Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə29/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   25   26   27   28   29   30   31   32   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

87 



mununun mənimsənilməsini daha da möhkəmləndirməkdən ibarət-

dir.  Müşahidələr  göstərir  ki,  bəzi  müəllimlər  mətni  təkrar-təkrar 

oxutdurmaqla kifayətlənir, işə heç bir yaradıcı xarakter vermir, şa-

girdləri  düşündürmürlər.  Belə  mexaniki  oxunun  təlim  əhəmiyyəti 

də olmur. Əksinə şagirdləri yorur, bezdirir. Qabaqcıl müəllimlər isə 

təkrar oxu prosesində şagirdlərə düşündürücü suallar verir, diqqət-

lərini əsas məsələlərin, bütövlükdə məzmunun açılmasına yönəldir-

lər. Məsələn, IV sinifdə Ə.Muxtarın ―Mənim də vətənim var‖ möv-

zusunun təkrar oxusu prosesindən sonra şagirdlərdən biri Mustafa-

nın limanda yük daşımasına, bacısı qızı Cəbriyyə ilə görüşməsinə, 

babasını  ölüm  xəbərini  eşitməsinə,  Cəbriyyəni  necə  saxlamasına, 

ikincisi  babanın  ölümünə,  Cəbriyyənin  babasının  meyidini  axtarıb 

tapması, üçüncüsü Cəbriyyənin Zəkriyyə Əfəndinin evində qalma-

sına, yuxuda tapançalı zabit görməsi, Zəkriyyə Əfəndinin qızı din-

ləməsi  və  qulluqçunun  Cəbriyyəni  evdən  qovmasına,  dördüncüsü 

Cəbriyyənin  yenidən  Mustafanın  yanına  gəlməsi,  vətəni  İstanbul, 

Türkiyə olması haqqında məlumat almasına aid hissəni oxuyur. 

Birinci  hissə  təkrar  oxunduqdan  sonra  müəllim  suallar  verir: 

―Mustafa Cəbriyyə ilə necə qarşılaşdı? Qız nə üçün dərdli idi? Qı-

zın babasını kim öldürmüşdü? Babanın ölümünə səbəb nə idi?‖ və 

s. Bu suallara cavab aldıqdan sonra hekayənin qalan hissələri üzə-

rində  də  belə  iş  aparılır.  Beləliklə,  təkrar  oxu  şagirdlərin  idrakını 

xeyli  fəallaşdırır,  düşünmək,  axtarmaq  vəzifəsi  ilə  qarşılaşdırır, 

məzmunun şüurlu mənimsənilməsinə kömək göstərir. 



IV.  Müəllimin  tapşırığı  əsasında  mətnin  səssiz  oxunması.  Bu 

işə əsasən  III  sinifdən başlamaq məsləhət  görülür. O, 8-10 dəqiqə 

müddətində  aparılmalıdır.  Burada  əsas  məsələ  müəllimin  verdiyi 

tapşırıqlardır.  Bu  tapşırıqlar  şagirdlərdən  nə  isə  axtarmaq,  tapıb 

oxumaq və yaxud götürmək tələb edir. Ona görə də qabaqcıl müəl-

limlər  bu  işin  müxtəlif  variantlarından  istifadə  edirlər:  a)  mətnin 

planını əvvəlcədən yazı taxtasına yazıb, hər maddəyə aid hissəni ta-

pıb  oxumağı,  yaxud  dərslikdə  qara  karandaşla  yerini  nişanlamağı 

tələb etmək; b) suallara aid hissəni dərslikdən tapıb oxumaq; v) an-

laşılmaz söz və ifadələri seçmək; q) əsas məzmunu açan cümlələri 




Ağarəhim                                                                                                     Əsərlər 

 

88 



seçib  oxumaq;  d)  Azərbaycan  dilindən  öyrənilən  dil  hadisələrini 

müşahidə etmək və yaxud onları köçürmək və s. 



Bədii  mətnlər.  I-IV siniflərdə  bədii materiallar şagirdlərdə və-

tənimiz,  xalqımız,  insanların  əməyi,  həyat  tərzi,  ictimai  hadisələr 

haqqında ilkin məlumatlar verir, onlara dövlətimizin yüksək ideya-

larını,  sülh  və  əmin-amanlıq  uğrunda  apardığı  mübarizəni,  müasir 

şəraitdə  xalqımızın  göstərdiyi  misilsiz  hünərləri  anlamağa  imkan 

verir. Onlara müsbət əxlaqi keyfiyyətlər aşılayır. 

Bədii mətnlər də elmi-kütləvi materiallar kimi, şagirdlərə təbiət 

və cəmiyyət haqqında elmi biliklər verir. Bununla belə bədii mətn-

lərdə  müəllimin  təsvir  edilən  hadisəyə  münasibəti  də  olur.  Bədii 

əsər  yazıçının,  şairin  bədii  təxəyyülünə,  fantaziyasına  və  zövqünə 

əsasən, həyatın obrazlı inikasıdır. Burada müəllif həyatı (təsvir et-

diyi  hadisəni,  onun  bu  və  ya  digər  əlamətlərini  və  s.)  tipikləşdirir, 

hadisələr  sistemi  hazırlayır,  obrazları  düşündürür,  danışdırır,  hərə-

kətə  gətirir,  ümumiləşdirib  canlı  bir  aləm  yaradır.  Oxucu  bu  bədii 

lövhənin köməyi ilə obrazların daxili aləminə girir, hərəkətini təhlil 

edir, tutuşdurur və qiymətləndirir. Oxu materialları şagirdlərin his-

sinə, fantaziyasına təsir göstərir, onları həyəcanlandırır. 

Məktəb  təcrübəsi  və  metodik  ədəbiyyat  göstərir  ki,  məzmunu 

başa  düşmək,  əsas  ideyanı  əxz  etmək  üçün  bədii  mətnləri  bütöv 

oxumaq lazımdır. Deməli, elmi-kütləvi mətnlərin oxusu prosesində 

tətbiq olunan metod və priyomları bədii mətnlərə təqdim etmək ol-

maz. Bu mətnlərin də özlərinə məxsus cəhətləri vardır. Bədii mətn-

lər üzrə oxu aşağıdakı sistemlə aparılır: 

I. Mətnin bütöv oxunması. Burada əsas məqsəd şagirdlərə oxu-

nan mətnin məzmununu şüurlu mənimsətmək və onlara ifadəli oxu-

maq nümunəsi verməkdir. I-II siniflərdə isə emosional və tərkibin-

də  çətin  anlaşılan  söz  və  ifadələr,  mürəkkəb  nitq  konstruksiyalı 

cümlələr  işlənmiş  hekayələri,  sərbəst  vəznli  şeirləri  müəllim  oxu-

malıdır. Oxu prosesi aydın, anlaşıqlı və ifadəli getməli, şagirdlər isə 

kitabı örtüb müəllimi dinləməli, hər söz, ifadə və cümlənin necə de-

yilməsinə, obrazlara, onların hərəkətinə, bir hissədən digərinə keçid 

əlaqələrinə, hadisənin fınalına və s. diqqət yetirməlidirlər. Oxunun 



Ağarəhim                                                                                                     Əsərlər 

 

89 



sonunda  müəllim  şagirdlərin  diqqətini  yoxlamaq  və  məzmunu  nə 

dərəcədə  mənimsədiklərini  miiəyyəniəşdirmək  məqsədilə  onlara 

suallar verməlidir. Məsələn, III sinifdə M.Qorkinin ―Arxip baba və 

Lyonka‖  hekayəsinin  müəllim  tərəfındən  oxusunu  şagirdlər  böyük 

kədər hissilə dinləyirlər. Oxunun sonunda müəllim sinfə suallar ve-

rir: ―Arxip baba və Lyonka‖ necə yaşayırdılar?‖, ―Lyonka qoca ba-

basını nə üçün təhqir etdi?‖, ―Onların ölümünə səbəb nə idı?‖ Ola 

bilər ki, oxunun sonunda şagirdlərə məzmuna, obrazların hərəkəti-

nə  və  s.  aid  münasibət  bildirici  suallar  verilsin:  ―Arxip  baba  və 

Lyonka hekayəsində kimi sevirsiniz?‖, ―Lyonkaya nə üçün yazığı-

nız gəlir?‖, ―Kimlərə nifrət edirsiniz?‖, ―Nə üçün?‖ Bu suallar ma-

terialların  məzmununun,  ideyasının  şüurlu  mənimsənilməsinə  bö-

yük kömək göstərir. 

II.  Mətnin  hissə-hissə  oxunması.  Əgər  elmi-kütləvi  mətnlərin 

hissə-hissə  oxunması  prosesində  şagirdlərə  məzmunla  bağlı  məlu-

matlar verilirsə, burada məzmunun tam mənimsənilməsi üzrə iş ge-

dir.  Şagirdlərin  bütöv  oxu  zamanı  yiyələndikləri  biliklər  daha  da 

genişlənir,  dərinləşir  və  dəqiqləşir.  Qabaqcıl  müəllimlər  bədii 

mətnləri də əvvəlcədən bitmiş hissələrə ayırırlar. Sonra hər hissəni 

bir  şagirdə  oxumağı  tapşırırlar.  Oxunun  sonunda  bir  növ  təhlili 

əməliyyat  (müsahibə  aparmaq,  çətin  söz  və  ifadələri  izah  etmək, 

diqqəti əsas məsələyə, obrazların hərəkətinə, davranışına, hadisəyə 

olan münasibətinə  yönəltmək və s. üzrə iş) gedir.  II sinifdə bu işi 

ayrı-ayrı  obrazların  oxunması  üzrə  də  aparmaq  mümkündür.  Şa-

girdlərin oxu vərdişləri, müşahidə və qavrama qabiliyyətləri inkişaf 

etdikcə, abzaslardan məntiqi cəhətdən bitmiş hissələrə doğru hərə-

kət  edilməlidir.  Məsələn,  III  sinifdə  N.Gəncəvinin  ―Kərpickəsən 

qoca‖  mətni  üç  hissəyə  ayrıldıqdan  sonra  şagirdlərdən  birincisi 

Şam  şəhərində  qoca  bir  kişinin  yaşaması,  kərpic  kəsməklə  çörək 

pulu qazanması, heç kəsdən minnət götürməməsi və heç kəsə əl aç-

maması, cavan oğlanın qocanın yanına gəlməsi, ikincisi cavan oğ-

lanın qocanı yersiz məzəmmət etməsi, üçüncüsü isə qocanın oğlana 

cavabı  ifadə  olunmuş  hissəni  oxuyur.  Hər  hissənin  sonunda  əsas 

məzmunun şüurlu mənimsənilməsi baxımından sinfə suallar verilir. 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə