Ağarəhim Əsərlər
132
üçün daha hündür və məğrur görünmək istəyirdi? Rəfiqələri ona
təəccüblə nə dedilər? Qoca ağac necə dayanmışdı? Tənəyin aqibəti
necə oldu? Tənək və ağacın fərqi nədir?‖ və s. kimi suallar verilmə-
lidir. Bundan sonra şagirdlərdən biri tənəyin, ikincisi isə qoca ağa-
cın haqqında danışdılar.
III-IV siniflərdə məzmunun şüurlu mənimsənilməsi, hekayənin
tərbiyəvi ideyasının müəyyənləşdirilməsi baxımından bu priyomun
tətbiqinə bir qədər də geniş yer verilməlidir.
Yığcam nağıletmə. II-IV siniflərdə yığcam nağıletmə şagirdləri
problemlə qarşılaşdırır. İbtidai sinif şagirdləri öyrəndiklərini, müşa-
hidə etdiklərini təfsilatı ilə müəllimə, yoldaşlarına çatdırmağa bir
növ adət etdiklərindən onlar ―fikrini yığcam nağıl et‖ tələbini yeri-
nə yetirə bilmirlər. Ona görə də təlim prosesində və eləcə də sinif-
dənxaric tədbirlərdə bu məsələyə xüsusi diqqət yetirilməlidir. Bəs
bu priyomu təcrübəyə necə tətbiq etmək olar? Hər şeydən əvvəl na-
ğıl olunacaq məzmuna tərtib olunmuş dəqiq planın və ya müəllimin
istiqamətverici sualların köməyilə. Bu zaman plan və ya sual elə
tərtib olunmalıdır ki, onun hər bir maddəsi məzmunun əsas hissələ-
rini, fabulasını təsəvvürdə canlandırmağa imkan versin. Məsələn,
III sinifdə İ.Əfəndiyevin ―Qoçaq uşaqlar‖ hekayəsinin məzmunu-
nu: ―Uşaqların fermaya gəlməsi‖; ―Çobanların sevinci‖; ―Qoyunun
axtarılması‖; ―Qoyunun tapılması‖; ―Uşaqların meşədə tonqal qala-
ması‖; ―Qəzetdə qoçaq uşaqlar haqqında‖ və s. cümlələr, ifadələr
əsasında yığcam nağıl etdirmək mümkündür.
Suallar tutarlı və əsas mahiyyəti açmağa kömək etməlidir. Bu
xarakterli suallar şagirdləri vəzifələrlə qarşılaşdırdığından onlar da
konkret faktlara əsaslanır, məzmunu yığcam nağıl etməyə çalışırlar.
Seçmə nağıletmə. Seçmə nağıletmədən III-IV siniflərdə istifadə
olunmalıdır. Təcrübə göstərir ki, ilk vaxtlar şagirdlər bu əməliyyatı
tətbiq etməkdə çətinlik çəkirlər. Ona görə də çalışmaq lazımdır ki,
şagirdlər nağıl ediləcək məzmunu dərindən mənimsəsinlər. Belə
olmadıqda onlar işin öhdəsindən heç cürə gələ bilməzlər. Məsələn,
Q.Xəlilovun ―Dağılan yurd‖ hekayəsinin məzmunu ilə əlaqədar şa-
girdlərdən ―Azərbaycanlıların yurd-yuvasının dağılması hissəsini
Ağarəhim Əsərlər
133
danışın‖, ―Ermənilərin azərbaycanlılara zülmünü təsvir edin‖, ―Sa-
hilənin göz yaşlarını təsvir edin‖ və s. istiqamətdə danışmağı tələb
etmək olar.
Şagirdlər belə tapşırıqlar əsasında fıkirlərini ifadə edirlər. Nə-
ticədə fakt və hadisələr arasındakı məntiqi əlaqələri şüurlu mənim-
səyirlər.
Nəzmi nəsrə çevirməklə nağıletmə. Hekayədə, nağılda olduğu
kimi, nəzm əsərlərdə şagirdlər hazır nitq materiallarından istifadə
etmirlər. Onlar təfəkkürlərində yaranan obrazı (məzmunu) ifadə et-
mək üçün aydın və dəqiq forma axtarırlar. Təcrübə göstərir ki, bu
işə II sinifdə sadə təmsillərdən başlamaq daha məqsədə müvafıqdir.
Əvvəla, təmsillərdə məzmun heyvanların, quşların dililə açıldı-
ğından şagirdləri çox maraqlandırır. İkincisi, təmsillər bir qədər sa-
də süjet üzərində qurulur. Məzmun təfsilatı ilə oynaq dillə verilir.
Məsələn IV sinifdə İ.A.Krılovun ―Qurd və quzu‖, ―Kəndli və muz-
dur‖, B.Vahabzadənin ―Əlcək‖, Ə.Kərimin ―Dənizdə şəhər‖,
M.Ə.Sabirin ―Qarğa və tülkü‖, ―Ağacların bəhsi‖, A.S.Puşkinin
―Balıqçı və balıq nağılı‖ və s. kimi böyük həcmli mürəkkəb və qə-
liz nəzm əsərlərin məzmununu nağıl etdirmək mümkündür.
Tutaq ki, şagirdlər Ə.Kərimin ―Dənizdə şəhər‖ şeirinin məzmu-
nunu nağıl edə bilmirlərsə, onda müəllim tutarlı suallar verməlidir:
―Oğlan atasından nə soruşdu‖, ―Atası ona necə cavab verdi?‖, ―Ata
göy suların üstündəki şəhəri necə təsvir etdi?‖, ―Xəzərin dalğaları
haqqında nə deyir?‖, ―Dəniz coşanda neftçilərin vəziyyəti necə ol-
du?‖, ―Dənizdə neçə adam var idi?‖, ―Usta köməyə gələn dostları
görüb nə üçün qışqırır?‖, ―Qəhrəman neftçilər sahilə necə çıxdılar?
və s. suallar şagirdləri xeyli fəallaşdırır, onlara məzmunu necə və
hansı formada verəcəklərini müəyyənləşdirməkdə kömək edir.
İmprovizə üzrə nağıletmə. İmprovizə üzrə nağıletmədə şagird-
lər hadisənin məzmununu təkcə təfsilatı nağıl etməklə qalmır, eyni
zamanda özləri onun iştirakçısına çevrilirlər.
Tutaq ki, III sinifdə Y.Kupalanın ―Oğullar‖ şeirini müəllim
əvvəlcə özü ifadəli oxuyur. Səsinin, əl-üz hərəkətlərinin müşayiəti-
lə nümunə verir. Sonra şagirdlərin birinə aparıcının, ikincisinə ata-
Ağarəhim Əsərlər
134
nın, qalan altı oğlun obrazının hər birini bir nəfərə tapşırır. Hər rol-
da çıxış edən şagird mətnin məzmununa, hər kəsin arzu və istəyinə
uyğun olaraq səsini dəyişir, öz bilik və bacarığını nümayiş etdirir.
Tədricən şagirdlər obrazın psixologiyasına nüfuz edir, məqsəd
və fəaliyyətini real şəkildə qiymətləndirirlər. Beləliklə, I-IV sinif
şagirdlərinin nağıletməyə marağı yüksəlir, əsərin bədii dəyərini ba-
şa düşür, məzmunu, ideyanı şüurlu mənimsəyirlər (Bu haqda gələ-
cəkdə söhbət açılacaq).
Bir neçə mənbə üzrə nağıltmə. Tutaq ki, IV sinifdə şagirdlərə
―Qarabağ Azərbaycanın ürəyidir‖ mövzusu ilə əlaqədar ―Daşaltı
əməliyyatı‖, ―Xocalı soyqırımı‖, ―Şuşanın alınması‖ və s. mətnlər
oxunmuşdur.
Müəllim ―Qarabağ Azərbaycanın ürəyidir‖ mövzusunda şagird-
lərlə müsahibə aparır. Sonra birinci qrupa ―Azərbaycan oğullarının
fədakarlığı‖, ikinciyə ―Tarixi abidələrin dağıdılması‖, üçüncüyə isə
―Qadınların, qocaların və uşaqların əsir alınması‖ mövzuları verilir
və növbəti dərsdə həmin mövzularda nağıl edəcəkləri çatdırılır.
Növbəti dərsdə hər qrup tapşırılan mövzu üzrə bildiklərini nağıl
edir. Hər bir şagird hadisələrə öz şəxsi münasibətini bildirir, sülhse-
vər azərbaycanlılarla qəsbkar, qaniçən ermənilərin hərəkətləri, istə-
yi haqqında bitkin inşalar qururlar.
Yarımçıq verilmiş hekayənin tatamlanması üzrə nağıletmə.
Qabaqcıl müəllimlər bu nağıletməni III-IV siniflərdə iki istiqamət-
də aparırlar. Birincidə hər hansı oxu materialı şagirdlərə təqdim
olunur. Onun mənimsənilməsi üzərində iş gedir. Sonra şagirdlərdən
biri məzmunu danışır. Gözlənilmədən müəllim nağıletməni saxla-
yır, başqa bir şagird nağılı davam etdirməli olur. Bu bir neçə cəhət-
dən əhəmiyyətlidir:
— şagirdləri dərsdə diqqətli olmağa səfərbər edir;
— şagirdləri məzmunu dərindən öyrənməyə çağırır;
— şagirdlərdə fikri yerində tutmaq və onu davam etdirmək ba-
carığı aşılayır;
— az vaxt ərzində bir neçə şagirdin nağılını dinləyib, qiymət-
ləndirmək imkanı verir və s.
Dostları ilə paylaş: |