Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə21/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   17   18   19   20   21   22   23   24   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

63 



ları biliklərin oxu materialları əsasında dərinləşdirilməsinə və möh-

kəmləndirilməsinə  də  geniş  imkanlar  açır.  Şagirdlər  dil  dərslərin-

dən mənimsədiklərini oxu materiallarının köməyi ilə praktikaya tət-

biq edirlər. Bu bir tərəfdən şagirdlərin biliklərini müəyyənləşdirmə-

yə  xidmət  edirsə,  digər  tərəfdən  oxu  materiallarının  məzmun  və 

ideyasının şüurlu mənimsənilməsinə də  güclü  təsir göstərir. Tutaq 

ki, III sinifdə A.Babayevin ―Sünbül ətri‖ hekayəsinin tədrisi prose-

sində məzmunu şüurlu mənimsəmək üçün müəllim şagirdlərə tapşı-

rır ki, uşaqların alman hərbi əsirlərinə nifrətini ifadə edən cümlələri 

seçib oxusuniar: ―Biz hərdən bir ora gedir, taxtaların arasından hər-

bi əsirlərə baxırdıq: acıqla, hirslə, qəzəblə...‖ 

Müəllim  həmin  şagirdin  oxusunu  saxlayır  və  şagirdlərə  müra-

ciətlə: 

—  Uşaqlar,  burada  acıqla,  hirslə  və  qəzəblə  sözləri  işlənmiş-

dir. Bunlar necə sözlərdir və onlar nəyi bildirir? 

—  Onların  hər  üçü  sifətdir,  yaxınmənalıdır.  Uşaqların  alman 

hərbçilərindən olan əsirlərə münasibətini bildirir. 

Başqa bir şagird: 

— Eyni mənanı bildirir. 

— Yaxşı, bəs nə üçün müəllif acıqlı, hirsli  qəzəbli sözlərin-

dən birini deyil, üçünü də bir cümlədə işlədir? 

Şagirdlərin  susduğunu  hiss  edən  müəllim  izah  edir  ki,  acıqlı, 



hirsli    qəzəbli  sözlərinin  yaxınınənalı  ifadə  etməsinə  baxmaya-

raq, onlar arasında müəyyən məna incəlikləri vardır. Uşaqlar müşa-

hidə etdikləri, ünsiyyətdə və təmasda olduqları müəyyən hadisədən 

eyni təsir almadıqları kimi, onlann da həmin hadisəyə münasibətlə-

ri  eyni  deyildir.  Ona  görə  də  müəllif  deyir:  ―Acıqla,  hirslə  və  qə-

zəblə...‖  Şagirdlərə  o  çatdırılmalıdır  ki,  acıqla  sözü  insanın  adi, 

normal  vəziyyətindən  bir  qədər  yüksək,  hirslə  sözü  acıqla  sözün-

dən  daha  yüksək,  qəzəblə  sözündən  isə  xeyli  aşağı  daxili  hisslər, 

ehtiraslar keçirdiyini göstərir. Qəzəblə sözü insanın əsəbi fəaliyyə-

tinin daha yüksək formasıdır. 

Bu təhlildən sonra ―Az qalırdıq hasardan aşıb onları üstünə hü-

cum çəkək‖ cümləsi oxunur. Müəllim hücum çəkək ifadəsini hansı 




Ağarəhim                                                                                                     Əsərlər 

 

64 



yaxınmənalı  sözlə  əvəz  etməyin  mümkün  olduğunu  soruşur.  Şa-

girdlər atılaq, tullanaq, cumaq, vuruşaq və s. kimi sözləri sadala-

yırlar. 

—  Uşaqlar,  hücum  çəkək  ifadəsinin  əvəzində  sadaladığınız 

sözlərdən birini işlətmək olarmı? 

— Olar. 


— Bəs nə üçün müəllif sizin  sadaladığınız sözləri deyil, məhz 

hücum çəkək ifadəsini işlətmişdir? 

Şagirdlər yenə cavab verə bilmədikdə müəllim izah edir ki, si-

zin işlətdiyiniz təxminən yaxınmənalı atılaq, tullanaq, vuruşaq və 

cumaq sözlərinin heç birini  həmin cümlədə vermək olmaz:  Çünki 

həmin  sözlər  hücum  çəkmək  söz  birləşməsinin  mənasını  eynilə, 

olduğu kimi ifadə edə bilmir. Bu ifadə uşaqların qəlbindəki son də-

rəcə yüksək qəzəbin, hiddətin, nifrətin, ölüm və ya qalım mübarizə-

sinin  təsirini  daha  dəqiq  mənada  özündə  əks  etdirir.  Həm  də  atıl-

maq,  tullanmaq,  vuruşmaq    cummaq  sözlərinin  daha  kəskin, 

iti  və  güclü  ifadəsidir.  Ona  görə  də  müəllif  fikrini  dəqiq  ifadə  et-

mək, uşaqların daxili aləmini, keçirdikləri hissləri olduğu kimi ver-

mək üçün hücum çəkmək ifadəsini işlətmişdir. 

Yaxud  IV  sinifdə  ―Biz  türkük‖  hekayəsində  erməni  əsgərləri 

beş oğlu müharibədə ermənilərlə vuruşan ağ saçlı laçınlı bir qocanı 

erməni zabitinin yanına gətirirlər. Erməni zabiti: 

—  Oğullarının yerini de, qoca, — deyə — bağırırdı. 

Qoca  başını  vüqarla  qaldırdı.  Zabitə  baxıb  gülümsündü.  Zabit 

vəhşi  kimi  nərildədi,  tapançasını  çıxarıb  qocanı  qorxutdu.  Lakin 

qoca yenə də cavab vermədi... 

Şagirdlər bu abzası oxuduqdan sonra müəllim onların diqqətini 

birinci  cümləyə  yönəldir  və  bağırırdı  sözünün  hansı  yaxınmənalı 

sözlə əvəz etməyin mümkünlüyünü soruşur. Şagirdlər deyirdi, ça-



ğırırdı  qışqırırdı sözlərini bildirirlər. Sonra müəllim deyir: 

— Bağırırdı sözünün əvəzində sadaladığınız sözlərdən hər dəfə 

birini ifadə etməklə cümləni oxuyun. 

Şagirdlər əvvəlcə deyirdi, sonra çığırırdı, daha sonra isə qışqı-



rırdı sözlərini bağırırdı sözünün əvəzində işlətməklə oxuyurlar. 


Ağarəhim                                                                                                     Əsərlər 

 

65 



—  Uşaqlar, nə üçün bu cümlədə müəllif sizin tapdığınız sözləri 

yox, məhz bağırırdı sözünü işlədib. 

Şagirdlərin cavab verə bilmədiklərini görən müəllim onlara çat-

dırır ki, axı erməni zabiti kobuddur, azğındır, qaniçəndir, türklərin 

düşmənidir.  O,  türklərə  nifrət  etdiyi  üçün  demir,  çığırmır,  məhz 

bağırır. Ona görə də müəllif bu cümlədə erməni zabitinin azğınlı-

ğını, onun vəhşi canavar təbiətini, insanları daima didməyə, parça-

lamağa,  güllələməyə və  s. hazır olduğunu ifadə  etmək üçün  bağı-

rırdı  sözündən  istifadə  etmişdir.  Sonra  şagirdlər  müəllimin  tələbi 

ilə ―Qoca başını vüqarla qaldırdı‖ cümləsini oxuyurlar. 

Müəllim deyir: 

—  Uşaqlar,  bəs  bu  cümlədə  vüqarla  sözünü  hansı  sözlə  əvəz 

etmək olar? 

— Ürəklə, inadla, qorxmadan, çəkinmədən, cəsarətlə və s. 

— Bəs nə üçün müəllif burada vüqarla sözünü işlədib? 

— Çünki qoca müharibədə ermənilərlə vuruşan beş oğlu ilə fəxr 

edir.  O,  vətənini,  xalqını  canından  çox  istəyir.  Vətən  yolunda  ölü-

mündən  qorxmur,  ona  görə  də  düşmən  qarşısında  qorxmadan,  çə-

kinmədən,  vüqarla  dayanır.  Vüqar  sözü  qocanın  hərəkətini  daha 

dəqiq mənada əks etdirir. 

Şagirdlər bu sözün mənasını öyrəndikdən sonra müəllimin tələ-

bi ilə növbəti cümləni (zabit vəhşi kimi nərildədi, tapançanı qaldı-

rıb qocanı qorxutdu) oxuyurlar. 

Müəllim şagirdlərə başa salır ki, hekayədə deyildiyi kimi, insan 

qışqırar, çığırar, danışar, deyər, lakin nərildəməz. Erməni zabiti in-

sanla  heyvan  arasında  heç  bir  fərq  görmədiyi,  günahsız  qocaları, 

qadınları,  uşaqları,  qırdığı,  güllələdiyi  üçün  müəllif  onu  vəhşi,  çı-

xardığı səsi isə nərilti adlandırır. Yaxud müəllif hekayənin sonunda 

deyir: ―Zabit çığırmaq, canavar kimi ulamaq istədi...‖ 

Burada da IV sinif şagirdlərinə bir daha çatdırılır ki, azğın, qu-

duz  erməni  zabitinin  bütün  düşüncəsi,  ideyası  günahsız  adamlara 

əzab vermək, öldürmək, məhv etmək, ölkəmizin var-dövlətini zəbt 

etmək  olduğundan  yazıçı  onu  yırtıcı  canavarla  müqayisə  edir.  Ca-

navar  isə  hürmür,  qışqırmır,  çığırmır,  ulayır.  Ona  görə  də  müəllif 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə