Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə25/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   21   22   23   24   25   26   27   28   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

75 



lının  ―Ananın  səsi‖  hekayəsində  Düşmən  vətəni  parçalayırdı 

cümləsində düşmən Azərbaycana soxulan xarici, yadelli qəsbkarla-

rın əvəzində işlənmişdir. Yaxud, İnsan hər şeyi gərək ağılla fikir-

ləşsin cümləsində insan insanları sözünü əvəz etdiyindən sinekdo-

xadır.  Ona  görə  də  məzmunun  düzgün  müəyyənləşdirilməsi  baxı-

mından şagirdlərin diqqəti bu ideyanı açan cümlələrə yönəldilməli-

dir. Tutaq ki, IV sinifdə mətn daxilində Şagirdin əsas işi dərs oxu-



maqdır  cümləsi  işlənmişdir.  Müəllim  uşaqların  diqqətini  həmin 

cümləyə yönəldərək: 

— Uşaqlar, burada şagird  şagirdlər sözündən hansını işlət-

mək daha münasibdir? 

Onlar cümləni bir də nəzərdən keçirirlər. Lakin bir-birinin əksi 

olan cavablar verirlər. Bundan sonra şagirdlərə başa salınmalıdır ki, 

bu  cümlədə  söhbət  tək  bir  şagirddən  deyil,  ölkəmizdə  təhsil  alan 

bütün şagirdlərdən gedir. Ona görə də burada şagird sözü əvəzinə 



şagirdlər işlətsək məzmuna heç bir xələl gəlməz. 

Dilimizdə elə sinekdoxalar vardır ki, metonimiyaya çox bənzə-

yir.  Ona  görə də bir qədər mürəkkəb təbiətli  sinekdoxaların  seçil-

məsinə  və  onlar  üzərində  işə  diqqətlə  yanaşılmalıdır.  Məsələn, 

B.Vahabzadənin ―Müəllim‖ şeirindən götürülmüş: 

 

Ey hörmətli müəllim  



Hər könüldə yerin var. 

Hər kənddə, her şəhərdə 

Sənin meyvələrin var.  

 

bəndində müəllim sadə, meyvələrin isə mürəkkəb təbiətli sinekdo-



xadır. Şagirdlər meyvələrin sözünün mənasını başa düşmürlər. Ona 

görə  də  şagirdlərin  diqqəti  tək  bir  sözə  (sinekdoxaya)  yox,  bitkin 

bir hissəyə (bəndə) cəlb edilir. 

—  Uşaqlar, bu bənddə kimin haqqında danışılır? (Müəllimin) 

—  Onu  nədən  bildiniz?  (Şeirdə  deyilir  ki,  hər  könüldə  sənin 

yerin var). 

— Bəs sənin meyvələrin var misrasında müəllif nə demək istə-



Ağarəhim                                                                                                     Əsərlər 

 

76 



yir? 

Şagirdlər  cavab  verə  bilmədikdə  müəllim  sualı  bir  qədər  də 

konkretləşdirir: 

— Ağacın yetirməsi nədir? (Onun meyvəsi) 

— Onda müəllimin yetirməsi nə ola bilər? (Onun şagirdləri) 

— Doğrudur. Müəllimin meyvəsi onun tərbiyə etdiyi, bilik ver-

diyi, həyata hazırladığı şagirdləridir. Ona görə də şair şeirdə müəl-

limin yetirmələrini onun meyvəsi adlandırır. Meyvələrin şözünü iş-

lətməklə ölkəmizin şəhər və kəndlərində yaşayan və fəaliyyət gös-

tərən, elə, xalqa vətənə fayda verən yetirmələrini nəzərdə tutur. Bu-

rada adi bir əlamətlə, cizgi ilə müəllimin uzun illər həyata hazırla-

dığı yüzlərlə, minlərlə şagirdləri əvəzinə meyvələri işlətmişdir. Şair 

tək müəllim sözünü işlətməklə ölkəmizdə fəaliyyət göstərən bütün 

müəllimləri nəzərdə tutmuşdur. 



Təşbeh  bədiilik,  aydınlıq  və  dəqiqlik  baxımından  nitqin  (bədii 

materialın)  emosional  çalarlığını  qüvvətləndirən  məcazdır.  Burada 

iki şəxs, əşya və hadisə xarakterlərindəki ümumi cəhətlərə görə bir-

biri ilə tutuşdurulur, müqayisə edilir. Bu müqayisədə haqqında bəhs 

olunan obyekt (şəxs, əşya və hadisə) müəyyən əlamətinə görə qüv-

vətli obyektə oxşadılır. Deməli, təşbehdə iki obyekt götürülür. 

Onların  ümumi  olan  cəhətləri  bir-birinə  bənzədilir.  Məsələn, 

A.Şaiqin ―Ana yurdum‖ şeirindən götürülmüş 

 

Qızıl təkindir  



Gözəl torpağın, 

 

misralarında ana yurdun, vətənin torpağı yeraltı və yerüstü sərvətlə-



rinə görə qızıla bənzədilir. 

N.Süleymanovun  ―Çoban  və  bozdar‖  hekayəsində  deyilir: 

―Bozdar kolluqdan çıxdı, sahibini görcək pələng kimi yəhərin qaşı-

na tullandı‖. Bu cümlədə bozdar çevikliyinə və sürətlə tullanmasına 

görə pələngə oxşadılır. Yaxud M.Rzaquluzadənin ―Payız gəlir‖ şei-

rindən alınmış  

Xəzəllərdən yerə sanki  



Ağarəhim                                                                                                     Əsərlər 

 

77 



Rəng-rəng xalı döşənmişdir,  

 

misralarında payız fəslində  yarpaqların saralması, budaqlardan qo-



pub  yerə  tökülərkən  yaratdıqları  əlvan  lövhə  rəngbərəng  saplarla 

zərif  çeşidlər  çəkilən,  göz  oxşayan  xalı  ilə  müqayisə  edilir,  ona 

bənzədilir.  Bu  bənzətmələr  isə  şagirdlərin  gözləri  önündə  yeni  bir 

aləm  açır, bənzəyənlə bənzədilənin  müştərək cizgilərini  anlamağa, 

birinə  görə  digərini  bədii  cəhətdən  aydın  və  dəqiq  izah  etməyə 

imkan yaradır. 

Əşya  və  hadisələr  arasında  oxşarlıq,  bənzərlik  yaradan  təşbeh 

metafora  və  metonimiyadan  bir  qədər  sadədir.  Çox  zaman  onlar 

Azərbaycan dilinin kimi,  eynilə,  sanki,  təki,  elə  bil,  guya,  tama-

milə  və  s.  qoşmalarının  köməyi  ilə  yaranır.  Şagirdlər  cümlədə  hə-

min qoşmalarla qarşılaşdıqda hələ mahiyyətə varmadan, formal cə-

hətdən iki əşyanın, hadisənin, yaxud şəxsin bir-biri ilə qarşılaşdırıl-

dığını,  müqayisə  edildiyini  hiss  edirlər.  Lakin  bəzən  də  bənzətmə 

birbaşa  gedir,  orada  qoşmaların  işlədilməsinə  ehtiyac  duyulmur. 

Məsələn,  ―Payızda‖  mətnində  deyilir:  ―Ağacların  yarpaqları  köz 

kimi qızarır, elə bil od tutub yanır. Palıdın sıx, qalın yarpaqları mi-

sə bənzəyir... Həmişəcavan yarpaqları  yamyaşıl atlaz kimi parılda-

yır‖. 

Göründüyü kimi, birinci cümlədə kimi  elə bil qoşmaları va-



sitəsilə ağacların yarpaqlarının qızartısı köz və oda bənzədilir. İkin-

cidə palıdın yarpaqlarının qızartısı misə birbaşa oxşadılır. Üçüncü-

də isə həmişəcavanın yarpaqları kimi qoşmasının köməyi ilə  yam-

yaşıl otlara bənzədilir. Həmçinin İ.Tapdığın ―Xəzər‖ şeirində Sula-



rında  üzür  gəmi,  Qara  neftin  bulaq  kimi,  Z.Xəlilin  ―Uşaqlar‖ 

şeirində isə Lalə kimi qızardı dan misralarında kimi qoşması qara 

nefti  həmişə  qaynayan  bulaqla,  səhərin  yaxınlaşması  və  günəşin 

tezliklə  çıxması  ilə  əlaqədar  qızaran  dan  yerini  (üfüqləri)  lalə  ilə 

müqayisə etməyə imkan vermişdir. Bununla da şagirdlərin gözləri 

önündə iki obyekt canlanmış, birinin oxşar əlamətlərinə görə digə-

rini olduğu kimi başa düşmək imkanı yaranmışdır. 

Araşdırmalar  göstərir  ki,  təşbehlər  vasitəsilə  ifadə  olunan  fikri 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə