Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə57/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   53   54   55   56   57   58   59   60   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

171 



foepik, orfoqrafik, morfoloji, sintaktik, leksik, üslubiyyat və s. Bu-

nunla  belə,  dərsliklərdə  söz  və  cümlələrin  kiçik  rabitəli  mətnlərin 

təhlili,  qarşılaşdırma,  tutuşdurma,  təsnifetmə  və  s.  tipli  çalışmalar 

da verilmişdir. Bu çalışmalar həm kollektiv, həm də fərdi yolla icra 

olunur. Təcrübə göstərir ki, Azərbaycan dilindən kollektiv çalışma-

lar yalnız sinifdə aparılır. Çalışmanın icrasından əvvəl məqsəd, işin 

aparılma qaydası haqqında məktəblilərə istiqamət verilir, hər hansı 

nəzəri məlumat xatırladılır, aydınlaşdırılır, nümunələr gətirilir. La-

zım gəldikdə müsahibə aparılır. Sonra çalışmanın kollektiv şəkildə 

yazılı icrasına başlanır. Axırda fəaliyyətinin nəticələri yoxlanılaraq 

yüksək qiymətləndirilən şagirdin yazı işi kollektivdə müzakirə olu-

nur,  onun  müvəffəqiyyətinin  cəhətləri  və  səbəbləri  aydınlaşdırılır. 

Müəllimin  tələbi  ilə  məktəblilər  öz  dəftərlərində  düzəlişlər  aparır-

lar. Bu, heç də o demək deyildir ki, kollektiv çalışmaların icrasında 

şagirdlərin  fərdi  iştirakı  təmin  olunmur.  Əksinə,  hər  bir  məktəbli 

çalışmanın icrası ilə əlaqədar faktlar fıkirləşir, misallar gətirir, şəxsi 

mülahizələrini söyləyir, əldə etdiyi qənaəti əsaslandırmağa, sübuta 

yetirməyə çalışır. 

Məlumdur ki,  Azərbaycan dilindən təqdim olunan anlayışların, 

qrammatik  məfhumların  mənimsənilməsi,  nəzəri  materialların  əz-

bərlədilməsi bu fənnin qarşısında qoyulan məqsədin həyata keçiril-

məsi  işini  təmin  etmir.  Şagirdlər  Azərbaycan  dilindən  təqdim  olu-

nan  hər  hansı  fakt  və  hadisəni,  qaydanı  ona  oxşar,  bənzər  olanlar-

dan ayırmağı, fərqli cəhətləri müəyyənləşdirməyi, ayrı-ayrı faktlar-

dan  ümumiləşmiş  nəticələr  çıxarmağı,  başqa  sözlə,  nəzəriyyədən 

praktikaya,  praktikadan  nəzəriyyəyə  doğru  irəliləməyi  bacarmalı-

dırlar. 

Azərbaycan  dilindən  çalışmaların  tərtibində  bəzi  məsələlərə 

əməl olunmalıdır: 

1.  Praktik  çalışmaların  nəzəri  materialların  şüurlu  mənimsənil-

məsinə imkan verməsi; 

2. Tərbiyəvi xarakter daşımaqla praktik çalışmaların elmi cəhət-

dən düzgün qurulması; 

3.  Yazılı  və  şifahi  çalışmalar  növbələşdirilməklə,  inkişafetdiri-




Ağarəhim                                                                                                     Əsərlər 

 

172 



ciliyin təmin olunması; 

4.  Çalışmaların  məktəblilərin  əqli  fəaliyyətinin  və  yaradıcılıq 

qabiliyyətinin inkişafı istiqamətində qurulması; 

5.  Çalışmaların  seçilməsində  məntiqliyin,  ardıcıllığın  və  siste-

min gözlənilməsi

6. Çalışmaların şagirdlərin nitqinin inkişafı istiqamətində qurul-

ması və s. 

İbtidai  sinif  şagirdlərinə  praktik  çalışmaların  köməyi  ilə  Azər-

baycan dilinin nəzəri materialları dərindən mənimsədilir, qazanılan 

biliklər möhkəmləndirilir, orfoqrafiya və nitq inkişafı sahəsində zə-

ruri vərdişlər aşılanır. 

Müəllim həm dərsliklərdəki çalışmalardan, həm də ehtiyac duy-

duqda  özü  müxtəlif  xarakterli,  müxtəlif  məzmunlu  çalışmalardan 

istifadə  edir,  eyni  zamanda  dərslikdəki  çalışmaların  məzmununda, 

qoyuluşunda, sistemində dəyişiklik aparır, yaxud da yeni çalışmalar 

hazırlayır. ―Dərslikdəki çalışmalar şifahi və yazılı olur. Şifahi çalış-

malar həm sinifdə müəllimin rəhbərliyi altında, həm də evdə müs-

təqil aparıla bilər‖

.

1

  Dərsliklərdə rəngarəng çalışmalar verilmişdir. 



Məsələn: 

a)  Azərbaycan  dilinin  fonetik  sisteminin  öyrədilməsi:  səs  və 

hərf  arasındakı  fərqin  başa  salınması;  sözdə  saitlərin  (samitlərin) 

altından xətt çəkilməsi; saitlərin (samitlərin) qruplaşdırılması; söz-

lərdə saitlərin (samitlərin) bir-birini izləməsinə aid misalların tərti-

bi; dodaqlanan və dodaqlanmayan saitlərin, kar və cingiltili samit-

lərin seçilməsi (qruplaşdırılması); qoşa saitli və qoşa samitli sözlə-

rin seçilməsi; söz köklərində bəzi samitlərin yazılışının müşahidəsi 

və  belə söz köklərinin  təhlili;  sözlərin hecalara ayrılması,  sözlərdə 

vurğunun yerinin ifadəli oxu ilə müəyyənləşdirilməsi; ahəng qanu-

nuna  tabe  olan  və  olmayan  sözlərin  ayrı-ayrı  cümlələrdən,  rabitəli 

mətnlərdən seçilməsi və s. 

b) Ədəbi tələffüz və orfoqrafiya üzrə bilik, bacarıq və vərdişlə-

rin  verilməsi:  sözlərin  təhlili  əsasında  tələffuzü  ilə  yazılışı  arasın-

                                                 

1

  A.Abdullayev,  Y.Kərimov.  İbtidai  siniflərdə  ana  dili  tədrisi  metodikası. 



Bakı, ―Maarif‖, 1968, səh.209, 


Ağarəhim                                                                                                     Əsərlər 

 

173 



dakı  fərqin  müəyyənləşdirilməsi;  sxemlərin  köməyi  ilə  sözlərin 

düzgün tələffüzü və yazılışının müəyyənləşdirilməsi; qarışıq veril-

miş sözlərin ―Belə tələffüz edilir‖, ―Belə yazılır‖ başlıqları altında 

qruplaşdırılması; texniki vasitələr əsasında sözlərin yazılışı ilə düz-

gün tələffüzünün müqayisəsi; müxtəlif xarakterli öyrədici imlaların 

aparılması; buraxılmış hərflərin yerinə qoyulması və s. 

c)  Qrammatik  bilik,  bacarıq  və  vərdişlərin  verilməsi;  sözlərin 

kök və şəkilçiyə ayrılması; bir söz kökündən şəkilçilərin köməyi ilə 

müxtəlif sözlərin düzəldilməsi; eyni köklü sözlərin seçilməsi; söz-

lərə mötərizədə sual qoymaq; qrammatik əlamətlərinə görə sözlərin 

qruplaşdırılması;  hər  hansı  nitq  hissəsinin  qrammatik  əlamətlərinə 

görə  qruplaşdırılması;  mətndə  qrammatik  hadisələrin  müşahidəsi; 

ayrı-ayrı  sözlərdən  birləşmələrin  yaradılması;  vasitələrlə  müxtəlif 

tipli  cümlələrin  qurulması,  cümlələrin  suallar  və  digər  vasitələrlə 

genişləndirilməsi; cümlədə sözlərə suallar qoymaq; cümlənin qram-

matik  əsasının suallar  əsasında müəyyənləşdirilməsi;  cümlə  üzvlə-

rinin ifadə vasitələrinin tapılması; nitq hissələrinə, cümlə üzvlərinə 

aid  müstəqil  misalların  tapılması;  qrammatik  materialları  daxil 

etməklə şifahi və yazılı ifadə və inşaların tərtibi və s. 

ç)  Leksikologiya  üzrə  bilik,  bacarıq  və  vərdişlərin  verilməsi; 

mətnlərdən yaxın mənalı (əks mənalı, çox mənalı) sözlərin tapdırıl-

ması;  yaxın  mənalı  sözlər  arasındakı  məna  incəliklərinin  açılması 

və s. 

d)  Üslubiyyat  üzrə  bilik,  bacarıq  və  vərdişlərin  verilməsi;  eyni 



fikrin  paralel  konstruksiyalarla  ifadəsi;  cümlələrdə  artıq  sözlərin 

ixtisarı; kiçik rabitəli mətnlərdə cümlələr arasındakı qrammatik-se-

mantik  əlaqələrin  müəyyənləşdirilməsi;  qarışıq  verilmiş  cümlələr-

dən  rabitəli  mətnlərin  yaradılması  və  s.  Belə  rəngarəng  çalışmalar 

əsasında şagirdlər Azərbaycan dilindən sadə şəkildə də olsa, bilik, 

bacarıq və vərdişlərə yiyələnir, onların nitqi, təfəkkürü inkişaf etdi-

rilir.  Nəticə  etibarı  ilə  məktəblilər  bu  qazandıqlarına  əsasən  digər 

fənləri də dərindən və şüurlu mənimsəyir, öyrəndikləri nəzəri mate-

rialları praktik çalışmalara bacarıqla tətbiq edə bilərlər. Heç şübhə-

siz ki, bu da onların doğma dilə həssas münasibətlərinin, dünyagö-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə