Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə38/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   34   35   36   37   38   39   40   41   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

114 



mahkar vəzir‖ mətnini üç hissəyə ayırır və birinciyə ―Uşağın şahın 

yanına gəlməsi‖, ikinciyə ―Vəzirin şahın yanına gəlməsi‖, üçüncü-

yə isə ―Şahın vəziri saraydan qovması‖ başlıqları verilir. 

IV  sinifdə isə bu iş şagirdlər tərəfindən müstəqil yerinə yetirilir. 

Məzmununun şüurlu mənimsənilməsi baxımından mətnlərə dia-

filmlərin  tərtibi  (hekayənin  müəyyən  kadrlara  ayrılması)  xüsusi 

əhəmiyyət kəsb edir. Bu zaman şagirdlər əsas məsələləri seçməyi, 

az əhəmiyyəti olanlarını isə atmağı bacarmalıdırlar. Təcrübə göstə-

rir ki, II sinifdə diafılmlərin tərtibi üçün dinamik hekayələr götürül-

məlidir.  Məsələn,  II  sinifdə  L.Tolstoyun  ―Yanğın  itləri‖  hekayəsi 

üzrə 1. Ev yanır; 2. Yanğınsöndürənlər gəlir, qadınlar onlara yaxın-

laşırlar; 3. Qadınlar yanğınsöndürənlərə evi göstərirlər; 4. Yanğın-

söndürənlər  Bobu  buraxırlar;  5.  Bob  pillələrlə  tüstüyə  tərəf  qaçır;   

6. Bob dişi ilə qızın paltarından tutub gətirir; 7. Anası qızın üstünə 

atılır; 8. Bob  yanğına tərəf qaçır; 9.  Bob dişində  bir kukla  gətirir, 

adamlar ona baxıb gülürlər və s. 

III-IV siniflərdə  isə  belə diafilmlərin tərtibini  bir qədər mürək-

kəb mətnlər əsasında da aparmaq olar. 

Qabaqcıl müəllimlər mətnin məzmun və quruluşundan asılı ola-

raq planın maddələrini bəzən müxtəlif istiqamətlərdən çıxış edərək 

tərtib etdirirlər. 

a) hərəkətin qabarıq şəkildə təzahürünə görə

b) zaman ardıcıllığına görə; 

c) şəxslərin ardıcıllığına görə; 

ç) şəxslərin meydana çıxma ardıcıllığına görə. 

II  sinifdə  hərəkət  qabarıq  şəkildə  təzahür  olunan  ―Kəndli  və 

ayı‖ mətni üzrə planı belə vermək olar: ―Ayı kəndlinin yanına gəlib 

nə dedi?‖, ―Ayı ilə kəndli turpu necə əkdilər?‖, ―Ayı ilə kəndli buğ-

danı  necə  əkdilər?‖,  ―Ayı  kəndlinin  yanına  nə  üçün  qayıtmadı?‖. 

Yaxud III sinifdə ―Bizim təyyarələrimiz‖ mətni üzrə: ―Təyyarə xəs-

tələrə necə kömək etdi?‖, ―Çobanlara necə kömək etdi?‖, ―Balıqçı-

lara necə kömək etdi?‖, ―Təyyarə  yanğınsöndürənlərə necə kömək 

etdi?‖, ―O, kəndlilərə necə kömək edir?‖, ―Sərnişinlərə necə kömək 

edir?‖. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

115 



Zaman  ardıcıllığına  görə  II  sinifdə  ―Metro‖  mətni  ilə  əlaqədar 

―Rəna atası ilə qatar vağzalında nə gördü?‖ ―Onlar metroda nə etdi-

lər?‖  ―Rəna  Bakı  Soveti  stansiyasından  çıxanda  atası  nə  dedi?‖ 

cümlələr, ifadələr seçilir. 

Şəxslərin meydana çıxması ardıcıllığına görə mətnlərə aşağıda-

kı kimi plan tutmaq olar: məsələn, II sinifdə ―Getdin gördün‖ nağı-

lına ―Quzu canavardan necə xilas oldu?‖, ―Qoyun canavardan necə 

xilas  oldu?‖,  ―At  canavardan  necə  xilas  oldu?‖,  yaxud  III  sinifdə 

―Keçmişdə  fəhlələr  necə  yaşayırdılar?‖  hekayəsində  ―Umud  dayı 

və Səadət xala harada işləyirdilər?‖, ―Fərəh qışda nə üçün evdə qa-

lırdı?‖,  ―Fəhlələr  necə  yaşayırdılar?‖,  ―Anam  zavod  sahibinə  nə 

üçün yalvarırdı?‖, ―Məni doqquz yaşından işləməyə nə vadar etdi?‖ 

və s. 

IV  sinifdə  oxu  materiallarının  bir  qismi  məzmun  və  məntiqi 



cəhətdən bitkin hissələrə ayrılmamışdır. Zəruri hallarda belə mətn-

lərin hissələrə ayrılması və onlara başlıqlar verilməsi üzərində işlər 

aparmaq lazımdır. Tədris ilinin ikinci yarısında şeirlərin hissələrinə 

də  başlıqlar  verilməlidir.  Təcrübə  göstərir  ki,  ayrı-ayrı  hissələrə 

başlıqlar seçilərkən müvafiq misralardan birini götürmək daha fay-

dalıdır. Məsələn, IV sinifdə A.S.Puşkinin on hissəyə ayrılmış ―Ba-

lıqçı və balıq‖ nağılı mətninə: 1) ―Keçmiş zamanlarda bir qoca var-

mış‖; 2) ―Toruna bir balıq düşdü dənizdən‖; 3) ―Balıqdan bir təknə 

alaydın barı‖; 4) ―İndi də yeni bir daxma istəyir‖; 5) ―Çıxmaq istə-

yirəm rəiyyətlikdən‖; 6) ―Bir ev tikdirmişdir, pillədə qarı‖; 7) ―İndi 

də padşahlıq gərəkdir ona‖; 8) ―Bir qəşəng saray var, bəzəkli, uca‖; 

9) ―Qızıl balıq gərək nökərim olsun‖; 10) ―Oturmuş qarısı yanında 

təknə‖ başlıqlarını müəyyənləşdirirlər. 

Məntiqi təfəkkürə əsaslanan bu üslubi çalışmalar şagirdlərin ya-

radıcı fəaliyyət göstərmək qabiliyyətlərini inkişaf etdirir. Ən başlı-

cası,  məzmunu  dərindən  və  şüurlu  mənimsəmələrinə  güclü  kömək 

göstərir. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

116 



 

12. Obrazların xarakteristikasının müqayisəli 

tərtibi 

 

Oxunmuş material özünü dərketmənin, bütövlükdə tərbiyə pro-



sesinin,  nitq və təfəkkürün inkişafının mühüm vasitəsi olmaqla tə-

sirli informasiya mənbəyidir. Oxunmuş bədii material məkan və za-

man daxilində, müəyyən situasiyada cərəyan edən hadisənin, prose-

sin təzahür formasıdır. Hadisənin başlanması, inkişaf dinamikası və 

finalı müəyyən obrazların bu və ya digər formada fəaliyyətinin nə-

ticəsidir. Təhlil prosesində materialın düyün nöqtəsi, kulminasiyası, 

əsas  obrazların  fəaliyyəti  hadisəyə  olan  münasibətləri  ilə  açılır. 

Tədricən  obrazların  xarakteri,  mənəvi  keyfiyyətləri  və  fərdi  xüsu-

siyyətləri  rəngarəngliyi  ilə  meydana  çıxır.  Deməli,  hekayənin  dü-

yün nöqtəsi ilə obrazların fəaliyyəti dialektik vəhdətdədir. Ona görə 

də  məzmunu  tam,  məntiqi  mənimsəmək  üçün  əsas  obrazların  xa-

rakterini başa düşmək lazımdır. Yaxud  əksinə, əsas obrazların  xa-

rakterini dərindən öyrənmək üçün hadisənin düyün nöqtəsi mənim-

sənilməlidir.  Bütün  bunlar  bizə  belə  qənaətə  gəlməyə  imkan  verir 

ki,  təlim  prosesində  oxunmuş  materialın  məzmununun  şüurlu  mə-

nimsənilməsi üzrə işlər əsas obrazların xarakterinin öyrənilməsi üz-

rə  işlərdən  təcrid  olunmamalıdır.  Bunlar  dialektik  vəhdətdə,  qarşı-

lıqlı  əlaqədə aparılmalıdır. Müşahidələr  göstərir ki,  obrazlara sadə 

xarakteristikanın tərtibi II sinifdə müəllimin rəhbərliyi altında apa-

rılmalıdır. III-IV siniflərdə isə materialın xarakterindən asılı olaraq 

bəzən  müstəqil  və  sərbəst  ola  bilər.  Bu  prosesdə  şagirdlər  mürək-

kəb daxili hissetmə və dərketmənin köməyi ilə tədricən intellektual 

və  emosional  qüvvələrini  birləşdirir,  obrazların  fəaliyyəti  üzərində 

müşahidə  aparır,  onları  qiymətləndirməyə  çalışırlar.  Nəticədə  şa-

girdlərin yaradıcılıq meyilləri artır, idraklarının potensial imkanları 

genişlənir.  Öyrəndiklərini  praktikaya  tətbiq  etməyi,  real  varlıqla, 

özlərinin  şəxsi  təcrübələri  ilə  əlaqələndirməyi  bacarırlar.  Məktəb 

təcrübəsi  göstərir  ki,  III-IV  siniflərdə  şagirdlərin  müşahidəçilik, 

dərslik  üzərində  müstəqil  işləmək,  mühakimə  yürütmək,  əqli  nəti-



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə