Karnegi Tədqiqat Təqaüd Proqramı



Yüklə 13,2 Kb.
tarix25.06.2018
ölçüsü13,2 Kb.
#51484


Qafqaz Tədqiqat Resurs Mərkəzi – Azərbaycan 

Avrasiya Əməkdaşlıq Fondunun Proqramı        

 

Sizi məmnuniyyətlə 



      

Karnegi Tədqiqat Təqaüd Proqramı 

adlı təqdimatda iştirak etməyə dəvət edir

 

 

 

Tarix:           29 Mart

, 2011


 

 

Vaxt:           

--:-- 


    

Ünvan:      

QTRM-Azərbaycan, Xəzər Universiteti, Bəşir Səfəroğlu 122, Bakı. 



 

Xülasə:        

QTRM Karnegi Tədqiqat Təqaüd Proqramını (KTTP) elan edir. Proqram Cənubi 

Qafqazdan olan alimlərə Birləşmiş Ştatlarda xüsusi tədqiqat işi aparmaq imkanı təklif edir.  

Xüsusilə, sosial və humanitar elmlər sahəsində çalışan alimlər Birləşmiş Ştatlarda universitet və 

institutlara fərdi, qeyri-dərəcə tədqiqat işi aparmaq üçün müraciət edə bilərlər. Proqram artıq tədqiqat 

sahəsində müəyyən nailiyyətlər əldə etmiş qabaqcıl tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. Tədqiqat 

müddəti 2011-сu ilin sentyabr və ya 2011-ci ilin yanvar ayından başlayaraq tam bir semestr (4 ay) 

davam edəcək.  

 

Təqaüd Proqramında aşğıdakı tələblərə cavab verən şəxslər iştirak edə bilərlər: 

 



Ermənistan, Azərbaycan və Gürcüstan vətəndaşları  

 



Birləşmiş Ştatlarda son illərdə heç bir tədqiqat işi aparmayan, öz karyeralarının istənilən pilləsində 

olan ali dərəcəli məzunlar, Universitet professorları və müəllimləri  

 

Namizədlik və ya yüksək dərəcə almış və yaxud müraciət etdiyi vaxtda namizədlik işini yazanlar 



 

Xüsusi sahələrdə  nəşrləri olan alimlər (məzun tələbələr elmi konfranslara təqdim etdikləri 



məqalələrinə istinad edə bilərlər) 

 



Müstəqil tədqiqat işi aparmaq və  həmkarları ilə ünsiyyət qurmaq üçün yazılı  və  şifahi ingilis 

dilində yüksək səviyyəyə malik elmi işçilər  

 

Birləmiş Ştatların J-1 vizasını almağa qadir olanlar 



 

2011-сu ilin sentyabr və ya 2012-ci ilin yanvar ayından Birləşmiş Ştatlarda KTTP başlaya biləcək 



elmi işçilər 

 

NCEEER, Amerika Şurası və QTRM irqi, cinsi, dini, milli və ya etnik mənsubiyyətinə və əliliyə  görə 



heç bir ayrıseçkilik etmir. Daha ətraflı məlumat üçün 

NCEEER


-in veb səhifəsinə baxa bilərsiniz.  

Ərizə qəbulu üçün son tarixi – 29 Aprel, 2010-cu il, saat 17.00-yə qədərdir. Ərizəçilərdən xahiş 

olunur ki, sonradan məyus olmamaq üçün ərizə forması ilə qabaqcadan təfsilatı ilə tanış olsunlar. 

Ərizələr sosial və humanitar elmlər sahəsində qəbul edilir. Yol xərcləri də daxil olmaqla bütün xərclər 

ödəniləcək. Karnegi Tədqiqat Təqaüdü tədqiqatçılara ABŞ-da olduqları müddət ərzində öz işlərini 

müstəqil olaraq davam etdirmək fürsəti verir. Nəzərə alin ki, seçim prosesi rəqabət əsasında olacaq və 

sizdən tədqiqatın qısa layihəsi gözlənilir. 

 

Dil: 

Təqdimat  İngilis dilində aparılacaq, amma suallar Rus və Azərbaycan dillərində də 

cavablandırıla

 bilər.


 

 

 




Qeydiyyat:   Mühazirədə  iştirakınızı  təsdiq etmək üçün xahiş olunur Seymur Cavadova 28 Mart, 

2011-ci il tarixinədək müraciət edəsiniz. Onun elektron ünvanı 

seymur@crrccenters.org

 (xahiş olunur, 

elektron məktubun mövzu başlığında “Karnegi Tədqiqat Təqaüd Proqramı” cümləsini qeyd edəsiniz) 

 

 

   


 

 

 

 

Yüklə 13,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə