Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə17/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   13   14   15   16   17   18   19   20   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

51 



yönəldirlər. Nəticədə mətnin hissələrini, bütövlükdə məzmunu yad-

larında saxlaya bilmirlər. 

Şagirdlərin  oxu  sürətinin  artırılması  müəllimdən  gərgin  əmək, 

metodik  hazırlıq  tələb  edir.  Uşaqlar  məktəbə  gəldikləri  gündən 

müəllim  onların  fərdi  xüsusiyyətlərini,  fərdi  fərqlərini,  idrak  im-

kanlarını, hər birinin oxu prosesindəki müvəffəqiyyətlərini və nöq-

sanlarını öyrənib qeydə almalıdır. Şagirdlərdən bəziləri tez-tez oxu-

mağa çalışdıqlarından müxtəlif xarakterli səhvlər edirlər. IV sinifdə 

şagirdlərin bəziləri çox sürətlə oxumağa çalışırlar. İşin sonunda hə-

min şagirdlərdən nə oxuduqları, hekayədə hansı məsələlərdən bəhs 

edildiyi soruşulduqda məlum olur ki, onlar məzmunun mənimsənil-

məsinə o qədər də fıkir verməmişlər. Qoyulan ən sadə suallara belə 

cavab verə bilmirlər. Ona görə təlimin üçüncü ilində şagirdlərin ha-

mısının oxu sürəti təxminən eyniləşdirilməli və normaya salınmalı-

dır. 

Məlumdur ki,  oxunun sürətinin  artırılması şagirdin şüurlu qav-



rayışı və ümumi inkişafı ilə bağlıdır. Bunun üçün məktəb təcrübə-

sində aşağıdakılara diqqət yetirilməlidir: 

a) oxunacaq mətnin çətinliyə görə seçilməsi

b) sinifdə oxu nümunəsinin göstərilməsi

v) növbələnmiş oxu prosesində zəif və çox sürətli oxuyan yol-

daşlarını izləmək və onların oxusunu normal sürətli oxu ilə müqa-

yisə edərək nəticə çıxarmaq bacarığının verilməsi. 

Bu  göstərilən məsələlər  heç də  bir-birindən ayrıca təcrid olun-

muş şəkildə aparılmamalıdır. Bunların hər üçündən bir oxu dərsin-

də istifadə etmək olar. İndi də bu məsələlərin üzərində ayrı-ayrılıq-

da qısa şəkildə də olsa dayanaq. 

a) Oxunacaq mətnin çətinliyə görə seçilməsi. 

Məktəb təcrübəsi və müəllimlərlə aparılan anket sorğusu göstə-

rir  ki,  I-IV  siniflərdə  oxunacaq  mətnlərin  çətinliyə  görə  seçilməsi 

oxunun sürətinin artırılmasında mühüm cəhətlərdəndir. Bəzən dərs-

liklərdə elə mətnlərə rast gəlinir ki, onlarda morfem tərkibi mürək-

kəb,  çoxhecalı  sözlər,  mənası  çətin  anlaşılan  bir  neçə  uzun  cümlə 

işlənir. Məsələn, I sinifdə “Neft daşlarında”, “Bakıda”, “Bol məh-



Ağarəhim                                                                                                     Əsərlər 

 

52 



sul”, “Co‖, II sinifdə “Sağlamlığın şərtləri‖, Q.Yurminin “İsti şitil-

lik”, “Küləyin xeyri”, Ə.Əmrahovun “Dalaşqan xoruz”, III sinifdə 

“Keçmişdə  fəhlələr  necə  yaşayırdılar‖,  “Keçmişdə  kəndlilər  necə 

yaşayırdılar‖. İ.Əfəndiyevin “Maraqlı hadisə”, V.Oseyevin “Sehrli 

söz”,  IV  sinifdə  isə  “Ananın  səsi”,  “Babək”  və  s.  Şagirdlər  belə 

mətnlərdəki çoxhecalı sözləri, uzun cümlələri oxumaq, onların mə-

nasını  başa  düşmək  üçün  artıq  vaxt  itirməli  olurlar.  Elə  hallar  da 

olur ki, həmin söz və cümlələr üzərinə şagirdlər təkrarən qayıtmalı 

olurlar.  Bəzən  də  şagirdlər  tələsir,  belə  çətin  sözləri  düzgün  oxu-

mur,  mənanı  fəhmlə,  gümanla  deyirlər.  Bu  da  təlimdə  bir  əngələ 

çevrilir. Beləliklə, oxunun sürəti azalır, sözlərin, cümlələrin, abzas-

ların və eləcə də bütövlükdə mətnin məzmununun şüurlu mənimsə-

nilməsi işi çətinləşir. 

b) Sinifdə oxu nümunəsinin göstərilməsi.  

I-IV  siniflərdə  nümunəvi  oxu  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu 

oxu  I-II  siniflərdə  müəllim  tərəfındən  aparılır.  III-IV  siniflərdə 

şagirdlər müəyyən qiraət vərdişlərinə yiyələndiklərindən sinifdə ən 

yaxşı  oxuyan,  aydın  və  təsirli  səsi  olan  şagirdlərin  də  oxusundan 

istifadə  etmək  mümkündür.  Nümunəvi  oxu  prosesində  şagirdlər 

mətndəki  ayrı-ayrı  sözlərin,  ifadələrin,  cümlələrin  oxunuşunu,  tə-

ləffuzünü diqqətlə izləyir, yaxşı oxu qaydasını “görürlər‖. 

Bu işi iki variantda aparmaq olar. Birincidə, şagirdlər kitablarını 

örtür, müəllimi dinləyir, hər sözün, ifadənin, cümlənin necə deyil-

məsini, nitq üzvlərinin aldığı vəziyyəti müşahidə edərək öyrənməyə 

çalışırlar. Yaradıcılıq fəaliyyəti göstərməyə çalışan bəzi müəllimlər 

bu  işdə  maqnitofon  lent  yazılarından  da  bacarıqla  istifadə  edirlər. 

Tutaq ki, II sinifdə V.Oseyevanın “Oğullar‖ hekayəsi üzrə şagirdlə-

rə  oxu  nümunəsi  verilməlidir.  Müəllim  əvvəlcədən  həmin  mətnin 

nümunəvi  oxusunu  maqnitofon  lentinə  köçürür.  Sonra  şagirdlərlə 

“Oğullar‖ mətni üzrə giriş müsahibə aparır, çətin sözlərin mənası-

nın açılması üzrə iş gedir. Nəhayət, şagirdlər kitabı örtürlər. Maqni-

tofonun düyməsi basılır. Nümunəvi oxu səslənir. Şagirdlər diqqətlə 

qulaq asırlar. Bu prosesdə şagirdlərin eşitmə, dinləmə və başa düş-

mə qabiliyyətləri də inkişaf etməyə başlayır.  İkincidə  isə şagirdlər 



Ağarəhim                                                                                                     Əsərlər 

 

53 



müəllimin nümunəvi oxusunu kitabdan izləyə bilərlər. Bu prosesin 

daha üstün cəhəti ondan ibarətdir ki, şagirdlər yalnız eşitmir, yalnız 

dinləmir,  eyni  zamanda  müəllimin  oxuduğu  söz  və  cümlələri,  bü-

tövlükdə  eşitdiklərini  görmə  qavrayışına  əsasən  izləməli,  onların 

səs-hərf  tərkibini  müəyyənləşdirməli  olurlar.  Belə  oxu  nəticəsində 

ayrı-ayrı  sözlərin  tez  yadda  qalması  sonradan  aparılacaq  müstəqil 

oxu üçün ilkin hazırlıq mərhələsi funksiyasım yerinə yetirir. Təkrar 

oxunu asanlaşdırır. 



c) Növbələnmiş oxu prosesində şagirdlərə zəif və çox sürətli 

oxuyan yoldaşlarını izləmək və onların oxusunu normal sürətli 

oxu ilə müqayisə edərək nəticə çıxarmaq bacarığının verilməsi. 

Məktəb  təcrübəsində  bu  məsələnin  müvəffəqiyyətlə  həyata  ke-

çirilməsi  özünü  üç  mərhələdə  büruzə  verir:  a)  növbələnmiş  oxu 

prosesində şagirdlərin öz zəif və sürətli oxuyan yoldaşlarını izləmə-

si; b) onların oxusunun sürətli oxu ilə müqayisə edilməsi; v) oxu-

dan nəticənin çıxarılması. 

Məktəb təcrübəsində birinci mərhələdən daha geniş istifadə olu-

nur. Bu bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, o, müəllimə bü-

tün  şagirdlərin  oxusunu  izləmək,  oxunun  nöqsan  və  müvəffəq  cə-

hətlərini, sürətini qeydə almaq, ayrı-ayrı şagirdlərin səviyyəsini öy-

rənmək imkanı verir. İkincisi, şagirdlərə oxu zamanı yoldaşının hər 

söz,  ifadə  və  cümləni  necə  deməsinə  diqqət  yetirmək,  müəllimin 

icazəsi ilə oxuyana düzəliş vermək, eşitdikləri sözlərin səs  və hərf 

tərkibini  müəyyənləşdirmək  üçün  şərait  yaradır.  Üçüncüsü,  zəif 

oxuyanlarda da yoldaşı kimi sürətli və rəvan oxumaq həvəsi, daxili 

tələb yaradır. Dördüncüsü, şagirdlərə eşitdikləri bəzi sözlərin tələf-

füzü ilə yazılışı arasında müəyyən fərq olunduğu diqtə edir. Beşin-

cisi,  şagirdlərin  oxu  prosesindəki  çatışmazlıqlarını  aradan  qaldır-

maq üçün müəllimi xəbərdar etmək funksiyasını yerinə yetirir və s. 

Ona  görə  də  növbələnmiş  oxunun  bu  böyük  əhəmiyyətini  nəzərə 

alıb şagirdlərlə həm zəif, həm də sürətli oxuyan yoldaşın oxusunu 

izləmək üzrə müntəzəm işlər aparılmalıdır. 

İkinci mərhələdə bacarıqların formalaşdırılması şagirdlərin mü-

qayisə  və  tutuşdurmalar  aparmalarına,  yaxşını  pisdən  ayırmalarına 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə