Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə30/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   26   27   28   29   30   31   32   33   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

90 



Şagirdlərin  əsər  haqqındakı  şəxsi  fıkri,  mülahizələri  üzə  çıxarılır, 

obrazların hərəkəti, fəaliyyəti qiymətləndirilir. Bu zaman müəllifin 

məqsədi, mətnin bədii dəyəri, onun əsas ideyası müəyyənləşir. 

III. Müəllimin tapşırığı əsasında mətnin sərbəst oxunması. 

Elmi-kütləvi  mətnlərə  nisbətən  bədii  mətnlərdə  müxtəlif  iş  va-

riantlarından istifadə etmək imkanları daha genişdir. Belə ki, elmi-

kütləvi mətnlərin sərbəst oxusu ilə əlaqədar göstərilən variantların 

hər  birini  yeri  gəldikcə  tətbiq  etməklə  aşağıdakılardan  da  istifadə 

olunmalıdır: 

1)  konkret  obrazların  hərəkətinin,  xarakterinin  müəyyənliyini 

ifadə edən söz, ifadə və cümlələrin seçilməsi

2)  bir-birilə  ziddiyyət  təşkil  edən  obrazlara  aid  müqayisəli  xa-

rakteristikanın tərtibi ilə bağlı söz və ifadələrin seçilməsi

3) yazıçının istifadə etdiyi təsvir vasitələrinin seçilməsi

4)  əsərin  əsas  ideyasını  müəyyənləşdirən  cümlələrin  seçilməsi 

və s. 

Sərbəst oxu oxunun sürətini artırır, şagirdlərin müstəqillik, mü-



şahidəçilik  qabiliyyətini  yüksəldir,  obrazların  hərəkətini  düzgün 

qiymətləndirmək,  mətnin  bədii  dəyərini  müəyyənləşdirmək,  başa 

düşmək  imkanı  verir,  müəllifin  məqsədini,  hadisəyə  münasibətini 

şüurlu öyrənməyə kömək göstərir, mətnin məzmununun və ideyası-

nın şüurlu mənimsənilməsini təmin edir. 

IV.  Mətnin  səhnələşdirilib  oxunması. Bu,  I-IV  sinif şagirdləri 

üçün bir növ yaradıcılıqdır. Təcrübə göstərir ki, bu məqsədlə II si-

nifdə  şagirdlərə  uşaqların  həyatından  bəhs  edən  bir  neçə  dialoqlu 

sadə  hekayələri,  nağılları  və  təmsilləri  oxutdurmaq  faydalıdır.  Şa-

girdlər  sinıfdən-sinfə  keçdikcə,  müəyyən  bilik,  bacarıq  və  təcrübə 

qazandıqca  bu  sahədəki  işləri  tədricən  mürəkkəbləşdirmək  olar. 

Bunun  üçün  müəllim  rollar  üzrə  oxuya  imkan  verən  materialları 

əvvəlcədən seçməli, rollarda çıxış edəcək şagirdləri səsinin incə və 

qalınlığına, xarakterinə, hərəkətinə və s. görə əvvəlcədən müəyyən-

ləşdirməlidir.  Sonra  şagirdlərə  oxu  nümunəsi  verməli,  bu  zaman 

onların səsinin dəyişməsinə, mimika və jestlərinə, fasiləyə, məntiqi 

vurğuya, hər tipin özünə xas olan bir dillə danışmasına və s. xüsusi 




Ağarəhim                                                                                                     Əsərlər 

 

91 



diqqət yetirilməlidir. Oxu prosesində şagirdlərdən birinin replikası-

na digərinin reaksiya verməsi onların məsuliyyətini daha da artırır, 

oxuduqlarına yaradıcı nöqteyi-nəzərdən yanaşırlar. 

Rollar  üzrə  oxu  prosesində  müəllimin  əsas  vəzifələrindən  biri 

şagirdlərə düzgün improvizə variantı seçməyi öyrətməkdən ibarət-

dir.  Bu  zaman  oxunan  mətnin  məzmununun  şüurlu  qavranması  və 

uzun müddət şagirdlərin hafızəsində yaşaması təmin olunur. 

V.  Mətnin  təkrar  oxunması.  Əgər  mətn  həcmcə  kiçikdirsə  və 

məcazlarla, obrazlı ifadələrlə o qədər zəngin deyildirsə, onu bütöv 

oxumaq  məsləhətdir.  Yaxud  əksinə,  material  böyükdürsə,  emosio-

nal xarakter daşıyırsa, iki-üç, bəzən də dörd şagird tərəfindən hissə-

hissə oxunmalıdır. Sadə, kiçik həcmli hekayələr, xüsusilə təmsillər 

və nağıllar təkrar oxunmaya da bilər. 

Mətnin təkrar oxunması oxu vərdişlərinin inkişafı, bədii obraz-

ların, məzmunun şagirdlərin təsəvvüründə möhkəmləndirilməsi, lü-

ğət ehtiyatının zənginləşdirilməsi, oxunun canlı danışıq nitqinə ya-

xınlaşması baxımından əhəmiyyətlidir. 



VI. Mətnin sonuncu dəfə oxunması. Burada təbii sual meyda-

na çıxır: mətnin təkrar oxusu ilə sonuncu oxusu arasında fərq nədən 

ibarətdir? Təlim prosesində onların hər ikisini tətbiq etməyə ehtiyac 

varmı? 


Təkrar  oxuda  əsas  məqsəd  bədii  obrazları  şagirdlərin  təsəvvü-

ründə canlandırmaqdırsa, sonuncu oxuda məzmunu onların şüurun-

da  möhkəmləndirmək  və  emosional  təsir  qüvvəsini  artırmaqdır. 

Məqsəddən aydın olur ki, bunlar təlim əhəmiyyətinə görə bir-birin-

dən əsaslı şəkildə fərqlənən, lakin biri digərinə xidmət edən iş for-

masıdır. Ona görə də təlim prosesində onlardan istifadə  olunmalı-

dır. 

VII. Oxunun ifadəliliyi. Oxunun ifadəliliyi mətnin məzmun və 

ideyasının şüurlu mənimsənilməsini təmin edən mühüm amillərdən 

biridir.  İfadəli  oxu  prosesində  mətnin  bitkin  məzmunu,  ayrı-ayrı 

obrazların hərəkəti, baş verən hadisələr məntiqi ardıcıllıqla verilir. 

İfadəli oxu prosesində canlı ifadə vasitələrinin köməyi ilə obrazla-

rın xarakteri,  onların  məqsədi  açılır.  Başqa sözlə, hadisənin,  orada 




Ağarəhim                                                                                                     Əsərlər 

 

92 



iştirak edən adamların haqqında dinləyicidə bitkin təəssürat yaradı-

lır. Bu zaman şagirdlərin hissləri, fantaziyası hərəkətə gəlir, oxunan 

mətnin  müxtəlif  duyğularla  qavranılması,  şüurlu  mənimsənilməsi 

təmin olunur. 

Biz  yuxarıda  qeyd  etdik  ki,  oxunun  şüurluluğu  ilə  ifadəliliyi 

arasında qarşılıqlı əlaqə mövcuddur və bu əlaqələr hər ikisinin inki-

şafı üçün əsasdır. Yəni şüurlu oxunmayan mətni ifadəli şərh etmək, 

ifadəli oxunmayan mətni də şüurlu mənimsəmək mümkün deyildir. 

Buradan belə bir konkret nəticə hasil olur ki, oxunun şüurluluğun-

dan ifadəliliyə, yaxud əksinə, ifadəlilikdən də şüurluluğa keçid əla-

qələri  vardır.  Biz  bunlardan  birinin  inkişafı  üzərində  iş  apararkən, 

digərinin də inkişafına əsaslı təsir etmiş oluruq. İfadəli oxu mətnin 

şifahi nitqdə ahəngdar, bədii şəkildə meydana çıxmasıdır. O, məz-

munun  şüurlu mənimsənilməsi üzrə aparılan işlərin nəticəsidir. O, 

əsərin  çox  cəhətli,  emosional  məzmununun  həllidir,  duyaraq  oxu-

maqdır. Bu, oxunan əsərin mahiyyətinə nüfuz etməyə əsaslanan səs 

vasitəsilə lövhə yaratmaqdır. Mətndəki kədər, kinayə, istehza, za-

rafat,  təəccüb,  qorxu,  sevinc,  səmimiyyət  və  s.  kimi  həyəcanlı 

hisslər özünü ifadəli oxu prosesində əks etdirir. 

I-II siniflərdə şagirdlər ifadəli oxu vərdişlərinə kifayət dərəcədə 

yiyələnmədiklərindən onlar mətndəki ruhi halları verməyi və məz-

munun açılmasında ifadəli oxunun tələblərindən istifadə etməyi ba-

carmırlar.  Maraqlı  burasıdır  ki,  şagirdlər  oxu  prosesindən  fərqli 

(yəni  onun  əksinə)  olaraq  öz  adi  danışıqlarında  (müəllimlə,  özün-

dən yaşlılarla, yaşıdları ilə, yaxud özündən kiçiklərlə) səmimiyyət, 

kobud cavab vermək, zarafat, şıltaqlıq etmək və sairədən bacarıqla 

istifadə edirlər. Bəs buna səbəb nədir? Bu onunla izah olunmalıdır 

ki, şagird adi danışıq prosesində nədən danışacağını aydın və mən-

tiqi  şəkildə  bilir.  Onu  düşüncəli,  şüurlu  ifadə  etməyə  çalışır.  Ona 

şəxsi münasibətini, arzu və istəklərini bildirir. Ona görə də daxildə 

baş qaldırmış hisslər, duyğular özünü canlı ifadə vasitələrinin (ton, 

məntiqi  vurğu,  fasilə,  sürət,  jest,  mimika  və  s.)  köməyi  ilə  büruzə 

verir. I-IV siniflərdə ana dili dərslərinin qarşısında duran əsas vəzi-

fələrdən  biri  məhz  şagirdlərə  belə  şüurlu  oxu  vərdişləri  aşılamaq-



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə