Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə22/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   18   19   20   21   22   23   24   25   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

66 



erməni zabitini canavara, səsini isə ulamağa bənzədir. 

Oxu materialının şüurlu mənimsənilməsi üçün antonim sözlərin 

seçilməsi  və  mənalarının  izahı  üzərində  də  dayanılmalıdır.  Sino-

nimlər kimi antonim sözlər də fikrin dəqiq və ahəngdar şəkildə ifa-

dəsində, obrazların  hərəkətinin  və  xarakterinin açılmasında özünə-

məxsus  funksiya  daşıyır.  Əsas  mənanın  açılmasının  elementlərin-

dən  biri  kimi  çıxış  edir.  Məsələn,  B.Vahabzadənin  ―Kitab‖  şeirin-

dən bir parçaya nəzər salaq

 

Kitab böyük müəllimdir, 



Sinəsində min aləm var. 

O səni bir insan kimi  

Gah güldürər, gah ağladar. 

 

Şagirdlərə izah olunmalıdır kı, bu parçada güldürər və ağladar 



sözləri əksmənalı (antonim) sözlərdir. Şair eyni misrada iki əksmə-

nalı sözü bir-birinə qarşı qoymaqla təzad yaratmış, kitab, onun əhə-

miyyəti  haqqında  öz  düşüncələrini,  fıkirlərini  yığcam,  konkret  və 

dəqiq  şəkildə ifadə etməyə  müəssər olmuşdur.  Bu  sözlərdən birini 

başqası ilə əvəz etmək olmaz. Əks təqdirdə şeirin mənası, müəllifın 

fıkri,  məqsədi  təhrif olunar, oradakı  bədiilik, oynaqlıq, axıcılıq və 

təsir itər. 

IV  sinifdə  oxu  materialları  üzərində  iş  gedərkən  şagirdlərə 

konkret faktlarla izah olunmalıdır ki, bəzən mətndə bir-birinin tam 

əksi olan (tam antonim təşkil edən) sözlərlə yanaşı, nisbi (nisbi əks-

mənalı antonim)  sözlər də işiənir, məsələn,  Z.Cabbarzadənin  ―Dü-

şərgəmiz‖ şeirindəki bir parçaya diqqət yetirək: 

 

Bayrağımız səhər-səhər  



Yelləndikcə havada, 

Quşlar bizi salamlayır  

Budaq üstə, yuvada, 

Gəl-gəl deyir bizə meşə, 

Dərə, təpə, çöl, dəniz, 



Ağarəhim                                                                                                     Əsərlər 

 

67 



Müəllim əksmənalı (antonimlər) söziər arasındakı nisbiliyi başa 

salmaq, mənalarını açmaq üçün bir-birinin əksi (antonim) olan söz-

ləri yazı taxtasına yazır; havada-yuvada; dərə-təpə; çöl-dəniz-meşə. 

Beləliklə, şagirdlər sözün kontekstdəki həqiqi və məcazi məna-

sını  duyur,  onlardan  nitqdə  tədricən  istifadə  etmək  bacarıqlarına 

yiyələnir,  oxu  materiallarında  işlənən  dilin  bədii  təsvir  vasitələrini 

başa düşməyə, dərk etməyə doğru istiqamətləniriər. 

 

8. Oxu materiallarının obrazlı dili üzərində işin təşkili 

 

Fikir sözlərlə ifadə edilir, söz isə dil kateqoriyası olmaqla təsvir 



etdiyi əşyanın istiqaməti ilə xarakterizə olunur və öz məna və məz-

munu ilə real varlığı (əşya və hadisələri, münasibətləri) insan şüu-

runda əks etdirir. Linqvistikada sözün iki mənası — həqiqi və mə-

cazi  mənası  göstərilir.  Sözün  həqiqi  mənası  konkret  surətdə  əşya, 

hadisə,  proses  və  s.  bildirirsə,  məcazi  məna  əşyanın  əlamətlərinin 

tutuşdurulmasına əsaslanır. Məcazi mənada işlənən söz əşyanın əla-

mətlərini  digərinə ötürür və ona tətbiq edir (bənzədir). Bəzən eyni 

söz  bir  kontekstdə  (cümlədə)  həqiqi,  müstəqim  mənada  işləndiyi 

halda, başqa yerdə (kontekstdə) məqsəddən asılı olaraq öz əvvəlki 

mənasını  itirir,  tamamilə  yeni  funksiya  daşıyır,  məcaz  olur,  məsə-

lən, Z.Cabbarzadənin ―Bahar‖ şeirindən alınmış: 

 

Sənin gəlişinlə düzəndə, dağda, 



Quşlar selə dönüb axar, ay bahar.  

 

parçasında bahar sözü öz həqiqi, müstəqim mənasında işlənmişdir. 



Müəllif baharın gəlişi ilə düzəndə, dağda baş verən dəyişmələri şai-

ranə təsvir etmişdir. Ə.Cəmilin ―Sülhün dayağı‖ şeirindən götürül-

müş: 

Mən sevirəm bu torpağı  



Bu işıqlı dıyarı. 

Çünki burada çiçək açır  

Xoşbəxtliyin baharı. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

68 



bəndində isə bahar sözü artıq öz həqiqi müstəqim mənasinda çıxış 

etmir. Şair poetik dillə bu torpaq, bu işıqlı diyar — deməklə azad, 

qüdrətli və möhtəşəm respublikamıza işarə edir. Böyüyüb yaşa dol-

duğumuz bu işıqlı diyarda insanların gözəl arzularının, əməllərinin 

çiçək açmasını göstərir. Müəllif bahar sözünü işlətməklə demək is-

təyir  ki,  respublikamızın  hər  yerində  sülh,  əmək  nəğmələri  ucalır, 

yeni-yeni  şəhərlər,  kəndlər  salınır,  nəhəng  fabriklər,  zavodlar, 

elektrik  stansiyaları  tikilir,  uşaq  bağçaları,  məktəblər,  mədəniyyət 

sarayları  istifadəyə  verilir.  Hər  tərəfdə  məhsul  toplanır,  şənlənmə 

gedir, toy-büsat qurulur. 

Ona  görə  də  şair  vətənimizdə  gedən  bu  quruculuq  işlərini  və 

xalqın bu firavan həyatını poetik dillə bahar adlandırır. Bahar sözü 

bu bənddə öz əvvəlki mənasını itirərək məzmun və ideyaya uyğun 

məna çalarlığı qazanır. 



Uşaq  gülümsəyir cümləsində gülümsəyir sözü həqiqi, müstə-

qim mənasında işlənmişdir. İ.Səfərlinin ―Çiçəkli may qonaq gəlir‖ 

şeirindən götürülmüş gülümsəyir ana torpaq misrasında gülümsə-

yir sözü məcazi mənadadır. Bu o deməkdir ki, may ayında təbiətdə 

hər şey dəyişib, dirrikdə, bostanda, bağda, tarlada yaz işləri görülür

otlar, ağaclar yaşıllaşıb, hər tərəfdə əlvan çiçəklər açıb. 

Torpaq  cana  gəlib,  göz  oxşayır.  Yaxud  başqa  bir  misal.  Kağız 



alışıb yandı cümləsində alışıb yandı ifadəsi müstəqim mənada iş-

lənirsə, Z.Cabbarzadənin ―Kənd‖ şeirində sular alışıb yandı misra-

sında məcaz olur. Belə ki, suda alışıb yanmaq xassəsi olmasa da, bu 

ifadə ilə şair günəşin, onun parlaq şüalarının dumduru suyun səthi-

nə düşərək al rəngə boyanmasını poetik dilə çəkmiş, ona yeni məna 

qazandırmışdır. 

Çox zaman şagirdlər sözlərin kontekstdeki yeni funksiyasını ba-

şa düşmədikdə, yeni sözləri öz həqiqi mənasında anladıqda müəlli-

fin  yaratdığı  lövhəni  ―görmür‖,  sözün  ecazkar  qüdrətini  duymur, 

poetikliyi, keçirdikləri hiss və həyəcanları başa düşmür, bütövlükdə 

məzmun və ideyanı şüurlu mənimsəyə bilmirlər. Bu ondan irəli gə-

lir  ki,  sözün  məcazi  mənası  müstəqim  mənasından  çox-çox  uzaq 

olur. Ona görə də müxtəlif məkan və məqamlarda sözün yaratdığı 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə