Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə19/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   15   16   17   18   19   20   21   22   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

57 



6) əsərin başlıca qayəsini və s. 

Tutaq ki, şagird mətni düzgün və sürətli oxuyur, məzmunu əz-

bərdən  danışır.  Lakin  nağılın  sonunda  mətnə  qoyulan  suallara  ca-

vab verə bilmir. Yaxud məzmunu real varlıqla, özünün həyat təcrü-

bəsi ilə, müşahidələri ilə əlaqələndirməyi bacarmır. Deməli, mətnin 

şüurlu oxusu təmin olunmayıb. Ona görə də hələ əlifba təlimi döv-

ründən oxunun şüurluğu diqqət mərkəzində saxlanılmalıdır. Bunun 

üçün aşağıdakılara əməl olunmalıdır: 

— şüurlu oxu üçün giriş müsahibəsi

— problem xarakterli sualların qoyuluşu

— lüğət işi aparmaq

— mətnin məzmununu mümkün qədər əyaniləşdirmək

— məzmunu həyati misallarla zənginləşdirmək; 

— məzmunu müxtəlif formada nağıl etdirmək; 

— əsərin məzmununu, ayrı-ayrı obrazların fəaliyyətini qiymət-

ləndirmək; 

— əsas ideyanı, ikinci dərəcəlidən ayırmaq. 

Bütün bunlar oxunacaq materialın məzmununun dərk olunması-

nı (şüurluluğunu) təmin edir. 

 

7. Söz, ifadə və cümlələrin mənasının açılması 

 

Oxu materialındakı çətin anlaşılan söz, ifadə və cümlələrin izahı 



bir-birilə  qarşılıqlı  əlaqədə  olan  və  dialektik  vəhdət  təşkil  edən 

məzmun və forma problemi ilə bağlıdır. 

Bədii əsərin məzmunu yazıçının təsvir etdiyi həyat hadisələrinə, 

iştirak edən insanlara, onların fəaliyyətinə və onlara olan şəxsi mü-

nasibətdir. Yaratdığı fikirlər, təbliğ etdiyi ideyalar sistemidir. Əsə-

rin süjeti, kompozisiyası, dili, təbiətin peyzajı, təsvir vasitələri və s. 

isə onun forması kimi çıxış edir. Lakin bədii əsərlərin bəzi element-

ləri təhlil prosesində məzmunla forma arasında sürüşkənlik yaradır. 

Gah  məzmuna,  gah  da  formaya  keçir.  Məsələn,  tutaq  ki,  IV  sinif 

şagirdləri  M.Qorkinin  “Arxip  baba  və  Lyonka‖  hekayəsindəkı 

Lyonka obrazını səciyyələndirməli və xarakterizə etməlidirlər. Bu-



Ağarəhim                                                                                                     Əsərlər 

 

58 



nun  üçün  onlar  Lyonkanın  portretini  yaradan,  daxili  aləmini  açan 

hərəkətlərini  xarakterizə  etməyə  imkan  verən  kompozisiya,  söz, 

ifadə və cümlələrə, ümumiyyətlə, təsvir vasitələrinə müraciət etmə-

li olurlar. Bu prosesdə Lyonka obrazı hekayənin məzmununun, qa-

lan vasitələr isə formasının elementi kimi çıxış edir. Əks halda, şa-

girdlər Lyonkanın yaşadığı ictimai quruluşu, bu quruluşun sərt qay-

da-qanunlarını, eybəcərliklərini, insan hüquqlarının tapdalanmasını 

və s. təhlil edib üzə çıxarırlarsa, onda Lyonka obrazı formanın ele-

menti  rolunu  oynayır.  Bu  onunla  izah  olunmalıdır  ki,  əsərin  bəzi 

elementlərinin  gah  da  formaya  keçməsinə  səbəb  birincisi,  onların 

hansı (məzmun yaxud forma) ilə daha çox bağlı olmasından, ikinci-

si isə təhlil prosesində qarşıya qoyulan məqsəddən, onlara yanaşma 

mövqeyindən  asılıdır.  Deməli,  əsərin  (mətnin)  məzmunu  forma 

əsasında  öyrədilməlidir.  Orada  işlənən  söz,  ifadə  və  cümlələr  for-

manın  üzvü  elementlərindən  biridir.  Məzmunun  şüurlu  mənimsə-

nilməsi  isə  onların  düzgün  izahından  çox  asılıdır.  Məlumdur  ki, 

oxu materiallarının məzmunu, ideyası, söz, ifadə və cümlələr vasi-

təsilə meydana çıxır. Deməli, söz ... xidmət etdiyi əşya, hadisə, pro-

ses, keyfiyyət və adla müəyyən münasibətdə olur. O, əşya və hadi-

sələrin,  materialın  məzmun  və  ideyasının  maddi  qabığıdır,  onların 

dərk olunmasının açarıdır. Məzmun söz, ifadə və cümlələrlə hörü-

lür. Onlardan hər biri məzmunun ayrı-ayrı elementlərini əks etdirir, 

müəyyən funksıya yerinə yetirir. Çətin anlaşılan söz, ifadə və cüm-

lələrdən bir və ya bir neçəsinin mənası şagirdlərə məlum olmadıq-

da, mətnin məzmunu  da anlaşılmır, diqqət əsas məsələdən uzaqla-

şır.  Nəticədə  oxunun  şüurlu  mənimsənilməsi  kifayət  dərəcədə  tə-

min olunmur. Deməli, oxunacaq mətnin lüğət tərkibi şagirdlərə mə-

lum olmalı, məzmunu ifadə edəcək cümlələr, nitq konstruksiyaları 

və s. bütövlükdə onların yaş və bilik səviyyəsinə uyğunlaşdırılma-

lıdır.  Dərsin  hər  bir  mərhələsi,  oxu  materialları  üzərində  aparılan 

müxtəlif  xarakterli  işlər  bütövlükdə  həmin  materialın  şüurlu  mə-

nimsənilməsinə yönəldilməlidir. Bu sahədəki işlər ardıcıl və müntə-

zəm aparılmalıdır. 

Şagirdlər  oxunacaq  mətnlərdə  anlaşılmaz  sözlərlə,  çətin  başa 




Ağarəhim                                                                                                     Əsərlər 

 

59 



düşülən cümlələrlə qarşılaşırlar. Dərsliklərdə elə mətnlər də vardır 

ki, şagirdlər bildikləri sözləri orada yeni əlaqələr sistemində görür-

lər, onlar çox vaxt belə sözlərin mənalarını başa düşmür, məzmunu 

kor-koranə,  mexaniki  hafizəyə  əsasən  əzbərləyirlər.  Beləliklə,  şa-

girdlər məzmunu şüurlu mənimsəmir, əsas ideyanı, müəllifın fikrini 

başa düşmür, öyrəndiklərini real həyatla əlaqələndirməyi bacarmır-

lar. 

Müşahidələr  göstərir  ki,  müəllimlərin  bir  qrupu  mətndə  olan 



əksər sözlərin, bəzi cümlələrin mənalarını yerli-yersiz izah etməyə 

çalışırlar. Bu, bir tərəfdən dərsdə vaxtın itməsinə səbəb olur, digər 

tərəfdən  mətndəki  bədiilik,  axıcılıq,  oynaqlıq  azalır,  obrazların 

keçirdikləri  hiss  və  həyəcanın,  əhval-ruhiyyənin  və  s.  təsir  gücü 

aşağı düşür. Ona görə də müəllim təlim prosesində bu işə ehtiyatla 

yanaşmalı, mətndəki anlaşılmayan bütün sözlərin və cümlələrin de-

yil, əsas məzmunun, ideyanın açılmasına bilavasitə xidmət edənlə-

rin  mənasının  üzərində  dayanmalıdır.  Bu  baxımdan  K.D.Uşinski 

deyir: ―...kiçik oxucuya her şeyi izah edən... kiçik və bəzən də boş 

bir hekayəyə sözlə müxtəlif izahat verən şəxs pedaqoji nöqteyi-nə-

zərdən düzgün hərəkət etmir‖. 

Aparılan  müşahidələr  göstərir  ki,  oxu  materialının  xarakterin-

dən,  kontekst  daxilində  qazandığı  mənadan  və  funksiyadan  asılı 

olaraq,  sözlərin  mənasının  açılması  üzrə  işləri  dərsin  üç  mərhələ-

sində aparmaq olar: birincisi, mətnin oxunmasından əvvəl; ikincisi, 

oxu prosesində; üçüncüsü, oxu prosesindən sonra. Ona görə də çə-

tin sözləri müəyyənləşdirmək, onları dərsin hansı mərhələsində və 

necə  izah  etmək  əvvəlcədən  dəqiqləşdirilməlidir.  Buradan  belə  bir 

sual meydana çıxır. Bəs çətin sözlərdən hansılarının mənası dərsin 

hansı mərhələsində və necə izah olunmalıdır? Xüsusi tədqiqat gös-

tərir ki, həm bədii, həm  də elmi-kütləvi mətnlərdə şagirdlərin gör-

mədikləri  əşya  və  hadisə  adları,  kontekst  xaricində  izahı  mümkün 

olan  sözlər  dərsin  birinci  mərhələsində  izah  olunmalıdır.  Bədii 

mətnlərdə olan çətin sözlərin mənası isə dərsin üçüncü mərhələsin-

də  açılmalıdır.  Elmi-kütləvi  materiallarda  işlənən  çətin  sözlər  dər-

sin  ikinci  mərhələsində,  yəni  oxu  prosesində  izah  edilməlidir. 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə