Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   24   25   26   27   28   29   30   31   ...   60

 
 
64 
Hatun”  deyil  də,  “Ay  Kağan”?  Bu  barədə  Hun  dövrünü  araşdıran  məşhur  rus    alimi 
A.N.Bernştam    “Oçerk  istorii  Qunnov”  adlı  kitabında  belə  fikir  söyləmişdir:  “...Ay 
Kağanın  hərfi  mənası  “ayın    xaqanı”  yəni  “ayın  hökümdarı”  deməkdir.  Bu  qadın-kişi 
obrazı  matriarxatın  patriarxata  keçməsinin  göstəricisidir.    Dastandakı  Oğuz  Kağanın 
süddən imtina edərək,  ət  istəməsi  də  məhz  matriarxatdan  patriarxata  və  heyvandarlıq 
dövrünə  keçidi  ifadə  edir.  Bu  ictimai  dəyişikliklər,  totem  kultunun  əcdad  kultuna 
keçməsinə də səbəb olmuşdur.Əcdad kultu da öz növbəsində əfsanəvi Oğuz Kağan və Ay 
Kağan  obrazlarına  gedib  çıxır”....  (10,  s.  80)  Bildiyimiz  kimi,  “Oğuz  Kağan” 
dastanının İslamdan öncəki və İslamdan sonrakı variantları mövcuddur. A.N.Berştamın 
yuxarıda qeyd etdiyimiz araşdırması “Oğuz Kağan” dastanının islamaqədərki variantına 
xasdır. Bu variantda ata obrazına rast gəlinmir,  Oğuz əcdad Oğuzları (Türk boylarını) 
birləşdirərək,  onlara  ad  verən  “Tanrıoğludur”.  (Bax:  11)  Oğuzun  anasının  adının  Ay 
Kağan olması da o dönəm türklərin Aya tapınmasının  nəticəsidir. Qeyd etmək  istərdik 
ki, “ay” sözü  yalnız türklərdə “gözəllik, təmizlik, əxlaq” və s. buna bənzər dəyərlərin 
simvolik daşıyıcısıdır. Düşünürük ki, bu baxımdan qədim türklərin Oğuzun anansına bu 
adı  verməsi  təsadüfi  deyil.  Məhz  bu  adla  Ay  Kağanın  dastandakı  obrazı  yekunlaşır.  
Çünki, dastanda Ay Kağan Oğuzu dunyaya gətirərək öz görəvini yerinə yetirmiş hesab 
olunur  və  onun  obrazına  bir  daha  toxunulmur.    Hesab  edirik  ki,  buda  ana  obrazının 
müqəddəs və toxunulmazlığından irəli gəlirdi. 
“Oğuz  Kağan”  dastanında  daha  iki  qadından  bəhs  edilir.  “Günlerden  bir  gün 
Oğuz Kağan Tanrıya yalvarırken karanlık bastı. Gökten bir gök ışık indi. Güneşten ve 
aydan daha parlaktı. Bu ışığın içinde alnında kutup yıldızı gibi parlak bir ben bulunan 
çok  güzel  bir  kız  duruyordu.  Bu  kız  gülünce  gök  tanrı  da  gülüyor,  kız  ağlayınca  gök 
tanrı da ağlıyordu. Oğuz bu kızı sevdi ve bu kızla evlendi. Günler ve gecelerden sonra 
bu kız  üç oğlan çocuk doğurdu.  Çocuklara  Gün, Ay ve Yıldız isimlerini verdiler. Oğuz 
ormanda ava çıktığı günlerden birinde göl ortasında bir ağaç gördü. Ağacın kovuğunda 
gözü gökten daha gök, saçı ırmak gibi dalgalı, inci gibi dişli bir kız oturuyordu. Yeryüzü 
halkı  bu  kızın  güzelliğini  görse  dayanamaz  ölüyoruz  derlerdi.  Oğuz  bu  kızı  sevdi  ve 
onunla  evlendi.  Günlerden  gecelerden  sonra  Oğuz'un  bu  kızdan  da  üç  oğlu  oldu.  Bu 
çocuklara Gök, Dağ ve Deniz isimlerini koydular”. (12, s.52)  
Bu  parçada  Oğuzun  evləndiyi  qadınlar  təsvir  olunmuşdur.  Qəribədir  ki,  burada 
qadınların adları keçmir, onların yalnız zahiri görünüşünə yer verilir. Yalnız qadınların 
yaranması o qədər gözəl təsvir olunmuşdur ki, onlara heyran olmamaq mümkün deyil. 
Bu da bir daha qədim  türklərin qadına verdikləri dəyəri sübut edir.  Bu parçada görürük 
ki,  Oğuzun  ilk  evləndiyi  qadın  “nurdan,  işıqdan”  yaranır.  Fikrimizcə,  bunun  özüdə 
məcazi bir məna daşıyaraq türk qadınının paklığından, saflığndan bəhs edir.  
Onu da qeyd etmək istərdik ki,   “işıqlа”, “nurlа” bağlı mоtivlər bütün türk dаstаn-
lаrındа mövcuddur və bеlə xüsusiyyətlər islamdаn sоnrаkı dövrə aid əsərlərdə də özünü 
göstərir.  “Destanların  büyük  kahramanları,  bu  kahramanlara  kadınlık  ve  mukaddes 
Türk çocuklarına annelik yapan kadınlar ilahî bir ışıktan doğarlar”. (Bax: 13)    
“Oğuz  Kağan”  dastanından  gətirilən  yuxarıdakı  parçada  daha  bir  obraz    -  geniş 
yayılan dini təfəkkürlə bağlı insаnlаrın ilаhi vаrlığa inanmasını ifadə edən Tаnrı оbrаzı - 
diqqəti cəlb edir. Fikrimizcə, türklərin İslamı asanlıqla qəbul еtmələrinin bаşlıcа səbəbi 
bu dinin  оnlаrın mənəvi tələbatına cavab verməsində axtarmaq  lazımdır. 
Yuxarıdakı parçadan gördüyümüz kimi, əski dаstаnlаrın bаşqа xüsusiyyətlərindən 
biri  də,  insаnlаrın  bаşqа  vаrlıqlаrа  bənzədilməsidir.  Məsələn,  Oğuz  Kаğаn  dastаnındа 
оnun еvləndiyi qаdınlar barəsində “....bu ışığın içinde alnında kutup yıldızı gibi parlak 
bir  ben bulunan  çok güzel  bir  kız duruyordu. Bu kız gülünce gök tanrı da gülüyor, kız 
ağlayınca  gök  tanrı  da  ağlıyordu”    ya  “Ağacın  kovuğunda  gözü  gökten  daha  gök, 
saçı  ırmak  gibi  dalgalı,  inci  gibi  dişli  bir  kız  oturuyordu.  Yeryüzü  halkı  bu  kızın 


 
 
65 
güzelliğini  görse dayanamaz  ölüyoruz  derlerdi”   bənzətmələrlə  təsvir  edilir. (14, s.17-
18)  Bu  cür  bənzərliklərə  bütün  türk  dаstаnlаrındа  və  sоnrаkı  ədəbi  nümunələrdə  rаst 
gəlmək  оlаr.  Bеləliklə,  ilk  bədii  –  müqаisəli,  “insаni”  və  “qеyri  –insаni”  оbrаzlаr 
yаrаnır  və  bu  оbrаzlаrlа  yаnаşı  müxtəlif  ifаdə  fоrmаlаrı  dа  mеydаnа  gəlir  ki,  onlar 
еstеtik  bахımdаn  insаn  zövqünü  охşаyır,  və  sonrakı  türk  ədəbiyyatının  da 
zənginləşməsinə səbəb olurdu. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Hun  dövrü  dastanlarından  biri  də  “Atilla 
Destanıdır”.    Bildiyimiz  kimi,  Atilla  V  əsrdə  Avropa  torpaqlarını  fəth  edərək  Böyük 
Hun  dövlətinin  hökmdarı  olmuşdur.  V  əsrdə  Avropaya  dəhşətli  illər  yaşadan  Atilla 
tarixi  şəxsiyyət  olmuşdur.  “Atilla  dastanı”  bir  qəhrəmanlıq  dastanıdır.  Buna 
baxmayaraq,  dastanda  qadınlara  da  müəyyən  və  bir-birindən  fərqli  yer  verilmişdir. 
Burada  üç  qadın  obrazı  qarşımıza  çıxır.  Bunlardan  birincisi  yenə  də  ana  obrazıdır. 
Dastanda bu obraz  haqda bir cümlədə məlumat verilsə də,  oxucu hun-türk qadınının nə 
cür  “ana”  olması  barədə  tam  məlumat  alır:  “Atilla'nın  babası  Muncuk  sağ  olmasa  da, 
Cermen anası Yula, abisi Bleda'ya ve Atilla'ya analık görevini yapıp Hun törelerinde iyi 
bir  bahadır  olarak  yetiştirdi”.  (4,  s.  22) Biz  burada  ərini  itirmiş  türk  qadınının  tək 
başına  ərinə və törəsinə  sadiq  qalaraq, iki igid  övlad  yetişdirdiyini  görürük. Bir tək bu 
cümlədə  hun-türklərinin  öz  milli  dəyərlərinə,  törələrinə,  adət-ənənəlirə,  böyük-kiçik 
münasibətlərinə  önəm  verdiklərinin  şahidi  oluruq.  Çünki,  “bahadır”  sözü      fiziki 
“güc”lə yanaşı zadəganlığı və ədəb-ərkanı i  ifadə edirdi.  
Burada  tanınmış  alim  L.Qumilevun  məşhur  “Qədim  türklər”  adlı  kitabında  türk 
qadını haqda söylədiklərini xatırlatmaq istərdik: “Qədim türklər qadına xüsusi hörmətlə 
yanaşırdı,  mən  deyərdim  hətta  zadəganliqla.  Oğul  yurtaya  daxil  olanda  öncə  anasının, 
sonra  atasının  qarşısında  baş  əyərək,  salamlayırdı”.  (5,  s.73)        Bu  görkəmli  alimin 
qədim türklərin etnik tarixini araşdırarkən ortaya çıxardığı bir faktdır.  
Tarixi  araşdırmalara  görə,  Atilla  dövrünə  görə  ziyalı  və  mədəni  insan  olmuşdur. 
Hər  nə  qədər  avropalılar  Atillanı  varvar  adlabdırsa  da,  məhz  Atilla  quldarlığa  son 
qoymuşdur və tarixdə iz buraxan bir şəxsiyyət olmuşdur. 
Dastanda  qarşılaşdığımız  daha  iki  qadın  obrazı  vardır  ki,  bunlar  Atillanın 
evləndiyi  qadınlardır.  Maraqlıdır  ki,  burada  ilk  dəfə  olaraq  türk  ədəbiyyatında  mənfi 
qadın obrazıyla rastlaşırıq.  Bu, Atillanın Albız adında birinci arvadıdır. Dastanda onun 
barəsində  belə  deyilir:    “Atilla'nın  karısı  Albız,  boş  durmadı.  Atilla'nın  içine  şer 
tohumları  ekildi; “iki kılıç  bir  kına sığmaz!” diye fısıldadı; Atilla, aldırmadı. “Dünya, 
iki başbuğa dardır.” diye mırıldandı; Atilla, umursamadı. “Senin akıbetini Bleda tayin 
edecek!”  diye  bağırdı.  “Bleda  mı?"  Olmazdı,  Olamazdı.  Niçin  olamasındı?  Olur, 
olurdu elbet”. (Bax: 15) Gördüyümüz kimi, Albız ərinin qəlbinə çox sevdiyi  və önəm 
verdiyi doğma qardaşına qarşı qısqanclıq  və şübhə oyadır. Bu şübhə getdikcə Atillanın  
içində  böyüyərək,  onu  qardaş  qatili  edir.  Sonralar    Atilla  bu  addımına  görə  çox 
peşmançılıq çəkir.  
Qəribədir ki, Albız adının mənasını araşdırarkən belə bir şeylə qarşılaşdıq:  “Albız 
,  eski  Türklerin  inanışına  göre  insanı  rahatsız  eden  bir  şeytandır.  Albiz” ya 
da “albız”a  görebildiğimiz  sözlüklerde  ve  başka  bir  tarihî  metinde  rastlayamadık. 
Ancak muhtelif Türk boylarının halk inançlarında ve destanlarda geçen ve “Şerir / kötü 
bir  ruh” olarak  adlandırılan “almıs” ve“almız”ın aynı  kökenden  geldiği  fark 
edilmektedir”. (Bax:  16)  Yəqin  ki,  qədim  türklərin  Atillanın  birinci  arvadını  belə 
adlandırması  təsadüfi  deyildi.  Fikrimizcə,  onlar  bununla  bir  qadının  nə  dərəcədə 
təhlükəli olmasını, və artıq hiyləgər qadınların mövcud olduğunu göstərmək istəmişlər. 
Burada  biz  bir  daha,  yuxarıda  qeyd  etdiyimiz  kimi,    türklərin  qadının  sözünə  önəm 
verərək,  onun  fikriylə  hesablaşmasının  şahidi  oluruq.  Onu  da  qeyd  etmək  istərdik  ki, 
Atillanın  arvadlarından  heçbiri  türk  soylu  olmamışdır.  Tarixi  sənədlərə  əsasən,  avropa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə