Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə26/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   22   23   24   25   26   27   28   29   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

78 



aydın çatdırmaq üçün dörd aspektə diqqət yetirilməlidir: 

a) bənzədiləni bənzəyənə görə

b) bənzəyəni bənzədilənə görə

c) bənzətmə qoşmasına görə; 

ç) bənzərlik əlamətinə görə. 

Məsələn,  B.Həsənovun  ―Ayı  ovu‖  hekayəsindən  alınmış  Xən-



cərin tiyəsi ayının dal ayaqları arasında gümüş kimi parıldayır-

Ayı isə kökündən qopmuş palıd kimi qabağında yerə sərildi 

cümləsinə nəzər salaq. Birinci cümlədə xəncərin tiyəsi bənzədilən, 



gümüş bənzəyən, kimi isə bənzətmə qoşmasıdır. Bənzərlik əlaməti 

isə gümüşün parıltılı  olmasıdır.  İkinci  cümlədə  isə  ayı bənzədilən, 



palıd  bənzəyən,  kimi  isə  yenə  bənzətmə  qoşmasıdır.  Böyük,  qol-

budaqlı palıdın yerə necə sərilməsi, bu zaman onun yaratdığı mən-

zərə bənzərlik əlaməti hesab olunur. 

Tutaq  ki,  H.Razinin  ―Ana  məhəbbəti‖  şeirinin  birinci  bəndini 

müəllimin tələbi ilə şagirdlərdən biri oxuyur. 

 

O, günəş tək hərarətli



Bahar kimi təravətli  

Dağlar qədər möhtəşəmdir. 

 

Sonra müəllim soruşur: 



— Uşaqlar, birinci misrada ana məhəbbəti nəyə bənzədilir? 

— Hərarətli günəşə. 

— Nə üçün müəllif ananı hərarətli günəşə bənzədir? 

— Çünki günəş həmişə özündən işıq saçdığı kimi, yandığı, isti-

lik verdiyi kimi, ana da öz övladını sevir, onu isidir, ürəyi yanır. 

— Bəs ikinci misrada nə üçün Bahar kimi təravətli deyilir? 

— Bahar öz gəlişi ilə adamları sevindirdiyi, hər tərəfə ətir saç-

dığı kimi, ana da uşaqları üçün çalışır. Ana məhəbbəti, ana nəfəsi 

dünyada hamıdan əziz və istəklidir. 

— Bəs şeirdə ana məhəbbəti nə üçün möhtəşəm dağlara bənzə-

dilir? 

— Dağ öz əzəmətini həmişə saxladığı kimi, ananın da məhəb-




Ağarəhim                                                                                                     Əsərlər 

 

79 



bəti böyükdür, heç vaxt azalmır, daha da artır. 

Nəhayət, şeirin ikinci bəndi oxunur: 

 

İgidlər tək istiqanlı,  



Ürək kimi həyəcanlı  

Qranitdən möhkəm olur. 

 

— Yaxşı, bu misralarda ana məhəbbəti nələrə bənzədilir? 



— İstiqanlı igidlərə, həyəcanlı ürəklərə və qranitə. 

— Ana məhəbbəti nə üçün istiqanlı igidlərə bənzədilir? 

—  İstiqanlı  igidlər məqsədinə çatmaq üçün qorxmadan, çəkin-

mədən hərəkət etdikləri kimi, ana məhəbbətinin də qarşısını heç bir 

şey kəsmir. Ana övladı üçün canından keçir. 

— Ana məhəbbəti nə üçün ürəklə müqayisə olunur? 

—  Ürək  həmişə  döyündüyü  kimi,  ana  da  övladı  üçün  həmişə 

darıxır, həyəcan keçirir. 

— Ananın məhəbbəti qranitlə nə üçün müqayisə edilir? 

— Çünki qranit daşı möhkəm olur. Ananın qəlbi də övladından 

heç vaxt qırılmır, sınmır. 

Şeirin  qalan  bəndlərində  də  ana  məhəbbətinin  bənzədildiyi  əş-

yalar  (çiçək,  alov,  sellər,  çaylar,  ömrün  canlı  şeriyyəti)  müəyyən-

ləşdirilir, mənaları açılıb izah edilir. 

Araşdırmalar göstərir ki, bəzən yaradılan bir və ya bir neçə təş-

behdə bədii materialın məzmunundan doğan ideya-siyasi xətt ifadə 

olunur. Ona görə də müəllim təşbehlərin izahında bir qədər diqqətli 

olmalıdır. Məsələn, ―Arxip baba və Lyonka‖ hekayəsində şagirdlər 

oxuyurlar: ―Onların günəşdən qaralmış tozlu üzlərinin rəngi əyinlə-

rindəki köhnə, cındır paltarın rəngindən seçilmirdi‖. 

Müəllim soruşur: 

— Uşaqlar, bu cümlədə yazıçı Arxip baba və Lyonkanın üzləri-

nin rəngini nə ilə müqayisə edir? 

— Əyinlərindəki köhnə, cındır paltarın rəngi ilə... 

— Yazıçı nə üçün belə müqayisə vermişdir? 

— Çünki onların tozlu üzləri paltarlarından seçilmirdi. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

80 



— Burada yazıçı nə demək istəyir? 

— Onlar kasıb olduqlarından özlərinə təzə, təmiz paltar ala bil-

mirlər. 

Başqa bir şagird: 

—  Onlar  hər  gün  bir  parça  çörək  üçün  dilənir,  həmişə  çörək 

dərdi çəkirlər. 

Üçüncüsü: 

—  Onların  qarınları  ac  olduğundan  ürəkləri  gülmür,  qəlbləri 

açılmır.  

— Doğrudur. Yazıçı demək istəyir ki, Arxip baba və Lyonkanın 

daxili  aləmi  üzləri  kimi  küskündür.  Onlar  yaşadıqları  dövrün  qay-

da-qanunlarından  narazıdırlar.  Ona  görə  də  müəllif  onların  daxili 

aləmi  ilə  xarici  siması  (görünüşü)  arasındakı  uyğunluğu,  oxşarlığı 

belə vermişdir. 

Bundan sonra Onun babası  dağ çaylarının  qırağa atdığı  qu- 

rumuş ağaca, özü isə həmin ağacın qırılmış bir budağına bən-

zəyirdi cümləsi üzərində iş gedir, onun sözaltı mənası açılır. 

—  Yazıçı Arxip babanın və Lyonkanın yaşadığı dövrü, ictimai 

quruluşu sürətlə axan dağ çayına, qoca, əli işdən qalmış Arxip ba-

banı qurumuş ağaca, arıq və balaca Lyonkanı isə həmin ağacın qı-

rılmış bir budağına bənzədir. Gurultu ilə axan dağ çayı suyun üzə-

rindəki  zir-zibili  kənara  atdığı  kimi,  yaşadığı  ictimai  quruluş  da, 

dövrün qayda-qanunları  da xəstə, qocalıb əldən düşmüş Arxip ba-

banı bir kənara atmışdı. O zamankı tarixi dövrdə ömrünü başa vur-

muş, qurumuş ağacla Arxip baba arasında heç bir fərq yoxdur. Qı-

rılmış  budaq  ağaca  bağlı  olduğu  kimi  Lyonkanın  da  həyatı,  taleyi 

Arxip babadan asılıdır. Ona görə də hekayənin sonunda Arxip ba-

banın  dili  ilə  deyilir:  ―Sən  bir  uşaq,  dünya  isə  vəhşi  bir  heyvan,  o 

səni  birdən-birə  udar...‖  Bu  cümlədə  Lyonkanın  yaşadığı  ictimai 

mühit, dünya vəhşi bir heyvana bənzədilir. Vəhşi heyvan özündən 

cansızları  yırtıb dağıtdığı kimi, yaşadığı ictimai quruluş da kimsə-

siz, köməksiz Lyonkanı və yüzlərlə, minlərlə onun kimiləri udur... 

Təcrübə göstərir ki,  III-IV siniflərdə şagirdlərin təşbeh haqqın-

dakı (terminsiz) biliklərini möhkəmləndirmək məqsədilə yazılı ça-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə