Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə27/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   23   24   25   26   27   28   29   30   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

81 



lışmalardan da istifadə etmək olar. Məsələn, şagirdlər müəllimin tə-

ləbi ilə təşbeh yaradılmış cümlələri bədii materiallardan seçib köçü-

rürlər. Müəllim müsahibə vasitəsilə bənzəyəni, bənzədiləni və bən-

zətmə qoşmasını onlardan xəbər alır, yazı taxtasına bənzədilən söz-

lərin əvəzində nöqtələr qoyaraq Təyyarə... kimi şığıdı. Erməni za-

biti... kimi uladı. Tərlan... kimi oğlandı. Şaxtadan qızın yanaq-

ları... kimi qızdırmışdı və s. cümlələr və aşağıda istifadə olunacaq 

lalə,  ildırım,  qızıl    canavar sözləri yazılır. Müəllimin tələbi ilə 

cümlələr  tamamlanıb  köçürülür.  Sinfə  dağ  kimi,  quş  kimi,  buz 



kimi, ayı kimi, bülbül kimi, dəniz kimi və s. bənzətmələr təqdim 

olunur. Şagirdlər onları cümlə içərisində işlədərək köçürürlər və s. 

Ümumiyyətlə,  şagirdlərin  bu  sahədəki  biliklərini  möhkəmlən-

dirmək  və  təkmilləşdirmək  məqsədilə  aşağıdakı  iş  formalarmdan 

istifadə olunmalıdır:  

a)  bənzəyənə  əsasən  bənzədiləni  təsəvvürdə  canlandırmaq  və 

onun nəyə necə oxşadılmasını izah etmək

b)  bənzədilənə  əsasən  bənzəyəni  təsəvvürdə  canlandırmaq  və 

onun nə dərəcədə oxşadıldığını müəyyənləşdirmək və söyləmək; 

c) iki əşya, hadisə arasında müstəqil müqayisə aparmaq və onla-

rın ümumi əlamətlərindən ən qüvvətlilərini müəyyənləşdirmək. 

Epitet məcazın ən sadə və tez anlaşılan növüdür. O, fıkri təxəy-

yülümüzdə  canlandırmağa  xidmət  eden  sözə  bədiilik,  əlvanlıq, 

emosionallıq gətirir. Fikrin ifadəli və təsirli təzahürü üçün seçilmiş 

epitet  bəzən  bədii  təyinlər  də  adlanır.  Deməli,  başqalarından  fərq-

ləndirmək və xüsusi çalarlıq yaratmaq baxımından sözə artırılan si-

fətlər (bədii təyinlər) epitetlərdir: məsələn, şeirdən alınmış: 

 

Yeni həyat gətirdin sən  



Yurdumuza əziz bayram  

Gülər üzlü, şirin sözlü  

Uşaqlardan sənə salam!  

 

bəndində yeni,  əziz,  gülər  üzlü,  şirin sözləri, İ.Əfəndiyevin ―Ma-



raqlı hadisə‖ hekayəsində işlənən Ayı mehriban və qorxaq nəzər-


Ağarəhim                                                                                                     Əsərlər 

 

82 



lərlə mənə baxırdı cümləsində mehriban  qorxaq, L.Voronko-

vanın  ―Elin  sərvəti‖  hekayəsində  verilən  Undan  ətirli,  dadlı,  ağ 



çörək bişirəcəklər cümləsində ətirli, dadlı, ağ sözləri epitetlərdir. 

Epitetlər  yalnız  sifətlərlə  deyil,  cümlədə  isim  və  zərflərlə  də  ifadə 

olunurlar. Məsələn, Kamil  mağazadan  şəkilli  kitab  aldı.  O,  ma-

raqlı hekayə oxudu. Maşın sürətlə gedirdi cümlələrdə şəkilli sö-

zü isimdən, maraqlı sözü sifətdən, sürətlə sözü isə zərfdən əmələ 

gəlmiş  epitetlərdir.  Epitetlərin  gücü  və  onların  yaratdığı  təsirin 

emosional  çalarlığı  özünü  harada  və  necə  işlənməsində  tapır.  Ye-

rində işlənməyən, hədəfə düzgün və sərrast tuşlanmayan epitet (bə-

dii  təyin)  çox  zaman  sönük  olur.  Onlarda  müəllifin  əşyalara  olan 

münasibətləri göstərilsə də, o qədər də hiss, həyəcan ifadə olunmur. 

Lakin aşağıdakı cümlələrdə vəziyyət tamamilə dəyişir.  

1. Parlaq günəş qızılı tellərini əlvan çiçəklərin üstünə sərmişdi. 

2. Fırtınalı dəniz qəzəblə dalğalanırdı.  

Bu cümlələrdə işlənənparlaq, qızılı, əlvan, fırtınalı  qəzəb-

 sözləri aid olduqları əşyaların xarakter əlamətlərini xüsusi çalar-

lıqla ifadə edir. Bu epitetlər vasitəsilə müəllifin nitqini irad edənin 

şəxsi münasibəti yeni rəng, yeni boyalarla verilir. 

Araşdırmalar göstərir ki, bədii mətnlərdən epitetlərin seçilməsi, 

mənalarının düzgün müəyyənləşdirilməsi üzərində işin sifətin tədri-

si  ilə  əlaqələndirilməsi  şagirdlərin  yazılı  və  şifahi  nitqinin  ahəng-

darlığını, bədiiliyini artırmaqla onları şüurlu mənimsəmə, məzmu-

nu dərhal tutmaq, dərk etmək qabiliyyətinin inkişafına da əsaslı tə-

sir  edir.  Bu  məqsədlə  müxtəlif  iş  formalarindan  istifadə  olunmalı-

dır. Məsələn, tutaq ki, III sinifdə yazı taxtasına aşağıdakı kimi cüm-

lələr yazılır. 

1. ……..   uşaqlar …….  çəmənlikdə …….. kəpənəklərin ardın-

ca  qaçırdılar.  2.  ….….  alpinistlər  …….  qayalara  dırmaşırdılar.      

3. …….. dənizin ……. və ……. ləpələri sahili döyəcləyirdi. 

Sonra nöqtələrin yerinə buraxılmış sifətləri artırmaqla cümlələri 

köçürmək tələb olunur. Bundan sonra yazı taxtası iki hissəyə ayrı-

lır. Birinciyə yırtıcı, vəfalı, qorxunc, körpə, narın, qəzəbli, quzu-

lar,  parça,  dost,  insan  sözləri  yazılır.  Şagirdlər  birinci  hissədəki 



Ağarəhim                                                                                                     Əsərlər 

 

83 



sözlərə ikinci hissədəkindən uyğun gələni tapıb obrazlı ifadələr dü-

zəldirlər: yırtıcı heyvan, ayna bulaqlar, vəfalı dost, qorxunc hadisə, 

körpə quzular, narın qum, qəzəbli düşmən, mehriban insan. 

IV sinifdэ cümlə üzvlərinin tədrisi zamanı şagirdlər təyinlə əla-

qədar çalışmalar üzərində işlədilərkən onların bu sahədəki bilikləri 

daha da inkişaf etdirilməlidir. 

Ümumiyyətlə,  epitetlər  üzərində  işin  səmərəli  təşkili  baxımın-

dan şagirdlər müxtəlif xarakterli çalışmalar üzərində işlədilməlidir-

lər: 

— mətndən epitetlərin seçilməsi; 



— epitetlərin müstəqil tərtibi və cümlə içərisində işlədilməsi; 

— cümlələrin epitetlər əsasında genişləndirilməsi; 

— eyni əşyaya bir neçə epitetin seçilməsi

— əşyanı təsvir etmək üçün ən tutarlı epitetin seçilməsi; 

— müxtəlif mətnlərdə eyni əşyaya aid olan epitetlərin müqayisə 

edilməsi və işlənmə yerinə görə mənalarının izahı; 

— emosional-ekspressiv çalarlı epitetlərin mənalarının izahı və 

s. 


Məcazın  növlərindən  biri  olan  perifraza  hər  hansı  əşyanın  təs-

viri, izahlı ifadəsidir. Bu, əşyanın əsl adını dəyişir. 

Əvəzində onun xarakter cizgilərini (əlamətlərini) göstərən ifadə 

işlənir.  Beləliklə,  ifadə  olunan  fikir  daha  parlaq,  canlı  və  obrazlı 

olur: məsələn, Ə.Cəmilin ―Vətən‖ şeirindən alınmış: 

 

Ey vətən, ana vətən  



Heyranam sənə, vətən  

 

misralarında  vətən  və  ana  vətən  sözləri  müstəqil  respublikamızın 



əvəzində,  Ə.Məmmədxanlının  ―Ananın  səsi‖  hekayəsində  işlənən 

Anan  Odlar  yurdu,  elləri  xoşbəxt  görmək  istəyir  cümləsində 

Odlar Yurdu ifadəsi Azərbaycanı, elləri sözü isə Azərbaycan xalqı-

nın söz və ifadələrini əvəz etdikləri üçün perifrazalardır. Perifraza-

lar nitqdə yeknəsəklik yaradan yersiz söz və ifadələrin işlənməsinin 

qarşısını alır, fıkrin daha dəqiq, təbii və obrazlı təzahürünə müsbət 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə