Ağarəhim Əsərlər
102
I-IV sinif şagirdlərinin ədəbi tələffüz qaydalarını gözləməsin-
dən, oxunun temp və tembrindən asılı olaraq intonasiya rəngarəng-
liyi meydana çıxır. Oxu prosesində müəllimin vəzifələrindən biri
şagirdlərə oxu materialının məzmun və formasına uyğun intonasiya
variantları seçməyi öyrətməkdən ibarətdir.
Linqvistik və pedaqoji ədəbiyyatda intonasiyanın iki növü gös-
tərilir:
a) məntiqi intonasiya;
b) iradi-emosional intonasiya.
Məntiqi intonasiya qrammatik baxımdan bütövlükdə cümlənin
(nəqli, sual və nida cümləsinin), cümlə üzvlərinin (çağırış, müra-
ciət, sadalama, aydınlaşdırma, əmr, xəbər və s.) mənasının açılma-
sına xidmət edir.
İradi-emosional intonasiya isə kinayə, istehza, təəccüb, şübhə,
təsdiq, inkar, nəsihət, xahiş, yalvarış, dəvət, məsləhət, təskinlik, qə-
zəb, kin, hiddət, kədər, qüssə, sevinc, şadlıq və s. hissləri meydana
çıxarır. İntonasiyanın bu göstərilən iki növü məntiqi vurğu və fasi-
lələri də özündə əks etdirir. Başqa sözlə, onları (məntiqi vurğu və
fasilələri) özünün tərkib hissələrinə çevirir. İndi də oxunun şüurlu-
luğu baxımından onları nəzərdən keçirək.
Məntiqi vurğu. Biz qeyd etdik ki, məntiqi vurğu intonasiyanın
tərkib hissələrindən biridir. O, məqsəddən asılı olaraq cümlədə
müəyyən üzvün başqalarına nisbətən aşağıdan və yaxud ucadan de-
yilməsinə, başqalarından fərqləndirilməsinə xidmət edir. Bu baxım-
dan İ.Y.Blinov yazır: ―Obrazlı şəkildə vurğunu fənərlə müqayisə
etmək olar: bu fənərin işığı bir nöqtəyə, bir əşya üzərinə yönəlir və
bununla da obyekt qaranlıqdan ayrılır‖. Görkəmli səhnə ustası
K.S.Stanislavskiyə görə, məntiqi vurğu cümlədəki ən vacib sözü
göstərən şəhadət barmağıdır.
Məntiqi vurğu düzgün müəyyənləşdirilmədikdə cümlədəki əsas
söz də, məna da, məqsəd də oxucuya aydın və dəqiq şəkildə çatmır.
Oxu materialının məzmunu çox zaman dəqiq anlaşılmır. Ona görə
də müəllimin əsas vəzifələrindən biri də oxu prosesində şagirdlərə
məntiqi vurğuya əməl etmək bacarığının verilməsindən ibarətdir.
Ağarəhim Əsərlər
103
Şagirdlərə praktik şəkildə başa salınmalıdır ki, cümlədə, şeirin ayrı-
ayrı misralarında məntiqi vurğunun yeri dəyişdirildikdə həmin
cümlədə, misrada məna da dəyişir. Məqsəddən asılı olaraq, ayrı-ay-
rı cümlələrdə məntiqi vurğunun yerini dəyişə bilərik, məsələn,
Şagirdlər meydançada futbol oynayırlar.
Şagirdlər meydançada futbol oynayırlar.
Şagirdlər meydançada futbol oynayırlar.
Şagirdlər meydançada futbol oynayırlar.
Göründüyü kimi, eyni cümlədə məntiqi vurğu hər dəfə bir sö-
zün üzərinə salınır və dərhal da əsas məqsədin, mənanın müəyyən
dərəcədə dəyişməsinə səbəb olur. Belə ki, birinci cümlədə məntiqi
vurğu ―şagirdlər‖ sözünün üzərinə düşür və meydançada başqaları-
nın deyil, yalnız şagirdlərin oynaması xəbər verilir. İkinci cümlədə
―meydança‖ sözü məntiqi vurğu altında deyilir. Şagirdlərin başqa
yerdə yox, məhz ―meydançada‖ futbol oynaması göstərilir, Üçün-
cüdə ―futbol‖ sözü məntiqi vurğu tələb edir. Şagirdlərin meydança-
da başqa oyun növləri deyil, ancaq futbol oynaması göstərilir, Dör-
düncüdə isə ―oynayırlar‖ sözü məntiqi vurğu ilə deyilir, şagirdlərin
meydançada qaçması, dayanması, atılıb düşməsi və s. yox, məhz
oynamaları şərh olunur.
Şagirdlərə çatdırılmalıdır ki, nitqdən alınan belə rabitəsiz cüm-
lələrdən fərqli olaraq, hekayədə, nağılda, şeirdə aşağıdan, yaxud
ucadan deyiləcək (yəni üzərinə məntiqi vurğu düşəçək) sözlərin öz
yeri vardır. Onlarda məntiqi vurğunu başqa sözlərin üzərinə salmaq
olmaz. Əks halda, mətnin məzmunu təhrif olunar, oxucu əsas məq-
səddən uzaqlaşa bilər. Odur ki, müəllim öz oxusunda məntiqi vur-
ğunun gözlənilməsinə diqqət yetirməli, şagirdlərə praktik şəkildə
nümunələr verməlidir.
Müşahidələr göstərir ki, IV sinif şagirdləri, hətta müəllimlərin
bir qrupu məntiqi vurğunun mətndə, şeirdə hansı sözün üzərinə
düşdüyünü müəyyənləşdirməkdə çətinlik çəkirlər, Onlar bəzən heç
lazım olmayan sözün, ifadənin üzərinə məntiqi vurğu salırlar. Nəti-
Ağarəhim Əsərlər
104
cədə bir tərəfdən materialın ifadəli oxusuna xələl gəlir, digər tərəf-
dən məzmunun təhrif olunması təhlükəsi yaranır. Belə hallarda şa-
girdlərə məntiqi vurğunun müəyyənləşdirilməsi ilə əlaqədar suallar
verilməsi məsləhətdir.
Bu baxımdan III sinifdə şeirdən götürülmüş bir parçaya diqqət
yetirək.
Dəniz güldü uzaqlardan,
Nəğmə qopdu dodaqlardan,
Getdilər məktəbə sarı…
Şagirdlər bu parçanı məntiqi vurğunu düzgün əməl etmədən
oxuyurlar. Müəllim üzərinə məntiqi vurğu düşən sözləri şagirdlərin
nəzərinə çatdırmaq üçün ―Uzaqlardan nə güldü?‖, ―Dodaqlardan nə
qopdu?‖ və ―Uşaqlar hara getdilər?‖ suallarını verir, Uşaqlar ―də-
niz‖, ―nəğmə‖ və ―məktəbə sarı‖ — deyə bildirirdilər. Sonra
şagirdlərə başa salınır ki, şeirin bu parçası oxunarkən həmin sözlər
aşağıdan, yaxud ucadan ifadə olunmalıdır. Onlar misradakı
sözlərdən səslə ayrılmalıdır. Çünki burada məqsəd uzaqlarda təkcə
dənizin gülməsini, dodaqlardan yalnız nəğmənin qopmasını,
uşaqların ancaq məktəbə sarı getməsini şərh etmək olmuşdur.
Aydın məsələdir ki, ınüəllifın məqsədinin bu yolla açılması
şagirdlərin həmin materialı şüurlu mənimsəmələrinə müsbət təsir
göstərir.
Cümlələrdə, müəyyən şeir parçalarında bəzən məntiqi vurğu ilə
deyilən iki söz olur. Bu I-IV sinif şagirdlərini çaşdırır. Məntiqi vur-
ğunun hansı sözün üstünə düşdüyünü bilmirlər. Ona görə də şagird-
lərə çatdırılır ki, bəzi cümlələr, şeirdə misralar iki məntiqi vurğu
qəbul edir. Bunlardan birincisi əsas, ikincisi isə köməkçi olur. Yəni
ikinci birincinin mənasının daha da qüvvətlənməsinə xidmət edir.
Məsələn, IV sinifin dərsliyindən götürülmüş aşağıdakı şeir parçası-
na diqqət yetirək.
Cahana nur saçan anamız vətən
Doğma sinəsində bəsləyir bizi.
Dostları ilə paylaş: |