Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə33/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   29   30   31   32   33   34   35   36   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

99 



gecə-gündüz saman və palçıqla əlləşib kərpic kəsirsən. Kim səndən 

bir qarın çörək əsirgəyər? Əlbəttə, heç kim. Axı nə vaxta qədər daş, 

kəsək ilə əlləşəcəksən. Bu iş qoca işi deyil. Sən gəl bu ağır işdən əl 

çək‖. 


Müəllim sual verir: 

— Uşaqlar, cavan oğlan qocanı nə üçün məzəmmət edir? 

— Axı qoca saman və palçıqla əlləşir. Kərpic kəsir. 

Başqa bir şagird: 

— Qoca ağır iş görür. Oğlan ona deyir ki, ağır işdən əl çək. 

— Kim düz hərəkət edir? Qoca, yoxsa cavan oğlan? 

Şagirdlərin bu suala cavab verməkdə çətinlik çəkdiklərini görən 

müəllim onlara növbəti tapşırıq verir: 

—  Uşaqlar,  indi  də  qocanın  cavan  oğlana  cavabını  hekayədən 

tapıb səssiz oxuyun. 

Şagirdlər həmin hissəni də səssiz oxuyurlar. 

Sonra müəllim soruşur: 

— Uşaqlar, həmin suala indi cavab verin görək kim düzgün hə-

rəkət edir? Qoca, yoxsa cavan oğlan? 

— Qoca düzgün hərəkət edir. 

— Nə üçün belə qərara gəldiniz? 

— Axı qoca çox şey bilir. 

— Bəs sonra nədən bildiniz? 

— Qoca heç kəsə əl açmaq istəmir. O, çörək pulunu özü qaza-

nır. 


— Daha sonra? 

— Qoca əməyi, zəhməti sevir. O, heç kimdən utanmaq istəmir. 

— Bəs oğlanın səhvi nədədir? 

— Oğlan cavandır. Oğlan lovğadır. Əməyi sevmir. 

— Doğrudur. İndi cavan oğlanın sözlərini necə oxumaq lazım-

dır? 


Bu suala müxtəlif cavablar alınır. Müəllim onların fıkrini ümu-

miləşdirərək deyir: 

— Uşaqlar, oğlan cavandır, lovğadır, tənbəldir. O, əməyin qəd-

rini bilmir. Qocanın zəhmətini qiymətləndirmir. Ona görə də heka-




Ağarəhim                                                                                                     Əsərlər 

 

100 



yədə  cavan  oğlanın  sözləri  bir  qədər  ucadan,  hirsli,  kobud,  sürətlə 

oxunmalıdır.  Qoca  isə  dünyagörmüş,  ağıllı,  əməyə  bağlı  adamdır. 

Onun sözləri alçaqdan, asta-asta, kinayə ilə, lakin şən halda, adi da-

nışıq qaydasına yaxın bir formada ifadə olunmalıdır. 

Bu  izahatdan  sonra  şagirdlər  mətni  intonasiyanı  gözləməklə 

oxuyurlar.  Bu  dəfə  də  onlar  səhvə  yol  versələr,  müəllim  özü  oxu 

nümunəsi verir. 

Bu məsələ şeirlərin oxusu prosesində daha qabarıq şəkildə mey-

dana çıxır: Məsələn III sinifdə C.Novruzun ―Ananın səsi‖ şeirinin 

tədrisi müəllimin nümunəvi oxusu ilə başlanır. Şeirin ilk altı misra-

sı eyni ahənglə, lakin bir qədər qorxu hissilə oxunur: 

 

Ana qəlbim odlanır  



Söz düşəndə davadan. 

Bəs deyilmi, ey insanlar

Töküldü qan, axdı qan? 

Bəs deyilmi ana torpaq

Su içdi göz yaşından? 

 

Bu misralarda davadan söz düşəndə ananın qəlbinin odlanması, 



onun müharibə əleyhinə, nahaq yerə ana torpağın milyonların qanı-

na boyanmasına qarşı üsyankarlığı, ürək yanğısı, daxili təlatümləri 

qəmgin əhvali-ruhiyyə ilə verilir. Sonrakı iki misrada isə tembr də-

yişir. 


Silahları yandırın, 

Ərşə qalxsın tüstüsü. 

 

Bu iki misrada ananın dünyaya yayılan məğrur səsi, onun səsin-



dəki böyük qüdrəti, əzəməti, verdiyi qəti hökmü önündə elə bil bü-

tün dünya titrəyir. Bu titrəyiş xüsusi ifadə tərzi, tembr tələb edir. 

Sonrakı misralarda ananın qəlbindən qopan sülh duyğularını şən 

halda üzə çıxarmağa sanki təkan verir: 

 

Hər obada, hər evdə 




Ağarəhim                                                                                                     Əsərlər 

 

101 



Qanad açsın sülh sözü. 

Üzü gülsün insanların, 

Bayram etsin yer üzü. 

Yer üzündə dostu olsun  

Gərək insan insanın. 

Qəlbimdəki bu arzular  

Arzusudur zamanın. 

 

Əvvəlkilərə nisbətən burada müəllimin məlahətli, aydın səsi ilə, 



bir qədər şən halda ananın üzünü yer üzündəki insanlara xitabən tu-

tub  hərb  əleyhinə,  sülh  naminə  açdığı  arzu  və  istəkləri,  insanların 

həmişə  sevinc,  toy-bayram  içərisində  xoşbəxt  yaşaması,  hər  eldə, 

obada  dostluq,  qardaşlıq  səslərinin  ucalması  verilir.  Ananın  bu 

möhtəşəm  arzuları  bütün  sülhsevər  bəşəriyyətin,  dövrün,  zamanın 

amalı kimi ifadə edilir. 

Sonrakı misralarda isə cəmiyyətin xoşbəxt həyatının ən dəhşətli 

bir  hadisə  —  müharibə  ilə  qarşılaşmaq  təhlükəsi,  ananın  insanları 

sülhə çağırması çox ehtiyatla, lakin həyəcanla xəbər verilir: 

 

Mən anayam, bu səsimdə  



Yerin, göyün dərdi var. 

Sülhə gəlin, ey insanlar  

Yoxsa, dünya məhv olar. 

 

Göründüyü kimi, şeirdə ananın keçirdiyi hisslərdən, təlaşlardan, 



müharibəyə  olan  hiddət  və  nifrətindən,  qəlbindəki  sarsıntılardan, 

arzu  və  istəklərindən  söhbət  gedir,  ananın  daxili  dünyası  tədricən 

açılır, müharibəyə və müharibə qızışdırıcılarına  olan nifrəti özünü 

büruzə  verir.  Oxu  prosesində  belə  bir  intonasiyaya  əməl  olunma-

dıqda III sinif şagirdləri nə ananın keçirdiyi hissləri, nə onun arzu 

və amalını, nə coşan və çağlayan daxili ehtiraslarını, nə şairin niy-

yətini başa düşər, nə də şeirin məzmun və ideyasını şüurlu şəkildə 

mənimsəyə  bilərlər.  Bundan  sonra  şagirdlərə  çatdırılmalıdır  ki,  bu 

səs tək bir ananın yox, bütün dünya analarının səsidir. 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə