22
qovsun. Bu kəndin kişilərinin içində həya eləmədiyimiz bir
kişi varsa, elə o da Qoşəllədir. Onu qovar, Qiceri briqadir
seçərik. Amma, Qicer də, Qoşəllədə bax bu təs kimi eyni
şeydilər, – yerdəki köhnə at təsini qaloşunun yanı ilə ikiyə
böldü.
– A Kəklik, sən allah Qicerin anası yenə Göyərçinə göz
verib-işıq vermir?
Kəklik:
– Ağız bu Dalaverdinin ki nəsli var ha, bunlarda arvad
saxlamaq haram sayılır. Göyərçin kimi qıza əl qaldıranın
görüm əli qurusun. Vallah elə göyərçin kimi də qızdı. Gör
adam da belə qızın yediyini-içdiyini zəhərə döndərərmi heç?
– Ay Kəklik, axı qız niyə doğmur ey, canı da yumruq-
təpikdən qurtarsın.
– Başına kül töküm sənin, deyirəm “qısıram”, soru-
şursan ki, – “neçə uşağın var?”. Dogmur dayna, doğa bilmir
– qısırdı.
Simavər:
– Düşükləmə sən allah, arvad da heç qısır olar?.. Amma,
sən demişkən, bu göy daş, bu sahələrə səpilən zəhərlər
çoxumuzu qısır qoyacaq. Yazıq qız, uşağa tamarzı qalmaq
yəqin ki pis şeydi....
– Sənin nə dərdin var ağız, sən ki yeddisini doğub Cüm-
şüdın öhdəlik planını artıqlamasıyla doldurmusan? Uşaqla-
rın əlindən əlataş qalmısan.
– Ağzına daş çalım sənin, bir nəmxuda de heç olmasa –
uşaqlara bir şey olar... Cümşüdın boynu sınsın, gözü doyur
ki? Deyir, – “biz 12 uşaq olmuşuq, sən də on ikisini doğma-
lısan”.
Kəklik:
23
– Doğ deyir, doğ da. Səndən nə gedir. Doğ, qoy canı
çıxıb saxlasın. Onsuz da kalxozun işinə də yaramır. Qardaşı
Xatayıra çəkib dayna. Deyir, dünən yenə vurub gedəsinin bi-
rinin qolunu qırıb.
– O niyə ağız?
– Hər dəfə televizorda futbol göstərəndə uşaqlarından
birinin qol-qıçını vurub sındırır dayna.
– Buy ayıb ola ağız..!, – Simavər şəhadət barmağını əyib
üst dodağına qoydu.
– Hə dayna, bu ayağı əyri Maşallah Əhmədov topu hər
dəfə qapıdan kənara vuranda birinin qolu mütləq sınmalıdır
– oyunçu topu “qola” vura bilməyəndə sizin bu Xatayır da
ona-buna şıllaq atır. Zalımın gədəsi, evin ortasında futbol-
çularla birlikdə stol-stulu, arvad-uşağı təpikləyir. Neçə uşağı
var ay qız o başıbatmışın?
– 14-dü deyəsən...
– Pah atonnan! Ağız yazıq Bildirçin indi çaqqal də-
məyinə
11
dönüb ey.
– Abrını örtüm sənin! Deyirsən doğ, ağız doğmaqdan
qarnım sallanıb topuğuma dəyir. 53 yaşım var, küpəgirən qa-
rılara oxşayıram, hıqqanıb doğmaqdan saçım da tökülüb ey.
– Ay səni yerə soxum, sənin nə yaşın var ki, indidən
saçın tökülür? Sənə neçə dəfə demişəm ki, saçını qıfşamış
ayranla yu.
– Simavər, vallah Cümşüd deyir ki, – “qıfşamış ayranın
qoxusundan sənə yaxın dura bilmirəm”. Yoxsa, ayranla
yuyanda saçım elə qəşəng daranır ki, nə sirkə düşür başıma,
nə də saçım dolaşır.
11
Çaqqal yuvası
24
– Durmur, durmasın. Sənə lap yaxşı, gecələr dalını çön-
dərib rahat yatarsan.
– İy verib iylənim, o da getsin başqasına meyl salsın hı?
– Ay avam, kimdir sənin dırınqlet
12
ərinə mehr salan,
kənd yerində kimə mehr salacaq ağız. Camaatın qızı-arvadı
o qədər namussuzdu ki, sənin ipləmə Cümşüdünə göz-qaş
eləsin!?
– İpləmə niyə olur ağız! İpləmə sənin öz ərindi.
– İpləmə dəyil nədi, dıra-dıraya
13
oxşuyur.
– Səninki də arıquşuna oxşuyur.
– Sayaqlama ləçər, indi dolaşıq saçını biləyimə dola-
yajam yoxsa! Deyəsən maşın səsi gəlir, qalx qəlbiyə gör gə-
dələrdimi gələnlər?
Simavər əlini alnına qoyub gözlərini qıydı, – “Hə, bir
lapet oğlan-qızdır” – dedi.
Kəklik:
– Ömrübudanmışlar qoymurlar ki, gədələr dərslərini
oxusunlar. Vallah kitab oxuyan uşağı kitabdan ayırmaq, na-
mazdan adam durğuzmaq kimi günahdı.
– Ağız onlar olmasa biz bu üzümlükdə it kimi gəbərərik.
Görən o gün tırığa düşən uşağın axırı nətər oldu?
– Qanmır ki, üzümə zəhər səpilib? Yeməyəydi!
– Ağız yazıq acıymış dayna, tamahsınıb yəqin, neyləsin?
– Tamahsınıb, sonra da yeyib pəndəm olub, daha ney-
ləyəcək? A bala bura gəlin! – Kəklik maşından yerə tökü-
lüşən şagirdlərə səsləndi, – gəlin üzümlükdə eşələnin, sonra
12
Sınıq-salxaq, əzik-üzük.
13
Yarğanlarda yuva quran alabəzək quşdur.
25
da evlənəndə gözünüzü döyün ki, – “görəsən niyə uşağımız
olmur – niyə qısır qalmışıq?”
– Az bəd gətirmə, allah eləməsin qısır olalar. Adam bu
uşaqlara baxanda cavanlaşmağı gəlir.
– Sənin cavanlaşmağın qaldı qəbr evinə.
– Dilinə qarayaman çıxsın sənin! Deyəsən sədrimiz
Dursun qağadır – Şeşpər atın səsi gəlir.
– Onu salamat durmasın heç! Sən allah belədən gəl, bizi
görməsin. İndi yenə “şey-zad”layıb baş-beynimizi aparacaq.
Ağız vallah ürəyim yaman bılanır, get gör termosda çayı
olan varmı?
– Nədi ağız, bəlkə yenə hamiləsən?
– Sus ay qız! Ağzına qurğuşun əridim sənin, dilin quru-
sun elə! Sənin ağzın faldı, ağlıma salma, yoxsa uşağa qala-
ram. Bəlkə də elədi. Nə bilim vallah. Bu Dursun çər dəymişlə
söhbət edən adamın hamilə qalmağı gəlir...
– Nədi az, yoxsa aranızda bir şey var? – söz atdı.
– A gay, elə yox ey, qara pişik kimi qabağıma çıxanda
işlərim düz gətirmir. Vallah ürəyim ağzıma gəlir, bu saat çul
kimi düşəcəyəm yerə. Sən demiş, deyəsən zayıllamışam
yenə...
Kolxoz sədri şagirdləri cızlara paylayıb Kəkliyə yaxın-
laşdı:
– Ay zad...
Kəklik:
– Zad yox, Kəklik.
– Sizə ad qoyanın dernəyi dağılsın, şeyi görməmisən?
Kəklik:
Dostları ilə paylaş: |