Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   31   32   33   34   35   36   37   38   ...   60

 
 
80 
Sinir – 1.əsəb, hirs; 2.vətər 
Yalın – 1.çılpaq; 2.tək, yalnız; 3.saf, sadə 
 
Türk  dilində  yazılışca  və  deyilişcə  bir-birinə  bənzəyən  sözlər  vardır  ki,  bunları 
omonimlərlə səhv salmaq olmaz. 
 
Öğle – zaman öğle vakti - Öyle – işaret sözcüğü  
Eğer – koşul zarfı  -Eyer – binek hayvanların sırtına konan oturmalık  
İyi- yaxşı -İği- toxumaq üçün mil  
 
Kısmetindir gezdiren yer yer seni    
Üzdü beni zalim kanlı yaramaz, 
Arşa çıksan akıbet yer yer seni  
 
Gayet çoktur, değil benim yaram az,  
Arşa çıksan akıbet yer yer seni  
 
Bana yardan gayri cerrah yaramaz.   
 
 
 
(K.Paşazade)
   
   
 
 
 
(Gevheri) 
 
Araşdırmalar  zamanı  belə  bir  nəticəyə  gəlirik  ki,  Türk  və  Azərbaycan  dillərində 
omonimlərin  bir  çox  oxşar,  eyni  zamanda  fərqli  cəhətləri  də  vardır.  Yazılışları  eyni, 
mənaları  və  tələffüzləri  fərqli  olan  “  uzatma  inceltme”  işarəsi  ilə  yazılan  sözlər 
dilimizdən  fərqli  olaraq  yalnız  türk  dilində  mövcuddur.(alem,  şura,  adet,  hala,  aşık, 
adem  vb.)    Bu  sözləri  omonimlər  kimi  qəbul  etmirik.  İstər  Azərbaycan,  istər  türk 
dillərində  sinonimlər  alınma  sözlərin  köməyi  ilə  də  formalaşdırılır.  (olgu-fakt,  odak-
merkez,  denetim-kontrol,  hacim-kapasite,  öbek-grup,  asır-  yüzyıl,  devir-çağ,  yöntem-
metot, maksimum-azam , minimum-asgar  vb.) 
Nitq  hissələri  arasında  ən  çox  isimlərin  və  zərflərin  omonimlərinə  rast  gəlinir. 
(akşam-gece,  pek-fazla,  biraz-azıcık,  en-daha,  sene-yıl,  siyah-kara,  fiil-eylem,  kelime-
sözcük vb.) (6, s.310) 
Hər  bir  dilin  leksikası  cəmiyyətin  tarixi  inkişaf  prosesinin  bütün  cəhətlərini 
özündə  əks  etdirir.  Meydana  gələn  yeni  əşyalar,hadisələr  öz  əksini  ilk  növbədə  sözlər 
şəklində  dildə  tapır.Bir  sıra  sözlər  öz  məzmununu  dəyişərək  yeni  məzmun  kəsb  edir. 
Omonimlər  və  çoxmənalı  sözlər  dilin  leksik  zənginliyinin  göstəricisidir.    Bir  dili 
mükəmməl  bilmək  üçün  dilin  məhz  bu  vahidlərinə  dərindən  bələd  olmaq  lazım  gəlir. 
Zamanla  yeni  məfhumlar  formalaşdıqca,  dil  zənginləşdikcə  bu  daha  da  zəruri  olur.Bir 
dilin  leksik-semantik  vahidlərinin  düzgün  mənimsənilməsi  o  dilin  dərindən 
oyrənilməsinin vacib prinsipidir. 
 
ƏDƏBİYYAT SİYAHISI 
 
Azərbaycan dilində: 
1.
 
Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya, Bakı, “Maarif” nəşriyyatı, 
1983. 320 s. 
2.
 
Mirzəzadə H.İ. Azərbaycan dilinin tarixi morfologiyası (nəzəri kurs), Bakı,  1962, 
301 s. 
3.
 
Ə.A. Rəsulov, R.Ə. Rüstəmov. “Türk dili” Bakı Universiteti nəşriyyatı, 2007, 307 
s. 
4.
 
S.Ə.Cəfərov. ”Müasir Azərbaycan dili. Leksika”, II hissə ”Şərq-Qərb” nəşriyyatı, 
2007,191 s.  
 
 
Rus dilində: 
5.
 
БаскаковН.А. 
Историко-типологическая 
характеристика 
структуры 
тюркских языков. Словосочетание и предложение, М., Наука, 1975. 287с. 


 
 
81 
6.
 
Кононов  А.Н.  Грамматика  современного  турецкого  литературного  языка, 
М.- Л., Издательство  АН СССР. 1956. 569 с. 
7.
 
Дмитриев  Н.К.  Строй  тюркских  языков,  М.,  Издательство  восточной 
литературы, 1962. 607c. 
 
 
Türk dilində: 
8.
 
Tahsin Banguoğlu. Türkçenin Grameri. İstanbul: Baha Matbaası, 1974,630 s. 
9.
 
Bilgegil Kaya. Türkçe Dil Bilgisi, Ankara yayınları, 2010, 286 s. 
10.
 
Ergin M. Türk Dil Bilgisi, İstanbul, Boğaziçi Yayınları, 1987. 407 s. 
11.
 
Z. Korkmaz. Türkiye Türkçesi Grameri. Şekilbilgisi 4.baskı, İstanbul, 2014, 1027 
s. 
 


 
 
82 
RƏŞİD QULİYEV 
filologiya üzrə fəlsəfə doktoru, 
AMEA akad. Z.M.Bünyadov adına  
Şərqşünaslıq İnstitutunun «Türk filologiyası» 
şöbəsinin aparıcı elmi işçisi 
 
AHMET HAMDİ TANPINARIN YARADICILIĞINDA HEKAYƏ JANRI 
 
Açar sözlər: A.N.Tanpınar, bədii nəsr, hekayə, janr, Türkiyə ədəbiyyatı 
Key words: A.H.Tanpinar, artistic, prose, story, genre, Turkish literature 
 
Ahmet Hamdi Tanpınar XX yüzillik Türkiyə ədəbiyyatı tarixində görkəmli şair və 
nasir kimi tanınır. Onun yaradıcılığında hekayə janrının da öz yeri vardır. Araşdırmalar 
nəticəsində,  müəyyən  edilmişdir  ki,  yazar  1919-1956-cı  illər  arasında  16  hekayə 
yazmışdır.  Bunlardan  bir  çoxu  «böyük  hekayə»  -  yəni  povest  həcmindədir.  Müəllif  öz 
sağlığında  bu  əsərləri  ayrı-ayrı  mətbuat  orqanları  səhifələrində  dərc  etdirmişdir.  Onun 
poeziyası  kimi,  hekayələri  də  toplu  halında,  yalnız  iki  dəfə  –  «Abdullah  efendinin 
rüyaları»  (1943)  və  «Yaz  yağmuru»  (1955)  nəşr  olunmuşdur.  Hər  iki  toplu 
hekayələrdən  birinin  adını  daşıyır.  Birinci  topluya  5,  ikinci  topluya  isə  7  hekayə  daxil 
idi.  Qalan  4  hekayə  sonralar  aşkara  çıxarılmışdır.  Ölümündən  sonra,  ədibin  hekayələri 
1983,  1991,  1996,  1999,  2002,  2007,  2010  və  2011-ci  illərdə    nəfis  şəkildə 
buraxılmışdır.  Sonuncu toplu  daha  mükəmməl hesab  olunur.  Dr.  İnci Enginünün  nəşrə 
hazırladığı  bu  toplu  üç  bölümdən  («Abdullah  efendinin  rüyaları»,  «Yaz  yağmuru»  və 
«Kitabların  Dışındakı  hekayeleri»)  ibarətdir.  Üçüncü  bölümə  yazarın  hələlik  ilk 
hekayəsi  sayılan  «Birinci  ikramiye»  («Birinci  mükafat»)  adlı  əsəri  də  daxil  edilmişdir. 
Bu  hekayəni  Doç.dr.  Adnan  Akgün  aşkara  çıxarmışdır.  Hekayə  1919-cu  ilin  (1336  h.) 
avqust ayının 15-də «Dersaadet qazetesi»ndə dərc olunmuşdur. Sənətkarlıq baxımından 
istənilən səviyyədə deyilsə də, nasirin ilk qələm təcrübəsi kimi müəyyən maraq doğurur. 
Süjetinə  görə,  əsəri  novella  da  hesab  etmək  olar,  lakin  məzmun  təsadüf  üzərində 
qurulmuşdur. Əsas obraz Emin əfəndidir. O, adi dəftərxana məmuru, sadə bir insandır. 
Qəzetdə  dərc  olunan  elana,  əsasən,  müsabiqədə  «beş  min  lirə»  mükafat  udduğunu 
güman  edir.  Sevincindən    özünə  yer  tapa  bilmir.  Hələ  arvadı  ilə  villa  qurmaq  barədə 
şirin düşüncələrə də dalır. lakin bankdan «uduş»u almaq istəyəndə məlum olur ki, dərc 
edilən  rəqəmlər  mətbəə  xətası  imiş.  Ona  görə  də,  Emin  əfəndi  buna  dözə  bilmir,  elə 
küçədəcə  yıxılıb  ölür.  Hekayədən  çıxan  ümumi  nəticə  belədir;  həyatda  adi  təsadüflər  
həmişə  insanı  istədiyi  xoşbəxtliyə  çatdırmır.  Emin  əfəndi  də  belə  insanlardan  biridir. 
Onun  ölümünə  səbəb  isə  adi  bir  təsadüfdür.  İlk  qələm  təcrübələrindən  olduğuna  görə, 
görünür,  müəllif  həyat  hadisələrinin  bədii  təsvirinə  hələ  kifayət  qədər  nail  ola 
bilməmişdr. 
«Abdullah  əfəndinin  rüyaları»  yazarın  ilk  hekayələr  toplusudur.  Burada  ilk  əsər 
həmin başlıq altda nəşr  olunan hekayədir. Həcminə görə, onu uzun hekayə  –  «povest» 
də  adlandırmaq  olar.  Süjet  və  obrazlar  aləminə  görə,  hekayə  adlanması  daha 
məqsədəuyğundur.  İstanbulun  «Ahmet  Halit  kitabevi»ndə  nəşr  olunan  ilk  hekayələr 
toplusuna  yazar  bir  epiqraf  vermişdir:  «Bu  hekayeleri  dostum  heykəltəraş  Zühdü 
Müridoğluna ithaf edirəm». (A.H.T.) 
Göstərmək  gərəkdir  ki,  bu  hekayə  1937-ci  ildə  qələmə  alınmış,  «Tasviri-efkar» 
dərgisinin  1941-ci  il  6  və  23  iyul  tarixli  saylarında  dərc  olunmuş,  iki  il  sonra  topluya 
salınmışdır. 
Adından göründüyü kimi, əsərin baş qəhrəmanı Abdullah əfəndidir. Təsvir olunan 
hadisələr isə onun yaşamı ilə bağlı göstərilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə