Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   21   22   23   24   25   26   27   28   ...   60

 
 
58 
Kök+-ışma: çarpışma (çarpışma). 
Kök+-cilik: devrecilik (əsgərlikdə ən pis vəziyyət), sıracılık (hər dövrənin sırası). 
Kök+-dar: fermandar (komutan). 
Mürəkkəb  quruluşda  olan  hərbi  terminlər:  başkomutan  (baş  komandan),  uçaksavar 
(zenit topu), binbaşı (mayor, dəniz başısı, 3-cü dərəcəli kapitan), ordudonatım, tümgeneral, 
tuğgeneral, yüzbaşı, başçavuş, üstçavuş, çeribaşı (çəribaşı). 
Sintaktik  üsul:  «Dilin  lüğət  tərkibində  sintaktik  üsulla  yaranan  terminlər  dedikdə, 
mürəkkəb və termin birləşmələri şəklində olan terminlər nəzərdə tutulur. 
İstər  sadə,  istər  mürəkkəb  və  mürəkkəb  söz  birləşməsi  şəklində  olan  terminlər 
işarəvilik baxımından eyni funksiyanı-hər hansı anlayışı, məfhumu təyin edir. Elmin hər bir 
sahəsində  və  ya  başqa  sahələrdə  anlayışların  mühüm  hissəsini  söz  birləşmələri  şəklində 
terminlər təşkil edir» (3, s.65 (244 s.) 
Bu  üsulla  yaranan  hərbi  terminlər  də  çoxkomponetliyi  ilə  diqqəti  çəkir.  Belə 
birləşmələrdə  bəzən  terminə  verilən  tələblər  gözlənilmir,  elmi  dildən  gələn  ağırlıq  özünü 
göstərir, amma bununla belə, hərbi sahədəki anlayışlar bu cür quruluşlu terminlərin məna və 
mahiyyətini lazım olan səviyyədə əks etdirir. 
Hərbidə  mürəkkəb  proseslər,  hadisələr  bu  tip  teminlərlə  də  öz  təzahürünü  tapır. 
Məsm.: unter zabit (assubay), kiçik leytenant (astegmen), askeri amaç (hərbi obyekt) və s. 
Təyini  söz  birləşmələrinə  istinadən  həmin  vahidləri  aşağıdakı  kimi  qruplaşdırmaq 
olar: 
I
 
növ  ismi  birləşmə  biçimində:  gizli  (siyasi)  örgüt  (siyasi  dəstə),  makineli  tüfek 
(pulemyot qurğusu), atlı birlik (süvari qoşun), düzenli birlik (nizami qoşun), uzman çavuş, 
ağır silahlar (ağır silahlar) və s. 
II
 
növ ismi birləşmə biçimində olanlar: el bombası (qranat), keşif uçağı (kəşfiyyatçı 
təyyarə), bombardıman  uçağı  (bombardımançı təyyarə), savaş  uçağı (qırıcı  təyyarə),deniz 
kuvvetleri  (dəniz  qüvvələri),  hava  kuvvetleri  (hava  qüvvələri),  kara  kuvvetleri  (birlikleri) 
(quru qoşunlar) və s. 
III
 
növ  ismi  birləşmələrlə  nadir  hallarda  qarşılaşmaq  olur:  ordunun  qəhrəmanlığı, 
hərbin gücü və s. 
Hərbi terminologiyanın zənginləşməsi və inkişafında terminalmanın çox mühüm rolu 
vardır. Terminalma prosesində türk dilinə aşağıdakı hərbi teminlər daxil olmuşdur: defans-
müdafıə-defans xətti-müdafiə xətti; devriye-patrul; er- 1) kişi; 2) sıravti əsgər; kaput (-tu) 
(şinel); kolordu (korpus hərbi); komut (komanda, əmr); komutan (komandir); mayın (mina 
hərbi);  mevzi  (döyüş  meydanı);  namlu-  1)  lülə  (silahda),  2)  tiyə  (qılıncın  və  s.);  teğmen 
(leytenant) (5) 
Terminalmada  Türkiyə  türkcəsinə  Avropa  dillərinin  müəyyən  qədər  təsiri  olmuşdur. 
Azərbaycan dilinə isə bu qəbildən olan teminlər birbaşa rus dili vasitəsi ilə keçmişdir. 1940-
cı illərdən rus dilindən keçmişdir. 
Sahələr üzrə bu terminləri belə təsnif etmək olar: 
1)
 
alan  adları:  (Azərb.)  rota,  ştab,  diviziya,  bölmə,  səhra  poçtası,  tank  qoşunları, 
rabitə qoşunları, süvari diviziya, hərbi hissə, atıcı diviziya, quru və hərbi dəniz qüvvələri, 
kəşviyatçı partizan dəstəsi, qvardiya topçu polku; (Türk) Türk silahlı kuvveleritabur, ordu, 
kolordu, tümen, tugay, alay, tabur, takım, manga, tim, donanma, filo, flotilla, grup, gemi, 
bölüm, branş, parti və s. 
2)
 
hərbi-texniki  terminlər:  (Azərb.)  pulemyot,  mərmi,  qranat,  ağır  top,  hərbi 
avadanlıq,  sarğı  ləvazimatı,  bombardmançı  təyyarə,  kəşviyyatçı  təyyarə,  yandırı  və  ağır 
partlayıcı bomba, səhra zenit topu, zenit pulemyotu qurğusu və s. (türk) üfek, silah, tank, 
top, siper, roket, fişek və s. 
3)
 
hərbi ünvan, vəzifə, peşə ifadə edən terminlər: tankçı, kəşviyyatçı, soldat, rabitəçi, 


 
 
59 
topçu, komandir, sercant, leytenant, polkovnik, general, siyasi rəhbər, minaatan döyüşçülər, 
qırıcı pilot dviziya briqada kommissar və s. 
Hərbi  rütbə adları:  (Türk)  yaver,  subay,  astsubay,  er,  general,  orgeneral, korgeneral, 
tümgeneral,  tuğgeneral,  albay,  binbaşı,  yüzbaşı,  üsteğmen,  teğmen,  asteğmen,  kıdem, 
kıdemli, başçavuş, üstçavuş, çavuş, uzman çavuş, onbaşı, nöbetçi subayı, kurmay, kurmay 
subayları, posta, iaşe subayı, yaver, yardımcı subay, kadro, müfreze, harb okulu öğrencisi, 
inzibat postası, askeri inzibat, komutan, adyutant və s. 
4)
 
hərbi hərəkətlə, savaşın gündəlik gedişatı ilə bağlı anlayışları ifadə edən terminlər: 
(Aəzərb.) manevr, ambrazura, zərbə, əks zərbə, müdafiəyə mövqeyi, ön cəbhə, arxa cəbhə, 
hücum əməliyyatı, əlbəyaxa vuruşma, hərbi əsir, hərbi yük, həlledici qələbə, süngü yarası; 
(Türk) cebhe, cebane, cebhane, cebhe ateşi, blinday. 
5)
 
hərbi təşkilatları, savaşla bağlı adları bildirən hərbi söz və ifadələr: (Azərb.) Dövlət 
Müdafiə  Komitəsi,  Sovet  İttifaqı  Qəhrəmanı,  SSRİ  Müdafiə  Fondu,  qvardiya  bayrağı, 
cəbhəyə yardım, hərbi hazırlıq, hər şey cəbhə üçün! Cəbhəylə arxanın sıx birliyi. 
6)
 
sovet  ordusu  əsgərlərinin  mücadiəlsini  ifadə  edən  termin  və  termin  birləşmələr: 
igid  qoşunlarımız,  igid  komandir,  şanlı  dənizçilər,  mərdlik,  qəhrəmanlıq,  igidlik,  Oktyabr 
zərbəsi,  yeni  il  zərbəsi,  məğlub  edilməz  Qızıl  Ordu,  ağı  və  qanlı  müharibə,  qranit  qaya, 
alovlu çağırış, tarixi qələbə, sarsılmaz dostluq və s. 
Nəticə  olaraq  göstərə  bilərik  ki,  Azərbaycan  dilinin  hərbi  terminləri  ilə  müqayisədə 
Türkiyə  türkcəsinin  hərbi  terminologiyasında  millilik  daha  güclüdür.  Milli  terminlərə  bu 
dildə  geniş  yer  ayrılmışdr.  Hərbi  termin  yaradıcilığı  prosesində  əsl  türk  sözləri  yayğın 
şəkildədir. 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
 
1.
 
Məmmədov  R.Müstəqillik  illərində  Azərbaycan  dilində  hərbi  terminlərin  inkişafı. 
Bakı, «Nurlan», 2005 
2.
 
Hamza Zülfıkar. Terim sorunları ve terim yapma yolları. Ankara, 1991 
3.
 
Sadıqova S.Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi.Bakı, «Elm», 
2010 
4.
 
Azərbavcan-Türkiyə  türkcəsində  hərbi-dəniz  sözlüyü.  Bakı,  2000  (Tərtibçi:  Yaşar 
Məmmədli) 
5.
 
Azerice Türkce Sözlük. İstanbul, 2000 
 
 
XÜLASƏ 
 
Məqalədə  oğuz  qrupu  dillərindən  türk  və  Azərbaycan  dilinin  hərbi  terminologiyası 
təhlil  olunur.  Xüsusən  də,  hərbi  terminlərin  bu  dillərdə  yaradılması  prosesi  nəzərdən 
keçirilir.  Müəyyənləşir  ki,  Azərbaycanda  müstəqillik  şəraitində  dilin  daxili  imkanları 
əsasında  hərbi  terminyaratma  meyli  daha  da  güclənmişdir.  Milli  ordunun  yaranması  öz 
müsbət  təsirini  hərbi  terminologiyada  da  göstərmişdir.  Hər  iki  dilin  bu  sahədə  funksional 
imkanları  genişlənmişdir.  Türkiyə  türkcəsindən  bir  sıra  hərbi  terminlər  də  alınmışdır.  Hər 
iki  dildə  milli  hərbi  termin  yaradıcılığı  ümumi  ədəbi  dillərə  əsaslanmışdır.  Yeni  hərbi 
terminlərin formalaşmasında həm morfoloji, həm də sintaktik üsul fəallaşmışdır. 
Açar  sözlər:  "hərbi  termin"  ,"termin  yaradıcılığı",  "leksik-semantik  üsul","morfoloji 
üsul","sintaktik üsul", "kök", "şəkilçi". 
 
 
Образование военной терминологии в современном  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə