Ağarəhim Əsərlər
147
15. Sinifdənxaric oxunun təşkili
Sinifdənxaric oxunun təşkili üzrə aparılan işlər ibtidai siniflərdə
oxu təliminin mühüm sahələrindəndir. Bu işin səmərəli təşkili isə
şagirdlərin intellektual və emosional inkişafına, həmçinin müxtəlif
fənlər üzrə biliklərin dərindən və şüurlu mənimsənilməsinə güclü
təsir göstərir. Sinifdənxaric oxunun məqsədi I-IV sinif şagirdlərinin
oxu və yazı vərdişlərinin təkmilləşdirilməsini təmin etməklə, təbiət
və ictimai həyat haqqında onların dərsliklərdən aldıqları bilikləri
genişləndirmək, təfəkkürünü bədii obrazlarla zənginləşdirmək, nit-
qini, fantaziyasını inkişaf etdirmək, vətənə, xalqa, ana dilinə, elmə
və s. məhəbbət hissləri tərbiyə etmək, humanist hisslər aşılamaq,
onlarda kitabla müstəqil işləmək və ona böyük həvəs yaratmaqdır.
Bu məqsədə müvafiq olaraq, sinifdənxaric oxunun qarşısında
müəyyən vəzifələr durur:
— şagirdlərdə uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərinin
tərbiyə olunması;
— şagirdlərin oxu vərdişlərinin təkmilləşdirilməsi;
— oxunan materialın məzmunundan tərbiyəvi ideyanın çıxarıl-
ması;
— vətənimiz, onun qüdrəti, xalqımızın qəhrəman keçmişi, bu
günü və gələcəyi, yaratdığı xarüqələr, doğma təbiətimizin zənginli-
yi və s. əlaqədar şagirdlərin təsəvvürlərinin zənginləşdirilməsi;
— respublikamızın sülh siyasəti, kiçik və etnik qrupların həm-
rəyliyi, dostluq ideyalarının şagirdlərə çatdırılması və onlara milli
mənlik şüurunun aşılanması;
— şagirdlərə kommunist ideologiyasının çürüklüyünün dərk et-
dirilməsi, onların türk dünyası, islam dəyərləri, milli-adət ənənələr
ruhunda tərbiyə olunması;
— şagirdlərə ana dilinin dərindən mənimsədilməsi; onun gözəl-
liyinin, böyük qüdrətinin dərk etdirilməsi, onlardan zövq almaq qa-
biliyyətinin formalaşdırılması, nitq və təfəkkürlərinin inkişaf etdi-
rilməsi;
Ağarəhim Əsərlər
148
— uşaqlarda əməyə, əmək adamlarına, müxtəlif sənət və peşə-
lərə rəğbət hissinin aşılanması və s.
Məktəb təcrübəsi göstərır ki, bu vəzifələri müvəffəqiyyətlə həll
etmək üçün müəyyən pedaqoji tələblər gözlənilməlidir:
1) sinifdənxaric oxu üçün materiallar seçilərkən şagirdlərin yaş
və bilik səviyyəsinin nəzərə alınması;
2) sinifdənxaric oxunun müntəzəm, mütəşəkkil və sistemlə apa-
rılması;
3) sinifdənxaric oxunun qiraət dərslərində əldə edilən biliklərlə
əlaqələndirilməsi;
4) şagirdlərə təqdim olunan materialların həyatımızın, məişəti-
mizin müxtəlif sahələrini əhatə etməsi;
5) şagirdlərə verilən sual və tapşırıqların əsərin əsas məğzini
üzə çıxarmağa xidmət etməsi;
6) il boyu şagirdlərə tövsiyə olunan əsərlərin rəngarəngliyinin
təmin olunması;
7) tövsiyə olunan əsərdə yazıçının məqsədinin, əsərin məzmu-
nunun müəyyənləşdirilməsi və tərbiyəvi ideyanın çıxarılması;
8) əsərin məzmununun müasir həyatla, şagirdlərin müşahidələri
və şəxsi təcrübələri ilə əlaqələndirilməsi.
9) əsərin müzakirəsində şagirdlərin yaradıcı fəallığının, fantazi-
yasının, rabitəli nitqinin tədricən inkişaf etdirilməsi;
10) əsərin məzmununa şagirdlərdə emosional münasibət bildir-
mək bacarıqlarının aşılanması və s.
Informasiyalar axının təssəvürəgəlməz dərəcədə artdığı indiki
şəraitdə gənc nəslin təlim-tərbiyə sahəsindəki tələbatını sinifdə yal-
nız oxu dərslərinin keçirilməsi ilə ödəmək mümkün deyil. Ona görə
də bu tələbatı ödəmək məqsədi ilə sinifdənxaric məşğələlərdə ibti-
dai sinif şagirdlərinə proqramın tələblərinə uyğun bədii (nağıl, he-
kayə, şeir və s.) və elmi-kütləvi (tarix, coğrafiya, təbiətşünaslıq və
s.) əsərləri, qəzet və jurnal məqalələri oxunub müzakirə etdirilməli,
təlim-tərbiyə əhəmiyyəti olan nəticələr çıxarılmalıdır.
Sinifdənxaric oxu ilə əlaqədar müəllimlərimizi həmişə belə bir
məsələ düşündürür. Görəsən, bir sinifdənxaric oxu üçün hər dəfə
Ağarəhim Əsərlər
149
neçə əsərin müzakirəsini tapşırmaq olar? Əlbəttə, bu məsələ müəl-
limdən bir qədər dərin düşünmək, götür-qoy etmək tələb edir.
Müəllim şagirdlərin bu sahədəki təcrübəsini və ümumi inkişafını,
onlara tövsiyə etdiyi əsərin həcmini diqqət mərkəzində saxlamalı-
dır.
Əgər müəllimin məqsədi tutaq ki, IV sinifdə sinifdənxaric oxu
məşğələsində müəyyən bir kitabın müzakirəsini keçirməkdirsə, o
zaman sinfə yalnız bir kitab verə bilər. Yaxud, IIl-IV siniflərdə I və
II yarımilin sonunda sinifdənxaric oxu materiallarının xatırlanması-
na həsr olunmuş toplanış keçiriləcəksə, bu zaman müəllim şagirdlə-
rə 8-10 kitabın təkrar oxusunu tövsiyə edə bilər. Qalan bütün
hallarda — sinifdənxaric oxu üçün şagirdlərə 2-3 kitabın oxusu tap-
şırılmalıdır. Həmin kitabları əvvəlcədən müəllim özü oxumalı, on-
ların məzmunu, ideyası ilə əlaqədar sual və tapşırıqlar hazırlanma-
lıdır. Müzakirə prosesində hər dəfə şagirdlərin diqqətini tərbiyəvi
nəticənin çıxarılmasına yönəltməlidir. Əvvəlcədən sinfə verilən
sual və tapşırıqlar şagirdlərin oxuya məsuliyyətini artırır, hər kəs
sual və tapşırıqlara müstəqil cavablar axtarır, araşdırır, obrazların
fəaliyyətini qiymətləndirir, yazıçının məqsədini başa düşür. Həmçi-
nin bu sual və tapşırıqlar şagirdlərin bilik səviyyəsini müəllimə
diqtə edir.
Tutaq ki, II sinifdə şagirdlər ―8 Mart — Beynəlxalq Qadınlar
Günüdür‖ bölməsi ilə əlaqədar mətnləri oxuyub öyrənmişlər. Bu
bölmə ilə əlaqədar müəllim şagirdləri üç qrupa ayırır. Birinciyə
H.Abbaszadənin ―Sən nə yaxşı nənəsən‖, ikinciyə M.Rəhimovanın
―Çiçək dəstəsi‖, Ə.Babayevanın ―Hörüklər‖, üçüncüyə isə H.Cüm-
şüdovun ―Anamın ad günü‖ əsərlərinin oxusunu tapşırmışdır. Sinif-
dənxaric oxu məşğələsində müəllim bu işə giriş müsahibəsi ilə baş-
layır. Sonra bir qüvvətli şagird oxuduğu əsərin məzmunundan xoş-
ladığı hissəni danışır. Bundan sonra hər qrupa tapşırılan əsər üzrə
müzakirə başlanır. Məzmun açılır, ideya müəyyənləşir, hər kəs öz
fikrini söyləyir, münasibətini bildirir, işin sonunda sinifdənxaric
oxu materiallarının (hər qrup üzrə) məzmunu yekunlaşdırılır, tərbi-
yəvi əhəmiyyəti meydana çıxarılır. Nəhayət, növbəti sinifdənxaric
Dostları ilə paylaş: |