83
Hekayənin əvvəlində obrazın daxili aləmi təhkiyə yolu ilə oxucuya təqdim olunur.
lakin oxucunun diqqətini obrazın bütün özəlliklərinə çəkən müəllif birdən-birə fikri
yayındırır, tam bunun əksi olan bir adamın xüsusiyyətlərini qabarıq verməyə çalışır.
Başqa sözlə, real həyatın daşıyıcısı kimi canlandırmaq istədiyi obraz xəyal aləminə,
röyalar aləminə atılır. Buna səbəb isə bir gecənin içində içki içib, bayğınlaşmaq hesab
edilir.
Əsərin diqqəti çəkən əsas ideya-məzmunu bundan ibarətdir ki, həyatın gedişinə
ayıq başla baxmaq lazımdır. Bayğınlıq insanı uçuruma doğru aparır. Hekayənin əsas
obrazı Abdullah əfəndi də belə bir uçuruma yuvarlanmışdır… Hekayənin obrazlı dili
vardır. Bu dil yazarın bədii nəsrinə xasdır.
Ahmet Hamdi Tanpınarın ilk hekayələr toplusuna daxil olan əsərlərdən biri də
«Keçmiş zaman elbiseleri» («Keçmiş çağdan qalan geyimlər») adlanır. Hekayə ilk dəfə
1936-cı ildə qələmə alınmış, bir hissəsi həmin il «Ağac» məcmuəsində dərc olunsa da,
yarımçıq qalmışdır. Müəllif əsəri üç il sonra, 1939-cu ildə tamamlamış, «Oluş»
jurnalında hissə-hissə verdirmişdir. Sonra 1943-cü ildə ilk dəfə topluya salınmışdır.
Bir-birinə yaxın illərdə qələmə alınsa da, «Abdullah əfəndinin röyaları» hekayəsi
ilə bu əsər arasında köklü seçimlər mövcuddur: əgər 1-ci hekayədə təsvir olunan
hadisələr röyalar üzərində qurulmuşsa, burada təsadüflər ön plana çəkilir. Bu cəhət
obrazın dilindən belə verilir: «… benim həyatımda, bütün iradesizlerde olduğu kibi,
tesadüflerin korxunç bir yolu vardır…».
Kimdir bu «iradəsiz» adam? Müəllif onu İstanbulda təhsil alan və tətil günlərini
Ankarada keçirməyə gələn bir gənc kimi təqdim edir. Onun başına gələn hadisələr
obrazlı bir dillə özünün təhkiyəsində verilir. Süjet isə təsadüfi təzadlar üzərində
qurulmuşdur, bu da onun daha təsirli və oxunaqlı olmasını təmin edən
özəlliklərindəndir. Müəllif obrazın Keti adlı alman qızı ilə görüşəcəyini, lakin təsadüf
nəticəsində, bu görüşün baş tutmadığını, bağ evindəki əyləncədən doğan dalğınlığı
qarşılaşdırır, maraqlı süjet yaradır. «İradəsizlik»dən onu qumar məclisinə çəkirlər.
Əvvəl, xeyli pul udur, qızışır, yenidən oyuna girişir. Axırda, udduğu pulları uduzub,
gecə qaranlığında çölə atılır, maşın qəzasına düşür.
Onu bir evə aparırlar. Həmin evdə köhnə dəbli olan geyimdə gözəl bir qız görür.
Gəncə elə gəlir ki, axtardığını elə burada tapmışdır. Sonra məlum olur ki, bu, qız deyil,
ev sahibinin köhnə geyimdə saxladığı arvadıdır. Bunun özü də keçmişlə müasirliyin
təzadıdır.
Hekayədən çıxan nəticə bundan ibarətdir ki, yaşam təsadüflərlə doludur. Hər
təsadüf insanı ucalda bilməz. Necə ki, əsərin qəhrəmanı olan gənc təsadüflərdən yaşam
uğursuzluqlarına düçar oldu. Bu uğursuzluqlar isə yüksək bədii dillə təsvir olunmuşdur.
Topluya salınan üçüncü hekayəyə müəllif «Bu yol» adını vermişdir. Qatarla
gedən bir sərnişinin yol boyu düşüncələri əsərin əsasını təşkil edir. Hekayədə gərgin
süjet xətti yoxdur. Publisistik dil üstündür. Bəlkə də, bu səbəbdən əsər bir bədii nəsr
nümunəsi kimi diqqəti cəlb edə bilmir. Qeyd etmək lazım gəlir ki, hekayə 1937-ci ildə
yazılmış, «Her ay» məcmuəsinin 2 may tarixli nömrəsində dərc olunmuşdur. Deməli,
onun bədii baxımdan aztəsirli olması da müəllifin ilk qələm təcrübələrindən hesab
edilməsi ilə bağlıdır. Hekayə yazarın sonrakı toplularına da daxil olmuşdur.
Bundan fərqli ilk topluya salınan «Erzurumlu Tahsin» hekayəsi öz mövzusu və
əks etdirdiyi ideya-məzmuna görə, diqqət mərkəzində dayanır. Bu əsərləri bir-biri ilə
müqayisə etmək ondan ötrü vacibdir ki, bunlar eyni ildə qələmə alınmış və eyni
məcmuədə dərc olunmuşdur. Bu hekayə isə «Her Ay» jurnalının həmin ilki 1 aprel
tarixli sayfında verilmişdir. Əsər daha çox müəllif təhkiyəsində xatirə üslubu ilə
yazılmışdır. Burada insan taleyi əsas motiv kimi əks olunmuşdur. Elə buna görə də,
müəllif öz əsərini xatirə üslubunda başlayır: « - Tahsin Efendini ilk defa olarak bir kış
84
gecesi gördüm… Fakat daha evvel ondan bahsetmişlerdi. Herkesin bildiği şekilde
hekayesi su idi; - Erzurumun hali vaxtı yerinde biz ailesinin socuğu imiş; İstanbulda
hukuk tahsilini yapmış, hatta bir iki küçük memuriyette dahi bulunmuş, sonra Balkan
harbinde gönüllü olmuş, Trakyada yaralanmış, iyileştitten sonra tekrar orduya girmiş,
harbin sonunda birdenbire her şeyi terketmiş ve bir daha ortalıkta görünmemiş. Uzun
zaman öldü sanmışlar…
Sonra onu Təbriz və Şam şəhərlərində səfil sifətində görmüşlər. Hətta sinif
yoldaşlarını tanımayacaq dərəcədə əsəbi pozulmuş hala düşmüş imiş…
Bütün bunların sadalamaqda müəllifin əsas məqsədi qanlı hərb oyunlarının insan
taleyinə vurduğu ağır zərbələri bədii yolla əks etdirmək və onlara dərin nifrət hissi
aşılamaqdır.
Müəllif öz qəhrəmanının düşdüyü ağır vəziyyəti daha təsirli vermək üçün onu
yenidən Ərzuruma qaytarır, ailəsi və yerliləri ilə münasibətlərini qələmə almağa çalışır.
Belə ki, anası onu evləndirmək, ailə sərvətindən ona pay ayırmaq istəyir. Lakin Tahsin
bütün bunlardan imtina edir, səfil həyatı yaşamağı hər şeydən üstün tutur. Bunun da
əsas səbəbi qanlı hərbin ona vurduğu zərbələrdir. O, insan kimi yaşamaqdan tamamilə
əlini üzmüşdür. Yazıçı öz qəhrəmanını təbii fəlakət zamanı da, sanki sınaqdan keçirir.
Budur, Ərzurumda zəlzələ bütün həyatı alt-üst etmiş, evlər dağılmış, adamlar çadırlarda
keçinməli olmuşlar. Belə ağır vəziyyətdə səfillə görüşən müəllif onunla bir maraqlı
dialoqu da əsərə daxil etmişdir. Tahsinin yaşam və varlıq haqqında düşüncələri göstərir
ki, o heç də ağlını tamamilə itirmiş adamlardan deyildir. Onu yaşam sevincindən
məhrum edən Varlığın amansız qanunlarıdır, nahaqdan tökülən qanlardır.
Əsərə sənətkarlıq baxımından yanaşsaq, demək yerinə düşər ki, hekayənin süjet
xətti bir o qədər də gərginlik üzərində qurulmamışdır. Ancaq onun oxunaqlı dili var, bu
da oxucunu təmin edən özəlliklərdəndir…
«Evin sahibi» hekayəsi də 1943-cü il toplusuna salınan əsərlərdəndir. Müəllif
burada da xatirə üslubuna müraciət etmişdir. Həcm sarıdan povestə çox yaxındır. Lakin
bədii özəllikləri və quruluşu baxımından onu hekayə adlandırmaq daha doğrudur.
Hadisələr birinci şəxsin təhkiyəsində söylənilir. Müəllif əsərə belə bir epiqraf vermişdir:
«Bir hastahanede bulunmuş çep defterinden». Deməli, əsərin üslubu xatirədən daha çox
gündəliyi xatırladır. Hekayədə fərqli obrazlar işlənmişdir: xəstə, xəstəlik, ana, ilan və s.
Yazar adi bir xəstəliyi bədii yolla obraz şəklinə salmağı məharətlə bacarmışdır;
«Bu geniş yataqda yan yana, hatta kucaq kucağa yatıyoruz; ayaqlarımın ucunda
hararetim var. Küçük, siyah, soxulğan bir köpek kibi orada, ayaklarımın ucuna kıvrılmış
yatıyor». Hekayənin çox hissəsi gündəlik xatirələrdən ibarətdir. Bir əsərin qəhrəmanı
olan bu xəstənin təhkiyəsindən həm onun yaşam yolu, həm də başqa obrazlar (dadı,
dədə və b.) barədə bilgilər alırıq.
Xatirələrin ən maraqlı hissəsi həmin gəncin Zeynəb adlı qızla sevgi macəralarıdır.
Əsərdə Yumni bəy, Hazrettin bəy kimi obrazlarla da tanış oluruq. Müəllif onların
fərdi cizgilərini özünəxas bədiiliklə əks etdirməyə çalışmışdır. Bütün bunlarla yanaşı,
hekayədə qarşıya qoyulub, bədii şəkildə həll edilən məsələ insan və yaşam problemidir.
Əsərin yaşam taleyi yenə də Tahsin əfəndinin uğursuz aqibətini xatırladır. Həyatın,
yaşayışın min bir ağrılarına dözə bilməyən insanlar, sözsüz ki, sonda uğursuzluğa düçar
olurlar. Xəstəxanada son günlərini yaşayan «evin sahibi» hekayəsinin qəhrəmanı kimi.
Ahmet Hamdi Tanpınarın ikinci hekayələr toplusu 1955-ci ildə işıq üzü görən
«Yaz yağmuru»dur. Bu toplu da hekayələrdən birinin adını daşıyır. Bu, elə həmin il
qələmə alınan və yazarın sonuncu hekayəsi kimi qəbul olunan «Yaz yağmuru» əsəridir.
Hekayə ilk dəfə «Yeni İstanbul» məcmuəsinin 1955-ci il 13 iyun və 3 iyun tarixli
saylarında dərc olunmuşdur.
Ailə-məişət mövzusunda qələmə alınan bu bədii nəsr nümunəsində süjet müəllif
Dostları ilə paylaş: |