Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə20/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   16   17   18   19   20   21   22   23   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

60 



Mətndə mənası çətin anlaşılan sözlər həm müəllim, həm də şagird-

lər  tərəfindən  seçilməlidir.  Onların  mənası  bəzən  şagirdlərin  özlə-

rindən soruşulmalı, söz və terminlərin düzgün izah olunmasına xü-

susi diqqət yetirilməlidir. Əks halda elmi-kütləvi materialların mə-

nası təhrif olunur. 

M.İ.Omorokova  oxu  prosesində  çətin  sözlərin  mənasının  izah 

edilməsinin  üç  istiqamətini  göstərir:  a)  cümlənin  və  cümlədəkı 

konkret  sözün  mənasının  başa  düşülməsi  üzərində  iş;  b)  sözün 

mətndəki  rolu,  onun  daşıdığı  vəzifə,  nə  məqsədlə  işlənməsi  üzə-

rində  iş;  v)  öyrənilən  sözdən  nitqdə  istifadə  olunması  üzərində  iş. 

Fikrimizcə, oxunun şüurluğu baxımından kontekst daxilində daşıdı-

gı  funksiyadan  asılı  olaraq,  mənası  çətin  anlaşılan  söz,  ifadə  və 

cümlələləri  belə  təsnif  etmək  olar:  a)  məzmunun  əsas  məğzinin 

açılmasına bilavasitə təsir edən söz, ifadə və cümlələr; b) ayrı-ayrı 

abzasların mənasının açılmasuna təsir edən söz, ifadə və cümlələr; 

v) məzmunun açılmasına bilavasitə təsir edən söz, ifadə və cümlə-

lər. 

Oxu materialları üzərindəki müşahidələr göstərir ki, hər bir söz 



kontekst  daxilində  öz  həqiqi  mənasını  qazanır  və  özünəməxsus 

funksiya yerinə yetirir. Ona görə də hər bir çətin sözün, obrazlı ifa-

dənin  və  cümlənin  mənasının  izahı  bütövlükdə  mətnin  məzmunu-

nun  şüurlu  mənimsənilməsinə  xidmət  etməlidir.  Bəzən  oxu  mate-

riallarında elə çətin sözlərlə qarşılaşılır ki, şagirdlər onların mənala-

rını bilmirlər. Məsələn, şagirdlər ―Keçmişdə kəndlilər necə yaşayır-

dılar‖  mətnində  kəndxuda,  mülkədar,  nökər  və  s.  kimi  sözlərin 

mənalarını başa düşmürlər. Məktəb təcrübəsi göstərir ki, təlim pro-

sesində onların mənalarının tam açılması üzərində dayanmağa, çox 

vaxt  itirməyə  o  qədər  də  ehtiyac  yoxdur.  Sadəcə  olaraq  kəndxuda 

və mülkədarın keçmiş zamanlarda varlı, nökərin isə mülkədarın qa-

pısında işləyən kasıb adam olmasını çatdırmaq kifayətdir. Onsuz da 

şagirdlər yeni materialları oxuduqca, ictimai həyat haqqında təsəv-

vürləri zənginləşdikcə həmin sözlərin də mənalarını təbii yolla, la-

kin tədricən öyrənib dərk edəcəklər. 

Bəzən də oxu materiallarında elə sözlər olur ki, onların mənala-




Ağarəhim                                                                                                     Əsərlər 

 

61 



rı ardıcıl işlənən, məntiqi cəhətdən bir-biri ilə əlaqələnən cümlələr 

vasitəsilə meydana çıxır. Məsələn, III sinifdə ―Polad bilək‖ mətnin-

də  burğu,  oyuq,  dinamit  və  fitil  sözləri  işlənmişdir.  Şagirdlər  bu 

sözlərin mənalarını kontekstdən kənarda başa düşmürlər. Ona görə 

də müəllim şagirdlərin diqqətini həmin sözlərin işləndiyi cümlələrə 

yönəldir:  ―Adamlar  qayaları  burğu  ilə  deşib  oyuqlar  düzəltdilər. 

Oyuqlara dinamit qoydular. Sonra dinamitə bərkidilmiş fitilin ucu-

nu  yandırıb  oradan  uzaqlaşdılar.  Çox  keçmədi  ki,  gurultu  qopdu. 

Dağ yerindən silkələndi və sinəsi yarıldı‖. 

Şagirdlər  cümlələri  təkrarən  səssiz  oxuyurlar.  Sonra  burğu, 



oyuq,  dinamit    fitil  sözlərinin  mənaları  cümlələrdə  daşıdıqları 

funksiya əsasında müəyyənləşdirilir, ifadə etdikləri əşyalar, cism və 

hadisələr  aydınlaşdırılır.  Çətin anlaşılan sözlərin  bu  yolla izahı  bir 

tərəfdən şagirdlərə sözlərin ifadə etdikləri anlayışları xarakterizə et-

məyə imkan verir, digər tərəfdən işlənən cümlələrin, abzasların mə-

nalarını düzgün başa düşməyə şərait yaradır. 

Oxu materiallarından sinonim və antonim sözlərin seçilməsi və 

onların mənalarının izahı ayrı-ayrı obrazların hərəkəti və xarakteri-

nin, məzmun və ideyanın mənimsənilməsinə, başa düşülməsinə yö-

nəldilməlidir. Şagirdlərə başa salınmalıdır ki, bədii mətndə işlənən 

sinonim və antonim sözlər fikrin dəqiq və aydın ifadəsini təmin et-

məklə  emosional  hisslərin  bədii  dəyərini  başa  düşməyə  imkan  ve-

rir. Hər hansı mətndə, nitqdə və eləcə də inşa  yazıda bu sözlərdən 

düzgün  istifadə  etmədikdə,  məzmunu  açmaq  üçün  sözlərdən  daha 

müvafiq, zəruri olanı seçmədikdə fikri də aydın, dəqiq, təsirli ver-

mək  olmur.  Ona  görə  də  məzmunun  şüurlu  mənimsənilməsi  baxı-

mından şagirdlərin oxu materialları üzərində müşahidəsi təşkil edil-

məli  və  onlarda  yazıçının  işlətdiyi  sözlərə,  onlardakı  məna  çalar-

larına həssas münasibət tərbiyə olunmalıdır. Məsələn Ə.Əlibəylinin 

―Azərbaycan‖ şeirindən götürülmüş parçaya diqqət yetirək: 

 

Özün kimi vüqarlıdır, uca dağların, 



Hüsnünə bir yaraşıqdır yaşıl bağların, 

Bizimlə bir başlamışdır, gözəl çağlarım. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

62 



Yurdum, yuvam məskənimsən, Azərbaycanım.  

Al bayraqlı vətənimsən, Azərbaycanım. 

 

Şagirdlərə  başa  salınmalıdır  ki,  bu  parçada  yurdum,  yuvam, 



məskənim sözləri müəyyən dərəcədə vətənimsən sözünün sinoni-

midir.  Bu  sözlər  arasında  müəyyən  məna  incəlikləri  mövcuddur. 

Lakin yurd, yuva, məskən sözlərinin mənalarından vətən sözünün 

mənası daha geniş, daha qüdrətli, daha əzəmətlidir. Şair bu parçada 

dörd dəfə vətən sözünü təkrar etməmək, nitqdə yersiz təkrara, yek-

nəsəkliyə  yol verməmək üçün yurd,  yuva,  məskən sözlərini işlət-

mişdir. Bu sözlər vasitəsilə şeirin deyim çalarlığı, ifadə tərzi, bədii 

dəyəri və emosional gücü xeyli yüksəlmişdir. 

IV  sinifdə  isə  sinonim  sözlərin  seçilməsi  və  onların  incə  məna 

çalarlıqlarının  izahını  bəzən  şagirdlərin  də  ixtiyarına  buraxmaq 

mümkündür.  Məsələn,  Z.Gabbarzadənin  ―Mən  məktəbli  olmuşam 

ki‖ şeirində bir parçaya nəzər salaq: 

 

Bu yol ilə səhralarda  



İmarətlər salınmışdır. 

Bu yol ilə həyat, ömür  

Şad, firavan olubdur. 

Bu yol ilə ürəklərə  

Sevinc, fərəh dolubdur. 

 

Şagirdlər  üçüncü  misrada  həyat  və  ömür,  dördüncü  və  altıncı 



misralarda isə şad, firavan, sevinc, fərəh sözlərinin sinonim oldu-

ğunu göstərirlər. Bundan sonra həmin sözlərin məna incəlikləri ara-

sındakı  fərq  onlardan  soruşulur.  Şagirdlər  cavab  verə  bilmədikdə 

müəllim  izah  edir.  Belə  konkret  nümunələr  əsasında  şagirdlər  sö-

zün qüdrəti, onun nitqdəki rolu, yaratdığı ecazkar mənzərə haqqın-

da müəyyən təsəvvürə yiyələnirlər. 

Təcrübə göstərir ki, oxu materialları üzərində belə müşahidələ-

rin və söz üzərində işin səmərəli təşkili oxu dərsləri ilə dil dərsləri 

arasında müəyyən əlaqələrin yaranmasına, şagirdlərin dildən aldıq-



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə