Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə39/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   35   36   37   38   39   40   41   42   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

117 



cələrə gəlmək, təhlil-tərkib aparmaq kimi qabiliyyət və bacarıqları-

nın mövcud səviyyəsini nəzərə almaqla ayrı-ayrı obrazlara xarakte-

ristikaların müqayisəli tərtibi üzrə işləri aşağıdakı ardıcıllıqla apar-

maq məqsədəmüvafıqdir: 

a)  bir-birinə  zidd  (müsbət  və  mənfı)  obrazların  xarakteristika-

larının müqayisəli tərtibi

b) oxşar obrazların xarakteristikalarının müqayisəli tərtibi; 

c)  xoşbəxt  Azərbaycan  uşaqları  ilə  xarici  ölkələrdə  yaşayan 

uşaqların xarakteristikalarının müqayisəli tərtibi. 

Konkret nümunələri nəzərdən keçirək. 



a) Bir-birinə zidd (müsbət və mənfı) obrazların xarakteristikala-

rının müqayisəli tərtibi. Belə əsərlərdə iki surət üz-üzə durur. Məq-

sədlərindən, mövqelərindən asılı olaraq, onların mənafeləri də toq-

quşur.  Hər  kəs  öz  mövqeyini,  ideyasını  müdafiə  etməyə  çalışır. 

Belə bir vəziyyətdə hər iki obrazın özünəməxsus daxili ehtirasları, 

istəyi, xarakteri, fərdi xüsusiyyətləri meydana çıxır. Ziddiyyətli ob-

razların  xarakterlərinin  müqayisəli  açılması,  kimin  haqlı,  kimin 

haqsız  olduğunun  meydana  çıxarılması  bütövlükdə  materialın  dü-

yün  nöqtəsinin  açılmasına  səbəb  olur.  Şagirdlərin  gözləri  önündə 

hadisənin  baş  vermə  səbəbləri,  gedişi,  inkişaf  dinamikası,  finalı 

canlanır. Beləliklə, şagirdlər təsvir olunan hadisəni, prosesi məntiqi 

şəkildə öyrənir, obrazların xarakteristikalarını tərtib etməkdə çətin-

lik çəkmirlər. Bu məsələni araşdırmaq üçün II sinifdə ―Sahibə‖ he-

kayəsinin  oxunması  prosesində  müxtəlif  xarakterli  işlər  —  giriş 

müsahibəsi,  hekayənin  müəllim  və  şagirdlər  tərəfındən  bütöv  və 

hissə-hissə oxunması, məzmununun açılması, yekunlaşdırılması və 

tutuşdurulması üzrə müsahibə aparıldı: 

— Uşaqlar, hekayədə Sahibə və Nailə haqqında oxudunuz. İndi 

kim deyər, Sahibə necə şagirddir? 

— Sahibə tənbəldir. 

— Nədən bildiniz? 

— O, paltosunu və portfelini özü aparmır, qoca nənəsinə verir, 

onu əziyyətə salır. 

— Sahibə haqqında daha nə deyə bilərsiniz? 



Ağarəhim                                                                                                     Əsərlər 

 

118 



— Səliqəsizdir. 

— Diqqətsizdir. 

— Səhvini başa düşəndir. 

Şagirdlər cavabları yazı taxtasına yazırlar. 

— Sahibə tənbəldir, səliqəsizdir, qoca nənəsinə qarşı diqqətsiz-

dir, nəzakətsizdir, ancaq səhvini başa düşəndir. 

Şagirdlər  dəftərlərinə  köçürürlər.  Sonra  Nailə  haqqında  nə  de-

mək mümkün olduğu soruşulur. Şagirdlər Sahibənin hərəkətləri ilə 

Nailənin  hərəkətlərini  fıkrən  bir  daha  tutuşdurur  və  özləri  belə  bir 

xarakteristika tərtib edib dəftərlərinə yazırlar. 

— Nailə əməksevərdir, çalışqandır, diqqətlidir, nəzakətlidir, bö-

yüklərə hörmət edəndir. 

III-IV siniflərdə isə bu sahədə işlər getdikcə mürəkkəbləşdirilir. 

Qabaqcıl müəllimlər belə müqayisələri cədvəllər əsasında aparırlar. 

Məsələn,  III  sinifdə  şagirdlər  müəllimin  köməyi  ilə  N.Gəncəvinin 

―Kərpickəsən qoca‖ hekayəsində qoca ilə cavanın xarakterini belə 

nüəyyənləşdirirlər: 

 

Kərpickəsən qocanm xarakteri 



Cavan oglanın xarakteri 

Ağıllıdır, əməyi sevəndir, 

sadədir, əməyi yüksək 

qiymətləndirəndir. Heç kəsə əl 

açmayandır, öz əməyi ilə 

dolanandır. 

Lovğadır, tənbəldir, az 

düşünəndir, özünü sevəndir

böyüklərə qarşı diqqətsizdir, 

əməyi yaxşı qiymətləndirmə-

yəndir, ancaq səhvini başa 

düşəndir. 

 

Yenə  həmin  sinifdə  N.Gəncəvinin  ―Şah  və  xidmətçi‖  hekayə-



sindəki  şah  və  xidmətçi  obrazlarının  xarakteristikalarının  müqayi-

səli tərtibi yeni axtarışların nəticəsi kimi meydana çıxır: 

 

Şahın xarakteri 



Xidmətçinin xarakteri 

Zalımdır, qəddardır, qaniçəndir, 

tünd xasiyyətlidir, kobuddur, 

yaxşılıq bilən deyil, başqasının 

Ağıllıdır, əməksevəndir, 

vəfalıdır, ehtiyatlıdır, 

tədbirlidir, nəzakətlidir, sözü 



Ağarəhim                                                                                                     Əsərlər 

 

119 



nöqsanını bağışlamayandır, 

özündən razıdır. 

üzə deyəndir, sözə axıra qədər 

qulaq asandır, kasıblara, 

kimsəsizlərə yüksək qiymət 

verəndir. 



 

b) Oxşar obrazların xarakteristikasının müqayisəli tərtibi. 

Eyni hekayədə təsvir olunmuş iki obrazın fəaliyyətinin, eyni ha-

disələrə olan münasibətlərinin oxşarlığı, bənzərliyi onların xarakte-

rinin müəyyən dərəcədə yaxınlığından, qismən eyniliklərindən irəli 

gəlir. Bu obrazların xarakterlərinin müqayisəli şəkildə müəyyənləş-

dirilməsi təsvir olunan hadisənin məzmununun, əsas ideyasının də-

rindən və hərtərəfli açılmasının, bir növ, açarı olur. Müqayisə təh-

lil-tərkib  aparmağa,  fərqli  cəhətləri  qabarıq  şəkildə  aşkarlamağa, 

konkret  nəticələrə  gəlməyə  imkan  verir.  Doğrudur,  III  sinifdə  ox-

şar, bir-birinə bənzər obrazların xarakteristikalarının müqayisəli şə-

kildə  müəyyənləşdirilməsi  bir  qədər  çətindir.  Lakin  onu  da  unut-

maq olmaz ki, II sinifdə şagirdlərin bu haqda ilkin məlumatlara yi-

yələnmələri III-IV siniflərdə geniş ölçüdə iş aparmağa zəmin hazır-

layır.  Şagirdlərdə  müstəqil  düşünmək,  araşdırmaq,  mühakimə  yü-

rütmək, oxşar və fərqli cəhətləri müəyyənləşdirmək qabiliyyəti ya-

radır. II-III siniflərdə bu sahədə aparılan səmərəli işlərin nəticəsidir 

ki, IV sinifdə şagirdlər M.Qorkinin ―Arxip baba və Lyonka‖ heka-

yəsinin təhlilindən sonra Arxip baba və Lyonkanın hərəkəti, daxili 

aləmi ilə əlaqədar xarakteristikaları aşağıdakı kimi tərtib etdilər. 

 

Obraz- 



lar 

Oxşar cəhətlər 

Fərqli cəhətlər 

Arxip 


baba 

Zəifdir, yarı ac 

dolanandır, ehtiyac 

içərisində yaşayandır, 

dilənçidir, diqqətlidir, 

ehtiyatlıdır, qorxaqdır, 

hər cür əziyyətə dözəndir. 

Qocadır, Lyonkanı çox 

sevəndir, onunla mehriban-

dır, nəvəsinin gələcəyi 

haqqında düşünəndir, 

xeyirxahdır, varlılara nifrət 

edəndir. 

Lyonka 


Zəifdir, yarı ac dolanan-

Balacadır, dilənçiliyi və 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə