm səni ora 
çəkən nədir. 
Dostu psixoloqdu, deyirdi insanda 
bu kimi hallar olur, kişinin fotoşəkillərlə, 
ikonalarla, heykəllərlə cinsi istək arzusunda 
olması piqmalionizm adlanır. Başdaşının 
üzərindəki şəklə vurulmaq isə kişilərdəki psixi 
pozğunluğun başqa təzahürüdü, bu daha çox 
şizofrenik əlamətdir. Hirsləndi, – “Özündən 
nələr uydurursan, mən  o qıza, ya da onun 
şəklinə vurulmamışam. Mən adi bir sirri 
açmaq istəyirəm: niyə   bu qızın şəkli mənə 
gülümsəyir, ən çox da təklikdə olanda? 
Maşına oturub birlikdə qəbiristanlığa 
getdilər, dostu yaxınlaşıb qızın şəklinə əlini 
sürtdü, bilmək olmurdu nəyi aydınlaşdırmaq 
istəyir, sonra da fotoaparatını çıxarıb 
daşın şəklini çəkdi. Geri qayıdanda ondan 
soruşdu: “Sən qızlarla qeyri-adi hadisələr 
yaşamayıbsan ki?” “Yox, – dedi, – həyatda 
qeyri-adi hadisələr yaşadığım olub,  qızlara 
gələndə isə, onlarla bir qayda olaraq 
adidən adi hadisələr yaşamışam. Üç dost 
idik,  kafe işlədirdik, içəridə beş-altı yataq 
otağı var idi. Hər yerdən qızlar gəlir, orda 
müştərilərlə görüşürdülər. Yazırlar e, guya 
qızları zorla bu işlərə cəlb eləyirlər, şəxsən 
mənə təsadüf eləməyib. Kimsəni ora zorla 
gətirmirdik, əksinə, on dörd, on beş yaşlı 
qızları ordan qovduğum çox olub. Yalvarır, 
yaxarır, əl çəkmir, onlara müştəri tapmağı 
xahiş eləyirdilər. Atasından küsən, ailəsindən 
inciyən, dolanmaq, yemək üçün pul tapa 
bilməyənlər, aldananlar, sevgililərindən 
ayrılanlar, boşanmış ailələrdə yaşayanlar 
bizə gəlirdilər. Aralarında hər cür qızlar 
olurdu, hansını istəyirdim, onunla da vaxt 
keçirirdim. Nəyə görə də qeyri-adi hadisə 
yaşamalıydım?”
Yalnız həyətdə nəyisə xatırlayıb dostuna, 
– “Qeyri-adi hadisə olub, – dedi, – amma  
qızlarla bağlı deyildi. Təxminən üç ay bundan 
əvvəl birdən hiss elədim ki, daha o kafeyə 
getmək istəmirəm. Neylədimsə, özümü orda 
işləməyə məcbur eləyə bilmədim, öz payımı 
dostlarıma satıb, ordan getdim və bir daha 
qayıtmadım”. 
– Hər şeyi  orda axtarmaq lazımdı! – 
dostu dedi.
– Yəni harda?
– O qızın nə vaxt öldüyünü bilirsənmi?
– Hə, başdaşının üzərində ölüm tarixi 
yazılıb. Bu ilin aprel ayında.
– Yəni üç ay bundan əvvəl, – dostu 
mənalı tərzə dedi.
Lənət şeytana, psixoloq nə demək 
istəyirdi? Hər halda, qəribə bir uyğunluq var 
idi, düz üç ay bundan əvvəl kafeni satmış, 
ordan getmişdi. Qız da üç ay bundan əvvəl 
ölmüşdü. Bu tarixlər arasında nə əlaqə ola 
bilərdi? 
Dostu, –  “Belə olmayacaq, – deyirdi, – 
özün heç, məni də işə salıbsan, ancaq bu 
haqda fikirləşirəm. Ağlı başında olan, sağlam 
bir adam niyə belə cəfəngiyat danışmalıdı? 
Gecə gedək qəbiristanlığa, qəbri qazıb, 
qızı çıxaraq, onda bir çox suallara cavab 
taparıq”. “Necə? – qışqırırdı. – Yoxsa qızın 
alnına yazılıb niyə və nədən ölməsi, niyə 
mənə gülümsəməsi? Ya bəlkə qədimilərdə 
olduğu kimi qızın həyatını daş, gil lövhələrə 
yazıb, özüylə birlikdə basdırıblar?” Dostu əl 
çəkmirdi, – “Nə sirr varsa, o qəbirdədir, – 
deyirdi, – qazıb meyiti çıxarandan sonra hər 
şey aydınlaşacaq”. 
Məcbur qalıb dostunu qovdu,  
yatmamışdan qabaq Allaha dua  elədi: “İlahi,  
məni psixoloqlardan qoru!”
Səhər anası onu oyatdı, dostu ölmüşdü, 
meyitini qəbiristanlığın qapısı ağzında 
tapmışdılar. Geyinib küçədəki uşaqların 
yanına getdi, məlum oldu ki, psixoloq nədən 
ötrüsə ling, bel götürüb gecə qəbiristanlığa 
gedib, üç ay bundan əvvəl ölmüş bir qızın 
qəbrini qazmaq istəyib, linglə bir-iki daşı 


yazıçı sözü
29
USTAD 
dərgisi \ Fevral 2016
28
USTAD 
dərgisi \ Fevral 2016
yerindən tərpədib, amma nə baş veribsə 
lingi, beli orda ataraq geri qaçıb. Necə 
qorxubsa, özünü ancaq qəbiristanlığın 
qapısına qədər çatdıra bilib, orda isə bağrı 
çatlayıb ölüb. Hər şey ona aydın oldu: 
dostu qəbiri qazıb qızın meyitini çıxarmaq 
istəyirmiş, ancaq birdən necə olubsa, 
qızın şəklinə baxıb və qız da yəqin ki, ona 
gülümsəyib. O da qorxub qaçıb, amma 
ürəyi dözməyib, gecəyarısı qəbiristanlıqda 
belə mənzərə ilə rastlaşmaq hər bir adamı 
vahiməyə salardı. Adam dəliymiş, vəssəlam; 
sənin gecə qəbiristanlıqda nə işin vardı, qızın 
meyitini çıxarıb neyləmək istəyirdin?
Xəstə olduğunu bəhanə gətirib dostunun 
dəfninə getmədi, böyük qardaşı deyəndə ki 
belə omaz, gedək, qonşuluq borcunu verək, 
etiraz elədi. “Sən get, ver borcunu, mən 
isə vermək istəmirəm, qonşuluq borcunu 
vermək mənə baha başa gəlir”, – dedi. 
Bir şey başa düşməyən qardaşı da başını 
yırğalayaraq getdi.
İki-üç gündən sonra təzədən maşına 
oturub qəbiristanlığa sürdü, giriş qapısının 
ağzında saxlayıb düşdü, həmin başdaşının 
yanına getdi. Qız şəkildən yenə də  kinayə ilə 
gülümsəyirdi, açıq-aşkar, bu boyda illüziya, 
qarabasma ola bilməzdi. Yaxınlaşıb bir 
daha başdaşının üzərindəki yazıları oxudu. 
“Ağayeva Gülarə Çapar qızı”. Aşağıdan  
olum-ölüm tarixləri də yazılmışdı. “13/lV-
1989, 18/lV-2007”. Düşünmədən birbaşa 
qəbiristanlıq müdiriyyətinin yanına getdi, 
müdir yerində idi. Onu yaxşı qarşıladı, 
suallarına da həvəslə cavab verdi. Müdir 
qızın dəfn gününü olduğu kimi xatırlayırdı, 
çünki qızı zorlayıb öldürmüşdülər, qohumları, 
qonşular hirsliymişlər, ata-anası isə 
özlərini  öldürürmüşlər. Müdir bununla 
da kifayətlənmədi, qızın ünvanını da ona 
verdi, burda basdırılanların ünvanlarını da 
yazırmışlar.
Müdirin yanından çıxanda bir az da 
heyrətlənmişdi, demək, qız öz əcəliylə 
ölməyibmiş, zorlayıb, işgəncə ilə 
öldürmüşdülər. Elə isə faciəli taleyi olan bu 
qız şəkildən ona niyə gülümsəyirdi? Niyə 
məhz ona?
Maşına oturandan sonra motoru işə 
salıb, bir müddət fikirli halda qaldı.  Hədsiz 
yorulmuşdu, başı ağrıyır, gicgahları 
zoqquldayırdı. Maşını yerindən tərpədib 
müdirin verdiyi ünvanı axtarmağa yollandı. 
Verilən ünvanı tapmaq çətin olmadı. Qız 
yaxınlıqdakı qəsəbədə olurmuş. Maşını xaki 
rəngli qoşa lay qapının ağzında saxlayıb 
düşdü. Qapının zəngini basanda həyəcandan 
əlləri titrəyirdi, yaxşı, atası, ya da anası 
çıxdı, nə deyəcəkdi? Deməyəcəkdilərmi 
sənə nə lazımdı? Olmaya onlara deyəcəkdi, 
bəs üç ay bundan əvvəl ölmüş qızınızın 
başdaşındakı şəkli mənə niyə gülümsəyir? 
Azından soruşacaqdılar ki, sənə nə lazımdı, 
nə istəyirsən, niyə gəlibsən?
Nəhayət, qapı açıldı və başında tükləri 
biz-biz durdu. Qapını açan həmən qız idi, 
başdaşının üzərində şəkli olan, dizdən 
cins şalvar, nazik qırmızı parçadan 
kofta geymişdi, gur saçları çiyinlərinə 
səpələnmişdi. 
– Gülarə? – heyrətlə soruşdu.
– Hə, – qız başı ilə təsdiq elədi.
– Ağayeva?
– Aha!
– Siz sağsız?
– Necə yəni? – qız qaşlarını çatdı.
– Ölübsüz axı!
– Başın xarabdı?
Qız dedi və onun nə deyəcəyini 
gözləmədən qapını çəkib bağladı. Qapının 
ağzındaca donub qalmışdı, özünü ələ ala 
bilmirdi. Nələr baş verirdi, bu yuxuydu, ya 
reallıqdı? Qızın qəbri qəbiristanlıqdaydı, 
ölmüşdü. Özü də müdirin dediyinə görə, 
onu faciəli surətdə, zorlayıb öldürmüşdülər. 
Bu günsə özü qapını onun üzünə açdı. 
Maraq hər şeyə üstün gəldi, təzədən qapının 
düyməsini basdı, bu dəfə də qapını qız açdı,  
hirsliydi.
– Yenə nə lazımdı?
– Bağışlayın, inanmayacaqsız, amma 
qəbiristanlıqda sizin qəbriniz var. Başdaşının 
üzərində  öldüyünüz yazılıb. Ünvanınızı 
müdirdən alıb bura gəlmişəm.
– Nağıl danışırsan? – qız ona inanmırdı.
– İnanmırsan?
– Sən olsan inanarsan?


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə