Theologiya; then s



Yüklə 17,58 Kb.
tarix28.05.2023
ölçüsü17,58 Kb.
#113650
3. Ali məktəb pedaqogikasının təşəkkülü və inkişafı.


3. Ali məktəb pedaqogikasının təşəkkülü və inkişafı
Elmlərin hələ az diferensiasiya etdiyi dövrdə təhsil xarakter və məz-mununa görə ümumi səciyyə daşıyırdı. Təhsilin məzmunu fəlsəfə, teologiya (yunanca theologiya; then.s – Allah deməkdir) və yeddi sərbəst sənətdə ifadə olunduğundan dinləyicilər həmin sahələr üzrə eyni hazırlıq mərhələləri keçirdi. Orta əsrlərdə yaranan ilk universitetlər ümumi təhsil – ensiklopedik biliklər vermək məqsədilə yaradılırdı. Zaman keçdikcə elm inkişaf edir, təkmilləşir, genişlənir, dərinləşir, müxtəlif istiqamətlərə şaxələnir və diferensiasiya prosesləri baş verirdi. Beləliklə, bir nəfərin bütün elm sahələrinə yiyələnməsi qeyri-mümkün işə çevrilirdi. Digər tərəfdən, orta əsrlərdə şəhərlərin böyüməsi, mədəniyyətin inkişafı yeni sosial tələbatlar doğurdu. Kilsənin öz dini məqsədlərini uğurla həyata keçirməsi üçün yüksək təhsil görmüş keşişlərə ehtiyacı artdı. Kilsənin hakim dairələrdə mübahisəli məsələləri həll etməyə qabil olan hüquq-şünaslara, siyasətçilərə təlabatı meydana gəldi. Əhali içərisində yayılmış müxtəlif xəstəliklərin müalicəsi üçün həkim hazırlığına ehtiyac yarandı.
Bu tələbat nəticəsində orta əsrlərdə universitet təhsili üç əsas istiqamət üzrə müəyyənləşdirildi: ilahiyyat, tibb və hüquq (hüquq fakültəsi bir çox hallarda kanonik, yəni <> fakültəsi adlanırdı). Bu, ali təhsildə ixtisaslaşmanın başlanması demək idi. Ali təhsil sahəsində sonrakı ixtisaslaşma cəmiyyətin tələbləri əsasında elmin inkişafı ilə vəhdətdə baş verdi.
Ali təhsilin inkişaf dinamikası bu gün də həmin istiqamət üzrə davam etməkdədir. Elmin və texnikanın tərəqqisinə rəğmən ixtisasların da sayı artır, yeni tipli ali təhsil müəssisələri yaranır. Universitetlər isə, həmişə olduğu kimi, indi də <> rolunu oynayır, elmin yeni sahələrinin yaranmasına təkan verir, bununla əlaqədar olaraq yeni ixtisaslar və ixtisaslaşma istiqamətləri müəyyənləşir, hətta ali təhsilin yeni sahələri təşəkkül tapır. Fakültativlər, tələbələrin seçiminə əsaslanan alternativ kurslar tədris edilir. Bir sözlə, universitetlər elmi-tədqiqat, tədris, ixtisas hazırlığı mərkəzinə çevrilərək, ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatına qüvvətli təsir edir. Təbii ki, ali təhsilin inkişafı ali məktəb pedaqogikasına ehtiyac doğurdu. Çünki dəqiq elmi-nəzəri əsaslar olmadan ali təhsilin sonrakı inkişafına nail olmaq mümkün deyildi. Ümumi pedaqogikanın sahələrindən biri olan labbə şəxsiyyətinin inkişafı və ali təhsil müəssisəsində peşə-ixtisas hazırlığı problemlərini öyrənməklə məşğul olan ali məktəb pedaqogikası məqsədyönlü inkişaf yolu keçmişdir. M.F.Kvintiliandan başlayaraq qədim dünyanın klassik pedaqoqları öz əsərlərində ali məktəbdə təlimin təşkili formaları kimi mühazirə və disputlardan geniş istifadə etmişlər. Bu cəhətdən XI-XII əsrlərdə Avropada fəaliyyətə başlayan Bolonya, Oksfort, Paris, Praqa və başqa universitetlərin təcrübəsi diqqətə layiqdir. Zaman keçdikcə ali məktəblərin fəaliyyət parametrlərini müəyyən edən əsasnamə və nizamnamələri yazılmış, həmin sənədlərdə ali təhsilin bir sıra nəzəri və praktik məsələləri ümumiləşdirilmişdir.
Azərbaycanda ali məktəb pedaqogikasının yaradılması təşəbbüsləri XX əsrin 70-ci illərinə təsadüf edir. Əgər 70-ci illərdə ali məktəbdə pedaqoji prosesin tənzimlənməsi və idarə olunması, ali məktəbdə təlim prosesinin mahiyyəti və vəzifələri, ali məktəbdə təlimin təşkili formaları, tələbə elmi tədqiqat işləri, ali məktəbədə pedaqoji təcrübə, ali məktəbin müəllim və tələbələrinin fəaliyyətinin məzmunu ilə bağlı metodiki xarakterli əsərlər yazılırdısa, 80-ci illərdə problemlə bağlı sistemli tədqiqatlar aparılmağa başlandı. Ali pedaqoji təhsil sistemində tələbələ-rin tədris, elmi və ictimai fəaliyyətlərinin qarşılıqlı əlaqəsi, tələbə kollektivində şəxsiyyətin tərbiyəsinin pedaqoji əsaslarıdır. Burada ali məktəbdə mühazirəyə verilən pedaqoji tələblər, mühazirə zamanı əyani və texniki vasitələrdən istifadə edilməsi məsələləri işıqlandırıldı. Mühazirəyə hazırlaşmağın yolları ilə bağlı tövsiyələr verildi. 80-ci illərdən tələbə gənclərin ictimai fəallığının məzmun və mahiyyəti, kriteriyaları, səviyyələri, motivləri, formalaşması amilləri, demoqrafik məsələləri ilə bağlı ilkin araşdırmalar (F.Məmmədov) meydana gəldi. Ali məktəb müəlliminə verilən etik tələblər, tələbə-gənclərin öz müəllimlərini qiymət-ləndirərkən əsaslandığı mənəvi dəyərlər, müəllim-tələbə münasibətlə-rinin inkişaf dinamikası, ali məktəbdə pedaqoji ünsiyyəti şərtləndirən amillər, ali məktəb müəlliminin elmi-pedaqoji ustalığının, ictimai fəaliyyə-tinin tələbə şəxsiyyətinin formalaşmasına təsiri, ali məktəb müəlliminin əxlaqi siması, tələbə gənclərin, əxlaqi-psixoloji xüsusiyyətləri və inkişafını şərtləndirən etnospsixoloji faktorların müəyyənləşdirilməsi ilə bağlı A.Həziyevin silsilə məqalələri nəşr olundu. Ali məktəbdə seminar məşğələlərin əhəmiyyəti, mahiyyəti, mərhələləri, növləri, seminar məşğə-lələri ilə mühazirə arasında qarşılıqlı əlaqə, seminar məşğələlərinə hazırlıq və keçirilməsi, seminarda müəllimin rəhbər rolu, seminar məşğə-lələrində tələbələrin müstəqil işi və ali məktəbdə təlimin seminar forması-nın təşkili ilə bağlı digər vacib məsələləridir. 1999-cu ildə N.Kazımov <> adlı dərslik hazırladı. Dərslikdə pedaqogi-kanın nəzəri-metodoloji məsələləri, pedaqogika elminin sahələri, digər elmlərlə əlaqəsi, tədqiqat üsulları və pedaqoji cərəyanlar, pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdəti, pedaqoji prosesdə ziddiyət, qanunauyğunluq və qanun anlayışları, pedaqoji prosesin ümumi prinsipləri, əsas mərhələləri, üsulları, təşkili formaları kimi ümumpedaqoji məsələlər şərh olundu. Bununla yanaşı, magistratura pilləsində pedaqoji təcrübə, ali məktəbdə elmi-tədqiqat işi, ali məktəbdə yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, ali məktəbdə rəhbərlik və pedaqoji nəzarət kimi sırf ali məktəb pedaqogika-nın problemləri də özünün ətraflı şərhini tapdı.
Ədəbiyyat
1. F.A.Rüstəmov, TY.Dadaşova. Ali məktəb pedaqogikası. Bakı, 2007

Yüklə 17,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə