Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə22/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

səsli xatirələr
47
USTAD 
dərgisi \ Fevral 2016
46
USTAD 
dərgisi \ Fevral 2016
1948-ci ilin yayında 
Kislovodskda istirahət 
etdiyimiz vaxt bir gün 
Səməd Vurğun Əli Sultanlı 
ilə məni mənzilinə çağırdı: 
“Gəlin, – dedi, – sizə təzə 
əsərimi oxuyum”. O bizə 
“Aygün” poemasını oxudu. 
Bu, poemanın hələ çap 
olunmamış ilk variantı idi. 
Diqqətlə qulaq asdıqdan 
sonra öz fikrimizi söylədik. 
Əsərin əsas məziyyətlərini, 
Aygün surətinin ardıcıl 
inkişafda verildiyini qeyd 
ilə məşğul olmuş yoldaşlar vardı, amma 
mübahisələrdə çox vaxt Səməd qalib gəlirdi. 
Bəzən, hətta, haqlı olmadığı halda öz sadə, 
təbii, “xəlqi” mühakimələri ilə haqlı kimi 
görünürdü. 
Onda elə bir məharət vardı ki, hadisənin, 
məsələnin və ya bir əsərin mahiyyətini, 
əsas cəhətini, böyüklüyünü dərhal qavraya 
bilirdi. Hadisəyə özünəməxsus bir məharətlə, 
tamamilə yeni bir gözlə baxır, onu yeni bir 
tərzdə işıqlandırırdı. Hətta, məsələ ilə daha 
yaxşı tanış olan adamlar belə sanki yeni bir 
hadisə ilə üzləşdiklərini zənn edirdilər. 
1943-cü ilin aprel ayında Yazıçılar İttifaqı 
Ziyalılar evində Vladimir Mayakovskinin 
anadan olmasının 50 illiyinə həsr edilmiş 
ədəbi bir gecə təşkil etmişdi. Səməd Vurğun 
gecəni açmalı idi, lakin bir qədər gecikmişdi. 
Biz onu səbirsizliklə gözləyirdik. Gəldi və heç 
bir şey olmamış kimi rəyasət stolunun başına 
keçib rusca on beş dəqiqəlik elə bir giriş nitqi 
söylədi ki, biz bir yana, iclasda iştirak edən 
şairə A.Adalisi də heyran qoydu. Yanımda 
oturan Adalis qulağıma tərəf əyilərək, 
–“Umnitsa Samed, umnitsa!” – dedi. Səməd 
Vurğunun gecəyə gecikməsinə səbəb yatıb 
yuxuya qalması idi, bu onun gözlərindən bəlli 
idi. Buna baxmayaraq, söylədiyi giriş sözü 
o qədər mənalı və ağıllı idi ki, ondan sonra 
mən çox ümidsizliklə məruzəyə başladım. 
Təəssüf ki, biz çox vaxt belə çıxışların 
stenoqramması qayğısına qalmırıq!
Səməd Vurğunun son və əhəmiyyətli çıxışı 
etdikdən sonra Üzeyir bəy surətinin bir 
qədər genişləndirilməsini məsləhət gördük. 
“Müəllim Üzeyir surəti burada parlamalıdır”, 
– dedik. Bu fikir Səmədi birdən-birə tutdu. 
O bizim ağzımızdan sözü alıb, özü Üzeyir 
bəyi Aygünün taleyi ilə elə bağladı və surətin 
daxili məzmununu bir neçə cizgi ilə elə 
zənginləşdirdi ki, sanki bunu bizdən əvvəl 
özü düşünübmüş. Xanmurad surətini bir 
qədər dərinləşdirmək, onun təkamülünü 
daha inandırıcı etmək barədə söhbətimiz 
də səmərəli oldu. Mən bir daha inandım ki, 
Səməd Vurğun dərindən dərk etdiyi xeyirxah 
tənqidi minnətdarlıq hissi ilə qəbul edən 
ədiblərdəndir. 1936-cı ildə “Azərnəşr”in 
direktoru Əsəd Axundovun evində qulaq 
asdığımız “26-lar” poemasına edilən qeydləri 
də Səməd Vurğun eyni minnətdarlıqla qəbul 
etmişdi.
Dəfələrlə müşahidə etmişdim ki, Səməd 
Vurğun ağlına batmayan tənqidi qeydi, nə 
qədər məntiqi və elmi olursa-olsun, qətiyyən 
qəbul etmirdi. Edilən təklif onun yaradıcılıq 
prinsipi ilə düz gəlmədikdə Səməd Vurğun 
özünü zorlamaq istəmirdi. O qulaq asırdı, 
sənə elə gəlirdi ki, fikirlərinlə tamamilə 
şərikdir. Amma birdən qaşlarını çatıb, – 
“Yox!”- deyir və öz fikrini sübut etməyə 
çalışırdı. 
Onda məntiq güclü idi. Amma danışığı 
mühakiməvi deyildi. Onda xalq hikməti, xalq 
məntiqi vardı. Səməd Vurğundan daha çox 
kitab oxumuş, ədəbiyyat tarixi və nəzəriyyəsi 
Məmməd
Arif


səsli xatirələr
47
USTAD 
dərgisi \ Fevral 2016
46
USTAD 
dərgisi \ Fevral 2016
“Zülüm-zülüm 
ağladım ki, Səməd 
Vurğunu görə 
bilmirəm...”
1954-cü il, dekabrın 16-da II Ümumittifaq 
Sovet yazıçıları qurultayındakı məruzəsi idi. 
Sovet poeziyası haqqındakı bu məruzə çox 
məsuliyyətli və çətin idi. Orada rus və eləcə 
də sovet xalqları poeziyasının iyirmi illik 
inkişafına yekun vurulmalı, gələcək inkişaf 
yolları işıqlandırılmalı idi. Doğrudur, bu işdə 
faktik materialları toplamaq cəhətindən 
Səməd Vurğuna müəyyən yoldaşlar 
kömək etmişdilər. Lakin məruzənin əsas 
tezisləri onun öz qənaəti idi. Xüsusən sovet 
poeziyasında romantika, klassik irsdən 
səmərəli istifadə, ideal qəhrəman problemi 
ilə əlaqədar olan məsələlər onun öz müstəqil 
fikirləri idi ki, dərin bir ehtiras və inandırıcı 
elmi məntiqlə müdafiə edilmişdi. 
Mən qurultayda iştirak edirdim. 
Məruzədən sonra, tənəffüs zamanı o, yanıma 
gəldi və Rəyasət Heyətindəki rəylərin təsiri 
altında danışmağa başladı. Hiss olunurdu 
ki, onun bəzi müddəaları ilə hesablaşmaq 
istəməyənlər var. Hətta, Səməd onlardan 
bəzilərinin əks tezislə çıxış edəcəyini 
gözləyirdi. Mən belə başa düşdüm ki, 
etirazların əsas hissəsi Səmədin Nizaminin 
romantizmi, romantik qəhrəmanları 
haqqında söylədiyi sözlərə aiddir. Lakin 
qurultayda Səmədə ciddi etiraz edən olmadı. 
Təkcə Mirzə Tursunzadə məruzənin cəsarətli 
və məzmunlu olduğunu qeyd etməklə 
bərabər göstərirdi ki, Nizaminin romantik 
qəhrəmanları həyata qarşı passivdirlər, 
buna görə də sovet ədəbiyyatında onlara 
əsaslanmaq məqsədəuyğun deyil, Nizami 
romantikasını Puşkinin fəal romantizmi ilə 
qarışdırmaq olmaz və s.
Səməd Vurğunun məruzədə qoyduğu 
fikirlər o qədər məntiqi və inandırıcı idi 
ki, onun əksini sübut etmək natiqlərdən 
eyni dərəcədə böyük ehtiras və qüvvətli 
məntiq tələb edirdi. Buna isə qurultayda və 
qurultaydan sonra cəsarət edən olmadı...
Şahmar Əkbərzadə
S
əməd Vurğunun adı hər bir 
azərbaycanlı kimi mənim üçün 
də müqəddəsdir. Onun adı 
çəkiləndə üç hadisə gözlərimin qarşısına 
gəlir. Onların hər biri mənə ana südü 
qədər əziz və müqəddəsdir. O üç hadisə 
ilə bağlı yaşadığım anlar mənimçün 
bir ömrə bərabərdir. O anları yadıma 
salanda ürəyim yarpaq kimi əsir.
Onda Mingəçevir şəhərində yaşayırdıq 
və mən III sinifdə oxuyurdum. Dərsə 
gedəndə yolda sinif yoldaşım Alimə 
rast gəldim. Dedi ki, Səməd Vurğun 
Mingəçevirə gəlib, bənddədi. Bu, 
Mingəçevirin beş kilometrliyində yerləşir. 
Kür çayının qarşısı həmin bəndlə 
alınmışdı.
Dərs də, müəllimlər də yaddan çıxdı 
və kəsə yolla Kürün qırağı ilə bəndə tərəf 
qaçmağa başladıq. İndiki kimi yadımdadı, 
qaçanda ayaqqabımın biri ayağımdan 
çıxıb Kürə düşdü. Amma yenə də heç bir 
şey olmamış kimi qaçıb bəndin yanındakı 
insan selinə qovuşduq. Orada Alimi 
itirdim.
Sözün Səməd Vurğuna verildiyini 
eşitdim. O danışır, amma mənim boyum 
balaca olduğundan onu görə bilmirdim. 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə