Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor


arxivlərdə yaşayan izlər 19 USTAD



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

arxivlərdə yaşayan izlər
19
USTAD 
dərgisi \ Fevral 2016
18
USTAD 
dərgisi \ Fevral 2016
əssə, qoparıb yanına gətirsin. Məhəccərində 
heç olmasa sənin diqqətini çəkə bilən toz 
olmağa belə razıyam.  Hə, hə, elə fikirləş 
ki, toz dənəsiyəm, ləçəyəm. Bəli, mən toz 
olmağa belə razıyam ki, heç olmasa bu 
tozu sildiyin an sənin yaxınlığını, əllərinin 
toxunuşunu hiss edim. Hiss etməkdən 
başqa görmək də istərdim, amma heyf ki, 
toz dənəsinin gözləri yoxdur... Elə düşünmə 
ki, mən sentimentalam. Təəssüf ki, heç 
özüm də bilmirəm ki, sənin o zərif-rayihəli 
səsini, ətrafa da, bütün dünyaya da səadət 
dağıdan səsini eşitdiyim andan sonra kim 
olmuşam. İnanmazsan, amma sənin üzünü 
görməmişəm. Səsinə vurulmuşam. Bəli, bəli, 
sənin o ilahi səsinə. Və səsinin qarşısında 
səmada olan ulduzların sayı qədər hissələrə 
parçalanmaq istəyirəm ki, bəlkə o zaman 
sən o ulduzlardan düzəldilmiş boyunbağını 
taxmağa razılıq verəsən. Mənim ruhumu da, 
bədənimi də dincəldəsən. Sənə yalvarıram, 
Rübabə, qırmızı-alovlu yaqutum mənim, heç 
olmasa mənə məktubumu aldığın haqda bir 
xəbər ver. O məktubu ki, haqqında xəyal 
qurmağa belə cəsarət etmədiyim görüş 
arzusu ilə doludur... Çünki bilirəm: çətin ki, 
ulduz torpaqla qovuşar... Amma yenə də 
ümidimi itirmirəm. Çünki bütün dünya da, 
cılız insanlar da bu yeddi sözün möcüzəsinə 
inanıblar.  Ey məxmər səsli gözəl məxluq, 
torpağın və cənnətin möhtəşəm gözəlliyi... 
Ey bu cahanın ulduzu, mənə heç olmasa bir 
neçə kəlmə yaz.  Heç olmasa yaz ki,  “İmrik, 
sənin məktubunu aldım”. Başqa heç bir şey. 
Bu əzab çəkən insana yazığın gəlsin. Öz səsin 
kimi mərhəmətli və gözəl ol, mənə cavab yaz. 
Mən akula ağzı kimi açılan Bakıya 
Leninqraddan gəlmişəm. Axı biz 
Leninqradda yaşayırdıq. O şəhərdə anadan 
olmuşam, yaşamışam, oxumuşam. 1959-
u ildə valideynlərim Bakıya köçdülər, 
mən isə Leninqrad Dövlət Universitetinin 
jurnalistika fakültəsinə daxil oldum. İndi 
də eyni fakültədə, amma Azərbaycan 
Dövlət Universitetində dördüncü kursda 
təhsil alıram.  5 il oxumaq lazımdır. Bir 
ilim qalıb. Milliyyətcə metisəm. Atam 
azərbaycanlı, anam gürcü. İndi 23 yaşım 
var. Bütün bu zaman ərzində mən xüsusi 
bir iş görməmişəm. Bağışla ki, bioqrafiyamı 
bu qədər dəqiqliklə danışıram. Amma bu 
lazımdır, 23 illlik həyatım boyu sadəcə 
sərbəst güləş üzrə idman ustası ola 
bilmişəm. Bir az da şeir yazıram. Düzdür, 
hələ mənim haqqımda kimsə bir şey bilmir, 
amma düşünürəm ki, zərrə qədər də olsa, 
istedadım var.  Qanım qaynayır və mən 
mütləq uğur qazanacağam. Başqa nələrisə 
həmçinin. Amma xahiş edirəm, belə 
sadəlövh danışdığıma görə mənə gülmə.  
Əzizim, mənim xüsusi maşınım yoxdur, 
xüsusi mənzilim də yoxdur, valideynlərimlə 
birlikdə yaşayıram. Amma var-dövlətim var. 
O sənin səsindir. Onu hər yerdə və istədiyim 
an dinləyə bilirəm. Səni öz ilahi səsinin 
gözəlliyinə and verirəm, mənə cavab ver, 
qırmızı alovlu Yaqutum mənim!
Əgər cavab verməyəcəksənsə, hesab et 
ki, mən daha yoxam... O zaman təbəssümlə 
deyərsən ki, zavallı mənim verdiyim kədərə 
dözməyib öldü...  Amma yox, yox... Mənə, 
bu əzabı çəkən bəndəyə rəhmin gəlsin... 
Mənə cavab yaz!”
Məktub burda bitir. Sonra isə Azərbaycan 
dilində bir əlavə edilir: 
“Səni and verirəm o 
gözəl səsüvə, mənə cavab ver”.
Azərbaycan dilində  pis danışdığını etiraf 
edən məktub müəllifi öz ünvanını da yazır: 
“Az.SSR, Bakı - 7, Sənə atəşli salamlarla. 
M
еlikov İmrik”. 
Məncə, buna nəsə əlavə etməyə, şərh 
verməyə bir səbəb yoxdur...


rakurs
21
USTAD 
dərgisi \ Fevral 2016
20
USTAD 
dərgisi \ Fevral 2016
Şəmil Sadiq
Fil.ü.f.d.
Türk
 
hökmdarlarının 
sözü 
və 
qılıncı

Yer yox ikən, göy yox ikən, ta əzəldən var 
idim” (7: s.148), – deyən Azərbaycan 
Səfəvilər dövlətinin banisi Şah İsmayıl 
Xətayinin yazdğı bu misra ilə Yuhannadakı 

başlanğıcda öncə söz vardı, söz Tanrıyla 
birlikdəydi və söz Tanrıydı. Hər şey sözlə 
yaradıldı” (4: s.1124) cümləsi mahiyyətcə 
eynidir. Hətta “Qurani Kərim”dəki “Tanrı 
“Ol” dedi, dünya yarandı” fikri də həmin 
fəlsəfənin davamıdır. Xətayinin yuxarıdakı 
misrasından aydındır ki, ruh və cismdən 
ibarət olan insanın ruhundan söhbət açılır. 
O ruh aləmi isə sadəcə ürfanla, təsəvvüflə 
izah edilə bilər. Tanrının da dünyanı sözlə 
yaratdığı bütün dini kitablarda öz əksini 
tapmışdır.  Həmçinin də sözlə idarə etdiyi. 
XI əsr Azərbaycan şairi Qətran Təbrizinin 
təbirincə desək, 
“Söz varlığı olmayan, 
həqiqi aləmdən kənar bir anlayışdır”. 
Həqiqi aləmdən kənar, bizim dərk edə 
bilməyəcəyimiz yeganə varlıq isə Tanrıdır. 
Füzuli fəlsəfəsində deyildiyi kimi, sözün 
qüdrəti məğlubedilməz azman ordulardan 
daha böyükdür. Tanrı haqq və ədalətin 
bərpası üçün insana iki böyük silah vermişdi: 
Söz və qılınc. Amma insanlar sözün 
dəstəyindən tutub onu yüksəklərə qaldırıb, 
şərin başını kəsə bilmədiyi təqdirdə daha 
asanını – silahı əlinə alıb və qan töküb.  Min 
illərdir ki, Tanrının sirrinin sözdə olduğunu 
dərk edənlər onu yaradan mücərrəd 
elementləri araşdırıb, bunu əldə etmək 
üçün institutlar, akademiyalar yaradıblar. 
Həqiqətin başının zorla kəsilə bilməyəcəyini 
müəyyənləşdirən əsilsizlər isə qılıncı kənara 
qoyub, söz oyununa girişmiş, onun sehri 
ilə bükülməyən dizləri büküb, qırılmayan 
iradələri qırıb, kəsilməyən başları kəsmişlər. 
Sözün isə ən təsirlisi haqdan gələn 
şeirdir. Qədim mifologiyalara, əfsanələrə 
baxıldığında şeirlə-nəzmlə yazıldığını, yəni 
ritmik, ahəngdar olmasının şahidi oluruq. 
Şeir Şərq ədəbiyyatında haqqın səsi kimi 
qəbul edilir.  Heç təsadüfi deyil ki, xalq 
arasında haqq aşığı kimi tanınan ozanlar 
qeybdən xəbərlər verər, insanlara öyüd 
və nəsihətləri ilə yol göstərərdilər. Hətta 
Kaliforniya Universitetinin ilahiyyatçı 
alimi Reza Aslan “Tanrı yoxdur Allahdan 
başqa” əsərində bütpərəst kahinləri də şair 
adlandıraraq yazır: “
İslam öncəsi toplumda 
şairlər: ozan, qəbilə tarixçisi, əxlaq fəlsəfəsi 
yayanlar, həm də  ədalət uyğulayan şəxslər 
kimi rola sahib idilər” (6: s.44)
Haqq sözünü deyənlər isə türk 
mədəniyyətində ya hökmdar olur, ya da 
hökmdarın yanında dururdular. Nə vaxta 
qədər ki, belə idi, türk mədəniyyəti söz 
və qılınc gücü ilə dünya tarixində öz dəst-
xəttini, izini qoydu. O vaxt ki hökmdarların 
əlində təkcə qılınc qaldı və ya söz alınıb 
əllərinə qılınc verildi, onda da türkün dünya 
hökmranlığının sonu çatdı.
Bunun sübutu kimi XV-XVII əsrlərdə 
dünyanın türk hakimiyyəti ilə idarə 
edildiyini xatırlasaq, bizcə yetərlidir. Bu türk 
hökmdarlarının ürfan elminə, Tanrı sözünə 
hakim olduğu çağları əhatə edir. “
Bu dövr, 
həqiqətən də, türk ədəbiyyatının ən vacib 
mərhələsi olmasıyla yanaşı “Sultanların 
şeirlərinin” də  zirvəsinin yaşandığı bir 
dövrdür. Bu dövr Hüseyn Bayqara, Fateh 
Sultan Məhməd, II Bəyazid, Yavuz Sultan 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə