Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə23/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

49
USTAD 
dərgisi \ Fevral 2016
48
USTAD 
dərgisi \ Fevral 2016
səsli xatirələr
49
USTAD 
dərgisi \ Fevral 2016
48
USTAD 
dərgisi \ Fevral 2016
Görmədiyimə görə də həyəcanlanırdım. 
Birdən məni ağlamaq tutdu. Zülüm-
zülüm ağladım. Yanımdakı hündür bir kişi 
ağlamağımın səbəbini soruşdu və mən 
də hönkürə-hönkürə: “Səməd Vurğunu 
görmək istəyirəm”, – dedim. Kişi məni 
boyu bərabəri qaldırıb çiyninə qoydu. 
Əli ilə irəlini göstərib: “Görürsənmi, o 
ağsaçlı kişi Səməd Vurğundur”, – dedi. 
Aramızda yüz addım qədər məsafə 
olardı. Mən sevincək: “gördüm”, – deyib 
qışqırdım. Kişi çiynində məni təxminən 
bir dəqiqə saxladı. Bu bir dəqiqə mənim 
üçün bir qərinəyə döndü. Sonra sinif 
yoldaşlarım mənə qibtə edirdilər ki, ustad 
şairi görmüşəm.
Tədbir bitdi və iştirakçılar dağılışmağa 
başladılar. Dərsdən qaçmağım indi 
yadıma düşdü və müəllimlərimin məni 
cəzalandıracağından qorxdum. Bu 
nigarançılıq içində yeriyirdim ki, irəlidə 
dəstə ilə gedən məktəb yoldaşlarımı və 
onların önündə müəllimlərimizi gördüm. 
Sən demə, həmin gün məktəbimizdə dərs 
olmayıb, hamı Səməd Vurğunu görməyə 
gəlib...
İkinci hadisə 1956-cı ilin mayında 
baş verib. O vaxt mən Ağdamın 
Çəmənli kənd məktəbində yuxarı sinifdə 
oxuyurdum. Bizim qonşu Zəngişalı 
və Mahmudlu kəndlərinin arasında 
bir reproduktordan danışan radio 
quraşdırılmışdı. Yaxın iki-üç kənd vacib 
xəbərləri oradan eşidirdi. S.Vurğunun 
vəfatı haqqındakı qara xəbəri də səhər 
məktəbə gedərkən oradan eşitdim və 
ağladım. Həmin gün bütün məktəblilər, 
bütün kənd əhalisi ağlayırdı. Bilmirəm 
həmin gün idi, ya sonrakı gün, qəribə bir 
hadisə də baş verdi: Çəmənli, Zəngişalı 
və Mahmudlu kəndlərinə güclü qar yağdı. 
Əhali bunu ustad şairin ölümünə təbiətin 
etirazı kimi mənalandırmışdılar...
Səməd Vurğunla bağlı 3-cü nisgilli 
hadisə 1981-ci ilin payızına təsadüf 
edir. Mən Qırğızıstanda idim. Çingiz 
Aytmatovla görüşdüm və o məni bağına 
qonaq apardı. Orada isə bir özbək sürücü 
bizim ölməz Vurğunumuzun bir şeirini 
– “Nə insafsız, nə mürvətsiz olurmuş, 
yarəb insanlar” misrası olan şeirini 
əzbər dedi. Düzü, belə bir şey ağlıma 
gəlməzdi. Şeir məni uzaq diyarda elə 
tutdu ki, hönkür-hönkür ağladım və təbii 
ki, qürur hissi keçirdim. Onu da deyim 
ki, oradakı digər qonaqlar da Səməd 
Vurğun haqqında elə şirin, elə yosmalı 
danışırdılar ki, elə bil, öz doğma şairləri 
haqqında danışırlar.
Səhv etmirəmsə, 1967-ci il idi. Nizami 
adına Ədəbiyyat Muzeyinə getmişdim. 
Səməd Vurğunun çəkdiyi son papiros 
kötüyünü gördüm və bir şeir yazdım:
Papiros kötüyü
Bəxtə bax, muzeyə düşüb külqabı,
Öpür gündə onu azı min baxış.
Tüstüsü zəqqum tək acı papiros, 
Çəkməyənlərə də şirin olarmış.
O təmiz küçəni xəcalət edən,
Adi kötük deyil, cavahiratdır.
Dabanlar tapdağı olardı bəlkə,
İşə bax, muzeydə eksponatdır.
Ömrün düşmənidir, çəkənlər bilir,
Qatillər içində birincidir o.
Yığışıb muzeyə köçəndən bəri,
Mənim nəzərimdə bir incidir o.
Gör kimin dodağı dəyibdir ona, 
Baxdıqca başımda ildırım çaxır.
Vurğunun əlində sönən papiros 
Od olub, qəlbimi yandırıb-yaxır.


tərcümə guşəsi
49
USTAD 
dərgisi \ Fevral 2016
48
USTAD 
dərgisi \ Fevral 2016
49
USTAD 
dərgisi \ Fevral 2016
48
USTAD 
dərgisi \ Fevral 2016
Nobel mükafatına 
ən şanslı (şanssız) 
namizədlərdən biri
…və 
Yeddinci 
adam”


tərcümə guşəsi
51
USTAD 
dərgisi \ Fevral 2016
50
USTAD 
dərgisi \ Fevral 2016
H
aruki Murakami 1949-
cu il, yanvarın 12-də 
Yaponiyanın Kyoto 
şəhərində anadan olub. Atası 
bütpərəst keşiş, anası isə ədəbiyyat 
müəlliməsi olan Haruki gənc 
yaşlarından ədəbiyyata maraq 
göstərib. 
Tokionun Vaseda Universitetinin 
Ədəbiyyat fakültəsini bitirib. 
Murakami ilk əsərini – “Pinbol-
1973”-ü 1985-ci ildə qələmə 
alıb.  1986-1995-ci illərdə 
ölkəsindən köçərək Avropada, sonra 
isə Amerika Birləşmiş Ştatlarında 
yaşayıb. Bu yazıçının adı Ədəbiyyat 
üzrə Nobel mükafatına ən şanslı 
namizədlər sırasında bir neçə 
dəfə çəkilsə də, qazana bilməyib. 
Bununla belə, Haruki Murakami 
dünyaca məşhur ona yaxın 
dəyərli mükafata layiq görülüb. 
Onun “Küləyin nəğməsini dinlə”, 
“Əyləcsiz möcüzələr ölkəsi və 
dünyanın sonu”, “Norveç meşəsi”, 
“Kafka sahildə”, “1Q84” kimi 
əsərləri uzun müddət ən çox satılan 
əsərlər  siyahısına başçılıq edib.
şığıyan küləyin səsini eşidirdilər. O, ağacları 
silkələdi, pəncərələri sıra ilə şaqqıldatdı, 
sonra son dəfə fit çaldı və evin arxasından 
ötüb getdi.
“Həyatımda gördüyüm ən böyük dalğaydı 
– o, dedi. – Qəribə dalğa idi. Şübhəsiz, çox 
nəhəng görünürdü”. 
Bir anlıq susdu. 
– Ondan güc-bəla ilə qurtula bildim, 
əvəzində mənim üçün dəyərli olan hər şeyi 
özü ilə götürüb başqa dünyaya apardı. Onları 
yenidən tapmaq və bu pis xatirədən xilas 
olmaq illərimi aldı əlimdən – heç cür geriyə 
qaytara bilməyəcəyim qiymətli illərimi...
 
Yeddinci adama təxminən əlli yaş vermək 
olardı. O arıq, uzun, bığlı biri idi. Sağ 
gözündə bıçaq zərbəsindən əmələ gəlmiş 
kiçik, ancaq dərin çapıq yeri görünürdü. Qısa 
saçları codlaşmış, ağ ləkələrlə örtülmüşdü. 
Simasında danışmaq üçün lazım olan sözü 
tapa bilməyən adamlara məxsus ifadə var idi. 
Ancaq bu ifadə uzun müddət idi ki, onunla 
birgə dolaşırdı və demək olar, üzünün bir 
parçasına çevrilmişdi. O, tvitdən tikilmiş 
boz pencəyinin altından sadə mavi köynək 
geyinmişdi və dəqiqəbaşı əlini yaxasına 
aparırdı. Ətrafdakılardan heç kim onun adını 
və haradan gəldiyini bilmirdilər. 
Boğazını arıtladı, sözləri sükutun içində 
bir anlıq yolunu azdı. Yanındakılar onun 
danışmasını gözləyirdilər. 
– Məncə, o dalğa idi. Hər birinizə ayrı-
ayrılıqda bunun nə mənaya gəldiyini izah edə 
bilməyəcəm.
 
Ancaq fikrimcə, nəhəng dalğa 
idi.  Günlərin bir günü heç bir xəbərdarlıq 
etmədən, qəfildən mənə özünü göstərdi. Və 
o... dağıdıcıydı. 
Mən S. adlı dənizkənarı qəsəbədə 
böyümüşəm. O qədər balaca qəsəbə idi ki
adını desəm də, tanımayacağınıza əminəm. 
Atam qəsəbənin həkimi olduğuna görə, çox 
rahat uşaqlığım olub. Xatırladığım qədərilə, 
ən yaxın dostum K. idi. Evləri bizimkinin 
yaxınlığında yerləşirdi. Özü də məndən bir 
sinif aşağıda oxuyurdu. Qardaş qədər yaxın 
idik, həmişə məktəbdən birlikdə çıxır, evə 
gələndə bir yerdə oynayardıq. Uzun illər 
davam edən dostluğumuz ərzində heç vaxt 
dalaşmadıq. Özümdən altı yaş böyük bir 
Yeddinci 
adam

Nəhəng bir dalğa az qalsın məni 
uzaqlara aparırdı”, – deyə yeddinci 
adam pıçıldadı. – Bu hadisə on yaşım 
olanda – sentyabr ayında, günorta vaxtı baş 
vermişdi”. 
O, bu gecə öz hekayəsini danışan 
sonuncu adam idi. Saatın əqrəbləri onu 
ötürdü. Dairə formasında əyləşmiş insanlar 
çöldə qaranlığın içindən keçib qərbə tərəf 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə