Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə13/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   9   10   11   12   13   14   15   16   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

39 



Məsələn,  “Ç‖  hərfinin  yazılması  mövzusunun  tədrisi  zamanı 

müəllim deyir: 

— Uşaqlar, siz keçən dərsdə K hərfini yazmağı öyrənmisiniz. K 

hərfinin başqa hərflərlə necə birləşməsinə də fıkir vermisiniz. 

Sonra müəllim Ç hərfini göstərərək: 

—  Uşaqlar,  bu  böyük  Ç-dır,  —  deyir.  —  Cümlənin  əvvəlində 

insan  adlarının  yazılışında  həmişə  böyük  Ç-dan  istifadə  olunmalı-

dır.  Mən  Ç  hərfini  yazı  taxtasında  yazıram.  Siz  əlimin  hərəkətinə 

və hərfın yazılmasına fikir verin: Ç, Ç, ç, ç. 

Müəllim  yazı  taxtasında  iki,  üç  nümunə  verdikdən  sonra  ən 

qüvvəli uşaqlardan bir neçəsini sinfin qarşısına çağırıb yazı lövhə-

sində  məşq  etdirir.  Qalan  şagirdlər  də  müəllimin  nəzarəti  altında 

dəftərdə Ç yazırlar. Bundan sonra kiçik ç hərfi üzərində əməliyyat 

gedir. 


Hərflər  yazıldıqdan  sonra  müəllim  uşaqları  əyani  şəkildə  başa 

salır  ki,  böyük  Ç  hərfı  yazılarkən  qələmin  ucu  yuxarıdakı  sətrin 

orta  hissəsindən  qoyulur,  kiçik  ilgək  yaradılaraq,  hərfın  yazıldığı 

sətrin  birinci  xəttinə  qədər  qələm  gətirilir,  sonra  qələm  dəftərdən 

ayrılmadan hərfin  sağ tərəfınə kiçik xətlə qaytarılır. Beləliklə, bö-

yük Ç hərfinin yazılışı forması alınır. 

Uşaqlar nümunə əsasında dörd-beş dəfə böyük Ç hərfini yazır-

lar. Sonra müəllim kiçik ç  hərfinin sətr içərisində yazılışı və onun 

birləşdirilməsi formasını çi, çu, çə, iç, ço və s. hecaların tərkibində 

yazırlar.  Onlar  müəyyən  bacarığa  yiyələndikdən  sonra  “İş  dəftə-

ri‖ndə ç hərfini nümunəyə əsasən qeyd edirlər. 

Şagirdlərin bilik və bacarıqlarından asılı olaraq, müəllim bu işə 

bir  qədər  yaradıcı  xarakter  verir.  O,  yazı  taxtasına  müəyyən  söz, 

yaxud hecalar  yazır,  yeni  öyrənilmiş hərfin  əvəzində isə iki nöqtə 

qoyur: ..ti, qa.., ..ay

Uşaqlar bu hecalara diqqət yetirir, onları dodaqaltı bir neçə dəfə 

təkrarlayır, nöqtələrin yerinə yalnız buraxılmış hərf (ç) artırırlar. Bu 

zaman  onlar  bir  tərəfdən  müəyyən  mənalı  söz  yaranmasını  görür, 

digər tərəfdən hərfın yazılışı formasını və başqaları ilə birləşdirmə-

yi öyrənirlər. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

40 



Müəllim bu işin digər variantından da istifadə edir. O, ç səsi və 

hərfi işlənmiş çiçək, çinar, keçi və s. kimi əşya şəkillərini yazı tax-

tasından asır, həmin şəkillərin altından adlarını yazarkən ç hərfinin 

əvəzində  boş  damalar  çəkir.  Sonra  şəkillərin  adlarında  buraxılmış 

hərfləri  damaların  əvəzində  yazmağı  şagirdlərə  tapşırır.  Proses 

uşaqları xeyli düşündürür, maraqlandırır və şüurlu fəaliyyətə yönəl-

dir. Nəticədə bütöv sinif tapşırığı yerinə yetirir. 

Yaxud, başqa bir misal. Tutaq ki, dərsdə “Ö, ö‖ hərfinin yazılı-

şının  möhkəmləndirilməsi  üzrə  iş  aparılmalıdır.  Bu  məqsədlə  şa-

girdlərə Ö, ö hərflərinin birləşdirilməsi, ayrı-ayrı heca və söz daxi-

lində işlədilməsi üzrə iş gedir. Müəyyən vərdişə yiyələndikdən son-

ra “İş dəftəri‖ndə Ö, ö hərflərinə aid bir neçə nümunə yazmaq tələb 

olunur. 

Nəhayət, müəllim ər, sö, çö, kö, dö hecalarını diqtə edir. Uşaq-

lar diqtəyə əsasən ö hərfinin işləndiyi hecaları yazırlar. Sonra sinif-

də yaranmış şəraitdən, şagirdin səviyyəsindən asılı olaraq, tez-tez iş 

forması  dəyişir,  daha  optimal  variantlardan,  priyomlardan  istifadə 

edilir. Əvvəlcə yazı taxtasına kök, çöl, öküz, ördək sözləri yazılır. 

Sonra birinci sözün üstü açılır. 

 



Ağarəhim                                                                                                     Əsərlər 

 

41 



 

IV FƏSİL 

OXU TƏLİMİ 

 

1. Oxu təliminin məqsəd və vəzifələri 

 

Oxu informasiya mənbəyi olmaqla yaradıcı fəaliyyət prosesidir. 



Bu  isə  məktəbdə  müəllim  və  şagirdin  birgə  fəaliyyətinin  nəticəsi 

kimi  meydana  çıxır.  Bu  prosesdə  kiçik  yaşlı  məktəblilərə  düzgün 

sürətli,  ifadəli  və  şüurlu  oxumaq,  savadlı  yazmaq,  dəqiq  hesabla-

maq, ümumiyyətlə, müxtəlif fənlərdən zəruri biliklər qazanmaq, bu 

bilikləri praktikaya düzgün tətbiq etmək, səlis nitqə yiyələnmək və 

s. üzrə bacarıq və vərdişlər formalaşdırılır. 

Oxu elə bir prosesdir  ki, şagirdin idrak fəaliyyətini  bütövlükdə 

özündə əks etdirir, məzmunun dərindən başa düşülməsi, dərk olun-

ması işini tamamlayır. İbtidai siniflərdə bu işin səmərəli təşkili şa-

girdlərin  emosional  və  intellektual  inkişafına,  oxu  materialının  şü-

urlu mənimsənilməsinə güclü təsir göstərir. 

I-IV  siniflərdə  oxu  materialının  məzmununun  real  həyatla,  şa-

girdlərin  müşahidələri  və  şəxsi  təcrübələri  ilə  əlaqələndirilməsi 

üzrə işlərin səmərəliliyinin artırılması mühüm problemdir. 

Oxu materialları üzrə təlimin ümumi məqsədi şagirdləri ifadəli 

və  şüurlu  oxu  vərdişlərinə  yiyələndirmək,  təbiət  və  ictimai  həyat 

haqqında  onlara  lazımi  biliklər  vermək,  onlarda  xalq,  dövlət  mül-

kiyyətinə  qayğıkeş  münasibət  bəsləmək,  onların  təfəkkürünü  bədii 

obrazlarla  zənginləşdirmək,  nitqini,  fantaziyasını  inkişaf  etdirmək, 

vətənə, xalqa, ana dilinə, elm və s. məhəbbət hissləri tərbiyə etmək, 

humanist duyğular aşılamaqdır. Məqsədə müvafiq olaraq ibtidai si-

niflərdə oxu təliminin qarşısında müəyyən vəzifələr durur: 

—  şagirdlərin  düzgün,  sürətli,  ifadəli  və  şüurlu oxu  vərdişləri-

nin inkişaf etdirilməsi

—  oxu  materiallarındakı  məlumatların  həyatı  reallıq  baxımın-

dan şərh edilməsi

—  vətənimiz,  onun  qüdrəti,  xalqımızın  qəhrəman  keçmişi,  bu 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə