306
– Bizdə isə buna mane olan çoxlu ürf-adətlər, məsəllər
var, – “Başçı Allahın yerdəki kölgəsidir”, “Adam yediyi qaba
tüpürməz”, “Dövlətə qarşı çıxan, Allaha qarşı çıxar”... Bizi
əvvəlki nəsillər belə itaətkar öyrədiblər. Bizə avropanın söz
azadlığı, demokratiyası çox lazımdır. Əgər bu xalq dedikləri-
min dadını bilsə, birmərrə bunlardan əl çəkməzlər. Çünki bu
xalq nizam-intizamı, qayda-qanunu sevən xalqdır. Başbilən-
lərimizdir bizə rüşvəti, “mənəm-mənəm”liyi, şəriəti, saxta
“namus-qeyrət”i, “vətənpərvər”liyi sırışt edib insanca dü-
şünməyi yadırğadanlar. Xalq başqa bir dünya barədə
ucundan-qulağından eşidir, ancaq həmin şeyi xalqa elə çir-
kin
donda təlqin edirlər ki, millət özü bu xülyadan əl çəkir.
Namiq:
– Düzələcəkmi görəsən bu məmləkət, baba?
– Mütləq düzələcək oğul. Bax sən Ukraynanı görüb gəl-
misən. Ürf-adətimizə, valideynlərə ehtiram xatirinə yəqin ki,
5-6 il burda yaşayarsan. Ancaq həyatın səni gözləyən acı
sürprizlərini görəndə, – “Nə qələt elədim gəldim bu məm-
ləkətə” – deyəcəksən. İmkanın olsa yenidən qaçacaqsan,
olmasa, üstünü kif basmış azadlıq yanğısının çürütdüyü bə-
dəninlə bu torpağa qarışacaqsan. Amma xaricdə oxuyan sə-
nin kimi yüzü, mini vətənə qayıtsa, onda sizin qarşınızı heç
nəylə almaq olmaz. Siz özünüzlə təzə ab-hava, azadlıq qo-
xusu gətirirsiniz.
Namiq:
– Elə ona görə də bilirlər kimin uşağını hara göndərmək
lazımdır. Kimin ki, yaxını hakimiyyətin tələsindən çıxa bil-
mir, onun balasını oxumağa dövlət özü girov olaraq gön-
dərir. O da, qurtarıb gələndən sonra ya yuxarıdakı yaxınıyla