293
– Vəzir kişi, əgər Selcan balamızı gəlinin kimi qəbul
etməyə razılıq verdinsə, biz də yolumuzdan qalmayaq...
Vəzir:
– Nə danışırsan ağsaqqal, inan inandıqlarımıza səni bu
gecə yuxuda görmüşdüm. Səni görəndə ilk olaraq anışdıra
bilmədim. Ancaq yuxuda səni yağmalayan quldurlara gül-
məyin yadıma düşəndə nurani sifətindən dərhal xatırladım.
Şəmşid kişi Namiqə çöndü:
– Atan əməlli-başlı vergiliymiş ki.., çamadanımı oğur-
layan uşağı da röyada görüb.
Vəzir:
– Sizi buraxsam böyük günaha bataram. Bu gün qona-
ğımsınız, bir də döndərsəniz inciyərəm. Sabah isə, Allah
Kərimdir, istəsəniz gedərsiniz, istəsəniz də qonağım olub
bizə şərəf verərsiniz.
* * *
...Qoy mətləbi uzatmayım, Vəzir kişi bizə olmazın ehti-
ram göstərdi – qoyun kəsdi, yaxındakı bütün qonum-qon-
şunu topladı, həyətdəcə yaxşı yemək-içmək verdi bizim şərə-
fimizə. Vəzir Selendən gözünü çəkə bilmirdi. Hələ gəlininin
arvadıyla yanaşı namaza oturmasını, səcdəsini görəndə, –
“Allahım, sənin qədərinə şükürlər olsun! Gör sən nələrə
qadirmişsən” – deyib kövrəldi. “Allah qoysa, gələn ayın 15-i
Namiqin toyuna mütləq gələrsiniz” – deyəndə, sevincdən
yaşarmış gözlərini ha gizlətsə də bunu mən də, Şəmşid kişi
də aydın sezdik və qürurla bir-birimizə baxıb gülümsündük
– baxma, bir sərt “palıdı sındırmışdıq”. Gecə Selen gələcək
qaynanasıyla, mən, Şəmşid kişi və Namiq isə bir otaqda –
294
döşəmədə yer salıb yatası olduq. İlk dəfə Şəmşid kişidən
onun özü barəsində soruşdum:
– Şəmşid əmi, hansı rüzgar səni Ukraynaya atıb, gizli
deyilsə bir az söhbət edərdik. Onsuz da o qədər yemişik,
çətin ki gözümüzə yuxu getsin...
Şəmşid:
– Dərd orasıdır ki, quzu əti yemişik, Sumqayıtdakı oğru
da imkan vermədi ki, təzyiq dərmanı alam. Qorxuram axşam
yuxunuzu qaçıram.
Namiq yan otağa keçib, anasına, – “İlıq suya diri limon
sıx gətir” – dedi. Qapı döyüləndə stəkanı anasından aldı,
Şəmşid kişinin çarpayısının yanına qoyub dedi: – “İndi
rahatca danışın. Qorxma, yanında iki həkim var. Deyəsən siz
də atam kimi xəstəlikdən qorxansınız...”
Şəmşid kişi:
– Yəqin ki, üçüncü infarkta bu ürəyim dözməz bala.
Meyidimin sizin evdən götürülməsini istəmirəm ağrın alım.
Bu evə sevinc, toy-düyün elə yaraşır ki, buranın şadlığını,
bərəkətini, hüzurunu pozmaq istəmirəm. Nəysə, başınızı
ağrıtmayım dərdlərimlə...
Limonlu sudan bir qurtum içib, – “Danış deyirsiniz, da-
nışım...” – dedi. Yerində azca qurcuxub başına gələnləri da-
nışmağa başladı:
– Mən yazıçıyam... Xudavəndi aləm məni bir az kövrək
yaradıb. Haqsızlığa, nadanlığa, ədalətsizliyə dözə bilmirəm.
Ətrafdakı pisliklər məni hamıdan uzaqlaşdırır, dar bir çər-
çivəyə dürtürdü. Özümə ayrı bir dünya axtarmaqdan başqa
çarəm qalmadı. Gündüzlər hamıdan qaçır, gecələr isə öz
dünyamın azadlığında səhərədək xoşbəxt yuxular yaşayır-
dım. Həmişə gecə səssizliyində tapmışam öz xoşbəxtliyimi.
295
Səssizliyin səsi, sevdiyim ən şirin musiqiydi mənimçün. Yu-
xularımdan, səssiz dünyamın, xəyallarımın qəhrəmanların-
dan yazmağa başladım. Elə bil ki mənə vəhy gəlmişdi, vergi
verilmişdi. Dayanmadan yazdım və öz dünyamın kitabını
əlimə alanda sevincimdən az qala ən xoşbəxt insan olduğu-
mu bağırmaq istədim.
Mən:
– Mən də deyirəm, niyə mənim broşürlərimə heç bax-
madınız.
– Broşüründə maraqlı nə vardı ki, mən də baxam – gün-
də gördüyümüz adi şəkillər, bir də qısa, mənasız altyazılar.
Bunları hər gün televiziyadan onsuz da izləyirik...
– Sizə verilən vəhydən mənə verilməyib hələ Şəmşid
əmi. Yoxsa, mən də filologiyanı bitirmişəm – mən də yazmaq
istərdim. Bir də ki, indiki zamanədə yazmağa nə verirlər ki,
kimdir kiminsə kitabını oxuyan...
– Heç bədii bir şey yazmamısan indiyədək?
– Şeirəbənzər bir neçə cızmaqaram var ...
– Demək qığılcımın var, qalır tonqalı qalamaq...
– Allah kəssin o cür qığılcımı – özüm utanıram onları
vərəqləyəndə. Əsas yazmaq deyil, məsələ necə yazmaqdır.
Minlərlə əsərlər var ki, öz vaxtında bobma kimi partlayış
yaradıblar. Ancaq bir müddət sonra unudulub gediblər.
Kitab çıxarmaq, müxtəlif dillərə tərcümə olunmaq da əsas
şərt deyil. Əsas odur ki, kitab uzunömürlü olsun. Bax onda
əsər ədəbiyyatda daim qalır. Mən isə bu qabiliyyət sahibi
deyiləm.
– Burasıyla mən də razıyam – xısın-xısın gülümsündü.
Altyazıların belə, sönük və qurudur. Yazıçı gərək sözün
üstündə yarpaq kimi əssin, sözün qədrini-qiymətini bilsin,
296
oxucunu inandırmağı bacarsın. Xəstəlikdir yazmaq... Təcrü-
bən, müşahidən güclü olmalıdır ki, sözləri cilalamağa baca-
rasan – lap rəssamlar, heykəltaraşlar, zərgərlər kimi... Ya-
ratdığın bir obraz uzun müddət yadda qalarsa, demək bu işi
bacarmısan. Şekspirin “Otellosu”, İsmayıl Şıxlının “Cahan-
dar ağası”, Leonardo Da Vinçinin “Cakondası”, Viktor Hü-
qonun “Jan Valjan”ı kimi... Ədəbiyyatda ölümsüzlük buna
deyirlər. Sən isə istedadını yalnış səmtdə korlayırsan.
Namiq müdaxilə etdi:
– Az qala bütün xalq bu səmtdədir babacan...
– Heç kim bilmir ki, sabah nə olacaq. Bu gün yazdığın
sabah necə qiymətləndiriləcək. Mən isə külfətimi ac qoyma-
maq üçün vurnuxuram əmican, sabahı düşünməyə vaxtım
yoxdur – dedim.
– Gələcəyin sənin haqqında nə deyəcəyini sən elə gə-
ləcəyin özünə burax. Bu gün üçün və bu gündən yaz. Hökmü
verən və əsl hökmdar zamandır. Sabahın hökmündən heç
vaxt qorxma. Hər şey gəldi-gedərdir, qalan bircə dahiyanə
sözdür. Sən adi bir broşürdə də dahilik göstərə bilərsən.
– Deyirsən yəni məndə nəysə alına bilər?..
– Səndəki enerjini, həvəsi və üstünü kül basmış bacarığı
görməsəydim özümə əziyyət verib bunları danışmazdım.
Sənin 5-3 manata əl uzadan zaman çəkdiklərini gözümün qa-
bağına gətirəndə həm acığım gəlir, həm də halına acıyıram.
– Vallah məni həvəsə gətirirsiniz ha...
– Sən bir Şekspiri, Dostoyevskini, Tolstoyu, Hüqonu,
Servantesi, Hemenqueyi oxu, onda yazmağnı nə qədər asan
olduğunu özün dərk edəcəksən. Onda nə yazmalı olduğunu,
necə yazmalı olduğunu anlayacaqsan – ən yaxşısını yazmağı
məqsəd seçib yazacaqsan. Sənin üstünlüyün ondadır ki, səy-
Dostları ilə paylaş: |