KəRİmova sevda (baki Bİznes ve kooperasiya koleci) a və an artikllarının ən sadə formada izahı



Yüklə 18,21 Kb.
tarix26.05.2023
ölçüsü18,21 Kb.
#113151
referat 6476


KƏRİMOVA SEVDA (BAKİ BİZNES VE KOOPERASİYA KOLECİ)
A və AN artikllarının ən sadə formada izahı
"a və "an" artiklları qeyri-müəyyən artikllardır, yalnız sayıla bilən (yəni saya bildiyimiz) tək isimlərin qarşısında işlənir və dilimizə əsasən “bir” və ya “hər hansı bir” kimi tərcümə olunur.
Fərqləri:
A – yalnız samitlə başlayan, sayılan və təkdə olan isimlərdən əvvəl gəlir.
Məs: a computer, a car, a house, a book, a man və s.
Qeyd: Bir neçə söz vardır ki, bu sözlər SAİTLƏ başlayır amma sözün əvvəlindəki sait oxunmur və ya SAMİT kimi oxunur. Buna görə də bu tip sözlərin qarşısında yenə də “a” artikli işlədilir.
Məs: 
A European [ə jʊə.rəˈpiː.ən] – Avropalı
A euro [ə jʊə.rəʊ] - Avro
A university [ə juː.nɪˈvɜː.sə.ti] – Universitet
“An” artikli isə yalnız saitlə başlayan, sayılan və təkdə olan isimlərdən əvvəl gəlir.
Məs: an actor, an invitation, an eagle, an orange, an egg və s.
Qeyd: “Hour” sözü samitlə başlasa da “h” hərfi oxunmur və buna görə də bu sözün qarşısında “an” artikli işlədilir. Hour [ən aʊə] – bir saat.
Eləcədə, “herb” sözü Amerikan ingilis dilində [ɝːb] kimi oxunur və buna görə də bu sözün qarşısında da “an” artiklinə rast gəlinir
A və AN artiklları aşağıdakı hallarda işlənir:
1) Hər hansi bir şey və ya şəxs haqda ilk dəfə danışdıqda,
Məs: 
I have a computer at home. I don’t use it – Evdə bir kompüterim var. Mən onu istifadə etmirəm.
A woman came and asked you. I didn’t recognize her – Bir qadın gəldi və sizi soruşdu.
2) Sənət və peşə bildirən adların qarşısında işlənir.
Məs: 
I am an English teacher – Mən İngilis dili müəllimiyəm.
He is a journalist – O jurnalistdir və s.
3) Hər hansı bir əşyanin və ya sözün hansı qrupa aid olduğunu bildirdikdə.
Məs: 
A dog is an animal – It heyvandır.
Tennis is a game – Tenis oyundur.
4) Nida cümlələrində “what” sözündən sonra sayıla bilən tək isim gələrsə “a” və ya “an” artikli işlənir.
Məs:
What a nice day it is! – Nə gözəl gündür!
What a beautiful picture! – Nə gözəl şəkildir!
What a surprise!
5) Tərkibində “have” feli olan bir sıra ifadələrlə.
Məs: 
To have a rest – Istirahət etmək;
To have a talk – söhbət etmək;
To have a walk – gəzintiyə çıxmaq;
To have a good time – Yaxşı vaxt keçirmək və s.
6) Ölçü, məbləğ, vaxt və məsafə bildirən isimlərlə.
Məs:
A quarter of an hour – 15 dəqiqə;
A half an hour – Yarım saat;
Is it a long way from here to the sation? – Burdan stansiyaya uzaq yoldur?
7) Such (elə, belə), quite (kifayət qədər, tamamilə), rather (olduqca) sözləri sayıla bilən tək isimlərin qarşısında gəldikdə onlardan sonra A və ya AN artikli işlədilir.
Məs:
Such a nice girl – Belə qəşənq qız;
Quite a little boy və s.
8) Sayılmayan isimlərin qarşısında gələn hissə və qədər bildirən bir sıra ifadələrin qarşısında.
Məs:
A piece of paper – Bir parça kağız;
A cup of tea – Bir fincan çay
A slice of bread – Bir dilim çörək;
A couple of days – Bir neçə gün;
A pair of shoes – Bir cüt ayaqqabı;
A little money – Biraz pul;
A lot of people - Çoxlu adam;
A number of students – Çoxlu tələbə;
A bunch of flowers – Bir dəstə gül;
A group of people – Bir qrup adam;
Yüklə 18,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə