Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə41/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   37   38   39   40   41   42   43   44   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

123 



ümid verən, onları sevindirən bir şey olmadığından ətraf aləm, bü-

tün dünya onlar üçün cansıxıcı görünür. Ona görə də müəllim uşaq-

lara sevinc bəxş edən hadisələri bahar, dərd, qəm gətirənləri isə qış 

adlandırır.  Şair  demək  istəyir  ki,  xarici  ölkələrdə  uşaqlara  sevinc, 

şən  əhvali-ruhiyyə  gətirən  hadisələr,  dərd,  qəm  içərisində  əriyib 

yox olur. Ətraflarında baş verən hadisələr onlara heç bir təsir gös-

tərmir.  Onlar  ömürlərinin  hələ  gənc  dövrünü  görməsələr  də  daxili 

sarsıntılar,  keçdikləri  əzablı  yollar  onların  həyata,  insanlara  olan 

inamını  qırmışdır.  Bu  balaca  uşaqların  həyatı  çətin  rüzgarla  qarşı-

laşmışdır.  Ona  görə  də  müəllif  deyir:  ―Uşaqlar  var,  dərd  əlindən 

gənc olmamış qocalmışdır‖. 

Yenə bu bəndlə əlaqədar bizim ölkədə uşaqların vəziyyəti, onla-

rın həyat tərzi xarakterik sualların köməyi ilə açılır, müqayisə edi-

lir. Nəhayət, şeirin altıncı bəndinin təhlilinə keçilir: 

 

Atasına, anasına  



Həmişəlik həsrət qalan  

Açılmamış gül tək solan  

Uşaqlar var bu dünyada. 

 

Müəllim  şagirdlərə  izah  edir  ki,  şeirin  bu  bəndində  müharibə 



gedən ölkələrə işarə olunur. Müəllif demək istəyir ki,  xalqa, bəşə-

riyyətə fəlakət gətirən müharibə xarici ölkələrdə uşaqların ata-ana-

larını  birdəfəlik  əllərindən  almışdır.  Yazıq  uşaqları  ata-ana  üzünə 

həsrət qoymuşdur. Kimsəsiz qalan uşaqları küçələrdə, başqalarının 

qapılarında  bir  parça  çörəyə  işləməyə  məcbur  etmişdir.  Doyunca 

yeməyə çörək tapmayan, əyinləri təzə, təmiz paltar görməyən uşaq-

lar oxumaqdan da məhrumdurlar, Özlərini bu dünyada artıq, heç ki-

mə lazım olmayan adamlar kimi düşünürlər. Beləliklə, onların arzu 

və amalı ―açılmamış gül tək solur‖. 

Nəhayət, bizim ölkəmizdə gözəl, firavan həyat, hökumətin sülh 

uğrundakı mübarizəsi, Azərbaycan uşaqlarının xarici ölkələrdə ya-

şayan uşaqlarla dostluq, qardaşlıq və həmrəylik arzuları şagirdlərə 

çatdırılır. İşin sonunda şagirdlərdən Azərbaycan uşaqlarının və xa-



Ağarəhim                                                                                                     Əsərlər 

 

124 



rici ölkələrdə yaşayan uşaqların vəziyyətini və xarakter xüsusiyyət-

lərini cədvəldə müqayisəli şəkildə tətbiq etmək tələb olunur. 

 

Azərbaycan uşaqlarının 



xarakteri 

Müharibə gedən ölkələrdə 

yaşayan uşaqların xarakteri 

Azərbaycan uşaqları şəndirlər, 

dostluq etməyə çalışırlar, 

sülhsevərdirlər, mahnı oxumağı, 

rəqs etməyi, əməyi sevəndirlər, 

çalışqandırlar, təmiz qəlblidir-

lər. 

Müharibə gedən ölkələrdə 



yaşayan uşaqlar acdırlar, 

yazıqdırlar, dərdlidirlər, 

qəmlidirlər, savadsızdırlar, 

qaraqabaqdırlar. 

 

Doğrudur, şagirdlərin hamısı belə müqayisəli xarakteristika tər-



tib edə bilməmişdir. Lakin unutmaq olmaz ki, belə müqayisə xarak-

terli işlər oxunmuş materialın məzmununun şüurlu mənimsənilmə-

sini  təmin  etməklə  şagirdlərə  ideya-siyasi  cəhətdən  də  güclü  təsir 

göstərir.  Azərbaycan  kəndlilərinin  bugünkü  həyatını,  hökumətimi-

zin  onlara  qayğısını,  elmi-texniki  tərəqqinin  kəndlilərin  məişətinə 

daxil  olmasını  və  s.  inkişafı  bir  daha  şagirdlərin  gözləri  önündə 

canlandırır. 

 

13. Oxu materiallarının məzmununun nağıl edilməsi 

 

Nağıletmə  oxu  materialları  üzrə  işlərin  son  mərhələsi  olmaqla 



şagirdlərin  rabitəli  nitqinin  inkişafında  və  məzmunun  şüurlu  mə-

nimsənilməsində mühüm əhəmiyyət kəsb edir. Nağıletmə prosesin-

də  şagirdlər  oxuduqlarının  məzmununu  təkcə  təfsilatı  ilə  monoloji 

şəkildə verməklə kifayətlənmirlər, həmçinin zaman və məkan daxi-

lində cərəyan edən hadisəni, təbiətin peyzajını,  yazıçının məqsədi-

ni,  təsvir  vasitələrini,  hadisənin  finalını  və  ümumən  bütövlükdə 

kompozisiyanı  öyrənirlər.  Mövzunun  real  həyatdan  alınmasını, 

yazıçının  yaradıcı, parlaq təxəyyülünə, fantaziyasına əsasən inikas 

etməsini başa düşürlər. 

Təcrübə göstərir ki, məzmunu şüurlu mənimsəmə ilə nağıletmə 




Ağarəhim                                                                                                     Əsərlər 

 

125 



bir-birilə  qarşılıqlı  əlaqədardır.  Bu  əlaqələr  hər  ikisinin  inkişafına 

təkan verir. Məzmunu  şüurlu mənimsəmədən onu məntiqi  şəkildə, 

dəqiq nağıl etmək mümkün deyildir. Nağıletmə də özlüyündə şüur-

lu  mənimsəməyə  təsir  edir,  hadisələri,  onun  ayrı-ayrı  punktlarını, 

faktorlarını  yada  salmaq,  təsəvvürdə  canlandırmaq,  tutuşdurmaq, 

müqayisə etmək, mühakimə yürütmək imkanı verir. Beləliklə, mə-

nimsənilmiş  məzmun  şüurda  daha  da  möhkəmləndirilir,  şagirdin 

mənəvi amalına çevrilir. 

Bu mərhələdə müəllifin mövqeyi, yaratdığı fıkirlər sistemi, təb-

liğ etdiyi ideyalar qabarıq şəkildə meydana çıxır. Obrazların fəaliy-

yətinə yekun vurulur, məntiqi nəticə hasil olur. Elmi-kütləvi mate-

riallarda isə qeyd edilən bu cəhətlər özünü parlaq şəkildə göstərmir. 

Bu obyektiv səbəblərə görə elmi-kütləvi materialların məzmununun 

şüurlu şəkildə mənimsənilməsi və nağıl olunması işi bir qədər ləng 

gedir. 

Nağıletmə xüsusi yaradıcılıqdır. Nağıletmədə aşağıdakı məsələ-



lərin həyata keçirilməsinə çalışılmalıdır: 

— şagirdlərin idrak fəallığının təmin olunmasına; 

— şagirdlərin bədii, yaradıcı təxəyyüllərinin inkişafına; 

— şagirdlərin təsəvvüründə məzmunun tam əks olunmasına; 

— şagirdlərin həyati təsəvvürlərinin inkişafına; 

— şagirdlərdə məzmunu  yaradıcı nağıletmə bacarıqlarının for-

malaşmasına və s. 

Nağıletmə üzrə işi səmərəli təşkil etmək üçün mühüm didaktik 

tələblər nəzərə alınmalıdır: 

— nağıletmənin rəngarəng vasitə, metod və priyomlarından isti-

fadə olunması; 

— nağıletmədə şagirdlərin idrak fəaliyyətinin nəzərə almması; 

— şagirdlərin ümumi inkişafının, fərdi xüsusiyyətlərinin nəzərə 

alınması; 

— məzmunun real varlığa istinadən nağıl olunması və s. 

Metodik ədəbiyyatda göstərildiyi kimi, məktəb təcrübəsində na-

ğıletmənin rəngarəng formalarından istifadə olunmalıdır; 

— məzmunu ―kitab dili‖ ilə müfəssəl nağıletmə; 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə