Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə23/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   19   20   21   22   23   24   25   26   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

69 



ikifikirliyi  təsəvvüründə  canlandıra  bilmir.  Onu,  hər  şeydən  əvvəl, 

nominativ xarakter daşıyan sözün həqiqi, müstəqim mənası düşün-

dürür. 

Araşdırmalar göstərir ki, məcazlar təsvir etdikləri əşya və hadi-



sələrin xarakter  cizgilərinin  insana təsiri baxımından iki  yerə  ayrı-

lır: a) leksik məcazlar; b) üslubi məcazlar. 

Leksik  məcazların  (qar  gəlir,  günəş  batdı,  çayın  qolu,  suyun 

üzü, soyuq adam, stolun altı, baş həkim və s.) rəng çalarlığı solğun 

olur.  Oxuyan,  dinləyən  belə  ifadələri  çox  eşitdikiərindən,  bir  növ 

adətkar olduqlarından onlara heç bir emosional təsir göstərmir. Üs-

lubi  məcazlarda  (qızıl  payız,  torpağın  dürdür,  ayna  bulaqlar,  məx-

mər  çəmənlik,  keçilməz  qayalar,  polad  bilək,  dəniz  coşdu,  qəzəbli 

dalğalar  və  s.)  isə  təsvir  olunan  əşya  və  hadisələr  əlvan  və  parlaq 

boyalarla insan təxəyyülündə canlandırılır. Müəllif təsvir etdiyi ha-

disəni, ayrı-ayrı obrazları, onların hərəkətini, xarakterini, hadisələrə 

olan  münasibətini,  təbiətin  peyzajını  və  s.  poetik  dilə  çəkir,  canlı 

lövhələr yaradır. S.L.Rubinşteyn göstərir ki, üslubi məcazların başa 

düşülməsinin  öyrədilməsi  təfəkkürün  öyrənilməsində  çox  qüdrətli 

vasitəyə, fıkrin inkişafı prosesində obrazlı və mücərrəd məzmunun 

müxtəlif münasibətlərinin açılması üçün bir aləmə çevrilir. 

T.P.Krestinskaya  və  S.V.Petrova  görə,  üslubi  məcazlar  bədii 

əsərdə müəyyən lövhələrin yaradılmasına, personajların hərəkətinin 

və xarakterinin açılmasına, onların əlamətlərinin tutuşdurulmasına, 

bir çəhətdən digərinə asanlıqla keçilməsinə şərait yaradır. 

Emosional-ekspressiv təsirə malik olan məcazlar bədii material-

ların  obrazlı dilidir. Bu  dili  isə metafora, metonomiya, sinekdoxa, 

təşbeh, epitet və perifraza təşkil edir. İbtidai siniflərdə bədii mate-

rialların  dili,  obrazlığı  üzərində  işə  bir  sıra  məqalələr  həsr  olunsa 

da,  müəyyən  mülahizələr  irəli  sürülsə  də,  bu  sahədə  müəllimlərə 

əsaslı  istiqamət  verəcək  tutarlı fikirlər söylənməmişdir. Elə bunun 

nəticəsidir ki, məktəb təcrübəsində bəzi nöqsanlara yol verilir. Təc-

rübədə  kök  salan  və  möhkəmlənən  bu  nöqsanlar  təlim  prosesində 

bir əngələ çevrilir. Bu da nəticə etibarı ilə bədii materialların məz-

mununun şüurlu mənimsənilməsi işini ləngidir. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

70 



Araşdırmalar göstərir ki, oxu materiallarının şüurlu mənimsənil-

məsi baxımından onların obrazlı dili üzərində iş aparılarkən aşağı-

dakıların həyata keçirilməsinə çalışılmalıdır: 

— şagirdlərin idrak fəallığının təmin olunmasına; 

— şagirdin təsəvvüründə real varlığın canlandırılmasına; 

— şagirdin həyati təsəvvürlərinin inkişafına; 

— şagirdin bədii, yaradıcı təxəyyülünün inkişafına; 

— şagirdlərdə fıkrini obrazlı ifadə etmək bacarıq və vərdişləri-

nin təkmilləşdirilməsinə. 

Bədii  materialların  obrazlı  dili  üzərində  işi  səmərəli  təşkil  et-

mək üçün müəyyən didaktik tələblər gözlənilməlidir: 

— obrazlı ifadələrin kontekst daxilindəki rəngarəng vasitə, me-

tod və priyomlardan istifadə etməklə açılması; 

— obrazlı ifadələrin izahı ilə bağlı qiraət və dilin tədrisi arasın-

da əlaqənin yaradılması; 

—  obrazlı  ifadələrin  izahında  konkret  varlığa,  şagirdlərin  mə-

lum biliklərinə əsaslanılması; 

—  obrazlı  ifadələrin  izahı  zamanı  şagirdlərin  ümumi  inkişafı-

nın, fərdi xüsusiyyətlərinin nəzərə alınması və s. 

Bu  tələblərin  nəzərə  alınması  bədii  materialın  məzmun  və  ide-

yasının  şüurlu  mənimsənilməsini  təmin  etməklə,  şagirdlərin  emo-

sional və intellektual inkişafına da güclü təsir göstərir. İndi də bədii 

materialların  obrazlı  dili  üzərində  işin  konkret  cəhətlərinə  diqqət 

yetirək. 

İbtidai  siniflərdə  dilin  təsvir  vasitələrinin  adı  çəkilməsə  də, 

konkret terminlərlə qarşılaşılmasa da, müəllimlərin nəzəri hazırlığı 

baxımından onların (terminlərin) mənasının açılmasını məqsədəuy-

ğun hesab  edirik. Obrazlı ifadələr, məcazlar dedikdə dildə işlənən 

təsvir  vasitələri  (metafora,  metonimiya,  sinektdoxa,  təşbeh,  epitet 

və s.) nəzərdə tutulur. 

Məcazın  mürəkkəb  növlərindən  biri  metaforadır.  O,  istarə  də 

adlanır. Burada bir əşya və hadisəyə aid olan xarakter cizgilər (əla-

mətlər)  digərlərinə  köçürülür.  Beləliklə,  şagirdlərin  təxəyyülündə 

köçürülənin  bütöv  obrazı  canlanır.  Bu  obraz  isə  təfəkkürdə  fikir 




Ağarəhim                                                                                                     Əsərlər 

 

71 



oyadır,  onları  mahiyyətə  varma,  təhlil-tərkib  aparma  vəzifəsi  ilə 

qarşılaşdırır. Məsələn, İ.Tapdığın ―Xəzər‖ şeirindən alınmış parça-

ya nəzər salaq: 

 

Üzərində polad şəhər  



Nə gözəldir bizim Xəzər. 

 

Burada polad şəhər ifadəsi məcazdır, metaforadır. Müəllif Xə-



zərin qoynunda qurulan neft buruqları meşəsi və qəhrəman neftçilər 

üçün  dənizdə  yaradılmış  gözəl  həyat  şəraiti  ilə  adi  şəhər  arasında 

oxşarlıq, bənzərlik axtarmışdır. Bu baxımdan da şair quruda salın-

mış şəhərin oxşar cizgilərini polad dirəklər üzərində dayanan ―Neft 

daşları‖ şəhərciyinin üzərinə köçürmüşdür. 

Yaxud  L.Voronkovanın  ―Elin  sərvəti‖  hekayəsində  Qızıl  zəmi 



dalğalanırdı,  Z.Cabbarzadənin  ―Kənd‖  şeirində  Səhərdir.  Üfüq-

lərdən Qızıl günəş boylanır, H.Ziyanın ―Sünbülüm‖ şeirində Qızıl 

budaq sünbülüm, sarı saçaq sünbülüm cümlə və misralarında iş-

lənən qızıl zəmi, qızıl günəş, qızıl budaq ifadələri metaforalardır. 

Göründüyü  kimi,  metafora  iki  əşyanın,  hadisənin  qarşılaşdırıl-

masına əsaslansa da, onlardan (yəni qarşılaşdırılanlardan) biri fıkri 

ifadə  prosesində  iştirak  etmir,  adı  çəkilmir.  O,  qarşılaşdığı  (nitqdə 

çıxış  edən)  əşyanın  üzərinə  mühüm  əlamətini  köçürməklə  özünün 

mahiyyətini  təsəvvüründə  canlandırır.  Bəzən  elə  hallar  da  olur  ki, 

cümlədə  (şeirdə,  misrada)  işlənən  sözlərdən  bəziləri  metaforaların 

bütöv bir lövhə yaratmasına xidmət edir. 

Müşahidələr göstərir ki, yığcam təşbehli metafora müxtəlif ox-

şarlıq əsasında yaranır: 

a)  formasına  (şəklinə)  görə:  neft  meşəsi,  ayna  bulaqlar,  dəniz 

güldü, ləpələr gülümsədi, qış qəzəbləndi; 

b) rənginə görə: qızıl piyalə, qızıl günəş; 

v) səsinə görə: faşist bağırır, zabit ulayır, çay guruldayır, külək 

vıyıldayır; 

q) keyfıyyətinə görə: qızıl xasiyyət, qızıl torpaq, almaz qumlar, 

dəmir iradə, polad bilək, polad iradə və s. 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə